Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəxtiyar
Bəxtiyar — Azərbaycanlı kişi adı. Bəxtiyar Vahabzadə — Azərbaycan şairi. Bəxtiyar Siracov — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi. Bəxtiyar Yaqubov — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti. Bəxtiyar İskəndərzadə — kikboksinq üzrə ikiqat dünya çempionu. Bəxtiyar Nəbiyev (general-mayor) — Lotu Bəxtiyar — qanuni oğru.
Bastiya
Bastiya — Korsika regionunda əsas ticarət şəhəridir. Yuxarı Korsika departamentinində yerləşir. Əhalisi 42,9 min nəfərdir (2005). Bastiya adanın ən ucqar nöqtəsi Kors burnunun sahillərində yerləşməklə, Korsikanın əsas iqtisadi mərkəzi hesab edilir. Aralıq dənizi iqlim tipinə malik olub, qışda temperatur-8°С , yayda isə 23°С olur (bəzən illik orta temperatur 15°С). İllik yağıntıların miqdarı isə illik-700 mm-dir. == Bastiyanın ətrafı == Ənənəvi olaraq yay fəslində şəhər əhalisi-şəhərdən 16 km aralıda Bastiyanın cənubuna La-Manş sahillərinə gəlirlər. Sahillər şam meşələri ilə əhatə olunub. Bura plajlarda restoranlar çoxluq təşkil edir. Ancaq demək olar ki, dəniz sahilləri çirklənmişdir.
Bəxtiyar (1942)
Bəxtiyar qısametrajlı bədii filmi rejissor Ağarza Quliyev tərəfindən 1942-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Kinonovella Azərbaycan xalqının cəsur oğlu, döyüşçü Bəxtiyar Kərimovun cəbhədə göstərdiyi qəhrəmanlıqdan bəhs olunur. Əsas rolları Möhsün Sənani və Xeyri Əmirzadə ifa edirlər. == Məzmun == Kinonovellada Azərbaycan xalqının cəsur oğlu, döyüşçü Bəxtiyar Kərimovun cəbhədə göstərdiyi qəhrəmanlıqdan bəhs olunur. == Rollarda == Möhsün Sənani — Bəxtiyar Xeyri Əmirzadə — alman zabiti Əjdər Sultanov - alman əsgəri Ələsgər Şərifov — serjant == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Bəxtiyar (1955)
Bəxtiyar tammetrajlı bədii filmi rejissor Lətif Səfərov tərəfindən 1955-ci ildə ekranlaşdırılmışdır. Bakı kinostudiyasında istehsal edilmişdir. Musiqili film gözəl və bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir. Əsas rolları Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və İsmayıl Əfəndiyev ifa edirlər. == Məzmun == === Qısa məzmun === Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Hələ uşaq ikən, gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur.
Bəxtiyar (ad)
Bəxtiyar — Azərbaycanlı kişi adı. Bəxtiyar Vahabzadə — Azərbaycan şairi. Bəxtiyar Siracov — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi. Bəxtiyar Yaqubov — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti. Bəxtiyar İskəndərzadə — kikboksinq üzrə ikiqat dünya çempionu. Bəxtiyar Nəbiyev (general-mayor) — Lotu Bəxtiyar — qanuni oğru.
Bəxtiyar (dəqiqləşdirmə)
Bəxtiyar (film, 1942) — Azərbaycan filmi. Bəxtiyar (film, 1955) — Azərbaycan filmi. Bəxtiyar (kənd) — Tatarıstanda kənd.
Bəxtiyar Abbasov
Bəxtiyar Abbasov (30 noyabr 1985, Qaradağlı)— Azərbaycanlı peşəkar MMA döyüşçüsü. == Həyatı == 30 noyabr 1985-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində andan olan Bəxtiyar Abbasov, gənc yaşlarından qardaşı Şəhriyar Abbasovun təşəbbüsü ilə idmanla məşğul olmağa başlayıb beləki, əvvəllər idmanın cüdo və sambo növləri ilə məşğul olan Abbasov sonradan idmanın qaydasız döyüş növündə də öz gücünü sınamışdır. Abbasov bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə etmişdir. Bəxtiyar Abbasov 2012-ci ildə cüdo üzrə beynəlxalq dərəcəli idman ustası adınada layiq görülmüşdü Bəxtiyar Abbasov 01.07.2008 - ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının "Vətən uğrunda " medalı ilə təltif olunub . Bəxtiyar Abbasov 16.12.2016 - cı ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycanda Sambo idman növünün inkişafında xüsusi xidmətinə görə fəxri fərmanı ilə təltif olunub.
Bəxtiyar Allahverdiyev
Bəxtiyar Allahverdiyev (10 iyun 1974, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Allahverdiyev Bəxtiyar Əzizulla oğlu 10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıda 199 saylı məktəbi bitirib. 1992-ci ildə Milli Orduya çağırılır. "N" saylı hərbi hissədə xidmətə başlayır. == Döyüşlərdə iştirakı == Bəxtiyar tez bir zamanda özünü doğrulda bilir. Silahlardan istifadə etməyi və hərbin sirlərini öyrənən Bəxtiyar 1992-ci il cəbhəyə göndərilir. Qubadlı rayonunda əsl qəhrəmanlıq səhifələri yazır. Gənc əsgər olmasına baxmayaraq o, peşəkar döyüşçülərdən geri qalmırdı. Füzuli, Murovdağ əməliyyatlarında xeyli erməni quldurunu məhv edir.
Bəxtiyar Aslanbəyli
Bəxtiyar Əli oğlu Aslanbəyli (7 avqust 1976, Bakı) — BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü, Beynəxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssis. == Həyatı == Bəxtiyar Əli oğlu Aslanbəyli 7 avqust 1976-cı idə Bakıda anadan olub. 1993-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbi bitirib. 1997 və 1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəkxalq hüquq fakültəsinin bakalavr və magistr pilləsini bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə PricewaterhouseCoopers şirkətində başlayıb. 2002-ci ildən bp şirkətində çalışır. 2015-ci ildən bp-nin regional vitse prezidentidir. Pedaqoji fəaliyyətə 1997-ci ildən başlayıb. Hal hazırda Bakı Dövlət Universteti, ADA universiteti və Bakı Ali Neft Məktəbində mühazirələrə davam edir. Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür.
Bəxtiyar Aslanov
Bəxtiyar İlqar oğlu Aslanov (28 dekabr 1998, Naftalan – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Aslanov 28 dekabr 1998-ci ildə dünyaya göz açmışdır. Əslən Şuşa rayonundan idi. Qarabağ müharibəsində, 8 may 1992-ci ildə Şuşa işğal edildikdən sonra Bəxtiyarın ailəsi Naftalanda məskunlaşmışdır. == Hərbi xidməti == Bəxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitən Bəxtiyar yenidən ordu sıralarına qayıdır və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirir. O, Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə qulluq etmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Aslanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əməliyyatlar nəticəsində onun da arasında olduğu zabit-əsgər heyəti Ağbaba yüksəkliyini azad edirlər.
Bəxtiyar Aydın
Bəxtiyar Aydın (1946 – 22 oktyabr 1993, Diyarbəkir) — Türk generalı,sabiq Diyarbəkir Jandarma Bölge Komandiri. == Həyatı == İlk təhsilini doğulduğu Nəfsi Piraziz Kəndində oxuyan Aydın, orta məktəb və liseyi Bulancakda tamamladı. 1963-də Quru Hərb Məktəbini qazandı və 30 Avqust 1965-də buradan məzun olaraq Jandarma Kiçik leytenant rütbəsi ilə peşə həyatına başladı. Peşə həyatında Tuğgeneral rütbəsinə qədər yüksələn Aydın Diyarbəkir Jandarma Bölgə Komandiri vəzifəsinə qədər yüksəldi. 1993-də Diyarbakır Jandarma Bölgə Komandiri oldu. Bölgədə, xalqa yaxın və qeyri-qanuni şiddət üsullarını təsdiq etməyən bir hərbçi olaraq tanınan Bəxtiyar Aydın, 22 Oktyabr 1993 tarixində Lice Asayiş Bölük Komandirliyi binası qarşısında vurularaq öldürüldü. Bəxtiyar Aydın sui-qəsdinin PKK tərəfindən reallaşdırıldığı eşitdirildi. Yüksekova Şəbəkəsinə istiqamətli istintaq daxilində sorğulanan bir şəbəkə üzvü verdiyi ifadədə Aydının JITEM adına çalışan etirafçılar tərəfindən öldürüldüyünü iddia etdi. Baş qərargah isə JITEM iddialarını rədd etməkdə Aydının PKK tərəfindən öldürüldüyünü müdafiə etməkdədir.
Bəxtiyar Balakişiyev
Bəxtiyar Bəkirov
Bəxtiyar Cavadov
Bəxtiyar Cəfərov
== Siyahı ==
Bəxtiyar Ersay
Bəxtiyar Ersay (8 fevral 1969, Çemişgezek[d], Tuncəli ili) — Türkiyə hərbi xadimi, general-leytenant (türk. korgeneral), Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı Azərbaycan Müdafiə Nazirinin müşaviri. == Həyatı == Bəxtiyar Ersay haqda məlumatlar çox azdır. Yalnız onun əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalından olduğu bildirilir. Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub. Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında general Ersay dayanıb.
Bəxtiyar Hacıyev
Bəxtiyar İlyas oğlu Hacıyev (28 mart 1982, Zod, Vardenis rayonu) — azərbaycanlı siyasətçi, ictimai fəal, keçmiş siyasi məhbus. == Həyatı == Bəxtiyar Hacıyev 1982-ci il martın 28-də Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1989–2000-ci illərdə Ağdaş Özəl Türk Liseyində tam orta təhsil alaraq oranı qızıl medalla bitirib. 1998–2000-ci illərdə Respublika Fənn Olimpiadası çərçivəsində "Fizika" fənni üzrə 2 və 3-cü yerləri tutmuş, 2000-ci ildə isə İngiltərədə keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPhO) həvəsləndirici mükafat qazanmışdır. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr səviyyəsi üzrə ali təhsil almışdır. Daha sonra ali təhsilini davam etdirmək məqsədilə 2004–2006-cı illərdə Xəzər Universitetində magistr səviyyəsi üzrə təhsil alıb. Magistr səviyyəsi üzrə təhsil alan zaman Beynəlxalq Elm Olimpiadası (IJSO) Beynəlxalq İdarə Heyətinin üzvü və Azərbaycan komandasının rəhbəri olmuşdur. Həmçinin ABŞ-də yerləşən Təhsil İnkişaf Mərkəzinin (EDC) dəstəyilə Şəffaf Təhsil Şəbəkəsinin (TEN) regional koordinatoru vəzifəsində çalışmışdır. 2005-ci ildə BMT Baş Assambleyasının 60-cı sessiyası zamanı Azərbaycanın gənc nümayəndəsi olmuş və Baş Assambleyanın plenar iclasında çıxış etmişdir. 2007–2009-cu illərdə Harvard Universitetinin Con Fiscerald Kennedi adına İdarəetmə Məktəbində "İctimai siyasət" ixtisası üzrə magistr təhsili alaraq ictimai idarəetmə elmləri üzrə magistr dərəcəsi almışdır.
Bəxtiyar Hüseynov
Bəxtiyar Rəfael oğlu Hüseynov (14 iyul 1995; Goranboy, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Bəxtiyar Hüseynov 1995-ci ilin 14 iyul tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. == Hərbi xidməti == Kiçik gizir Bəxtiyar Hüseynov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Bəxtiyar Hüseynov doğulduğu Goranboy rayonunun Qızılhacılı qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Hüseynov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. Hal-hazırda doğulub boya-başa çatdığı küçə Bəxtiyar Hüseynovun adını daşıyır.
Bəxtiyar Həsənalızadə
Bəxtiyar Bəyqulu oğlu Həsənalızadə (29 dekabr 1992, Bakı) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == Bəxtiyar Həsənalızadə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunun akadeniyası vasitəsilə inkişaf etmişdir. O, 2011-ci ildən 92 nömrəli forma altında bu klubda çıxış edir. Bəxtiyar öz peşəkar futbolçu karyerasına klubun əvəzedicilər dəstəsində start vermişdir. 2012-ci ilin iyun ayından Bəxtiyar Sumqayıt klubunun əsas yığmasına mübarizə aparır. O, klub ilə iki illik müqavilə imzalamışdır. === Çempionat === === Kubok === Bəxtiyar Sumqayıt klubu ilə Azərbaycan Kubokunda bir oyunda iştirak etmişdir.
Bəxtiyar Həşimov
Bəxtiyar Kərimov
Kərimov Bəxtiyar Əxi oğlu — azərbaycanlı aktyor. == Həyatı == Bəxtiyar Kərimov 1 fevral 1948-ci ildə Bakıda doğulub. 21 fevral 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Bakı Dövlət Kukla teatrında və Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyib. 15 oktyabr 1973-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Lotu Bəxtiyar
Lotu Bəxtiyar (21 mart 1959, Novxanı – 6 aprel 1998, Bakı) — qanuni oğru, kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ləqəbləriylə tanınır. Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-cı il iyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb. 1983-cü ildə azadlığa buraxılıb. İkinci dəfə 1985-ci il iyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunub.. 1987-ci ildə azadlığa buraxılıb. Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Zümrüd Bəxtiyar
Zümrüd Bəxtiyar qızı Qasımova (23 mart 1982, Qusar) — Azərbaycanın tanınmış teatr və kino aktrisası,aparıcı.Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası. Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr və kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışır. Zümrüd Qasımova teatr və kino sahəsi ilə yanaşı 2003-cü ildən bu günə kimi Telekanalarda və radioda mütəmadi olaraq verlişlərə aparıcılıq edir.2018-ci il Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanına layiq görülüb. Zümrüd Qasımova fəaliyyəti dövründə Misir Ərəb Respublikasının paytaxtı Qahirə,Türkiyə Respublikası Mersin və Konya,Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub.Kinoda ən böyük işi Şamil Nəcəfzadənin "Qala" filmi olmuşdur. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. ANS TV Televiziya Şirkəti "Gecə yarı"(2007), "Krossvord" (2007) "Qoy oturmuşuq" (2008) "Çatlama"(2008) "İkinci həyat" (2012) "Kanal–S" Televiziya Şirkəti(Şəki)(2013) "Gəlin, danışaq"(2013) "El tv" Televiziya Şirkəti(Yevlax) (2014) "Elin adamı" ARB Televiziya Şirkəti (2016) "Gəlin danışaq" Space TV Televiziya Şirkəti (2017) "Suat və Zümrüd şou" Antenn Radio 101 FM "Avto Club" radio verliş Xəzər TV "Donə bilsəm" (2020-2021) Labirint (film, 2003) Məkanın melodiyası (film, 2004) Ərazi (film, 2005) - pozğun qadın Gecə yarı (veriliş, 2007) - aparıcı Qızlar (film, 2007) - Sevda Qala (film, 2008) Seçilən (film, 2008) Tək olanda qorxma...
Bəxtiyar Muradov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şapur Bəxtiyar
Şapur Bəxtiyar (fars. شاپور بختیار‎) - Məhəmməd Rza Pəhləvi dövründə İranın sonuncu Baş Naziri vəzifəsində çalışmış iranlı siyasi xadim. 1991-ci ilin 6 avqust tarixində Fransanın paytaxtı Paris şəhərindəki O-dö-Sen departamentinin kommunası olan Sürendə bıçaqlanaraq qətlə yetirilmişdir. Parisin Monparnas səmtində yerləşən Monparnas qəbiristanlığında dəfn edilmişdir. O bütün ömrünü demokrat və şah mütləqiyyətinin əleyhdarı kimi yaşamışdır. Bununla belə, tarixə Pəhləvi rejiminin son Baş naziri kimi düşmüşdür. İranda dinin dövlətdən ayrı olduğu sekulyar dövlətin saxlanılması tərəfdarı olan Şapur Bəxtiyar bu fikirlərinə görə dövrünün bir çox siyasi xadimin tərəfindən tənqid edilmişdir. Şapur Bəxtiyar 1914-cü il 26 iyun tarixində İranın mərkəzində yerləşən Şəhrikürd şəhərində anadan olub. Soyadından bəlli olduğu kimi, ailəsi Bəxtiyari tayfasına məxsus idi. Onun ana tərəfdən babası 1912-ci və 1918-ci illərdə Qacar dövləti dövründə Baş nazir postunu tutmuşdu.