Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bilinit
Bilinit Fe2+ Fe23+ [SO4]4 • 22H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. Rəng – ağ, sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 1,87; Sərtlik – 1; Sınıqlar – tikanlı; Morfologiya – kristallar: iynəvari, tükşəkilli; Mineral aqreqatları: radial-lifli kütlələr, qabıqlar. Ən çox hipergen şəraitdə dəmir sulfidlərinin dəyişilmə məhsulu kimi əmələ gəlir. Liqnitlərdə və sulfid filizlərinin oksidləşmə zonasında qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: ryomerit, botriogen, pikkerinqit, pikromerit və b. Mineralın tapıldığı yerlər: Bilina dağı (Çexiya). Azərbaycanda Laçın rayonunda Bülüldüz sulfid təzahüründə tapılmışdır. Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Bizanti
Bizantium və ya Bizantion (yun. Βυζάντιον, lat. Byzantium) — İstanbul şəhərinin Konstantinopoldan əvvəlki adıdır. Əfsanəyə görə, Meqara, Arqos və Korinfdən gələn dori yunanlar tərəfindən e.ə. 667-ci ildə qurulub və adını kral Bizas və ya Bizantasdan (yunanca: Βύζας, ya da Βύζαντας) alıb. Eramızın 330-cu ilində bizanslılar tərəfindən adı Konstantinopol olaraq dəyişdirilib. Şəhəri 1453-cü ilin may ayında türklər ələ keçirdikdən sonra Kostantiniyye və ya Dersaadet kimi adlandırılır. Yunanca "εις τήν Πόλι(ν)" (/is tin boli/) yəni "şəhərə" adı türklər tərəfindən sıx istifadə olunurdu. 1930-cu ildə Türkiyə Cumhuriyyəti dövründə şəhərin adı rəsmi olaraq İstanbul olur. Necdet Sakaoğlu (1993/94a): "İstanbul'un adları".
Tikinti
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Bikini
Bikini — qadınlar üçün nəzərdə tutulan və üzgüçülükdə istifadə edilən çimərlik geyimi növüdür.
Birinci Alxasova
Alxasava — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Birinci və İkinci Alxasova kəndləri vahid yaşayış məntəqəsi kimi birləşdiyindən həmin məntəqə Alxasova kəndi adlandırılmışdır. Alxasova kəndi İncə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alxasova kənd Soveti yaradılmışdır. Alxasova oykonimi şəxs adı (Alxas) və oba sözlərindən ibarətdir. Oykonim "Alxasa məxsus oba" mənasındadır. 1993-cü ilədək Birinci və İkinci Alxasova (Alxasoba) kəndlərindən ibarət idi. Kənd Böyük Qafqaz dağlarının cənubunda, Qaraməryəm tirəsinin ətəyində, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin mövqeyi Dövranlı, İncə və Aşağı Qaraməryəm kəndlərinə daha yaxındır, Göyçay şəhərindən şərq istiqamətdə yerləşir. Ərazisinin 40%-i dağlıq, 60%-i düzənlikdir. Kəndin mərkəzindən Yuxarı Şirvan kanalı keçir.
Birinci Alyanlı
Birinci Alyanlı — Yelizavetpol (Gəncə) qəberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Toponim fərqləndirici əlamət bildirən birinci sözü ilə əklənli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Burada 1886-cı ildə 714 nəfər azərbaycanlı yaşamışdır. 1905-1906-cı illərdə xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
Birinci Alıbəyli
Birinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Birinci Alıcanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Birinci Aral
Birinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında yaxınlıqdakı İəmsabad kəndindən ayrılmış ailələrin xəzinə (dövlət) torpağı sayılan Aral adlı torpaq sahəsində məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər Təzəkənd, bir qədər sonra Təzə İəmsabad adlandırılan bu kənd yerli əhalinin dilində Aral Bir (yeni Birinci Aral) də adlanır. Aral sözü türkdilli xalqların toponimiyasında "bitkili torpaq sahəsi", "quru", "ada" və s. mənalarda işlənmışdir. Sözün "ayrılmış", "kənar" mənaları da vardır. Qazaxıstan və Özbəkistan ərazisində yerləşən dəniz və Amudərya çayının mənsəbindəki adalı sahə də Aral adlanır.
Birinci Aratkənd
Maşadqanlı (əvvəlki adı: Birinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun Birinci Aratkənd kəndi Maşadqanlı kəndi adlandırılmışdır. Keçmışdə Şirvandakı Gorus mahalının tərkibində olduğu üçün Gorus Aratkənd adlanırdı. XX əsrin 30-cu illərində həmin kənddən çıxan bir qrup ailə İkinci Aratkənd yaşayış məntəqəsini saldıqdan sonra Gorus Aratkənd Birinci Aratkənd adlandırıldı. Burada "birinci" komponenti "ilk, mənbə" mənalarını daşıyır. Adının mənşəyi talışların subetnosu olan orand tayfası ilə bağlıdır. Bəzi tədqiqatçılar bu toponimin ikinci komponentini monqol mənşəli oyrat tayfa adının fonetik dəyişikliyə uğramış forması hesab edirlər. Azərbaycanda xalq coğrafi termini olan arat relyefin mənfi hissələrində olan şorlaşmış torpaqların yuyulub təmizlənməsi prosesinə, dağdibi rayonlarda isə dincə qoyulmuş, əkilməyən torpaqlara deyilir. Deməli, kənd vaxtilə Gorus mahalının dincə qoyulmuş torpaq sahələrində salındığı üçün belə adlandırılmışdır. Kənd Şirvan düzündə yerləşir.
Birinci Ağalı
Birinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Birinci Ağalı kəndi Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdədir. Kənd yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı kimi də tanınır. Azərbaycan toponimiyasında "birinci" komponenti "əvvəlinci", "ilkin", "baş", "Aşağı və ya yuxarı", "böyük" mənalarını verir. Ağalı komponenti isə burada məskunlaşmış nəslin adıdır. Etnotoponimdir.
Birinci Aşıqlı
Birinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Birinci Aşıqlı kəndi Əlinəzərlikənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Aşıqlı kənd Soveti yaradılmışdır. Mülahizələrə görə, kəndin adı keçmışdə Mil-Qarabağ düzlərində yaşamış xələc tayfasının Aşıqlı tirəsinin adı ilə bağlıdır. Birinci komponenti isə yaşayış məntəqəsinin adını digər kənd adlarından fərqləndirmək üçün əlavə edilmışdir. Birinci Aşıqlı kəndi qədim tarixə malikdir, beləki yaşayış məskəni kimi adı "Dədə Qorqud" dastanında göstərilir. Kənd Yuxarı Qarabağ kanalından 4 km. aralı, Mil düzündədir. Kənd əhalisi azərbaycanlıların Tərəkəmə qolundan (türkmənlər) ibarətdir.
Birinci Baharlı
Birinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Birinci Biləcik
Birinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Birinci Biləcik kəndi Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə Biləcik adlanan bu kənd XVIII-XIX əsrlərdə İran əsarətinə və çarizmə qarşı mübarizə mərkəzlərindən biri olmuşdur. Kollektivləşmə illərində buradan köçmüş ailələr indiki İkinci Biləcik kəndini saldıqdan sonra Birinci Biləcik adlandırılmışdır. Biləcik kəndinin ilk sakinləri mənşəcə Türkiyənin Biləcik mahalından çıxmış və orta əsrlərdə burada məskunlaşmış ailələr hesab olunurlar.1734 -cü ildə Biləcikdə Nadir şaha qarşı böyük üsyan olmuşdur.Üsyançılar iki dəfə Nadirin sərbazlarına qalib gəlmişlər.Lakin Bərdədə qərarlaşan Nadirin özünün Biləciyə yürüşə hazırlaşdığını eşidən biləcikli 300 ailə kəndi tərk edərək Car-Balakənə çəkilməyə məcbur olmuşlar.Bütün bu hadisə haqqında bu üsyanın şahidi Molla Məhəmməd Carinin "Car müharibəsi salnaməsi" adlı əsərdə oxumaq olar. Kəndin əhalisi 1.399 nəfər təşkil edir.Kəndin əhalisi Azərbaycan türkləridir.Bəzi mənbələrdə bu kəndin 1570-ci illərdə Türkiyənin Biləcik vilayətindən gələnlər tərəfindən salındığı göstərilir.Türkiyəli tarixçilər isə əksinə Osmanlı dövlətini yaradan qayıların məhz Azərbaycandakı Biləcikdən gələrək Türkiyədə Biləcik şəhərinin əsasını qoyduğunu göstərirlər.Türkiyədəki Biləcik Osmanlı dövlətinin ilk paytaxtı olmuşdur.Bu gün Biləcik kəndinin əhalisinin dilində köhnə osmanlı şivəsinə aid sözlər hələ də işlədilməkdədir.
Birinci Dördyol
Birinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Birinci Dərəşam
Birinci Dərəşam — Babək rayonunda kənd. Dərəşam toponiminin adı ilk dəfə "Kitabi-Dədə Qorqud" eposunda Səkrəyin boyunda çəkilmişdir. Dərəşam kəndindən yaranmış kənd İkinci Dərəşam adlanır. Dərəşam toponimi Azərbaycan dilində dərə və şam sözlərindən ibarət olub, «işıqlı dərə» mənasındadır. «Şam» həm də çay sahillərindəki sıx qamışlığa da deyilir.
Birinci İpək
Birinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd. Kənd dağətəyi ərazidədir. 1933-cü ildə ərazidə Birinci, İkinci və Üçüncü İpək adlı üç kənd qeydə alınmışdır. Sonralar iki kəndin adı dəyişdirilmiş, yalnız Birinci İpək toponimi olduğu kimi saxlanılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur. Bəxtiyar Kavanlı — Şair, Qarabağ müharibəsi iştirakçısı. Əsas təsərrüfatı heyvandarlıq idi.
Birinci Şahsevən
Birinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. Araz çayından 3 km. aralı, Mil düzündədir. Daşburun stansiyası buradadır. Birinci komponent eyni-adlı yaşayış məntəqələrini fərqləndirir. İkinci komponent isə etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirir. 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. Birinci Şahsevən kəndində şəkər sexi və yeni “Aqrolizinq” təşkilatı vardır.
Birinci Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Birinci Əlicanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Birinci Ərəbcəbirli
Birinci Ərəbcəbirli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.Rayon mərkəzinə çox yaxın və ondan şimal- qərbdə, Bakı-Qazax şose yolu kənarında, Şirvan düzündə yerləşən kənd. Birinci Ərəbcəbirli Göyçay rayonunun İəhadət inzibati ərazi vahidində kənd. Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cu ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti ƏrəbŞamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir. 15 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qədim tarixə malik olan bu kəndin ərazisindən müxtəlif dövürlərə aid materiallar (saxsı qablar, qırıq küp qəbirlər və s.) tapılmışdır. Kəndin ərazisindəın qədim və erkən orta əsrlərdə yaşayış məntəqəsi olmuşdur.
Biçvinta kafedralı
Pervozvannı Həvari Andrey adına patriarx kafedralı (rus. Патриарший собор в Пицунде в честь Апостола Андрея Первозванного, translit. Patriarşiy sobor v Pitsunde v çest Apostola Andreya Pervozvannoqo), həmçinin Pitsunda kafedralı (rus. Пицундский храм, translit. Pitsundskiy xram), Böyük Pitsunda kafedralı (rus. Большой Пицундский храм, translit. Bolşoy Pitsundskiy xram) və ya Biçvinta kafedralı (gürc. ბიჭვინთის ტაძარი, translit. biçvintis tadzari) — Gürcüstan Respublikası əraziləri daxilində de-fakto müstəqil olan Abxaziya Respublikasının Qaqra rayonunun Pitsunda şəhərində gürcü ortodoks kafedralı. Kafedral hal-hazırda Abxaziya ortodoks kilsəsi tərəfindən istifadəyə verilir və həmin orqanın mərkəzi kimi fəaliyyət göstərir.
Birinci Mahmudlu
Birinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə birinci komponentdən istifadə edilmişdir. Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. Düzənlikdədir. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Birinci Meyniman
Birinci Meyniman — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Birinci Meyniman kəndi Kür çayının sahilində yerləşir. 2010-cu ilin yaz aylarında Kür çayının daşması bu kəndə böyük ziyan vurub. Belə ki, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır. Nəticədə 70-ə qədər ev daşqın suları altında qalmışdır. Birinci Meyniman. Hacıqabul r-nunda eyni adlı i.ə.v-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. XIX əsrə aid mənbələrdə Meneyman, 1933-cü ildə Meynəman şəklində qeydə alınmışdır. Yaşayış məntəqəsi Kür çayının üstündə balıq vətəgəsi əsasında yaranmışdır.
Birinci Milli
Birinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Birinci Milli kəndi Sınıqkilsə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Milli kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Tədqiqatçılara görə, toponimin ikinci komponenti yüryüklərin (Türkiyə) tərkibindəki kürd milli tayfasının adı ilə bağlıdır. Yaşayış məntəqəsi 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr tərəfindən salınmışdır. Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının ətəyində yerləşir.
Bicnisi
Bicnisi (gürc. ბიჯნისი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 379 nəfər idi. 2014-cü ildə 268 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Sıxıntı
Sıxıntı və ya darıxma — mənfi çalarlı emosiya və ya əhvali-ruhiyyənin bir növü olub, aktivliyin azalması, hər hansı bir fəaliyyətə, ətrafımızdakı dünyaya və digər insanlara marağın olmaması ilə xarakterizə olunan passiv psixi vəziyyət. Sıxıntı, apatiyadan fərqli olaraq, əsəbilik və narahatlıqla müşayiət olunur. Sıxıntı vəziyyəti həm xarici səbəblərdən (monoton iş, gözləntilər, ünsiyyətin olmaması, sensor məhrumiyyət), həm də daxili boşluq, sevincə səbəb olan emosional təcrübələr keçirə bilməmək, həyatda məqsəd və mənanın olmaması hissi ilə yarana bilər. Ekzistensial psixologiya ekzistensial sıxıntı və nevrotik sıxıntı arasında fərq qoyur. Psixoanalitik yanaşmada sıxıntıya münaqişə və nəzarət problemləri prizmasından baxılır. Belə ki, Feniçel hesab edirdi ki, sıxıntı "bizə etmək istədiyimizi etməyə icazə verilməyəndə və ya etdiyimiz istəmədiyimiz şeyi etmək məcburiyyətində olduqda yaranır." Sıxıntı biləvasitə fizioloji vəziyyətdəki dəyişikliklərdən asılı deyil. Bir insan darıxanda, onun beyin qabığında tormozlanma prosesləri üstünlük təşkil edir, lakin eyni zamanda monoton işi yerinə yetirmək və ya onun tamamlanmasını gözləmək ilə əlaqəli kiçik bir həyəcan sahəsi var. Sıxılan və ya darıxan insanlar diqqəti yayındırmağa, səbirsizlik və narazılıq hissini yaşamağa, aktiv fəaliyyət göstərməyi qeyri-mümkün edən şərtlərdən qaçmaq istəyinə meyillidirlər. Klinik sınaqlar göstərir ki, süni şəkildə yaranan sıxıntı vəziyyətində, subyektlərin qanında kortizol səviyyəsi yüksəlir, stress hormonu, artan səviyyəsi hipotalamo-hipofiz-adrenal oxun (HPA) həddindən artıq aktivliyini göstərir. Xroniki yüksək kortizol səviyyələrinin insult, ürək xəstəliyi və diabet kimi bir sıra stresslə əlaqəli xəstəliklərlə əlaqəli olduğu bilinir.
Bicirli (Miyanə)
Bicərli (fars. بيجرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, bölgə mərkəzindən 18 km. qərbdə, Təbriz-Miyanə avtomobil yolunun üstündədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (37 ailə).