Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bayonetta
Bayonetta (yap. ベヨネッタ) - Platinum Games kompaniyası tərəfindən hazırlanmış kompüter oyunu. Kompüter oyununun yaradıcısı Xideki Kamiya həm də Devil May Cry, Resident Evil 2, Okami və Viewtiful Joe kompüter oyunlarının hazırlanmasında iştirak etmişdir. Oyunda hadisələr avropa ölkələrindən birində cərəyan edir. Baş qəhrəman Bayonetta adlı bir qızdır. O, düşmənlərlə müxtəlif növ silahlar və sehrdən istifadə edərək vuruşur. Oyun beş səviyyədən ibarətdir. "Bayonetta" oyununun hazırlanmasına 2007-ci ildən başlanılmışdır. Oyun ilk dəfə Yaponiyada 29 oktyabr, 2009-cu ildə, digər ölkələrdə 2010-cu ildə kütləvi istifadəyə verilmişdir. "Bayonetta" 3D-action olub, 3-cü şəxs tərəfindən idarə olunur.
Bafomet
Bafomet — 14-cü əsrin əvvəllərində Katolik Kilsəsi tərəfindən xaric edilmiş Məbəd Cəngavərləri tərəfindən sitayiş edildiyi iddia edilən şeytan fiquru. İlk dəfə 1307-ci ildə tanrı kimi istifadə olunsa da, Bafomet termini 19-cu əsrdə populyarlaşdı. Xüsusilə bu tarixdən sonra Bafomet Elifas Levinin çəkdiyi "Sabbat Keçisi" olaraq da bilinən əsəri ilə xarakterizə olunmağa başladı. Bu təsvir kişilik və qadınlıq, yaxşı və pis, yuxarı və aşağı kimi təzadlı anlayışları ehtiva edir. == Adın etimologiyası == Müasir akademiklər və "İngilis dilinin Oksford lüğəti"nə görə Bafomet qədim fransızcada yer alan və mənası Məhəmməd olan Mahomet sözündən törəmişdir. Qədim dövrlərdə xristianlar müsəlmanlara Məhəmmədə ibadət edən bütpərəstlər olaraq baxırdılar.
Bayonnez
Bayonnez adaları (yap. ベヨネース列, fr. Bayonnaise) — İzu adalarının tərkibinə daxil olan vulkanik suxurlardan təkil olunmuş qayalıqlar. Su altı vulkanın bir hissəsini təşkil edir. Tokiodan 400 km cənubda yerləşir. Adalar ilk dəfə frsansızlar tərəfindən 1846-cı ildə kəşf edilmişdir. . Adalar qrupu onu kəşf edən fransız «Bayonnez» (fr. Bayonnaise) korvetinin şərəfinə adlandırılmışdır. İnzibati baxımından Tokio prefekturası Hatize dairəsinə daxildir. Adalarda yaşayış yoxdur.
Mayonez
Mayonez (fr. mayonnaise) — bitki yağı, yumurta sarısı, sirkə və ya limon şirəsi, şəkər, duz və bəzən də xardal və digər ədviyyatlar qatmaqla hazırlanan soyuq sous. Mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartmalarında istifadə edirlər. Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70–80 % olmalıdır. == Haqqında == Mayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir. Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur. Mayonezin xeyiri və ziyanı tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Klassik reseptə əsasən mayonezin əsas hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir, lakin təəssüf ki, hal-hazırda mayonezlərin çoxunun tərkibində modifikasiya olunmuş yağlar (onlara trans-piylər da deyilir) istifadə olunur. Bu yağ tam süni məhsul olub orqanizm tərəfindən onun mənimsəməsi üçün qətiyyən uyğunlaşmayıb.
Bafomet (heykəl)
Bafomet (ing. Baphomet) – Şeytan məbədi tərəfindən 2015-ci ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində təqdim edilmiş, Bafometi təsvir edən 2.7 metr hündürlüyə malik tunc heykəl. Məbəd ardıcılları heykəlin Oklahomadakı On qüsurlu hərəkət monumenti yaxınlığında ucaldılmasını istəyirlər. Bir ton ağırlığa malik olan heykəldə insan bədəni, keçi başı və ayaqları, həmçinin qanadı olan Bafomet sağ tərəfində oğlan, sol tərəfində isə qız uşaqları ilə təsvir edilmişdir. == Tarixi == 2014-cü ildə Satana məbədi Oklahoma Ştat Kapitolunda nümayiş etdirilməsi nəzərdə tutulan Bafomet və iki uşağı təsvir edəcək heykəlin hazırlanması üün “Indiegogo” saytında kraudsorsinq işinə başlamışdır. İyanə səhifəsinə bildirilirdi ki, heykəl Oklahoma təmsilçisi Mayki Ritzin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış On qüsurlu hərəkət monumentinə cavab olaraq, onun yaxınlığında ucaldılacaq. 25 iyul 2015-ci ildə heykəl Satana məbədi tərəfindən Detroytda təqdim edilmiş və şəhərdə dini təşkilatların etirazı ilə qarşılanmışdır. “Mərasimə mane olmaq istəyən etirazçıların qarşısının alınması üçün” mərasim zamanı 700 iştirakçı ruhunu Satanaya satmışdır. “Time” jurnalının məlumatına görə, “qrup birbaşa Satanaya inamı təbliğ etmir. Onların məntiqinə görə Satana abstraksiyadır, ədəbi forma kimi qəbul edilən Satana rasionallıq, skeptisizm, böyük şəxsi itkilərlə başa gəlsə belə, hakimiyyətə qarşı həqiqətləri dilə gətirməyi tərənnüm edir.” Jurnalın məlumatında deyilir ki, “Bunu Libertarian qotikası və ya Ayn Randın azad seçimə qarşı səlib yürüşünün daha qaranlıq təqdimatı da adlandırmaq olar.
Bayonna (rayon)
Bayonna (fr. Bayonne) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti —Atlantik Pireney. Prefektura — Bayonna. Rayonun əhalisi 2006-cı ildə 266.312 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 117 nəfər / km². Rayon ərazisi — 2270 km².
Layonel Riçi
Layonel Brokmen Riçi (ing. Lionel Brockman Richie; 20 iyun 1949, Alabama, ABŞ) — amerikan müğənni, şair, prodüser və aktyor. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçinin solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır. == Erkən həyatı == Riçi, Alabama ştatının Taskigi şəhərində, Alberta R. (Foster) və Layonel Brokmen Riçinin ailəsində doğulmuşdur. Taskigi Universitetində təshil alarkən o həmçinin tennislə maraqlanmış bir çox nailiyyət əldə etmişdir. == Karyera == 60-cı illərin ortasında o, Commodores qrupunda solist olmaqla yanaşı, saksofonda da ifa edirdi.70-ci illərə kimi o müxtəlif mahnılar bəstələmişdir. 1980-ci ildə onun bəstəsi olan Kenni Rocersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə kimi yüksəlmişdir. == Diskoqrafiya == Lionel Richie (1982) Can't Slow Down (1983) Dancing on the Ceiling (1986) Louder Than Words (1996) Time (1998) Renaissance (2000) Just for You (2004) Coming Home (2006) Just Go (2009) Tuskegee (2012) == Filmoqrafiya == Scott Joplin (1977) Thank God It's Friday (1978) Running with the Night (1990) Truth or Dare (1991) The Preacher's Wife (1996) Pariah (1998) The Simpsons (epizodik) (2007) Who Do You Think You Are?
Barnet borosu
Barnet borosu (ing. London Borough of Barnet) — 32 London borosundan biri. Böyük Londonun şimalında yerləşir. == Tarix == Rayon 1 aprel 1965 ildə yaradılmışdır.
Boris Barnet
Boris Vasilyeviç Barnet (5 (18) iyun 1902, Moskva – 8 yanvar 1965[…], Riqa, SSRİ) — sovet aktyoru. == Həyatı == Boris Barnet 18 iyun 1902-ci ildə Moskvada anadan olub. MXT-nin studiyasında butaforçu olaraq çalışmağa başlayıb. 1925-ci ildən müxtəlif studiyalarda filmlər çəkib və aktyor kimi çəkilib. Azərbaycan kinosunda fəaliyyət göstərib. Rusiyanın əməkdar artisti (1935), SSRİ dövlət mükafatı laureatı (1948), Ukraynanın əməkdar incəsənət xadimi (1951) Boris Barnet 8 yanvar 1965-ci ildə vəfat edib.
Enriko Barone
Enriko Barone (22 dekabr 1859, Neapol – 14 may 1924, Roma) — görkəmli italyalı erkən riyazi iqtisadçısı. O, orduda zabit, Turinin hərb kollecində (1894–1907) hərb elmləri professoru kimi işləməklə bərabər, Romanın iqtisadiyyat institutunda (1907–1924) iqtisadiyyat professoru kimi çalışmışdır. Barone Valrasın tələbəsi və dostu kimi son hədd istehsalı nəzəriyyəsinin inkişafında mühüm rol oynamış və bunun ümumi tarazlıq nəzəriyyəsinə daxil edilməsi ideyasını irəli sürmüşdür. Barone hesab edirdi ki , gəlirin maksimallaşdırılması xərclərin minimallaşdırılmasını nəzərdə tutur. Daha dəqiq, amillərin proporsiyaları əvəz oluna biləndə marjinal istehsalda istehsal amillərinə çəkilən xərclər firmalar tərəfindən onlara olan tələb funksiyasını və öz növbəsində firmaların tarazlıq həddi istehsalının müəyyən olunması üçün xərclər funksiyasını formalaşdırır. Baronenin "Kollektiv dövlətdə sənaye nazirliyi" (1908) əsəri onun iqtisad elmində böyük xidməti kimi qiymətləndirilir. Barone anti-sosialist ideyalarına baxmayaraq, sosialist iqtisadiyyatının ən azı- prinsipcə ideyalaşdırılmış kapitalist iqtisadiyyatının əldə etdiyi nəticələrə nail ola bilməsinin mümkünlüyünü göstərməyə çalışırdı .
Erik Barone
Erik Barone və ya digər adı ilə ConcernedApe (3 dekabr 1987, Los-Anceles, Kaliforniya) — amerikalı videooyun istehsalçısı, dizayner, rəssam, bəstəkar və musiqiçi. O, yaradıcısı olduğu "Stardew Valley" oyununa görə tanınır. Barone Los-Ancelesdə doğulub və Vaşinqton ştatının Obern şəhərində böyüyüb. O, məktəbi başa vurduqdan sonra Vaşinqton Tacoma Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıb və 2011-ci ildə oranı bitirib. O, iş tapa bilməmiş və işə götürülmə şansını artırmaq üçün 2012-ci ildə "Stardew Valley" oyununu hazırlamağa qərar vermişdir. Barone oyun 2016-cı ildə buraxılana qədər hər gün onun üzərində tək başına işləmişdir. Barone 2020-ci ildə bir neçə yeni oyun üzərində işlədiyini elan etdi. Oyunlardan biri "Haunted Chocolatier" adlanır, bu oyunun buraxılış tarixi hələ ki, məlum deyil.
Ernest-Anri Bayon
Ernest-Anri Bayon (fr. Henri Ernest Baillon; 30 noyabr 1827[…], Kale – 19 iyul 1895[…], Paris) — Fransa botaniki. == Elmi fəaliyyəti == 4000-dən yuxarı takson təsnif edən Ernest-Anri Bayon toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Henri Ernest Baillon: Adansonia, recueil périodique d’observations botaniques. Paris, 1866–1870 (10 томов) (fr.) Henri Ernest Baillon: Dictionnaire de botanique. Paris, 1876–1892 (4 тома) (fr.) Henri Ernest Baillon: Étude générale du groupe des Euphorbiacées. 1858 (fr.) Henri Ernest Baillon: Histoire des plantes. 1866–1895 (13 томов) (fr.) Henri Ernest Baillon: Histoire naturelle des plantes de Madagascar. (3 тома) (fr.) Henri Ernest Baillon: Iconographie de la flore française. 1885–1894 (fr.) Henri Ernest Baillon: Recherches organogéniques sur la fleur femelle des Conifères.
Bayon (Yuxarı Provans Alpları)
Bayon (fr. Bayons) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Tyurye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04023. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 93 nəfər iqtisadi cəhətdən fəal, 47 nəfər hərəkətsiz (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 69.9%) idi. Fəal olan 93 nəfərdən 82 nəfəri (45 kişi və 37 qadın), 11 nəfəri işsizdir (6 kişi və 5 qadın). Aktiv olmayan 47 nəfər arasında şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə hərəkətsizdir..