Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Bariton
Bariton (it. baritono, q.yun. βαρύτονος — aşağı səs βαρύς) — Yunan sözü olan "barytonos" - tərcümədə "ağır" mənasında işlənir. Bu səsə belə ad verilməsi təsadüfi deyil. Gözəl, dolğun bariton səsinə malik olan opera müğənniləri, adətən, ifadəli, qəhrəman xasiyyətli rolları ifa edirlər. Bariton səsinin diapozonu böyük oktavanın lyab səsindən birinci oktavanın lyab səsinədək davam edir. Bariton səsli müğənnilərdən Müslüm Maqomayev, Andrey Sereda, İvan Doroşşuk, Yevgeni Kibkalo, Georq Ots və b. göstərmək olar. Görkəmli italyan müğənnisi Titt Ruffo bütün dünyada geniş şöhrət qazanmış baritonlardan olmuşdur. Bariton - Bizenin "Karmen" operasında toreodor Eskamilyo, Rubinşteynin "Demon" operasında Demon, Çaykovskinin "Yevgeni Onegin" operasında Yevgeni Onegin, Qunonun "Faust" operasında alentin, Verdinin "Riqoletto" operasında Riqoletto...
Baritəh (Sərdəşt)
Baritəh (fars. بريته‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (24 ailə).
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir. 2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Barıt imperiyaları
Barıt imperiyaları və ya Müsəlman barıt imperiyaları — XVI əsrdən XVIII əsrə qədər çiçəkləndikləri dövrdə üç türk və müsəlman imperiyasına: Osmanlı İmperiyasına, Səfəvilər İmperiyasına və Böyük Moğol İmperiyasına aid edilən termin. Bu üç imperiya erkən müasir dövrün ən güclü və ən sabit iqtisadiyyatlarına malik idi ki, bu da kommersiya ekspansiyasına və mədəniyyətin daha çox himayəsinə səbəb olur, onların siyasi və hüquqi institutları isə artan mərkəzləşmə dərəcəsi ilə möhkəmlənirdi. İmperiyalarda adambaşına düşən gəlir və əhalinin əhəmiyyətli dərəcədə artması və davamlı texnoloji yenilik tempi müşahidə olunurdu. Qərbdə Mərkəzi Avropa və Şimali Afrikadan şərqdə Benqal və Arakana qədər uzanırdılar. İmperator ekspansiyası zamanı yeni icad edilmiş odlu silahların, xüsusilə top və atıcı silahların istifadəsi və inkişafı ilə İslam barıt imperiyaları tərəfindən böyük ərazilər fəth edildi. Avropada olduğu kimi, barıt silahlarının tətbiqi mərkəzləşdirilmiş monarxiya dövlətlərinin yüksəlişi kimi dəyişikliklərə səbəb oldu. G.S.Hodqsona görə, barıt imperiyalarında bu dəyişikliklər hərbi təşkilatlanmadan xeyli kənara çıxdı. Hindistan yarımadasında yerləşən moğollar, qismən Teymuri İntibahını miras qoydular və öz dəbdəbəli memarlığı ilə tanındılar. Səfəvilər İran üçün səmərəli və müasir dövlət idarəsi yaratdılar və təsviri sənətdə böyük inkişaflara sponsorluq etdilər. Kaysar-ı Rum kimi də tanınan Konstantinopol əsaslı Osmanlı xilafətinin sultanları İki Həram Məscidin Xadimi və bununla da İslam dünyasının başçıları idilər.
Barıt müharibələri
Barıt müharibələri — barıt silahları ilə müharibə və ya daha çox yayılmış olaraq Odlu Silahlarla Müharibə, bu partlayıcı maddənin istifadəsi üçün uyğun barıt silahlarının istifadəsi ilə ortaya çıxan və bu silah texnologiyasının inkişafı ilə zaman keçdikcə bu hala gələn bir döyüş üslubudur. XV əsrdən etibarən Avropa və Asiyada məhdud bir şəkildə başlamış və XIX əsrin ortalarına qədər davam etmişdir. 1792–1815-ci illər arasında davam edən Napoleon müharibələrində zirvəyə çatdı. Barutun Çinlilər tərəfindən tapıldığını bildirən İngilis filosof və rahib Rocer Bekon bu cür müharibənin ilk müdafiəçilərindən biri idi. Silahlarda və müharibələrdə barıtın ilk istifadəsinin Çində X əsrə gedib çıxdığı məlumdur. Barıtın ilk istifadəsi top idi. Çindən sonra müsəlman dövlətlərinin ordularında sürətlə yayıldı. XV əsrin ikinci yarısından bəri, xüsusilə Osmanlı İmperiyası tərəfindən səmərəli istifadə edilmişdir. Osmanlılar tez bir zamanda barıtdan tüfəng kimi istifadə etməyə başladılar. Fatih Sultan Mehmet 1453-cü ildə İstanbulu fəth edərkən nəhəng mühasirə toplarından istifadə etdi.
Barıt qülləsi
Barıt qülləsi (çex. Prašná brána) — XV əsrə aid memarlıq abidəsi. Qotik qüllə Praqanın Respublika meydanında yerləşir və İctimai bina ilə üstüörtülü körpü vasitəsilə birləşdirilib. Barıt qülləsi Praqanın ayrılmaz rəmzlərindən hesab olunur. Ayrıca olaraq bu diqqətəlayiq abidə "Barıt darvazası" kimi də adlanır. Bələdçilər turistlərə həmişə qülləni göstərirlər, lakin bir qayda olaraq, onlar tikilinin yalnız xarici gözəlliyinin təsviri ilə məhdudlaşırlar, onun tarixi haqqda isə çox az izah edirlər. Darvazalardan Praqa qəsrinə aparan Kral yolunun birinci hissəsi, yəni Tseletna küçəsi başlayır. Nove Mesto rayonunun formalaşmasından öncə hələ XIII əsrdə hazırkı yerdə darvazalı digər qüllə yerləşirdi. Mövcud plana əsasən, qüllə Köhnə şəhərin istehkam sisteminə daxil 13 mövcud qüllədən biri olmalı idi, lakin o zamanlar Nove Mestonun inşasından sonra, bu natamam istehkam qüllə öz əhəmiyyətini itirərək tədricən dağılmağa başladı. Dağılmaqda olan tikili elə görkəmsiz görünüşə malik idi ki, yerli sakinlər ona isteza ilə "soyulmuş qüllə" (çex.
Barik depressiya
Barik pillə
Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Barik qradiyent
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Barat Qaravəliyev
Barat Süleyman oğlu Qaravəliyev (1923, Dağ Kəsəmən, Qazax qəzası – 18 avqust 2009, Ağstafa) — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi. Barat Qaravəliyev 1923-cü ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1930-cu ildə kənddəki yeddillik məktəbə daxil olub. 1939-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib Dağ Kəsəmən kəndində müəllim təyin edilib. 1942-ci ilə kimi Əli Bayramli və Tərtər rayonlarında İcraiyyə Komitəsinin sədri olub. 1942–1945-ci illərdə Ukrayna, Belarus, Latviya, Litvada Sovet ordusu tərkibində alman faşistlərinə qarşı vuruşub. "Şöhrət", "I dərəcəli Vətən müharibəsi", "III dərəcəli Şərəf nişanı", "Qırmızı Ulduz" ordenləri və 12 medalla təltif olunub. Müharibədən sonra bir müddət Dağ Kəsəmən kəndində pedaqoji fəaliyyət göstərib. 1952-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirir. O vaxt yaradılmış Gəncə vilayətində hələ təhsilini qurtarmamış təlimatçı təyin olunub.
Barat Quliyev
Barat Quliyev (əsgər)
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Barat Şəkinskaya
Barat Həbib qızı Şəkinskaya (15 (28) iyun 1914, Şuşa – 14 yanvar 1999, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1949). Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan, 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən "Şəbih" tamaşasında Səkinə rolunda iştirak edib.O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.
Barik relyef
Barik relyef — Yer səthində atmosfer təzyiqinin alçaq və yüksək sahələrinin bölgüsüdür.Barik relyef yüksək zonalar üzrə yerləşir və yeddi zonadan ibarətdir:şimal qütb yüksək təzyiq zonası və cənub qütb yüksək təzyiq zonası, şimal mülayim alçaq təzyiq zonası və şimal subtropik yüksək təzyiq zonası və cənub subtropik yüksək təzyiq zonası ,ekvator boyu alçaq təzyiq zonası.
Barin döyüşü
Barin döyüşü — 1137-ci ildə Qüds kralı Foulques tərəfindən komandanlıq edilən xaçlı ordusu Mosul və Hələb atabəyi Nurəddin Zəngi tərəfindən darmadağın edildi. Bu məğlubiyyətlə xaçlılar Barin qalasını daimi olaraq itirdi. 1137-ci ilin əvvəllərində Nurəddin Zəngi Homsun təxminən 15 km şimalındakı Barin qalasını mühasirəyə aldı. Kral Foulques və qərərgahı mühasirəni aradan qaldırmaq üçün qalaya doğru irəliləməyə başlayarkən ordusu Nurəddin Zənginin ordusunun hücumuna məruz qaldı və dağıldı. Döyüşün baş vermə şəraiti barədə o qədər də məlumat yoxdur. Nə Surlu Uilyamın əsərlərində, nə də ərəbdilli mənbələrdə döyüş barədə ətraflı məlumat yoxdur. Lakin xaçlıların ordusunun darmadağın edildiyi məlumdur. Darmadağından sonra Foulques və sağ qala bilmiş döyüşçülər Barin qalasına qaçdılar. Nurəddin Zəngi yenidən qalanı mühasirəyə aldı. Ərzaq bitdikdən sonra atlarını yeməyə məcbur olan xaçlılar sonra razılığa gəlməyə vadar edildilər.
Baris (Meşkinşəhr)
Baris (fars. باريس‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (33 ailə).
Basit Rüstəmov
Basit İdris oğlu Rüstəmov (3 iyun 1996, Xok, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Basit Rüstəmov 2 iyun 1996-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. Basit Rüstəmov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 19 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cibal Bariz
Cibal Bariz və ya Cebal Barez — İranın Kirman ostanının Ciruft şəhristanının Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,639 nəfər və 576 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Maruf Baxit
Maruf Baxit (ərəb. معروف البخيت‎; 18 mart 1947 – 7 oktyabr 2023, İordaniya) — 1 fevral 2011-ci ildən İordaniya Haşimilər Krallığının baş naziri. O, əvvəlcə 27 noyabr 2005-ci ildən 25 noyabr 2007-ci ilə qədər, sonra isə yenidən 9 fevral 2011-ci ildən 17 oktyabr 2011-ci ilə qədər baş nazir vəzifəsində çalışıb. Baxit həmçinin İordaniyanın İsraildəki səfiri və milli təhlükəsizlik rəisi vəzifələrini icra edib. 2005-ci ildə Amman partlayışlarından üç həftə keçməmiş Kral II Abdullah tərəfindən baş nazir təyin edilən Baxitin əsas prioriteti İordaniyada təhlükəsizliyi və sabitliyi qorumaq idi. O, həftələrlə davam edən etirazlardan sonra 2011-ci il fevralın 1-də kral tərəfindən yenidən baş nazir təyin edilib. Əl-Baxit 2011-ci il oktyabrın 17-də tutduğu vəzifədən istefa verib və oktyabrın 24-də onun yerinə Avn Şövkət Əl-Xəsevnə təyin edilib. Maruf əl-Baxit 7 oktyabr 2023-cü ildə 76 yaşında vəfat edib.
Sarit Hadad
Sarit Hadad (20 sentyabr 1978) — İsrail müğənnisi. Sarit Hadad 1978-ci il sentyabrın 20-si İsrailin Afula şəhərində anadan olub. Əsl adı Sara Xudadatovadır. Onun ailəsi 1976-cı ildə İsrailə köçmüş, əslən Dərbənddən olan dağ yəhudiləridir. Özündən böyük 3 bacısı və 4 qardaşı var. Saranın 3 yaşı olan zaman ailə Hadera şəhərinə köç edir. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, lakin dağ yəhudiləri olaraq valideynləri onun müğənni olmaq istəyinə qarşı çıxmışdı. 10 yaşında gənc istedadlılar arasında keçirilmiş yarışda iştirak edir, orada fortepianoda ifa edir. O həmçinin orqan, gitara, akkordion və dabrukada da ifalar etmişdi. Gecələr klublarda konsert vermək üçün gizlincə evdən qaçmış, buna görə dəfələrlə ailəsi tərəfindən cəzalandırılmışdı.
Vedia Barut
Vedia Barut (türk. Vedia Barut) — ilk kiprli türk olan sahibkar qadın. Vedia Barut 1919-cu il fevralın 14-də Lefkoşada anadan olub. O, Ayasofya məscidinin baş imamı Mehmet Rəcəb Bəy və evdar qadın Əminə Xanımın üç övladından ikincisi olub. O, 3 yaşından dərs almağa başlayıb, 9 yaşında isə Ayasofya İbtidai məktəbində oxuyarkən skripka dərsi almağa başlayıb. Daha sonra o, Viktoriya Qızlar Liseyini bitirir və əczaçı kimi karyera qurmaq istəyir, lakin Britaniya hökuməti o zaman siyasətini dəyişdiyi və Kipr xəstəxanasında əczaçılıq təhsilini qəbul etmədiyi üçün ümidləri puç olur. Buna cavab olaraq əmisi atasını onun üçün mağaza aça biləcəyinə inandırır. Bu mağaza 1937-ci ildə açılır. Bu patriarxal cəmiyyətdə çox mübahisəli idi. “Söz” qəzetinin yazarı Mithat Bəy bu reaksiyanı absurd qəbul edərək Barutun qatı müdafiəçisi olur və nəticədə onun cəmiyyətdə tanınmasına səbəb olur.
Barat Yusubov
Barat Vəliş oğlu Yusubov (8 yanvar 1978, Pirəsora, Lerik rayonu) — Azərbaycanlı həkim-nefroloq. "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin təsisçisi və sədri (2018–2020); "Avropa Nefroloji Dərnəyi"nin üzvü (2019–h.h.); "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"nin təsisçisi və sədri (2022–h.h.); "Yeni Klinika"nın direktoru (2022–h.h.) 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001–2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005–2009-cu illərdə ECM-nin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib. 2009–2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012–2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb. Müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir. Yusubov Barat Vəliş oğlu 1978-ci il yanvar ayının 8-də Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur. 1984–1995-ci illərdə Lerik rayonu, Pirəsora kənd orta məktəbində orta təhsil alıb. 1995–2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2001–2002-ci illərdə M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsində, Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.
Ayxan Barut
Ayxan Barut (1964, Karataş, Adana ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Ayxan Barut 1964-cü ildə Adana ilinin Karataş ilçəsində anadan olub. Çuxurova Universitetinin Kənd təsərrüfatı maşınları bölməsinindən məzun olub. 13 il Adana Ticarət Palatasında Məclis üzvü, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Kənd Təsərrüfatı Mühəndisləri Palatası Adana şöbəsində sədr müavini (1994–1996) və sədr (2000–2008) vəzifələrində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Çuxurova ilçə və CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Kənd təsərrüfatı və meşə məsələləri Komissiyasının üzvü olub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Barıq
Barıq (Qoşaçay)
Barıs
Barıt sui-qəsdi
5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisə baş vermişdir. Həmin gün bir qrup müxalifyönümlü katolik dəstə İngiltərə və Şotlandiya kralı I Ceyms və digər aristokratlara qarşı sui-qəsd törətmək üçün Lordlar Palatasının binasını partlatmağa cəhd etmişdi. İşin üstü sui-qəsdçilərdən birinin sarayda işləyən qohumuna həmin gecə orada olmaması haqda yazdığı xəbərdaredici məktubun kral adamlarının əlinə keçməsi nəticəsində açılmışdı. Məlumatdan şübhələnən kral adamları ehtiyat tədbiri güdərək, sarayın hər yönünü nəzarət altına almış və təxribatın qarşısını almışdılar. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır.
Bakıt Torobayev
Bakıt Erqeşeviç Torobayev (qırğ. Бакыт Эргешевич Төрөбаев, rus. Бакыт Эргешевич Торобаев; 5 aprel 1973, Cəlalabad, Oş vilayəti) — Qırğızıstan siyasətçisi, Qırğızıstan Ali Məclisinin deputatı və Önüqüü-Proqress partiyasının qurucusu və sədri. Müxtəlif təşkilati rollarda fəaliyyət göstərdikdən sonra, 2007-ci il Qırğızıstan parlament seçkiləri zamanı Torobayev Qurmanbek Bakıyevin Ak Jol partiyasına qoşulmuş və ölkənin Ali Məclisinin Deputatı seçilmişdir. 2010 Qırğızıstan qiyamının nəticəsində Bakıyev vəzifədən azad edilmiş, Torobayev isə Qırğızıstanın Respublika Partiyasına qoşulmuşdur. O, partiyanın sədri Ömürbek Babanovla münaqişəyə girmiş, partiyanı tərk etmiş və daha sonra Önüqüü-Proqress partiyası qurmuşdur. Torobayev 2017-ci il Qırğızıstan prezident seçkiləri zamanı 13 namizəddən biri idi, ancaq o və daha iki namizəd seçkilər başlamazdan əvvəl namizədliklərindən imtina etmişdir. Bakıt Erqeşeviç Torobayev 5 aprel 1973-cü il tarixində SSRİ respublikası olan Qırğızıstan SSR-nin (hal-hazırkı Qırğızıstan Respublikası) cənub-qərbində yerləşən Cəlalabad şəhərində anadan olmuşdur. Torobayev 1995-ci ildə Qazaxıstan-əsaslı neft məhsullarının satışı və yanacaqdoldurma məntəqələrinin tikintisi üzrə ixtisaslaşan istehsal və kommersiya şirkəti olan "Jamliya i K"-nin rəhbəri olaraq fəaliyyət göstərmişdir. 1998–1999-cu illərdə "Asiya-Suzak" adlı bir fermanın sədri olaraq fəaliyyət göstərmişdir.
Barıc (Mərənd)
Barıc (fars. باروج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,340 nəfər yaşayır (574 ailə).
Barıq (Heris)
Barıq (fars. باروق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,070 nəfər yaşayır (273 ailə).
Barıq (Qoşaçay)
Barıq (fars. باروق‎; Baruq, Barı və ya Barlı) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanının Barıq bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınmasına görə şəhərdə 3 874 nəfər və 913 ailə yaşayır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Barıq (Ərdəbil)
Barıq (fars. باروق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,065 nəfər yaşayır (272 ailə).
Barış (şəhər)
Barış — Rusiya Federasiyasında yerləşən şəhər.
Barış Akarsu
Barış Akarsu (29 iyun 1979, Bartın – 4 iyul 2007, Bodrum, Muğla ili) — Türkiyə müğənnisi və aktyoru idi. Uşaqlıqdan musiqiyə olan marağı səbəbindən müxtəlif alətlərdə ifa etməyi öyrənib. 2004-cü ildə dostlarının təkidi ilə ATV -də yayımlanan "Akademi Türkiye" adlı müsabiqəyə qatılıb. O, uzun müddət iştirak etdiyi yarışmada Haluk Levent, Deniz Arçak kimi bir çox ifaçı ilə duet ifa edib. Üç il ərzində iki studiya albomu çıxaran artist həmçinin "Star TV"də yayımlanan "Yalancı Yarim" serialında da baş rollardan birini oynamışdır. 2007-ci 4 iyulda avtomobil qəzəsı nəticəsində, 5 gün reanimasiyada yatdıqdan sonra vəfat etmişdir.
Barış Arduç
Barış Arduç (9 oktyabr 1987, Münsterlingen[d], Turgau[d]) — türk serial və kino aktyoru. İsveçrə'nin Şerzingen şəhərində doğulub böyüyən, sonra ailəsi ilə birlikdə Türkiyəyə qayıdan Arduç ibtidai və orta təhsilini burada başa vurub. Teatr aktrisası Ayla Alqanla tanış olduqdan sonra peşəkar aktyorluğa addım atıb. O, əvvəlcə Küçük Hanımefendi (2011), Dinle Sevgili (2011), Pis Yedili (2011) kimi seriallarda göründü, sonra isə Benim İçin Üzülme (2012), Bugünün Saraylısı (2013–2014) kimi seriallarda rol aldı.) və Racon: Ailem İçin (2015). O, indiki populyarlığını ona gətirən Kiralık Aşk (2015–2017) adlı serialda rol alıb. Daha sonra Kuzgun və Çukur serialında da rol alıb. 2021-ci ildən etibarən TRT 1-də yayımlanan Alparslan: Büyük Selçuklu serialının baş rol ifaçısıdır.
Barış Manço
Barış Manço (Tosun Yusuf Mehmet Barış Manço; 2 yanvar 1943, İstanbul – 1 fevral 1999, Kadıköy, İstanbul ili) — səhnə adı ilə tanınan Barış Manço, Türk "rock" musiqiçisi, müğənni, söz yazarı, bəstəkar, aktyor, televiziya prodüseri idi. Qalatasaray Liseyinə gedərkən musiqi karyerasından başlayaraq, Türkiyədə rok musiqisinin qabaqcılığı və Anadolu kaya janrının qurucularından biri idi. Onun mahnıları çoxu ingilis, fransız, yapon, yunan, italyan, bolqar, rumın, fars, yəhudi, urdu, ərəb və alman kimi müxtəlif dillərə tərcümə edilmişdir. Televiziya proqramından 7'den 77'ye ("7-dən 77-ə qədər)" Manço dünyaya səyahət edib dünyanın bir çox ölkələrinə səfər edib . Türkiyənin ən məşhur ictimai xadimlərindən biri olaraq qalır. Barış Manço 2 yanvar 1943-cü ildə Üsküdar şəhərində anadan olub. Anası Rikkat Uyanık 1940-cı illərin əvvəllərində məşhur bir müğənni idi. İkinci Dünya müharibəsi dövründə dünyaya gələn böyük qardaşı, savaşın sonunu qeyd etmək üçün valideynləri tərəfindən Barış ("sülh") olaraq adlandırıldığı zaman Savaş (Türkcə "müharibə") adlandırıldı. Doğulduğunda, Yusufun Tosun adını verdiyi (tam mənası ilə: Yusuf Qüdrətli) əmisi Yusif Tosun adına əlavə edildi. Lakin bu ad ibtidai məktəbə qayıtmadan əvvəl silinmişdir.
Barış Pınarı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu. ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı.
Barış Özcan
Barış Özcan (23 iyul 1974, İstanbul) — türk YouTuber, rejissor və hüquqşünas. Barış Özcan 23 iyul 1974-cü ildə İstanbulda anadan olmuşdur. Mərmərə Universitetinin hüquq fakültəsinindən məzun olmuşdur. Apple, Adobe və Linkedin şirkətlərində məsləhətçi olaraq fəaliyyət göstərib. Həmçinin TRT, Əl-Cəzirə və CNN Türk telekanallarında sənədli filmlərin rejissoru olub. 13 sentyabr 2014-cü ildə YouTube platformasında video paylaşmağa başladı. 26 aprel 2019-cu ildə kosmosa raket göndərəcəyini açıqlayan NASA Barış Özcana xüsusi dəvətnamə göndərdi. Barış Özcanın həmçinin türk repçi Şanışerlə birlikdə hazırladığı "Korkudan" adlı mahnısı da var.
Barış Əkinçiər
Barış Əkinçiər (24 mart 1999, Hemer[d], Şimali Reyn-Vestfaliya) — Baris Ekincier, 2. Bundesliqa komandalarından Boxumda yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış edən Alman-doğumlu azərbaycanlı futbolçudur. Barış Əkinçiər 24 mart 1999-cu ildə Almaniyanın ərazisinə görə dördüncü, əhalisinin sayına görə isə birinci vilayəti olan Şimali Reyn-Vestfaliya vilayətinin Merkiş rayonunun Hemer şəhərində azərbaycanlı və türk mənşəli ailədə anadan olmuşdur. Əkinçiər futbol karyerasına Şimali Reyn-Vestfaliyanın İzerlon 46/49 komandasında başlamış, sonra eyni vilayətin Essen şəhərini təmsil edən Rot-Vayss Essen klubuna keçmiş, nəhayət 2017-ci ildə Boxum şəhərinin eyniadlı klubunun — Boxumun gənclər akademiyasına qatılmışdır. Peşəkar karyerasına məhz bu klubda başlayan Barış 2017-ci ilin avqustunda Bayer Leverkusen ilə yoldaşlıq oyununda Boxumun əsas komandasında çıxış etdi. 2018-ci ilin iyun ayında Barış Boxumla 2 illik — 30 iyun 2020-ci ilə qədər peşəkar müqavilə imzaladı. 19 avqust 2018-ci ildə Almaniya Kubokunun 2018–2019 mövsümünün Veyç Flensburq-Boxum matçında Almaniya Kubokunda debüt etdi. 5 aprel 2019-cu ildə isə Yan Regensburqa 1–2 hesabı ilə məğlub olduqları oyunda meydana çıxmaqla 2. Bundesliqada da debüt etmək şansı qazandı. Barış 2019–2020 mövsümünü icarə əsasında Avstriya 2-ci Liqa təmsilçisi Austriya Klaqеnfurtda keçirdi.