Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağdaraq
Ağdaraq (Ərdəbil)
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Başbarat (Tikantəpə)
Başbarat (fars. باش برات‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 426 nəfər yaşayır (80 ailə).
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Ağdaraq (Meşkinşəhr)
Ağdaraq (fars. اق درق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (42 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Şərqi Meşkin kəndistanında, Meşkinşəhrdən 15 km şimal-şərqdədir.
Badara monastırı
Badara monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. == Tarixi == Monastır ərazisindən aşkarlanmış kitabəli xaçdaşlar kompleksin tarixini müəyyənləşdirməyə imkan vermişdir. Xaçdaşlar kitabələrlə yanaşı həm də insan fiqurları ilə zəngin bədii kompozisiyalarla bəzədilmişdir. Xaçdaşlarda təsvir edilən insanlar əksər hallarda zirehli geyim və silahlarla təmin olunmuş döyüşçülərdir.Ümumilikdə Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. Badara monastırı ərazisində öyrənilmiş ən erkən xaçdaşlar 1156, 1165, 1193, 1216-cı illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Badara monastırı kənd mərkəzindən 7–8 km aralıda – meşəlik ərazidə yerləşir. Ümumilikdə on üç dini və mülki tikilidən ibarət olan monastır kompleksinə daxil olan tikililərdən altısı bir-birinə bitişik olsa da, ayrı qapı və pəncərələrə malikdir. Digər üç tikili bir-birindən araıl tikilmişdir. Həmçinin kompleks ərazisində daha dörd binanın xarabalıqları vardır.Kompleksə daxil olan tikililərin hamısı bu və ya digər dərəcədə zədələnmişdir.
Xilaskar monastırı (Badara)
Xilaskar monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. == Tarixi == Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. Tarix adətən birinci sətirdə göstərilir, kitabənin birinci sətiri isə tamamilə silinmişdir. Lakin, kitabədə “darpas” (saray), "vaçar" (bazar) kimi sözlərin istifadəsi, İşxan Smpat, Katolikos Atanas kimi adların çəkilməsi kompleksin qədim dini mərkəz olduğunu sübut edir.Abidəni tədqiq etmiş K. Mkrtçyan ehtimal edir ki, Həsən Cəlalın öldürülməsindən sonra XIII əsrin II yarısında Xaçın knyazlığının mərkəzi Xanabert qalasından buraya köçürülmüşdür. == Memarlıq xüsusiyyətləri == Vaxtilə qədim yaşayış məskəninin əsas məbədi olmuş monastır xarabalıqlar arasında yeganə tikili kimi qalmışdır. Kilsənin ətrafındakı qədim məzarlıqda yüzlərlə xaçdaşlar vardır.Monastırın başkilsəsi planda üçnefli bazilika olmaqla, tərəfləri 11.3x9.7 metr ölçülərə malikdir. Altar ətrafındakı köməkçi otaqlar ibadət zalının yarısını tutur. Kilsənin şərq divarında olan üçbucaq formalı iki niş divar boyunca uzanır.Giriş qapıları olan cənub və qərb divarlarının hörgüsündə kobud yonulmuş, digər divarların hörgüsündə isə yonulmamış daşlar istifadə edilmişdir. Pilyastr və kapitellər zərif şəkildə yonulmuşdur.Ağımtıl kilsə binası yaşıllıqlar içində olduqca böyük təsir bağışlayır.
Basaral
Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Basarab sülaləsi
Basarab sülaləsi— Valaxiya knyazlığınin Qıpçaq kökənli ilk xanədanı. 1330-cü illərdə ortaya çıxan ilk Rumın dövləti olan Valaxiyanın qurulmasında və idarə olunmasında Qıpçaqlar təsirli rol oynamışdılar. == Tarixi == Basaraba sülaləsi bu günkü Rumıniyanın Valaxiya bölgəsində qurulmuş ilk knyazliqdir. Valaxiya dövlətinin təməlini təşkil edən knyazliqdır. Qurucusu və ilk sülalə Basarab adında Qıpçaqlar soyundan gələn biridir. Son hökmdar isə Aleksandru Coconuldur. 1310-cu illərdə qurulan bu knyazliq, etnik olaraq Qıpçaqlara dayanmaqdadır və bu üzdən Türki xanədanlıqlar içərisində göstərilməkdədir. == Valaxiya dövlətinin qurulması == Valaxiya (ya da Wallachia; Rumıncada: Ţara Românească or "Thə Romanian Land") Rumıniyanın tarixi və coğrafi bir bölgəsidir. Bölgə, Dunay çayının şimalı ilə Karpat dağının cənubu arasında yerləşir. Valaxiya ilk dəfə bir knyazliq olaraq 1330-cu ildə Basarab tərəfindən Macar kralı I Charlesa qarşı bir ayaqlanma, üsyan sonucu quruldu.