Birinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd.[1]
Birinci Aral | |
---|---|
40°36′16″ şm. e. 47°35′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 33 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0319 |
Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında yaxınlıqdakı İəmsabad kəndindən ayrılmış ailələrin xəzinə (dövlət) torpağı sayılan Aral adlı torpaq sahəsində məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər Təzəkənd, bir qədər sonra Təzə İəmsabad adlandırılan bu kənd yerli əhalinin dilində Aral Bir (yeni Birinci Aral) də adlanır. Aral sözü türkdilli xalqların toponimiyasında "bitkili torpaq sahəsi", "quru", "ada" və s. mənalarda işlənmışdir. Sözün "ayrılmış", "kənar" mənaları da vardır. Qazaxıstan və Özbəkistan ərazisində yerləşən dəniz və Amudərya çayının mənsəbindəki adalı sahə də Aral adlanır.[2]
Ağdaş rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |