Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baykara Hövenmey
Baykara Hövenmey (tuvaca: Бай-Кара Дамчаевич Хөвеңмей, d. 20 yanvar 1915 – 6 oktyabr 1972) – tuvalı yazıçı, şair və Tuva ədəbiyyatının qurucularından biri. == Həyatı == Damça oğlu Baykara Hövenmey 1915-ci ildə Tandı-Tıvannı Salçak bölgəsinin Bayanköl kəndində anadan olmuşdur. 1929-cu ildə Kızıl şəhərində monqolca öyrənmiş, sonra da yeni Tuva əlifbası və yazı dilini öyrənmişdir. Daha sonra Moskvaya Şərq Millətləri Kommunistlik Universitetindən məzun olmuşdur.“Şın” qəzeti ilə başladığı ədəbi fəaliyyətini daha sonra Tuva türkcəsində nəşr etdirdiyi əsərlərlə inkişaf etdirmişdir. Tuva Xalq Respublikası gənclərinin inqilab birliyinin mərkəzi komitəsinin Uluq-Hem komitəsində, Yazıçılar Birliyində, Tuva Respublikasının rəsmi qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. “Şın” qəzetində redaktorluq etmişdir.Baykara Hövenmey ədəbiyyata 1934-cü ildə gəlmişdir. “Oktabrınln tugu” (Oktyabr bayrağı) adlı ilk şeri o ildə “Şın” qəzetində yayımlanmışdır. Əsərləri “Areve şını” qəzetində, “Revolustan hereli” jurnalında yayımlanmışdır. O, “Önnükter-bile kadı”, “Uruklar bolgaş uluglar”, “Aziyanın çüree” (Asiyanın ürəyi), “Oktabrıdan Oktargayje”, “Kim ulugul?” adlı kitabların müəllifidir.
Hüseyn Baykara
Hüseyn Baykara (azərb. Qara Hüseynbəyli‎; d. 1904 Rusiya İmperiyası, Yelizavetpol quberniyası, Şuşa - ö. 1 iyul 1984, Türkiyə, Kayseri) — Azərbaycanlı araşdırmaçı-tədqiqatçı publisist, şair. == Həyatı == Qаrа Hüseynbəyli 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar ailəsində anadan olub. Anası Mina xanım Həsən bəy Şirinbəyovun qızı, atası Hüseyn bəy Hüseynbəyovun oğlu olub. Ulu babası isə Şirin bəy Ənnağıoğlu olub. 1830-cu ildə rus mənbələrə əsasən, Şuşada 56 bəy ailəsi olub, bunlardan biri də Şirinbəyovlar və ya Kavalerli Şirinbəyovlar idi. Nəsir bəy Hüseynbəyovun 3 oğlu, 5 qızı olub. Böyük oğlu Bahadur 1918-ci ildə rus-türk müharibəsində türklər tərəfdə vuruşaraq həlak olub.
Sakkara siyahısı
Sakkara siyahısı və ya Sakkara hökmdar siyahısı Qədim Misirə aid 1861 ci ildə Sakkarada aşkarlanmış hökmdar mirzəsi ya memarı (Memar Tunari II Ramzesin tikinti işlərinə rəhbərlik etmişdir.) və ali rahib Tunariyə məxsus qəbirdən tapılmış, hal hazırda Qahirə Misir muzeyində saxlan hökmdar siyahısı. == Məzmunu == Siyahıda nə vaxtsa 58 hökmdarın adı verilmişdir. Hal-hazırda ancaq 50 ad oxunmaqdadır. Siyahı xronoloji olaraq iki: sol və aşağı sağ cərgədən ibarətdir. Maraqlıdır ki, hökmdar siyahısı I sülalənin altıncı hökmdarı firon Anedyib ilə başlanır. Xələfi Semerxet göstərilmədən sıra i sülalənin səkkizinci hökmdarı firon Qaaya keçmiş olur. Belə olan halda siyahı doqquz hökmdar sadalamış olur ki, bu da demək olar ki, Turin çar papirusu ilə eynilik təşkil etmiş olur. Siyahıda III sülaləyə aid cəmi dörd hökmdar göstərilir. Yarı pozulmuş VI sülalə fironlarının adları 1932 ci ildə fransız arxeoloqu tərəfindən I Pepinin arvadı I Anxesenpepiyə məxsus sarkofaqın qapağında aşkar edilmişdir. Abidos siyahısı kimi bu siyahıda da Birinci aralıq zamana aid bir çox hökmdarlar göstərilməmişdir.
Azәrbaycan istiqlal mübarizәsi tarixi (Baykara)
Azәrbaycan istiqlal mübarizәsi tarixi (türk. Azerbaycan istiklâl mücadelesi tarihi) — Hüseyn Baykaranın Azərbaycan Xalq Cümhuriyyəti dövründәn bәhs edәn və ilk dәfә 1975-ci ildә İstanbulda nәşr olunmuş kitabı. Hüseyn Baykara "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitablarını Azərbaycanın azadlıq mübarizəsinin əlifbası adlandırıb. == Məzmun == Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin «alman casusu» olduğu, S.Şaumyanın nә üçün Bakıya gәldiyi, ermənilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin hәrbi yardımı vә s. bizә mәlum olmayan hadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda, hәmçinin Azәrbaycanın mühacirәtdә olan ziyalıları haqqında da geniş mәlumat var. == Nəşr və tərcümə == Kitab ilk dəfə 1975-ci ildә İstanbulda türk dilində Azerbaycan Halk Yayınlarında nəşr edilib.Azərbaycan dilinə ilk dəfə Elşən Əbülhəsənli tərəfindən tərcümə edilmiş Bakıda 1992-ci ildə Azərnəşrdə, 2017-ci ildə isə Bakı Kitab Klubunda nəşr edilib."История борьбы за независимость Азербайджана" adı ilə S. Əliyeva tərəfindən rus dilinə tərcümə olunmuş R. Həmidovun redaktorluğu, Fərid Ələkbərlinin ön söz müəllifliyi ilə 2018-ci ildə nəşr edilib.Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşr Bakıda, JekoPrint Çap Evində, 2021-ci ildə, 346 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == İran inqilabı və azadlıq hərəkatları Azərbaycanda Yeniləşmə Hərəkatı == Xarici keçidlər == "Azәrbaycan istiqlal mübarizәsi tarixi" ( (az.)). bbclub.az. 2020-02-03 tarixində arxivləşdirilib.
İran inqilabı və azadlıq hərəkatları (Baykara)
İran inqilabı və azadlıq hərəkatları (türk. İran İnkılâbı ve Azatlık Hareketleri) — Hüseyn Baykaranın ilk dəfə 1978-ci ildə İstanbulda türk dilində nəşr edilmiş əsəri. == Məzmun == Kitabda XX əsrin əvvəllərində dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlərin xalqların, millətlərin taleyinə təsiri, milli oyanış, bu oyanışın fonunda İranda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. Müəllif yazır: "Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları haqqında dünya heç nə bilmir. Halbuki XX əsrin əvvəlindən indiyə kimi İranda, İran xalqları arasında zülmə və istibdada qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, mübarizə davam etmişdir, bu gün də bu mübarizə dayanmamışdır." == Nəşr və tərcümə == Kitab ilk dəfə 1978-ci ildə türk dilində İstanbulda Əmək mətbəəsində nəşr edilib. Əsər Cavanşir Yusifli tərəfindən türk dilindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 232 səhifədə, 200 tirajla çap olunub. == İstinadlar == == Həmçinin bax == Azərbaycanda Yeniləşmə Hərəkatı Azәrbaycan istiqlal mübarizәsi tarixi == Xarici keçidlər == "İran inqilabı və azadlıq hərəkatları" ( (az.)). bbclub.az.
Bakhaza
Bakhaza (mac. Bakháza) — Macarıstanın Şomod medyesində yerləşən kənd.
BakıKART
BakıKART — Bakı metrosunda, "BakuBus", "Xaliq Faiqoğlu" və "Çinar-Trans" avtobuslarında tətbiq olunan vahid ödəniş kartı. İlk dəfə 8 avqust 2015-ci ildə tətbiq olunmağa başlamışdı. == Tarixi == 8 avqust 2015-ci ildə tətbiq olunmağa başlamış, 30 sentyabr 2015-ci ilə qədər əvvəlki ödəmə kartı olan Metrokart ilə paralel istifadə edilmişdir. İstifadəyə verildiyi ilk on gün ərzində 150 minə yaxın kart satılmışdır. 1 avqust 2017-ci ildə dizaynında dəyişikliklər aparılmışdır. == Mobil tətbiq == 2023-cü ilin iyununda "BakıKart" mobil tətbiqi buraxılmışdı. "BakıKart" mobil tətbiqi və kartın rəsmi saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir.İstifadəçilər mobil tətbiq vasitəsilə hesab üçün qeydiyyatdan keçə, "BakıKart" plastik kartlarını əlavə edə, əməliyyat tarixçələrini görə və şəxsi məlumatlarını idarə edə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa, avtobusları real vaxt rejimində izləyə və səyahətlərini tətbiqin intuitiv interfeysindən istifadə edərək planlaşdıra bilərlər. İstifadəçilər mobil tətbiqdə qeydiyyatdan keçdikdən sonra yaradılan pul kisələrinə pul yükləyə, bank kartı və ya pul kisəsindən istifadə edərək "BakıKart" plastik kartlarının balansını artıra və mobil tətbiqə əlavə edilmiş "BakıKart" plastik kartlarını görə bilərlər.
Hakkari
Hakkari — Türkiyənin Hakkari ilinin inzibati mərkəzi. Türkiyənin ən cənub-şərq ucqar hissəsində yerləşən, əhalisinin sayına görə ən böyük 62-ci şəhəri. 2016-ci ilin qeydəalmasına görə əhalinin sayı 267.813 çatmışdır. İlçənin öz ərazisi şərqdən İranla, cənubdan isə İraqla həmsərhəddir. İlçənin ən hündür nöqtəsi Cilo dağıdır. Hündürlüyü 4150 metrdir.
Maskara
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Çaykara
Çaykara (türk. Çaykara) — Trabzon ilinin ilçəsi.
Şankara
Şankara ( Adi Şankara sanskrit. आदि शंकर [aːd̪i ɕəŋkərə]; təq. 788 – təq. 820) – hind mütəfəkkiri, filosof, Veda mətnlərinin təfsirçisi və tədqiqatçısı, dini reformator, mistik və şair. Upanişadlar əsasında "advayta-vedanta" adlnan monistik təlimi və dini-fəlsəfi sistemi yaratmışdır. == Həyatı == Şankaranın dünyaya gəlməsi, həyatı, fəaliyyəti bir çox hallarda bizə əfsanəvi və möcüzəvi şəkildə təsvir edildiyindən, onun həyatı haqqında dəqiq məlumat əldə etmək olduqca çətin məsələdir. Adi Şankara haqqında əsasən "Şankara Vijayams" adlı əsərdə məlumat verilmişdir. Bioqrafik və əfsanəvi məlumatların qarışığı olan bu külliyatda filosofun həyatı şeir formasında yazılmışdır. Bunların arasında ən önəmli bioqrafiyalar XIV əsrdə yazılmış "Madhaviya Śaṅkara Vijayaṃ", XV-XVII əsrlər arasındakı bir tarixdə yazılan "Cidvilāsīya Śaṅkara Vijayaṃ" ve XVII əsrdən sonra yazıldığı ehtimal edilən "Keraļīya Śaṅkara Vijayaṃ" bioqrafiyalarıdır. Adi Şankara, Nambodiri Brahmin qəbiləsində indiki Kerala şəhərinin yaxınlığındakı Kaladi və ya Aryambada dünyaya gəlmişdi.
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. == Etimologiya == Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα (Qədim yunan dilində Anqira və Ankira olaraq tələffüz edilir) olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Ankara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Ankara" olmuşdur.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir.İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Akkra
Akkra (ing. Accra) — 1957-ci ildən Qana Respublikasının paytaxtı və ölkənin ən böyük şəhəri. Qvineya körfəzi sahilində liman. Şəhərin əhalisi 2011-ci ilin təxmini hesablamalarına görə 3 963 264 nəfərdir. == Tarixi == Akkra sözü "qarşıqalar" mənasını verən "Nkran" sözündən yaranmışdır. Əsası 16-cı əsrin 1-ci yarısında qoyulmuşdur. Adı Korlelaqununun sahilində məskunlaşmış akkra xalqının adından götürülmüşdür. 19-cu əsrin sonlarınadək qul ticarəti mərkəzlərindən biri olmuşdur. Əvvəllər burada qa tayfalarından biri məskunlaşmış, 1600-cü ildə isə qa tayfa ittifaqının paytaxtı olmuşdur. Avropa tacirlərinin Qvineya sahillərinə gəlməsi nəticəsində mühüm ticarət mərkəzinə çevrildi.
Aqata Barbara
Aqata Barbara (ing. Agatha Barbara 11 mart 1923 – 4 fevral 2002) — Maltanın dövlət xadimi və siyasətçisi, 1982-1987-ci illərdə Malta prezidenti. == Bioqrafiyası == Karyerasına məktəbdə müəllim kimi başlamışdır (1942-1947). 1946-cı ildən siyasətdə fəal iştirak edir və Leyborist Partiyasına qoşulur. 1947-ci ildə Malta Leyborist Partiyasının İcraiyyə Komitəsinin üzvü olur və Maltanın Nümayəndələr Palatasına seçilir. Ölkədə ilk qadın millət vəkili kimi tarixə düşür. Sonradan 1982-ci ildə deputatlıqdan könüllü istefaya qədər Malta Parlamentinin də istisnasız olaraq bütün seçkilərdə deputat seçilir. 1955-ci ildə təhsil və mədəniyyət nazirinin portfelini təhvil alır. Bununlada ilk Malta qadın naziri olur. Təhsilin geniş əhali üçün daha əlçatan olmasına yönəlmiş bir islahatı həyata keçirir.
Açarya Bxaskara
Açarya Bxaskara (ing. Bhāskara; 1114 – 1185) — Hind riyaziyyatçısı və astronomu; müxtəlif cəbri məsələlərin həllini əks etdirən "Təlimin haləsi" əsərinin müəllifi.
Baatara şəlaləsi
Baatara — Livanda şəlalə. Ölkənin Dağlıq Livan (Mountain Trail) bölgəsində, Cbeil rayonu ərazisindədir. Ümumi hündürlüyü 225 metrdir. Baatara Livan dağlıq silsiləsində yerləşən Tannorin şəhəri yaxınlığındadır. == Ümumi məlumat == Şəlalənin yerləşdiyi ərazi "Üç körpü çuxuru" (Three Bridge Chasm) adlanır. Məhs şəlalə bir birinin üzərində yerləşən üç körpü formalı çuxura tökülür. Bu çuxur yura dövrünün əhəngdaşlarında təşkil olunmuş və geomorfoloji baxımdan karst qıfıdır. Baatara şəlaləsinin yaşı 160 milyon ildir. Ətraf ərazidə ot örtüyü olduğundan uzaqdan şəlaləni görmək mümkün deyil. Ancaq çox yaxınlaşdıqdan sonra şəlalə görsənir.Mağaranın formalaşmasında yağış və qar sularının fəaliyyəti böyükdür (eroziya).
Bambara dili
Bambara dili — Malidə Bambara qəbiləsinin danışdığı dil. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Bambara qəbiləsi
Bambaralar — Malidə ən böyük qəbilə və xalq. Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. Bambara qəbiləsinin nümayəndələri ailələrə bölünür ki, bu ailələr onların üzvlərinin üzlərindəki çapıq və cizgilərlə bir-birlərindən ayrılırlar. Kişilər üzlərində daha çox gözə çarpan və daha dərin çapıqlar çəkməyə çalışırlar. Hazırda dövlət uşaqların və gənclərin üzlərinin bu cür çapıqlarla yaralanmasına icazə vermir. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Barbara Barns
Barbara Enn Barns (ing. Barbara Ann Barnes) — 1995-ci ilin dekabrında, 13 yaşında qətlə yetirilən amerikalı məktəbli qız. İş bu günə kimi həll olunmamış qalır. Çoxları onun ölümünə görə əmisinin məsuliyyət daşıdığını güman etdi, lakin digərləri inanırdılar ki, cinayət ərazidə yerli biri tərəfindən törədilib. Jurnalist Ceyms Renner işin Tina Harmon, Krista Harrison, Debora Smit və Emi Mixaleviç cinayətləri ilə əlaqəli ola biləcəyi barədə nəzəriyyəsini yayımladı. == Məlumat == Barns məktəbdə yaxşı oxuyan, şirindilli bir qız kimi təsvir edilmişdir. O, səkkizinci sinifdə oxuyurdu və Harding orta məktəbinə gedirdi. Evi ilə məktəbi arasında məsafənin az olması səbəbindən o, məktəbə hər gün məktəb yoldaşları ilə gedirdi. Barnsın atası 1989-cu ildə güllələndi, hansı ki bu, onun şəxsiyyətinin dəyişməsinə səbəb oldu. == İtkin düşməsi və qətli == Bir sinif yoldaşı tərəfindən Barnsın 7 dekabr 1995-ci ildə qaçırıldığı zaman məmləkəti Ohayo ştatı, Styubenvill şəhərindən məktəbə getdiyi bildirildi.
Barbara Bax
Barbara Bax (ing. Barbara Bach, qızlıq soyadı Qoldbax (ing. Goldbach); 27 avqust 1947, Nyu York, ABŞ) — amerikalı aktrisa və model. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb. "The Beatles" qrupunun barabançısı Rinqo Starın həyat yoldaşıdır. == Həyatı == 27 avqust 1947-ci ildə Nyu Yorkda anadan olub. Barbaranın atası Avstriyadan olan yəhudi olub. Anası İrlandiya, nənəsi isə rumın əsilli olub.Barbara öz soyadını Qoldbaxdan Baxa dəyişib və "On yeddi" jurnalının üz qabığında çəkilib. 18 yaşı olarkən özündən 10 yaş böyük olan italiyalı biznesmen Avqusto Qreqoriniyə ərə gedib. 1968-ci ildə Barbaranın qızı Françeska, 1972-ci ildə isə oğlu Canni dünyaya gəlib.
Barbara Brılska
Barbara Brılska (pol. Barbara Brylska; 5 iyun 1941) — Sovet və Polşanın teatr-kino aktrisası, müğənni. SSRİ Dövlət Mükafatı laureatı (1977). Keçmiş SSRİ məkanında daha çox Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki Nadya Şevelyova rolu ilə tanınır. == Həyatı == Barbara Brılska 5 iyun 1941-ci ildə Polşada Lodzi yaxınlığındakı Skotniki şəhərində anadan olmuşdur. 15 yaşında olarkən ilk rolunu kinoda ifa edir. Çəkilişlərdən sonra teatr dərnəyində məşğul olmağa başlayır. O, Lodz teatr məktəbində oxuyurdu. 1967-ci ildə oranı qurtarır. 1966-cı ildə Boleslav Prusun romanı əsasında çəkilən "Firon" filmində (rejissor: Yeji Kavaleroviç) kahinə Kama rolunu ifa edir.
Barbara Buyka
Barbara Buyka (d. 5 sentyabr 1986) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Barbara Buyka, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Barbara Buyka, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Barbara Buş
Barbara Buş (ing. Barbara Pierce Bush; 8 iyun 1925[…], Manhetten, Nyu-York ştatı – 17 aprel 2018[…], Hyuston) - ABŞ Prezidenti Corc Herbert Uoker Buşun həyat yoldaşıdır.
Barbara Kyappini
Barbara Chiappini (it. Barbara Chiappini; 2 noyabr 1974, Piaçensa, Emiliya-Romanya) — İtaliya kino, televiziya və teatr aktrisası və model.
Barbara Liskov
Barbara Liskov (ing. Barbara Liskov; 7 noyabr 1939, Los-Anceles, Kaliforniya) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. == Həyatı == 7 noyabr 1939-cu ildə anadan olmuşdur. Liskov 2008-ci ildə proqramlaşdırma dillərinin və sistem dizaynının nəzəri və praktiki əsasları sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.