Bədəlan
Bədəlan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.
== Məlumat ==
Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi mərkəzi Bədəlan kəndi olmaqla Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərini əhatə edir. Kənd paytaxtdan 244 km və rayon mərkəzindən 11 km məsafədə yerləşir.
Bədəlan kəndinin və bu toponimin yaranması haqqında mülahizəyə görə kənd sakinləri Lerikin Barzavu kəndindən hazırda yaşadıqları məkana köçüb gəlmiş Bədəl adlı bir şəxsin başçılıq etdiyi tayfanın nümayəndələridirlər və bu kənd adı da bu şəxs adı ilə bağlı yaranmışdır.[mənbə göstərin]
== Əhalisi və coğrafi mövqeyi ==
Bədəlan kəndi respublikanın cənub-şərqində - Lənkəran ovalığında yerləşir, o rayonun Xıl, Sirəbil, Musaküçə, Kolatan, Lürən, Qızılavar, Xanəlion, Babaser, Mollaoba, Məmmədoba kəndləri və Boradigah qəsəbəsi ilə həmsərhəddir. Masallı-Boradigah şose yolunun 11-ci kilometrliyində yerləşir.
Bədəlan kəndinin sahəsi 382 ha, Çayqıraq kəndinin sahəsi 260 ha, Aşurlu kəndinin sahəsi 289 ha, Dəmirçi kəndinin sahəsi 340 ha olmaqla kənd ərazi dairəsinin ümumi sahəsi 1271 hektardır. 2017-ci ilin əvvəlinə olan məlumata görə Bədəlan kəndinin əhalisi 2598 nəfər, Çayqıraq kəndin əhalisi 1554 nəfər, Aşurlu kəndinin əhalisi 2094 nəfər, Dəmirçi kəndin əhalisi 2190 nəfər olamqla ümumilikdə kənd ərazi dairəsində 8436 nəfər yaşayır. Kənddə 1936 ev təsərrüfatların olmaqla 1230 fərdi yaşayış evi və 2 ümumi yaşayış binası vardır.[mənbə göstərin]
== İnfrastruktur ==
Bədəlan kənd inzibati ərazi dairəsi dövlət əhəmiyyətli avtomobil yolunun üstündə yerləşməklə əhətə etdiyi bütün kəndlələ asfalt yollarla birləşdirilmişdir.
Bədəlan kənd inzibati ərazi dairəsində Poçt Şöbəsi (İndeks: AZ4412) və 1104 yerlik EATS (Kod: 62/63) fəaliyyət göstərir. Geniş zolaqlı internetdən itifadə edən abonentlərin sayı 520 nəfərdir.