Bəxtiyar İslamov (siyasətçi, 1936)
Bəxtiyar Cuma oğlu İslamov (15 mart 1936, Xaçmaz, Vartaşen rayonu – 2 iyul 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Oğuz Rayonu Partiya Komitəsinin (1978–1985), Balakən Rayonu Partiya Komitəsinin (1985–1991), Xanlar Rayonu Partiya Komitəsinin (1991) Birinci Katibi və Xanlar Rayon Sovetinin Sədri (1991).
== Həyatı ==
Bəxtiyar İslamov 1936-cı ilin mart ayının 15-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Atası kolxozçu anası isə evdar qadın idi.
Orta məktəbi Xaçmaz kəndində başa vurduqdan sonra ali təhsili almaq üçün Gəncə şəhərinə getmiş, Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutununə qəbul olmuşdur. İnstutu əla qiymətlərlə başa vuraraq 1958-ildə təyinatla Oğuz rayonuna gəlmiş, rayon kənd təsərrüfatı idarəsində toxumçuluq üzrə aqronom vəzifəsinə təyin edilmişdir.
== Siyasi fəaliyyəti ==
Bəxtiyar İslamov qısa müddətdə rayon komsomol komitəsinin katibi seçilmişdir.
1958-ildə Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqı Oğuz Rayon Komitəsinin katibi, 1959-da 2-ci katib, 1960-cı ildə 1-ci katibi seçilmişdir. 1965-ci ilin sentyabr ayına kimi rayon komsomol təşkilatına rəhbərlik etmişdir. Sonra isə Rayon Komitəsinin 2-ci katibi seçilmişdir. Həmin vəzifədə 1972-ci ilin avqust ayına kimi çalışmışdır.