Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baptizm
Baptizm — xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edən baptizmin meydana gəlməsi konkret bir ölkə ilə əlaqədar olmamışdır. == Tarixi == Baptizmin yaranması prosesi Hollandiyada başlamış, İngiltərədə isə başa çatmışdır. Baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia etsələr də, tarixi qaynaqlar onun XVII əsrin əvvəllərində ortaya çıxdığını təsbit edir. Baptistlərin ilk icmasının əsası 1609-cu ildə Amsterdamda qoyulmuşdur. Onun üzvləri özlərini bu vaxt baptist adlandırmasa da, yeni dini cərəyanın bünövrəsini qoymuşlar. Yetkin insanın şüurlu şəkildə öz etiqadını müstəqil müəyyənləşdirməsi və vəftiz edilməsi ideyalarını müdafiə etmişlər. Onlar siyasi əqidələrinə görə təqib edildiyindən İngiltərədən Hollandiyaya köç etmiş kalvinçi immiqrantlar idi. 1606-cı ildə İngiltərədə kilsə əleyhinə yönəlmiş hərəkat nəticəsində ölkəni tərk etməli olan kalvinçilər Hollandiyada müstəqil iki qrup kimi fəaliyyətlərini davam etdirmişlər. Con Robinsonun başçılıq etdiyi qrup Hollandiyanın Leyden şəhərinə, digər qrupa rəhbərlik edən Con Smit (1570-1612) isə Amsterdam şəhərinə sığınmış və orada müstəqil kilsələrini quraraq fəliyyət göstərmişlər.
Baptist
Baptizm — xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edən baptizmin meydana gəlməsi konkret bir ölkə ilə əlaqədar olmamışdır. == Tarixi == Baptizmin yaranması prosesi Hollandiyada başlamış, İngiltərədə isə başa çatmışdır. Baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia etsələr də, tarixi qaynaqlar onun XVII əsrin əvvəllərində ortaya çıxdığını təsbit edir. Baptistlərin ilk icmasının əsası 1609-cu ildə Amsterdamda qoyulmuşdur. Onun üzvləri özlərini bu vaxt baptist adlandırmasa da, yeni dini cərəyanın bünövrəsini qoymuşlar. Yetkin insanın şüurlu şəkildə öz etiqadını müstəqil müəyyənləşdirməsi və vəftiz edilməsi ideyalarını müdafiə etmişlər. Onlar siyasi əqidələrinə görə təqib edildiyindən İngiltərədən Hollandiyaya köç etmiş kalvinçi immiqrantlar idi. 1606-cı ildə İngiltərədə kilsə əleyhinə yönəlmiş hərəkat nəticəsində ölkəni tərk etməli olan kalvinçilər Hollandiyada müstəqil iki qrup kimi fəaliyyətlərini davam etdirmişlər. Con Robinsonun başçılıq etdiyi qrup Hollandiyanın Leyden şəhərinə, digər qrupa rəhbərlik edən Con Smit (1570-1612) isə Amsterdam şəhərinə sığınmış və orada müstəqil kilsələrini quraraq fəliyyət göstərmişlər.
Çartizm
Çartizm (ing. Chartism, charter — xartiya sözündən ) — 1836—1848-ci illərdə İngiltərədə baş vermiş sosial və siyasi hərəkat. == Zəmin == İngiltərə 1825-1827-ci illərdə iqtisadi böhran keçirtmişdi. Böhrandan sonra başlanmış durğunluq 1832-ci ilədək davam etmişdi. 1825-ci ildə parlament qanunla tətilləri qadağan etmişdi. 1830-1832-ci illərdə ölkənin cənubunda kəndli hərəkatı gücləndi. Mübarizədə iştirak edən muzdurlar və yoxsul fermerlər kənd təsərrüfatı alətlərini məhv edirdilər. Seçki islahatı uğrunda mübarizə aparan burjuaziya bir sıra şəhərlərdə öz siyasi təşkilatlarını yaradırdı. 1829-cu ildə Londonda yaradılmış Milli Siyasət Assosasiyasına iri fabrik sahibi olan Pleys 1830-cu ildə Birmingemdə yaradılmış Siyasi İttifaqa bankir Arvud başçılıq etmişdi. Burjuaziya zəhmətkeşləri parlamentin yenidən qurulması uğrunda mübarizəyə cəlb etmişdi.
Şaktizm
Şaktizm (Sanskrit dilində:शाक्तं, Śāktaṃ IAST, hərfi mənada "güc doktrinası" və ya "İlahə doktrinası") — induizmin əsas istiqamətlərindən biri, Şakti və ya Devaya (induizmdə Ana-İlahə - Allahın mütləq və ilk başlanğıc formasıdır) inam hissidir. Vaynaşizm, şivaizm və smartizm ilə birlikdə induizmdə dörd əsas ənənədən biridir. Şaktizm mistisizmə güclü bağlılığı ilə səciyyələnir. Qədim dövrlərdə şaktizm ayrıca təriqət kimi inanclı insanları ekstatik vəziyyətdə Şaktinin dünyəvi gücü ilə birləşməsinə çağırışlarına əsaslanan xüsusi ayinlərlə müşahidə olunurdu. == Tarixi == Şaktizmin kökləri ən qədim dövrlərə gedir, Ana-İlahəyə inam matriarxatlığın əsas qalıqlarından biridir. Şaktizmin dini mətnləri arasında əsas yeri Deva-Mahatmya adlanan mətnlər təşkil edir. Bu mətnlər sanskrit dilində 1600 il bundan əvvəl rişi (induizm dininə görə gələcəyi görən, müdrik) Markandeya tərəfindən yazılmışdır və Markandeya-puran adlanan indus dini mətnlərinin əsas tərkib hissəsini təşkil edirlər. == Şaktizm məktəbləri == Şaktizm çoxlu müxtəlif təriqətlərə və cərəyanlara bölünür, lakin onun iki əsas istiqaməti (məktəbi) xüsusi ilə fərqlənir. Hindistanın cənubunda geniş yayılmış Şrikula və ölkənin şimal və şərqində yayılmış Kalikula. Digər geniş yayılan məktəblərdən biri də Şrividya idi.
Autizm
Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən yoxsa nadir görülən mutasiyalardan qaynaqlandığı çox açıq deyil. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələri təsdiqləyən elmi dəlillər yoxdur. Son illərdə aparılan araşdırmalar autizmin yayılmasını 1.000 adama bir ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hallarının sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı məlum deyil. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər.
Babizm
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Con Baptist
Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدان‎ Yuhanna Al-Ma'madan,arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim erm. Yovhannēs Mkrtičʿ, qədim yunan: Ἰωάννης ὁ βαπτίζων, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes) - səyyar vaiz, Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), Bəhailik və Mandayizmdə əsas dini obrazlarından biridir.İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir. Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər. Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər, bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir. Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur. Əhdi-Cədidə görə İohann özündən daha böyük bir mesianik fiqurun gəlməsini gözləyirdi və İsa özü onun yanına gəlmişdi. İsa haqqında müjdələr verdiyinə görə, xristianlar iohannı daha çox carçı və ya elçi kimi qəbul edirlər.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Bakının Nizami rayonunda yerləşən Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi Heydər Əliyev Fondu tərəfindən inşa edilib.. == Tarixi == Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 2021-ci il dekabrın 31-də Mərkəzin binası istifadəyə verilib. == Mərkəz haqqında == Bu autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var. Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Bu gün istifadəyə verilən Mərkəz də bunun gözəl nümunələrindəndir. Mərkəz autizm spektr pozuntuları ilə üzləşmiş şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələr ilə işləmək, autizm sahəsində maarifləndirici layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.