Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakıya hücum (film)
Bakıya hücum (alm. Anschlag auf Baku‎) — 1942-ci ildə çəkilmiş Almaniya triller filmi. Frits Kirçofun rejissorluğu, Hans Volfqanq Hillers və Hans Veydemannın ssenaristliyi ilə "UFA" tərəfindən çəkilən filmin baş rollarında Villi Frits, Rene Deltqen və Frits Kampers var. Film İkinci Dünya müharibəsi dövründə çəkilmişdi və Anqlofobiyanı təbliğ edirdi. Filmin səhnə dizayneri Otto Hunte dövrünə görə çox uğurlu hesab edilirdi və filmdəki fəaliyyətinə görə çox təriflənmişdi. Filmin çəkilişləri Rumıniyada və Berlin şəhərindəki Babelsberq film studiyasında baş vermişdir. Filmin çəkilişləri 4 noyabr 1940-cı ildə, Barbarossa əməliyyatının hazırlandığı dövrdə başlamışdır. Filmin dünya premyerası 18 avqust 1942-ci ildə baş tutdu. Filmin səhnəyə qoyulmasından 3 gün sonra isə Nasist bayrağı Elbrus dağına sancılmışdı. Filmin başqa bir premyerası isə Fransada, 11 mart 1943-cü ildə olub.
Bakıya hücum (film, 1942)
Bakıya hücum (alm. Anschlag auf Baku‎) — 1942-ci ildə çəkilmiş Almaniya triller filmi. Frits Kirçofun rejissorluğu, Hans Volfqanq Hillers və Hans Veydemannın ssenaristliyi ilə "UFA" tərəfindən çəkilən filmin baş rollarında Villi Frits, Rene Deltqen və Frits Kampers var. Film İkinci Dünya müharibəsi dövründə çəkilmişdi və Anqlofobiyanı təbliğ edirdi. Filmin səhnə dizayneri Otto Hunte dövrünə görə çox uğurlu hesab edilirdi və filmdəki fəaliyyətinə görə çox təriflənmişdi. Filmin çəkilişləri Rumıniyada və Berlin şəhərindəki Babelsberq film studiyasında baş vermişdir. Filmin çəkilişləri 4 noyabr 1940-cı ildə, Barbarossa əməliyyatının hazırlandığı dövrdə başlamışdır. Filmin dünya premyerası 18 avqust 1942-ci ildə baş tutdu. Filmin səhnəyə qoyulmasından 3 gün sonra isə Nasist bayrağı Elbrus dağına sancılmışdı. Filmin başqa bir premyerası isə Fransada, 11 mart 1943-cü ildə olub.
III Aleksandrın Bakıya səfəri
III Aleksandrın Bakıya səfəri — Rusiya imperiyasının imperatoru III Aleksandr Aleksandroviçin, imperatriça Mariya Fyodorovnanın və onların uşaqlarını Nikolay Aleksandroviçin və Georgi Aleksandroviçin Bakıya səfəri 8-9 oktyabr 1888-ci ildə olmuşdur. . Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə səfəri olmuşdu. İmperator və onun ailəsinin Bakıya səfəri zamanı Bakı şəhəri artıq 29 il idi ki, Bakı quberniyasının inzibati mərkəzi idi və əhalisinin sayına görə Qafqazda ikinci yeri tuturdu. 1888-ci ildə Bakı şəhərində 80 min nəfərə yaxın adam yaşayırdı . Şəhərdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. 1886-ci ildə Bakının gəliri 327 min manata çatırdı, gəlirin əsas hissəsi (təxminən 90 min manat) yükdaşımaların payına düşürdü. == 8 oktyabr 1888-ci il == Imperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saast 12-də gəldi. Qubernatorun evinin üstündə xüsusi formalı bayraq asılmış, gəmilərdən yaylım atəşləri açılmışdır. Dəmiryol stansiyasına gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdir. Yol boyu bütün şalbanlar Lənkərandan gətirilmiş yaşıl sarmaşıqlarla örtülmüşdür .
Bakıya xoş gəlmisiniz (film, 1965)
Bakıya xoş gəlmisiniz qısametrajlı sənədli televiziya filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1965-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film-konsertdir. Burada 1965-ci ildə Bakıda qastrol səfərində olmuş aktyorların çıxışlarından danışılır. == Məzmun == Film-konsertdir. Burada 1965-ci ildə Bakıda qastrol səfərində olmuş aktyorların çıxışlarından danışılır.
Rəhbərlərin Bakıya səfəri (film, 1925)
== Məzmun == Filmdə keçmiş SSRİ dövlət və partiya rəhbərlərindən bir qrupunun Azərbaycana səfərindən, onların zəhmətkeşlərlə görüşlərindən, yerli partiya və dövlət orqanları ilə tanış olmalarından söhbət açılır. == Film haqqında == Film saxlanılmayıb.
Sergey Yeseninin Bakıya Səfəri (1925)
== Məzmun == Kinolent görkəmli rus şairi Sergey Yeseninin Bakı səfərindən, Azərbaycan xalqının mənəviyyatı və məişəti, adət-ənənəsi ilə tanışlığından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Trotskinin Bakıya səfəri (film, 1924)
== Məzmun == Film marksist inqilabçı və nəzəriyyəçi, sovet siyasi xadimi, sovet ordusunun qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi Lev Trotskinin Bakı səfərinə həsr olunmuşdur. == Filmin heyəti == === Filmdə iştirak edən === Lev Trotski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 28.
Magiya
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.Fövqəlbəşər gücləri istifadə ilə təbii prosesə müdaxilə edilməsi, təbiət qanunlarına zidd nəticələr əldə etmək üçün bəzi gizli və sirrli əməliyyatlar edilməsidir.
M. İ. Kalininin Bakıya Səfəri (1923)
M.İ.Kalininin Bakıya səfəri — 1923-cü ildə çəkilmiş qısamerajlı sənədli film. == Məzmun == Filmdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri M.İ.Kalininin Bakıya səfərindən, onun burada keçirdiyi görüşlərdən, təntənəli yığıncaqlardakı çıxışlarından danışılır. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Kalinin == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sergey Yeseninin Bakıya səfəri (film, 1925)
== Məzmun == Kinolent görkəmli rus şairi Sergey Yeseninin Bakı səfərindən, Azərbaycan xalqının mənəviyyatı və məişəti, adət-ənənəsi ilə tanışlığından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Baiya
Baiya (port. Bahia) — Braziliyanın şərqində, Atlantik okean sahillərində yerləşən ştat. Ştat əhalisinin sayına görə Braziliyada dördüncü, sahəsinə görə siə beşinci yerdədir. İnzibati mərkəzi Salvador şəhəridir. Şəhər Bütün müqəddəslər buxtası sahilində qərarlaşır. Ştatın adı da portuqalcadan tərcümədə «buxta» mənasını verir. == Coğrafiya == Ştat Braziliya alcaq dağlıq sərhəbi bonunca Alaqoas, Pernambuku və Piaui, qərbdən Tokantins və Qoyas, cənubdan Minas-Jerays və Espiritu-Santu mtaları ilə sərhədə malikdir. Ərazisindən axan San-Fransisko çayı üzərində sahəsi 4214 km² olan Sobradinyo su anbarı mövcuddur. === İqlimi === İqlimi turopikdir. Orta illik temperatur +22 ºС-dir.
M. İ. Kalininin Bakıya səfəri (film, 1923)
M.İ.Kalininin Bakıya səfəri — 1923-cü ildə çəkilmiş qısamerajlı sənədli film. == Məzmun == Filmdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri M.İ.Kalininin Bakıya səfərindən, onun burada keçirdiyi görüşlərdən, təntənəli yığıncaqlardakı çıxışlarından danışılır. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Kalinin == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
M.İ.Kalininin Bakıya səfəri (film, 1923)
M.İ.Kalininin Bakıya səfəri — 1923-cü ildə çəkilmiş qısamerajlı sənədli film. == Məzmun == Filmdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri M.İ.Kalininin Bakıya səfərindən, onun burada keçirdiyi görüşlərdən, təntənəli yığıncaqlardakı çıxışlarından danışılır. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Kalinin == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Baliya burnu
Baliya burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənubda yerləşən burundur. Burun Beripara buxtasından cənubda yerləşmişdir. == Yerləşməsi == Makleod burnundan 4.75 km şimal-şərqdə, Leşko burnundan 2.45 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD). Scale 1:250000 topographic map of Antarctica.
Bazqıya (Şaran)
Bazqıya (başq. Баҙғыя, rus. Базгиево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 20 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (46%) üstünlük təşkil edir.
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925)
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən bəhs edilir. == Məzmun == Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, onların Azərbaycanda yeni sosialist sənayesinin təşkili və iş prosesi, fəhlələrin həyat və məişəti ilə yaxından tanış olmalarından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920)
Salvador, Baiya
Salvador, Baiya və ya Salvador da Bahia — Braziliyanın şimal-şərq bölgəsində yerləşən Bahia əyalətinin paytaxtıdır.Salvadorda çoxsaylı karnavallar təşkil edilir. Yeni Dünyadakı ən qədim şəhərlərdən biridir və Braziliya koloniyasının ilk paytaxtı olmuşdur. Salvador Latın Amerikasında doqquzuncu ən sıx şəhərdir və Bahia, San-Paulu və Rio-de-Janeyrodan sonra Braziliyada üçüncü ən çox əhalisi olan şəhərdir. Salvador Braziliyanın ən yoxsul bölgəsi olan Bayianın şimal-şərq hissəsindəki ən inkişaf etmiş bölgəsidir. Əhalinin 80% -nin qarışıq və Afrikalı olduğu bu şəhərdə Afrika Braziliyalıların mədəniyyəti üstünlük təşkil edir. Tarixi keçmişi olan şəhər mərkəzi 17 və 19-cu əsrlərdə inşa edilmiş Portuqaliya koloniya dövrünün memarlıq və monumental strukturları ilə məşhurdur. Şəhər 1985-ci ildə UNESCO tərəfindən Ümumdünya Mədəni İrsi siyahısına qəbul edildi.
Baqliya
Baqliya (ərəb. بغلية‎, fr. Baghlia) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 57 metr (187 ft) yüksəklikdə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 18,052 nəfər idi.
Baiya Federal Universiteti
Baiya Federal Universiteti (port. Universidade Federal da Bahia və ya qısaca UFBA) — Braziliyanın Salvador şəhərində yerləşən dövlət universiteti.
Baiya Federal İnstitutu
Baiya Federal İnstitutu (isp. Instituto Federal da Bahia — IFBA) — Braziliyanın Salvador şəhərində yerləşən dövlət universiteti.
Banya
Banya (rus. баня) — soba ilə buxar hamamıdır. Buxar və yüksək istilik hamamlarda tərləməyə səbəb olur.
Praktiki magiya (film, 1998)
"Praktiki magiya" (ing. Practical Magic) — amerikan mistik və romantik komediya janrında, Elis Hoffmanın eyniadlı romanı əsasında çəkilmiş film. 1998-ci ildə ekranizasiya olmuşdur. Film sloqanları: "There’s a little witch in every woman." ("Hər bir qadında cadugərdən nəsə var.") və "For two sisters from a family of witches, falling in love is the trickiest spell of all." ("Cadugərlər ailəsindən olan 2 bacının, sevgi ən çətin sehri olub.") == Süjet == Salli və Cillian — Ouens cadugər nəslinə aiddirlər. Bu ailənin qadınları qurbağa ayaqlarından və yarasa qanadlarından nəinki möcüzə yarada blir, həmçinin ailəyə qoyulmuş lənəti mənimsəyirlər — Ouens ailəsinin qadınlarının sevqi romanları, onların seçdiyi kişilər üçün həmişə tragiq sonla bitir. Ouens ailəsinə həmçinin 2 ekssentrik xala da aiddir: Frensis və Bricet, bir də Sallinin böyüyən 2 qızı; onlar Sallinin qısamüddətli ailə həyatı zamanı doğulmuşlar və bu nəsillə ailə həyatı quran bütün kişilər kimi, o da vaxtından əvvəl həyatdan köçür. Hələ uşaqlıqda, Salli istədiklərini fəlakətə sürməmək üçün heç bir zaman heç kəsə aşiq olmayacağına and içdi. Bunun üçün o arzu tutdu: onun sevgilisi ağ atda tərs oturaraq gələcək, kaktus formasında blinçiklər hazırlayacaq, gözləri isə 2 rəngdə olacaq (yaşıl və mavi). Sonradan o belə insanı tapacaq və onun üstündən lənət götürüləcək. Bu zaman isə onun bacısı Cillian sadəlövh, qeyri-ciddi xarakterli böyüdü.
Amblyseius kaguya
Amblyseius kaguya (lat. Amblyseius kaguya) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius kaguya Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bakıda mədəniyyət
Bakı şəhərinin əsası V əsrdə qoyulmuşdur. Azərbaycanın paytaxtı olan bu şəhər müxtəlif dövrlərdə Şirvanşahlar dövləti, Bakı xanlığının və Rusiyanın Bakı quberniyasının mərkəzi olmuşdur. Bakıda dövrümüzə çatmış ən qədim tikili Qız qalasının təməl hissəsi hesab edilir. Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra şəhərin “Qala” adlandırılan qədim hissəsinin həyatında “kristallaşma” dövrü başlamışdır. XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir.
Balına mahıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədi ilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Banya Luka
Banya Luka — Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtıdır.
Nişka-Banya
Nişka-Banya (serb. Ни́шка Ба́ња/Niška Banja) — Serbiyada, Niş şəhəri yaxınlığında yerləşən şəhər, kurort. Eyni adlı Nişka-Banya icmasının mərkəzi. 2011-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi 4180 nəfərdir. == Ümumi məlumat == Nişka-Banya şəhəri Niş şəhərindən, Niş-Sofiya avtomaqistraldan 9 km cənubda yerləşir. Şəhər Suva Planina dağlarının ətəyindədir. Şəhərə ən yaxın hava limanı — Niş Hava Limanıdır. Ölkə paytaxtı Belqraddan şəhəri 250 km-lik məsafə ayırır. Şəhərin dəniz səviyəsindən orta hündürlüyü 248 metrdir. İlk dəfə şəhər haqqında 448-ci ildə məlumat verilmiş.
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. == Coğrafiya == === Yerləşməsi === Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.
Rekonkavo-da-Baiya Federal Universiteti
Rekonkavo-da-Baiya Federal Universiteti (port. Universidade Federal do Recôncavo da Bahia və ya qısaca UFRB) — Braziliyanın Cruz das Almas şəhərində yerləşən dövlət universiteti.
Bakıda Amerika Universiteti
Bakıda Amerika Universiteti (ing. American University in Baku) və ya qısaca BAU — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət göstərmiş, özündə təhsilin amerikan modelini təcəssüm etdirən ingilisdilli keçmiş qeyri-dövlət ali təhsil müəssisəsi və və elmi-texniki tədqiqatlar mərkəzi. == Tarixi == Universitet Azərbaycan Respublikasının dünya standartlarının tələblərinə uyğun ingilis dilli yüksək ixtisaslı mütəxəssislərə kəskin ehtiyacını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1995-ci il tarixli, 008 nömrəli Qərarı ilə yaradılmışdır. Həmin Qərara görə ABŞ ali məktəblərinin professor-müəllim heyəti cəlb edilməklə Universitetdə tədrisin ingilis dilində aparılması məqsədəuyğun hesab edilmişdir. Bundan başqa həmin Qərara əsasən aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulmuşdur: Universitetin binasının tikintisinin sponsorların vəsaiti hesabına maliyyələşdirilməsi; Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən Universitetin tikintisi və inkişafı layihəsinin həyata keçirilməsi ilə bağlı investisiyalar üçün müvafiq hesabın açılması; Universitetin tələbə şəhərciyinin tikintisi üçün Qanlıgölün qərb sahilində 30 hektar torpaq sahəsinin ayrılması məsələsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməsi; Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri Tbilisi prospekti, 9 nömrəli ünvanda yerləşən və tikintisi başa çatdırılmamış qastroenteroloji mərkəzin Universitetə şəhər kollecinin yerləşdirilməsi üçün icarəyə verilməsinin təmin edilməsi; Müdafiə Nazirliyi tərəfindən Bayılda yerləşən yataqxanasının Universitetə icarəyə verilməsi; Səhiyyə Nazirliyi tərəfindən Universitetin ABŞ-dən gələn müəllimlərinə tibb xidmətini təmin etməsi; Rabitə Nazirliyi tərəfindən Universitetdə hökumət rabitəsi telefonunun və lazımi miqdarda şəhər telefonlarının qoyulmasının təmin edilməsi; Təhsil Nazirliyi tərəfindən normal-tədris prosesinin təmin edilməsi məqsədilə, Bakı Politexnik Texnikumu binasının bir hissəsini Universitetə icarəyə verilməsi.19 avqust 2000-ci ildə fəaliyyəti dayandırılmışdır. == Kampusu == Universitetin tələbələri amerikan nümunəsi üzrə inşa edilmiş tələbə şəhərciyində — Kampusda yüksək səviyyəli ali təhsil almaq imkanına malik olmuşlar. Bu Kampus Amerika və Avropa universitetlərinin oxşar tələbə şəhərciklərinin yaxşı ənənələrini özündə birləşdirir. == Treninq Mərkəzi == Universitetin Treninq Mərkəzi 1998-ci ilin payızında — BAU-nun yerləşdiyi şəhərciyə (Kampusa) köçməsindən sonra fəaliyyətə başlamışdır. Mərkəzin fəaliyyətinin məqsədi universitet əməkdaşlarının potensialından və texniki imkanlarından istifadə etməklə Azərbaycan vətəndaşlarına müxtəlif sahələrdə biliklərini artırmaq və təkmilləşdirməkdə xidmətlər göstərməkdən ibarət olmuşdur.Treninq Mərkəzində aşağıdakı axşam dərsləri keçirilmişdir: İngilis dili; Kompüter kursları; Biznes kursları. == Məktəbi == 1998-ci il sentyabrın 1-dən Bakıda Amerika Universitetinin nəzdində xüsusi məktəb fəaliyyətə başlamışdır.
Bakıda qadın qiyamı
Bakıda qadın qiyamı və ya "Babiy bunt" — 1916-cı ilin fevral ayında qıtlığa və qiymət artımına qarşı baş verən qadın qiyamı.1916-cı ildə Bakıda ən vacib ərzaq mallarının qiymətləri xeyli bahalaşmışdı. Altı nəfər möhtəkir ət ticarəti məqsədilə sindikat yaratmışdı. Bu sindikat Türkmənistandan qoyun gətirib, bazarlarda baha qiymətə satırdı. Qıtlıq başlamış, bazarda qiymətlər 4–5 dəfə artmışdı. 1916-cı ildə çörəyin qiyməti 1914-cü ilə nisbətən 266 faiz artmışdı. Un, düyü, çörək, ət, toyuq, yumurta, göyərti və başqa ərzaq mallarının qiymətləri yüksək idi. Südün qiyməti 305 faiz, ətin qiyməti 327 faiz, düyünün qiyməti 355 faiz, ərinmiş yağın qiyməti isə 520 faiz artmışdı. Şəhərdə əhalinin yoxsul təbəqələri içərisində acından ölmə halları da çoxalmışdı. Buğda olmadığından şəhərdə dəyirmanların çoxu işləmirdi. Nəticə də 1916-cı ilin fevral ayının 14-də Bakıda aclıqdan təngə gələn qadınların güclü çıxışı – məşhur "Babiyi bunt"- qiyamı baş verdi.
Bakıda qəbiristanlıqların siyahısı
Bakıda qəbiristanlıqların siyahısı — Bakıda dəfn üçün ayrılmış xüsusi yerlər. Siyahıya Bakıda yerləşən və Bakı qəsəbəsi ərazisində olan qəbiristanlıqlar, eləcə də bir zamanlar şəhər və onun ətrafında yerləşən qəbiristanlıqlar daxildir. 2017-ci ilin IV rübündən etibarən Bakı şəhərinin əhalisinə mülki xidmətlərə baxan trestin nəzdində 32 qəbiristanlıq var. Onlardan ən böyüyü və ən qədimi Yasamal qəbiristanlığıdır. Bəzi qəbiristanlıqlar müxtəlif bələdiyyələrə tabedirlər. == Siyahı == Dağıdılmış qəbiristanlıqlar kursiv ilə yazılıb.
Budyonnı Bakıda (1952)
Budyonnı Bakıda qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1952-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. == Məzmun == Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı, Sovet Ordusu süvari qoşunlarının komandanı və SSRİ Silahlı Qüvvələr Nazirliyi Ali Hərbi Şurasının üzvü S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. == Film haqqında == Film "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır.
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bakıda küləklər əsir
Bakıda küləklər əsir filmi rejissor Muxtar Dadaşov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Şahmar Ələkbərov, Həsən Məmmədov, Nikolay Fedortsev, Rza Təhmasib, Pavel Kadoçnikov, Aleksandr Afanasyev və Andrin İnqrid ifa edirlər. == Məzmun == Film İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, düşmən agenturasına, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunmuşdur. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır. == Film haqqında == Filmdəki hadisələr Bakıda, Şimali Qafqazda və Nalçikdə cərəyan edir. Filmdə kor Həsənzadə rolunu ifa edən qocaman rejissor Mikayıl Mikayılovun ömrünün son illərində həqiqətən gözləri tutulmuşdu. == Filmin heyəti == Ssenari müəllifləri: Muxtar Dadaşov,Yuri Dobroxotov,Vladimir Spitsin,Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Rollarda: Şahmar Ələkbərov - Azad Həsən Məmmədov (aktyor) - Tahir Cəliloviç Nikolay Fedortsev - Orlov Rza Təhmasib - Şahmar bəy Pavel Kadoçnikov - Kaştanov Aleksandr Afanasyev - Ştellinq Andrin İnqrid - Erika İsmayıl Osmanlı - Əlibala Xalidə Quliyeva - Solmaz Aleksandr Susnin - Starşina Muxtar Maniyev - Kərim Mikayıl Mikayılov (rejissor) - Həsənzadə Ceyhun Mirzəyev - əsgər Anatoli Falkoviç - Nikolayev Kamil Qubuşov - fəhlə;neftçi Süleyman Ələsgərov (aktyor) - Zabit Ağayev Bahadur Əliyev - Bahadur Filmi səsləndirənlər: Həsənağa Turabov - Orlov (Nikolay Fedortsev)(titrlərdə yoxdur) Yusif Vəliyev - həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev - Şahmar bəy (Rza Təhmasib)(titrlərdə yoxdur) Əliabbas Qədirov - Kaştanov (Pavel Kadoçnikov)(titrlərdə yoxdur) Həsən Əbluc - Ştellinq (Aleksandr Afanasyev)(titrlərdə yoxdur) Əminə Yusifqızı - Erika (Andrin İnqrid)(titrlərdə yoxdur) Xuraman Hacıyeva - Solmaz (Xalidə Quliyeva)(titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) - Həsənzadə (Mikayıl Mikayılov (rejissor))(titrlərdə yoxdur) Yaşar Nuri - əsgər (Ceyhun Mirzəyev)(titrlərdə yoxdur) Kamil Qubuşov - Nikolayev (Anatoli Falkoviç)(titrlərdə yoxdur) Bahadur Əliyev - Zabit Ağayev (Süleyman Ələsgərov (aktyor))(titrlərdə yoxdur) Ramiz Məlik - əsgər (titrlərdə yoxdur) == Film üzərində işləyənlər == Ssenari müəllifi: Muxtar Dadaşov, Yuri Dobroxotov, Vladimir Spitsin, Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə === Rollarda === Şahmar Ələkbərov — Azad Həsən Məmmədov — Tahir Cəliloviç Nikolay Fedortsev — Orlov Rza Təhmasib — Şahmar bəy Pavel Kadoçnikov — Kaştanov Aleksandr Afanasyev — Ştellinq Andrin İnqrid — Erika İsmayıl Osmanlı — Əlibala Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Solmaz Aleksandr Susnin — starşina Muxtar Maniyev — Kərim Mikayıl Mikayılov — Həsənzadə Ceyhun Mirzəyev — Əsgər Anatoli Falkoviç — Nikolayev Kamil Qubuşov — fəhlə; neftçi Süleyman Ələsgərov — Zabit Ağayev Bahadur Əliyev — Bahadur === Filmi səsləndirənlər === Həsənağa Turabov — Orlov (Nikolay Fedortsev) (titrlərdə yoxdur) Yusif Vəliyev — həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev — Şahmar bəy (Rza Təhmasib) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Həsənzadə (Mikayıl Mikayılov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Kaştanov (Pavel Kadoçnikov) (titrlərdə yoxdur) Həsən Əbluc — Ştellinq (Aleksandr Afanasyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Erika (Andrin İnqrid) (titrlərdə yoxdur) Xuraman Hacıyeva — Solmaz (Xalidə Quliyeva) (titrlərdə yoxdur) Yaşar Nuri — Əsgər (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Kamil Qubuşov — Nikolayev (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Bahadur Əliyev — Zabit Ağayev (Süleyman Ələsgərov) (titrlərdə yoxdur) Ramiz Məlikov — Əsgər (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Abaziya
Abasia (q.yun. ἀ- – yoxluq və βάσις – yerimək) — bədən balansının pozulması və ya aşağı ətrafların motor pozğunluğu ilə əlaqəli əsasən sinir sistemi xəstəliklərində yerimə qabiliyyətinin itirilməsi. Aşağı ətrafları iflic olmur və xəstə uzanarkən lazımi həcmdə və kifayət qədər güclə müvafiq hərəkətləri edə bilir. Bu, əsasən dissosiativ pozğunluqlarda (əvvəllər isteriya adlanırdı), yəni dissosiativ hərəkət pozğunluqlarında, aşağı ətrafların hərəkət pozğunluqları və balans pozğunluqları ilə baş verir. Çox vaxt astaziya (ayaqda durma qabiliyyətinin itirilməsi) ilə müşayiət olunur.Abaziyanın xoreik, paralitik, spastik və tremor formaları var.
Bageriya
Baqeriya (it. Bagheria; Siciliya ləhcəsi: Baarìa) – İtaliyanın cənubundakı Siciliya adasındakı Siciliya Muxtar Bölgəsində, Palermo əyalətinə bağlı inzibati mərkəz Palermodan 15 km uzaqlıqda yerləşən bir şəhər.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Bamiyan
Bamyan vilayəti (dəri ولایت بامیان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 14.175 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 404.7 min nəfər, inzibati mərkəzi isə Bamyan şəhəridir. == Əhalisi == Vilayət əhalisinin 20%-i şəhərlərdə, 80%-i isə kəndlərdə məskunlaşıb. Əhalisi əsasən həzaralardan ibarətdir. Həmçinin vilayətdə az sayda tacik (15%) , tatar (kompakt halda Şebar rayonunda) və puştunlar yaşayır. 24 kənddə 5 mindən artıq puştun məskunlaşıb. Bütün vilayət əhalisinin 96%-i, vilayətdəki kənd əhalisinin 98%-i daricə danışır. Vilayət inzibati cəhətdən 7 rayona bölünür: Bamyan, Şebar, Saighan, Kahmard, Yakavlang, Pəncab, Varas.
Bamiyə
Bamiyə (bitki)
Bamiyә
Baqeriya
Baqeriya (it. Bagheria; Siciliya ləhcəsi: Baarìa) – İtaliyanın cənubundakı Siciliya adasındakı Siciliya Muxtar Bölgəsində, Palermo əyalətinə bağlı inzibati mərkəz Palermodan 15 km uzaqlıqda yerləşən bir şəhər.
Bastiya
Bastiya — Korsika regionunda əsas ticarət şəhəridir. Yuxarı Korsika departamentinində yerləşir. Əhalisi 42,9 min nəfərdir (2005). Bastiya adanın ən ucqar nöqtəsi Kors burnunun sahillərində yerləşməklə, Korsikanın əsas iqtisadi mərkəzi hesab edilir. Aralıq dənizi iqlim tipinə malik olub, qışda temperatur-8°С , yayda isə 23°С olur (bəzən illik orta temperatur 15°С). İllik yağıntıların miqdarı isə illik-700 mm-dir. == Bastiyanın ətrafı == Ənənəvi olaraq yay fəslində şəhər əhalisi-şəhərdən 16 km aralıda Bastiyanın cənubuna La-Manş sahillərinə gəlirlər. Sahillər şam meşələri ilə əhatə olunub. Bura plajlarda restoranlar çoxluq təşkil edir. Ancaq demək olar ki, dəniz sahilləri çirklənmişdir.
Batika
Batika (yav. mumla çəkmək) — möhürləyici məhlulların istifadəsi ilə aparılan qumaş üzərində nəqqaşlıq. Şərq ölkələrində (İndoneziya, Hindistan, Çin, Azərbaycan və s.) yayılmışdır. 2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub. == Söz açımı == == Tarixçə == Batikanın vətəninin Malaziya və İndoneziya olduğu söylənilsə də, araşdırmalar bu ölkələrdə sənət növünün Azərbaycanla eyni dövrdə yarandığını təsdiqləyir. Batika Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyət növü kimi bu sənətlə məşğul olanların sayı yüzlərlə olmuşdur. Şərq ölkələrində (Hindistanda, Çində, İndoneziyada və s.) batika texnikasında əsas etibarilə ipək və pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni olan cənub-şərqi Asiyada bir neçə texnika geniş yayılmışdı. Yavada hər bir rəngin üstü daim isti mumla örtülür, Malayziyada isə rəsmin əsas hissəsi nəfis şəbəkəli ornamentlə xüsusi möhürün köməyi ilə basılır.
Bağlıca
Bağlıca (Sayınqala)
Berqiya
Berqiya (lat. Bergia) — elatinaceae fəsiləsinə aid bitki cinsi.
Dakiya
Roma Dakiyası (lat. Dacia Romana) — Roma imperatoru Trayanın 106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti. == Tarixi == Roma işğalı sosial təbəqələşmə, quldarlıq münasibətlərinin inkişafı, digər əyalətlərdən gəlmələrin axını hesabına əhalinin etnik tərkibinin dəyişməsi ilə müşayiət olunurdu. Dakların romanlaşması nəticəsində kütləvi (xüsusilə taxılçılıq) intensivləşmiş, mədən işi və metal emalı inkişaf etmiş, dulusçuluq təkmilləşdirilmiş, ticarət artmışdı. Romanlaşma yeni şəhərlərin salınması və köhnələrinin (Apulum, Porolissum, Drobeta və s.) məskunlaşdırılması, koloniyalarda və pereqrinlərə məxsus torpaqların ixtisarı hesabına munisipilər səviyyəsinədək yüksəlmiş məskənlərdə latın dilinin və Roma hüququ normalarının yayılması ilə nəticələnmişdi. == Quruluşu == Dakiyada romanlaşmanın daşıyıcıları legionerlər və veteranlar, əsasən, Kiçik Asiyadan və şərq vilayətlərindən gəlmələr olmuşlar. Roma planı əsasında yenidən qurulmuş Sarmizegetusa Dakiyanın paytaxtı olaraq qalmaqda idi. Yaradılmış əyalət qonşu yaziqlər, bastarnalar, roksolanlar, karplar və azad dakların arasıkəsilməz basqınlarına məruz qalırdı. Bu çətinliklər Adrianı 118/119-ci illərdə Dakiyanı Aşağı Pannoniya ilə birləşdirməyə, sonradan isə Dakiya əyalətini iki hissəyə: Aşağı Dakiya (Olteniya və Banatın ş. hissəsi) və Yuxarı Dakiyaya bölməyə vadar etdi.
Abatiya
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Dariya
Dariya — Glenn Eichler və Susie Lewis Lynn tərəfindən yaradılmış böyüklər üçün cizgi serialı. Seriyalar 3 mart 1997-ci ildən 21 yanvar 2002-ci ilədək MTV kanalında yayımlanmışdır. Serial ağıllı və hayasız məktəbli qız olan Daria Morgendorffer-dən bəhs edir. "Dariya" Mayk Cadcın yaratdığı "Beavis and Butt-Head" serialının spin-off seriyasıdır, Dariya həmin serialda köməkçi personajlarından biri idi. Cadc yaratdığı bu personaj əsasında serial çəkilməyi ilə razılaşdı, lakin onun özü serialın hazırlanmasında iştirak etmədi çünki "King of the Hill" üzərində işləyirdi. MTV 2019-cu ildə "Dariya"nın personajlarından biri olan Codi (ing. Jodie) haqqında spin-off serialı çəkmək planları olduğunu bildirdi. 2022-ci ilin may ayında serial əvəzində cizgi film çəkiləcəyi məlum oldu. == Məzmun == Serial bir qədər kinli və hayasız yeniyetmə qız olan Daria Morgendorffer və onun ən yaxşı dostu Ceyn Leyndən bəhs edir. Hadisələr Texasın uydurma bölgəsi olan Lawndale-də cərəyan edir.
Ammaniyayabənzər berqiya
Ammaniyayabənzər berqiya (lat. Bergia ammanioides) - berqiya cinsinə aid bitki növü.
Argiya (okeanida)
Argiya(yun. Ἀργεία) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı, qardaşı çay tanrısı İnaxın arvadı və Foroneyin anası.