Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sakkara
Sakkara (ərəb. سقارة‎) — Misirdə Qahirədən təxminən 25 km cənubda yerləşən kənd. Burada Qədim padşahlığın paytaxtı Memfisin ən qədim nekropolu var. Bu ad nekropolların himayədarı olan ölülər tanrısı Sokarın adından gəlir. Sakkara siyahısı Саккара на Wikimapia http://www.egyptology.ru/sites/Saqqara.htm Саккара // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Baykara Hövenmey
Baykara Hövenmey (tuvaca: Бай-Кара Дамчаевич Хөвеңмей, d. 20 yanvar 1915 – 6 oktyabr 1972) – tuvalı yazıçı, şair və Tuva ədəbiyyatının qurucularından biri. == Həyatı == Damça oğlu Baykara Hövenmey 1915-ci ildə Tandı-Tıvannı Salçak bölgəsinin Bayanköl kəndində anadan olmuşdur. 1929-cu ildə Kızıl şəhərində monqolca öyrənmiş, sonra da yeni Tuva əlifbası və yazı dilini öyrənmişdir. Daha sonra Moskvaya Şərq Millətləri Kommunistlik Universitetindən məzun olmuşdur. “Şın” qəzeti ilə başladığı ədəbi fəaliyyətini daha sonra Tuva türkcəsində nəşr etdirdiyi əsərlərlə inkişaf etdirmişdir. Tuva Xalq Respublikası gənclərinin inqilab birliyinin mərkəzi komitəsinin Uluq-Hem komitəsində, Yazıçılar Birliyində, Tuva Respublikasının rəsmi qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. “Şın” qəzetində redaktorluq etmişdir. Baykara Hövenmey ədəbiyyata 1934-cü ildə gəlmişdir. “Oktabrınln tugu” (Oktyabr bayrağı) adlı ilk şeri o ildə “Şın” qəzetində yayımlanmışdır.
Hüseyn Baykara
Hüseyn Baykara (türk. Hüseyin Baykara; əsl adı: Qаrа Nəsir bəy oğlu Hüseynbəyli-Şirinbəyov; 1904, Şuşa – 1 iyul 1984, Kayseri) — Azərbaycanlı hüquqşünas, tarixçi, araşdırmaçı-yazıçı, publisist, şair. == Həyatı == Qаrа Hüseynbəyli-Şirinbəyov (Hüseyn Baykara) 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar ailəsində anadan olub. Anası Mina xanım Həsən bəy Şirinbəyovun qızı, atası Hüseyn bəy Hüseynbəyovun oğlu olub. Ulu babası isə Şirin bəy Ənnağıoğlu olub. 1830-cu ildə rus mənbələrə əsasən, Şuşada 56 bəy ailəsi olub, bunlardan biri də Şirinbəyovlar və ya Kavalerli Şirinbəyovlar idi. Nəsir bəy Hüseynbəyovun 3 oğlu, 5 qızı olub. Böyük oğlu Bahadur 1918-ci ildə rus-türk müharibəsində türklər tərəfdə vuruşaraq həlak olub. İkinci oğlu Surxay filoloq olub, Qazax seminariyasında işləyib. Qızlarının adları Firəngiz, Uruh, Texu, Rəna, Sərəncam olub.
Sakkara siyahısı
Sakkara siyahısı və ya Sakkara hökmdar siyahısı Qədim Misirə aid 1861 ci ildə Sakkarada aşkarlanmış hökmdar mirzəsi ya memarı (Memar Tunari II Ramzesin tikinti işlərinə rəhbərlik etmişdir.) və ali rahib Tunariyə məxsus qəbirdən tapılmış, hal hazırda Qahirə Misir muzeyində saxlan hökmdar siyahısı. Siyahıda nə vaxtsa 58 hökmdarın adı verilmişdir. Hal-hazırda ancaq 50 ad oxunmaqdadır. Siyahı xronoloji olaraq iki: sol və aşağı sağ cərgədən ibarətdir. Maraqlıdır ki, hökmdar siyahısı I sülalənin altıncı hökmdarı firon Anedyib ilə başlanır. Xələfi Semerxet göstərilmədən sıra i sülalənin səkkizinci hökmdarı firon Qaaya keçmiş olur. Belə olan halda siyahı doqquz hökmdar sadalamış olur ki, bu da demək olar ki, Turin çar papirusu ilə eynilik təşkil etmiş olur. Siyahıda III sülaləyə aid cəmi dörd hökmdar göstərilir. Yarı pozulmuş VI sülalə fironlarının adları 1932 ci ildə fransız arxeoloqu tərəfindən I Pepinin arvadı I Anxesenpepiyə məxsus sarkofaqın qapağında aşkar edilmişdir. Abidos siyahısı kimi bu siyahıda da Birinci aralıq zamana aid bir çox hökmdarlar göstərilməmişdir.
Azәrbaycan istiqlal mübarizәsi tarixi (Baykara)
Azәrbaycan istiqlal mübarizәsi tarixi (türk. Azerbaycan istiklâl mücadelesi tarihi) — Hüseyn Baykaranın Azərbaycan Xalq Cümhuriyyəti dövründәn bәhs edәn və ilk dәfә 1975-ci ildә İstanbulda nәşr olunmuş kitabı. Hüseyn Baykara "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitablarını Azərbaycanın azadlıq mübarizəsinin əlifbası adlandırıb. == Məzmun == Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin «alman casusu» olduğu, S.Şaumyanın nә üçün Bakıya gәldiyi, ermənilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin hәrbi yardımı vә s. bizә mәlum olmayan hadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda, hәmçinin Azәrbaycanın mühacirәtdә olan ziyalıları haqqında da geniş mәlumat var. == Nəşr və tərcümə == Kitab ilk dəfə 1975-ci ildә İstanbulda türk dilində Azerbaycan Halk Yayınlarında nəşr edilib. Azərbaycan dilinə ilk dəfə Elşən Əbülhəsənli tərəfindən tərcümə edilmiş Bakıda 1992-ci ildə Azərnəşrdə, 2017-ci ildə isə Bakı Kitab Klubunda nəşr edilib. "История борьбы за независимость Азербайджана" adı ilə S. Əliyeva tərəfindən rus dilinə tərcümə olunmuş R. Həmidovun redaktorluğu, Fərid Ələkbərlinin ön söz müəllifliyi ilə 2018-ci ildə nəşr edilib. Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşr Bakıda, JekoPrint Çap Evində, 2021-ci ildə, 346 səhifədə nəşr edilib.
İran inqilabı və azadlıq hərəkatları (Baykara)
İran inqilabı və azadlıq hərəkatları (türk. İran İnkılâbı ve Azatlık Hareketleri) — Hüseyn Baykaranın ilk dəfə 1978-ci ildə İstanbulda türk dilində nəşr edilmiş əsəri. Kitabda XX əsrin əvvəllərində dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlərin xalqların, millətlərin taleyinə təsiri, milli oyanış, bu oyanışın fonunda İranda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. Müəllif yazır: "Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları haqqında dünya heç nə bilmir. Halbuki XX əsrin əvvəlindən indiyə kimi İranda, İran xalqları arasında zülmə və istibdada qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, mübarizə davam etmişdir, bu gün də bu mübarizə dayanmamışdır." Kitab ilk dəfə 1978-ci ildə türk dilində İstanbulda Əmək mətbəəsində nəşr edilib. Əsər Cavanşir Yusifli tərəfindən türk dilindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 232 səhifədə, 200 tirajla çap olunub. Azərbaycanda Yeniləşmə Hərəkatı Azәrbaycan istiqlal mübarizәsi tarixi "İran inqilabı və azadlıq hərəkatları" ( (az.)). bbclub.az.
Bakhaza
Bakhaza (mac. Bakháza) — Macarıstanın Şomod medyesində yerləşən kənd.
BakıKART
BakıKART — Bakı metrosunda, "BakuBus", "Xaliq Faiqoğlu", "Çinar-Trans" və digər avtobus şirkətlərində tətbiq olunan vahid ödəniş kartı. İlk dəfə 8 avqust 2015-ci ildə tətbiq olunmağa başlamışdı. == Tarixi == 8 avqust 2015-ci ildə tətbiq olunmağa başlamış, 30 sentyabr 2015-ci ilə qədər əvvəlki ödəmə kartı olan Metrokart ilə paralel istifadə edilmişdir. İstifadəyə verildiyi ilk on gün ərzində 150 minə yaxın kart satılmışdır. 1 avqust 2017-ci ildə dizaynında dəyişikliklər aparılmışdır. == Mobil tətbiq == 2023-cü ilin iyununda "BakıKart" mobil tətbiqi buraxılmışdı. "BakıKart" mobil tətbiqi və kartın rəsmi saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. İstifadəçilər mobil tətbiq vasitəsilə hesab üçün qeydiyyatdan keçə, "BakıKart" plastik kartlarını əlavə edə, əməliyyat tarixçələrini görə və şəxsi məlumatlarını idarə edə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa, avtobusları real vaxt rejimində izləyə və səyahətlərini tətbiqin intuitiv interfeysindən istifadə edərək planlaşdıra bilərlər.
Hakkari
Hakkari — Türkiyənin Hakkari ilinin inzibati mərkəzi. Türkiyənin ən cənub-şərq ucqar hissəsində yerləşən, əhalisinin sayına görə ən böyük 62-ci şəhəri. 2016-ci ilin qeydəalmasına görə əhalinin sayı 267.813 çatmışdır. İlçənin öz ərazisi şərqdən İranla, cənubdan isə İraqla həmsərhəddir. İlçənin ən hündür nöqtəsi Cilo dağıdır. Hündürlüyü 4150 metrdir.
Maskara
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Çaykara
Çaykara (türk. Çaykara) — Trabzon ilinin ilçəsi.
Şankara
Şankara (Adi Şankara sanskrit. आदि शंकर [aːd̪i ɕəŋkərə]; təq. 788 – təq. 820) – hind mütəfəkkiri, filosof, Veda mətnlərinin təfsirçisi və tədqiqatçısı, dini reformator, mistik və şair. Upanişadlar əsasında "advayta-vedanta" adlnan monistik təlimi və dini-fəlsəfi sistemi yaratmışdır. Şankaranın dünyaya gəlməsi, həyatı, fəaliyyəti bir çox hallarda bizə əfsanəvi və möcüzəvi şəkildə təsvir edildiyindən, onun həyatı haqqında dəqiq məlumat əldə etmək olduqca çətin məsələdir. Adi Şankara haqqında əsasən "Şankara Vijayams" adlı əsərdə məlumat verilmişdir. Bioqrafik və əfsanəvi məlumatların qarışığı olan bu külliyatda filosofun həyatı şeir formasında yazılmışdır. Bunların arasında ən önəmli bioqrafiyalar XIV əsrdə yazılmış "Madhaviya Śaṅkara Vijayaṃ", XV–XVII əsrlər arasındakı bir tarixdə yazılan "Cidvilāsīya Śaṅkara Vijayaṃ" ve XVII əsrdən sonra yazıldığı ehtimal edilən "Keraļīya Śaṅkara Vijayaṃ" bioqrafiyalarıdır. Adi Şankara, Nambodiri Brahmin qəbiləsində indiki Kerala şəhərinin yaxınlığındakı Kaladi və ya Aryambada dünyaya gəlmişdi.
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. == Etimologiya == Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir. İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Akkra
Akkra (ing. Accra) — 1957-ci ildən Qana Respublikasının paytaxtı və ölkənin ən böyük şəhəri. Qvineya körfəzi sahilində liman. Şəhərin əhalisi 2011-ci ilin təxmini hesablamalarına görə 3 963 264 nəfərdir. == Tarixi == Akkra sözü "qarşıqalar" mənasını verən "Nkran" sözündən yaranmışdır. Əsası 16-cı əsrin 1-ci yarısında qoyulmuşdur. Adı Korlelaqununun sahilində məskunlaşmış akkra xalqının adından götürülmüşdür. 19-cu əsrin sonlarınadək qul ticarəti mərkəzlərindən biri olmuşdur. Əvvəllər burada qa tayfalarından biri məskunlaşmış, 1600-cü ildə isə qa tayfa ittifaqının paytaxtı olmuşdur. Avropa tacirlərinin Qvineya sahillərinə gəlməsi nəticəsində mühüm ticarət mərkəzinə çevrildi.
Hakkari ili
Hakkari ili — Türkiyədə il. == Əhalisi == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 68 min nəfər əhalisinin 55 min nəfəri ana dilini kürdcə, 13 min nəfəri isə türkcə olaraq qeyd etmişdi.
Hakkari vilayəti
Hakkari vilayəti — Osmanlı İmperiyası tərkibində, 1876–1888–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hakkari şəhəri idi.
Hüseyn Bayqara
Sultan Hüseyn Bayqara (iyul 1438, Herat – 4 may 1506) — Teymuri sultanı, şair. == Həyatı == Əmir Teymurun nəvəsi Bayqara mirzənin oğlu olan Sultan Hüseyn Bayqara, Uluğbəydən sonra davam edən çaxnaşmalar sırasında, yenə Əmir Teymurun nəvələrindən olan və Heratda hakimlik edən Əbülqasım Baburun xidmətinə girdi. Burada dövlət idarəsində təcrübə qazandı. Onsuzda çox qabiliyətli, təhsilli, zəki bir insan idi. Herat əmiri Babur 1457-ci ildə ölüncə, burada da çəkişmələr başladı və Sultan Hüseyn Bayqara Heratdan ayrılaraq Mərvə keçdi. Burada bölgənin hakimi Muizzüddin Səncərin qızı ilə evləndi və ondan böyük oğlu Bədiüzzaman mirzə dünyaya gəldi. Sultan Hüseyn mirzə özünə bağlı az saylı adamlarla və özbəklərdən Şadibəyin yardımı ilə Ceyhunun Özboy yörəsində kiçik bir bölgənin idarəsini ələ aldı. Az sonra Şadibəyi kənarlaşdıraraq sınırlarını genişlətdi və başqa Özbək grupların yardımı ilə Mazandaranı da ələ keçirdi. Bundan sonra Herata hakim olan Əbu Səidlə mübarizəyə başladı. Əbu Səid Ağqoyunlu hökmdarı Uzun Həsənə məğlub olunca Heratı da ələ keçirdi (1469).
Jakkard maşını
Jakkard maşını toxuma dəzgahında parçaların iri naxışlarla emalı üçün əlavə tərtibatdır. Qurğu fransız ixtiraçısı Yozef-Marie Jakkardın adı ilə bağlıdır. Bu maşın toxuma dəzgahında ilmənin yaradılması zamanı hər bir sapın və saplar qrupunun hərəkətini idarə etməyə və bununla naxış elementini vurmağa imkan verir. Jakkard maşının köməyi ilə naxışlı parçaların, xalçaların, süfrələrin və s. hazırlanması mümkündür. Jakkard maşını bıçaq, qarmaq, iynə, çərçivə lövhəsi, çərçivə ipləri və naxışa uyğun perfo prizmadan ibarətdir. Əsas saplar, dəzgahın eni böyunca bərabər paylanması üçün aşağı hissəsədə yerləşmiş bölgü lövhəsinin deşiklərindən keçərək maşınla arkad ipləri ilə birləşdirilir. Bıçaq çərçivəsində bərkidilmiş bıçaqlar irəli-geri hərəkəti icra edirlər. Bıçaqların iş sahəsində yerləşən qarmaqlar bıçaqlar tərəfindən tutularaq yuxarı qaldırılır. Bu zaman çərçivə və arkad ipləri boyunca əsas sap yuxarıya qalxır və ilməyin yuxarı hissəsini əmələ gətirir.
Jakkard əmsalı
Jakkard əmsalı (Jaccard’s coefficient) və ya Jakkard ölçüsü – mətnlərin orijinallığının yoxlanılması texnologiyalarında istifadə edilən ölçüdür. Jakkard əmsalından mətnlərin orijinallığının yoxlanılmasına həsr edilmiş elmi-tədqiqat işlərində geniş istifadə edilir. Jakkard oxşarlıq formulu – mətnlərin orijinallığının yoxlanılması texnologiyalarında istifadə edilən düstur. Bu düstura görə müqayisə edilən sətirlər tamamilə üst-üstə düşürsə onda onun qiyməti 1-ə bərabərdir. Lakin bu düstur müqayisə edilən mətnlərin ölçülərində fərqləri, istifadə tezliyini və s. nəzərə almır. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Mario Bekkaria
Mario Bekkaria (it. Mario Beccaria; d. 18 iyun 1920, Sant-Ancelo Lodicano, İtaliya – ö. 22 noyabr 2003) — İtaliyalı siyasətçi, Xristian Demokratik Partiyasının rəhbərlərindən biri. == Həyatı == 1920-ci ildə Sant-Ancelo Lodicanoda anadan olmuşdur. 1969-1964-cü illərdə Sant-Ancelo Lodicano bələdiyyəsinin başçısı olmuşdur. 1968-1972-ci və 1972-1976-cü illərdə İtaliya Deputatlar Palatasının üzvü olmuşdur. == Xatirəsi == Sant-Ancelo Lodicano bələdiyyəsində adına küçə var.
Morena Bakkarin
Morena Silva de Vaz Bakkarin (port. Morena Silva de Vaz Setta Baccarin; 2 iyun 1979, Rio-de-Janeyro) — braziliyalı aktrisa. Televiziya serialı Firefly və Serenity filmindəki İnara Serra rolu ilə tanınır. Həmçinin Dedpul filmlərindəki rolu ilə də tanınır. Hal-hazırda Gotham serialında Dr. Lesli rolunu canlandırır.
Natella Barkaya
Odoardo Bekkari
Odoardo Bekkari (it. Odoardo Beccari) — İtaliya botaniki və səyyahı. Beccariodendron Warb. Beccariophoenix Jum. & H.Perrier Palmakimilər fəsiləsi Beccarianthus Cogn. Melastomakimilər fəsiləsi Palme del Madagascar descritte ed illustrate. 1912—1914. (ital.) Contributo alla conoscenza della palma a olio (Elaeis guineensis). 1914. (ital.) Malesia; raccolta di osservazioni botaniche intorno alle piante dell’arcipelago Indo-Malese e Papuano pubblicata da Odoardo Beccari, destinata principalmente a descrivere ed illustrare le piante da esso raccolte in quelle regioni durante i viaggi eseguiti dall’anno 1865 all’anno 1878.
Portuqaliyalı Barbara
Portuqaliyalı Barbara (isp. María Bárbara de Braganza y Austria) (4 dekabr 1711, Lissabon – 27 avqust 1758[…]) — İspaniya kralının xanımı. Atası Portuqaliya kralı V Con, anası isə Müqəddəs Roma imperatoru I Leopoldun qızı Mariya Annadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası ünvanı almışdır. Noel, Charles C. (2004). "'Barbara Succeeds Elizabeth…': The Feminisation and Domestication of Politics in the Spanish Monarchy, 1701–1759". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp.
Santa-Barbara
Santa Barbara — ABŞ-nin Kaliforniya ştatında istirahət şəhəridir. Sakit okean sahilində Los-Ancelesin şimal-qərbindədir. Əhali: 92,325 (2000). Santa Barbara irili xırdalı bir çox park var. Bəziləri: Alameda Park Elings Park Alice öğürmek Park Memorial Gardens De La Guerra Plaza Skofield Park Parma Park Sahil Park, Santa Barbara Douglas Ailə Qoruğu Şərq Beach (Santa Barbara) Leadbetter Beach Qərb Beach (Santa Barbara) Hendry çimərlik Andree Clark quş Cenneti Kaliforniya Universiteti, Santa Barbara Santa Barbara City College Westmont College Fotoqrafiya Brooks İnstitutu Qərb Musiqi Akademiyası Santa Barbara Business College Antakya Universiteti Fielding Graduate University Derecik, İrlandiya Respublikası Palma de Mallorca, İspaniya Puerto Vallarta, Meksika San Juan, Filippin Toba City, Yaponiya Weihai, Çin Yalta, Ukrayna Santa Barbara şəhərinin rəsmi səhifəsi http://flagspot.net/flags/us-ca-sb.html Santa Barbara Kaliforniya Arxivləşdirilib 2007-02-24 at the Wayback Machine Local Info: http://www.edhat.com Informational Pages: http://www.santabarbara.com/ avtobus tarifləri Santa Barbara earthquakes Arxivləşdirilib 2006-01-09 at the Wayback Machine Wikitravel'da Santa Barbara Santa Barbara Deniz Muzeyi Free to view video interview with Alan Heeger (Nobel laureatı at UCSB and resident of Santa Barbara) provided by the Vega Science Trust.