BARİQƏ
BARKƏŞ
OBASTAN VİKİ
Abbas Bariz
Abbas Mirzə Cəfər oğlu Bariz (1921–2011) — Azərbaycan şairi. == Həyatı == Abbas Bariz 1921-ci ildə Əhər şəhərində dünyaya gəldi. O hələ uşaq yaşlarında ikən ailəsi Yəxfüruzan kəndinə köçdü. Atası Mirzə Cəfər Şeyxülislam, öz dövrünün tanınmış din xadimlərindən biri idi. Gözəl əxlaqı və mədəni rəftarıyla Qaradağ camaatının məhəbbətini qazanmışdı. Elmə və biliğə böyük rəğbətlə yanaşsa da, uşaqlarının dövlət məktəblərində təhsil almasına icazə verməmişdir. Abbas Bariz, atasının yanında, mədrəsədə təhsil alan uşaqların ən qabaqcıllarından biri olub. Dini təhsillə yanaşı klassik və müasir fars və ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləriylə tanış olub, onları oxuyub. Daha sonra müəllimlik edən Bariz ilk şeirlərində məhəbbəti mövzu götürüb. Bariz, ilk şeirlərini məhəbbət üstündə qursa da, həyatın digər üzləriylə tanış olduqdan sonra ictimai xarakterli şeirlər yazıb.
Cibal Bariz
Cibal Bariz və ya Cebal Barez — İranın Kirman ostanının Ciruft şəhristanının Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,639 nəfər və 576 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Cibal Bariz eli
Cibal Bariz eli və ya Bariz eli — İranın Kirman ostanının fars dilli ellərindəndir. == Tarxçəsi == İlk dəfə bu xalqın adı "Karnameye Ərdəşire Babəkan" adlı kitabda Barizan şəklində gəlibdir. İbni Əsir "Əlnəhayət Fi Qərib əl-Hədis vəl Əsər" kitabında Barizlərə görə deyib, Bariz Kirmanda dağlıq bir məntəqədir və Bariz xalqı ki bəzi rivayətlərə görə kürdlərdəndirlər, adların bu məntəqənin adından alıblar. Əfzələddin Əbuhamid Əhməd bin Əhməd Kirmani "Əqdüləla" kitabında Ciruft-Bəm arasında "Barican" adlı dağdan ad aparır, tarixçilərə görə Cibal Bariz əhalisinin əksəri kürd idilər və sonra digər yerlərədə mühacirət ediblər. Bir qismi İraqın şimalına mühacirət edib və Barizan adlanırlar.

Значение слова в других словарях