Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilinit
Bilinit Fe2+ Fe23+ [SO4]4 • 22H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – ağ, sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 1,87; Sərtlik – 1; Sınıqlar – tikanlı; Morfologiya – kristallar: iynəvari, tükşəkilli; Mineral aqreqatları: radial-lifli kütlələr, qabıqlar. == Mənşəyi və yayılması == Ən çox hipergen şəraitdə dəmir sulfidlərinin dəyişilmə məhsulu kimi əmələ gəlir. Liqnitlərdə və sulfid filizlərinin oksidləşmə zonasında qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: ryomerit, botriogen, pikkerinqit, pikromerit və b. Mineralın tapıldığı yerlər: Bilina dağı (Çexiya). Azərbaycanda Laçın rayonunda Bülüldüz sulfid təzahüründə tapılmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Bizanti
Bizantium və ya Bizantion (yun. Βυζάντιον, lat. Byzantium) — İstanbul şəhərinin Konstantinopoldan əvvəlki adıdır. Əfsanəyə görə, Meqara, Arqos və Korinfdən gələn dori yunanlar tərəfindən e.ə. 667-ci ildə qurulub və adını kral Bizas və ya Bizantasdan (yunanca: Βύζας, ya da Βύζαντας) alıb. Eramızın 330-cu ilində bizanslılar tərəfindən adı Konstantinopol olaraq dəyişdirilib. Şəhəri 1453-cü ilin may ayında türklər ələ keçirdikdən sonra Kostantiniyye və ya Dersaadet kimi adlandırılır. Yunanca "εις τήν Πόλι(ν)" (/is tin boli/) yəni "şəhərə" adı türklər tərəfindən sıx istifadə olunurdu. 1930-cu ildə Türkiyə Cumhuriyyəti dövründə şəhərin adı rəsmi olaraq İstanbul olur. == Tarixi == == İstinadlar == Necdet Sakaoğlu (1993/94a): "İstanbul'un adları".
Tikinti
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Bikini
Bikini — qadınlar üçün nəzərdə tutulan və üzgüçülükdə istifadə edilən çimərlik geyimi növüdür.
Armatur (tikinti)
Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir. Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir. Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə. Təyinatına görə armaturları bölürlər: işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir, konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür), yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar), lövbər Armaturlar konstruksiyasına görə bölünürlər: eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir. uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır. Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar: əyiləbilən armaturlar, sərt armaturlar. Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr. Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir: Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr.
Birinci Muğanlı
Birinci Muğanlı —Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində (dairənin mərkəzi Böyük Gilətağ kəndi) kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Birinci Məşrutiyyət
Birinci Məşrutiyyət — Osmanlı İmperiyasında 1876-cı ildə II Əbdülhəmid tərəfindən elan edilən konstitusional idarəetmə forması. == Arxa plan == Osmanlı İmperiyasının iqtisadi problemləri 17-ci əsrdən etibarən torpaqların itirilməsi və davamlı büdcə kəsirləri verməsi ilə başlandı. Avropa dövlətləri ilə imzalanan sərbəst ticarət sövdələşmələriylə ölkəyə gələn mallardan aşağı gömrük vergiləri alınırdı. Bu həm dövlətin gəlirlərini azaltmış, həm də yerli sənayenin geriləməsinə səbəb olmuşdu. İqtisadi problemlərlə yanaşı, xüsusilə, 1789-cu il Fransız inqilabının təsiri ilə yayılan azad yönümlü düşüncələr və millətçilik axını Osmanlı İmperiyasını da bürüdü. Balkanlarda 19-cu əsrdə müstəqillik tələbilə etirazlar başlandı. Balkanlarda və Orta Şərqdə maraqların toqquşmasından əziyyət çəkən Avropa dövlətləri ilə Çar Rusiyası da zamanla bu hərəkatları dəstəklədilər. Osmanlı sərhədləri daxilində qeyri-müsəlman xalqların vəziyyətlərinin düzəldilməsi səbəbilə İmperiyanı islahatlar keçirməyə məcbur etdilər. 1839-cu ildəki Tənzimat Fərmanı ilə 1856-cı ildəki İslahat Fərmanının elanları bu şəraitdə reallaşdı. == İnkişafı == Digər yandan, 1860-cı illərdə bir aydın hərəkat olaraq Gənc Osmanlılar ortaya çıxdı.
Birinci Nügədi
Birinci Nügədi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindəki yeganə kənddir. Quba rayonunun ən böyük kəndidir. Quba - Qonaqkənd yolunun 5-ci km-də yerləşir. Kəndin əhalisi 10 min nəfərə yaxındır. == Toponimikası == Kənd Qaraçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. XVIII əsrə aid sənədlərin məlumatına görə, Quba şəhərinin əhalisinə mənsub bağ ərazilərində ailələrin məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsi Nügədi (tat dilində "yeni kənd, təzə kənd") adlandırılmışdrr. Sonralar kəndn böyüyərək iki yerə ayrılmış və onları bir-birindən fərqləndirmək üçün adlarının əvvəlinə birinci və ikinci sözləri artırılmışdır. == Mədəniyyəti == Kənddə mədəniyyət evi, 9 illik və 11 illik orta məktəb, sağlamlıq məntəqəsi, aptek, bələdiyyə binası, poçt məntəqəsi, ATM, yanacaqdoldurma məntəqəsi, stadion, şadlıq sarayı, uşaq bağçası, məscid və kitabxana, 2 internet kafe fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Nügədinin ərazisi dağlıq və düzənliklərdən ibarətdir.
Birinci Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Paşalı. Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi sahədədir. Keçmişdə Paşalıkənd də adlanmışdır. Etnotoponim hesab olunur. 1876-cı ildə 36 ailədən ibarət olan bu kənd XIX əsrin axırlarında böyüyərək iki yerə ayrılmışdır. Bu kənddən İkinci Paşalı kəndi ayrıldıqdan sonra kəndin adının əvvəlinə birinci sözü artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Birinci Qaradəmirçi
Birinci Qaradəmirçi — Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Tərtər çayından 3 km. aralı, Qarabağ düzündədir. Oykonimin birinci komponenti onu eyniadlı ikinci yaşayış məntəqəsinin adından fərqləndirməyə xidmət edir. şkinci komponent isə burada məskunlaşmış qaradəmirçi elatının adındandır. Etnotoponimdir.
Birinci Qaralı
Birinci Qaralı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı əvvəllər Qaralı olmuşdur. Sonralar İkinci Qaralı kəndi yarandıqdan sonra Birinci Qaralı adlandırılmışdır (1917). Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd Salyan düzündə yerləşir. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Birinci Qazaxlar
Birinci Qazaxlar (əvvəlki adı:Qazaxlar (?-2015)) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Qazaxlar kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Birinci Quzanlı
Birinci Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Seval Birinci
Yaşıl tikinti
Yaşıl tikinti (həmçinin, Ekoloji tikinti, Ekotikinti, Ekodevelopment) — binaların tikilməsi və istismarının ətraf mühitə minimal təsir göstərən növüdür. Məqsədi binanın mövcud olduğu müddət boyunca enerji və maddi ehtiyatlardan istifadənin azaldılmasıdır. Bura binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir. Yaşıl tikintinin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir. Yaşıl tikinti texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Buna aşağıdakılar sayəsində nail olmaq mümkün olur: enerji, su və digər resurslardan daha səmərəli istifadə etmək; insanların sağlamlığına və işçilərin effektivliyinin artırılmasına diqqət yetirmək; tullantıları və ətraf mühitə digər təsirləri azaltmaq. Bənzər yanaşmaya malik olan, lakin daha kiçik miqyaslı təbii tikinti təbii və yerli materiallardan istifadəni nəzərdə tutur.
Qanunsuz tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Tikinti amnistiyası
Tikinti amnistiyası, həmçinin yenidənqurma sülhü və yenidənqurma barışığı (türk. imar barışı) — nominal olaraq qeyri-qanuni hesab edilən tikililəri qeydiyyata almaq və leqallaşdırmaq üçün hər hansı bir Türkiyə qanunu. Amnistiya gecəqondular kimi heç bir planlaşdırma icazəsi olmayan binalara, yanğın və zəlzələ təhlükəsizliyi qaydaları da daxil olmaqla rəsmi tikinti qaydalarına məhəl qoymayan tikililərə (geriyə) verilir. Bu amnistiyalar ümumiyyətlə hakimiyyət orqanları tərəfindən qısamüddətli iqtisadi və siyasi mənfəət üçün verilir. Amnistiya qanunları siyasətçilər tərəfindən səs toplamaq üçün populist bir üsul kimi təsvir edilmişdir, çünki onların vaxtı əsasən Türkiyədə son bir neçə onillikdə baş tutan müxtəlif seçkilərlə üst-üstə düşür. İlk rəsmi rayonlaşdırma amnistiya planı 1984-cü ildə parlament tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, hökumətin oxşar siyasətləri keçmişdə 1940-cı illərin sonlarına qədər həyata keçirdiyi bildirilmişdir. 1948-ci ildən bəri ümumilikdə 19 rayonlaşdırma amnistiyası olmuşdur. Türkiyədə sonuncu tikinti amnistiyası 2018-ci il Türkiyə prezident seçkilərindən beş həftə əvvəl, 2018-ci ilin may ayında hökumət tərəfindən qəbul edilmiş və qaydalara uyğun tikilməyən 3 milyondan çox binaya yaşayış icazəsi verilmişdir. 2018-ci il amnistiyası ilə 2022-ci ilə qədər 7 milyondan çox bina icazə almışdır ki, onlardan 5,8 milyonu yaşayış binalarıdır.
Birinci aliya
İlk aliya — yəhudi xalqının 1882-ci ildə ildə baş verən yəhudi talanları və Sionizmlə əlaqədar olaraq İsrail ölkəsinə müasir köçünün ilk böyük dalğasıdır. Bu köç həm də Rusiya imperatorluğunu əhatə edən yəhudi talanları ilə əlaqələndirilir. Aliya - İlk köç 1882-ci ildən 1903-cü ilə qədər olan dövrdə baş vermişdir. 1882-1903-cü illərdə təqribən 35 min yəhudi həmin vaxtlar Osmanlı İmperiyasının vilayətinə çevrilmiş Fələstin torpaqlarına köç etdi . Onların əksər hissəsi ilkin Sionist Hovevei Sion ( Sion Aşıqları ) və Bilu ( Bilu ) hərəkatlarına mənsub və Şərqi Avropadan (əsasən Rusiya İmperiyasından, müasir Polşa, Belarusiya və Ukraynadan ) gəlmişlər; bir hissəsi isə Yəməndən köç etmişlər. Gəlmələrin əksəriyyəti dindar yəhudilər idi. Gəlmələr maliyyə çatışmazlığı, sərt təbii şərait, müvafiq kənd təsərrüfatı təcrübəsinin olmaması səbəbindən xəstəlik, aclıq və bu kimi böyük çətinliklərlə üzləşirdilər . Bu çətinliklərin öhdəsindən gəlməkdə Baron Edmond de Rotşild mühüm rol oynamışdır. O, yaradılmış bir neçə yaşayış məntəqəsini qanadının altına almış və mütəxəssisləri də cəlb edərək köçkünlərə güzəştli kreditlərlə köməklik göstərmişdir. Repatriantların çox hissəsi şəhərlərdə, əsasən də Qüds və Tel-Əvivdə məskunlaşmışdı.
Birinci qisasçı
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
Birinci Fitnə
Birinci Fitnə (Ərəb dünyasında buna əsasən "Osmanın öldürülməsi ilə bağlı parçalanma" deyilir, ərəb. فتنة مقتل عثمان‎, ancaq başqa adlarla da qeyd edilir) — İslam tarixində xəlifə Osmanın evində öldürülməsi ilə başlayan və I Müaviyənin İslam Dövlətinin başçısı olması ilə sona çatan vətəndaş müharibəsi dövrünə verilən ad. Vətəndaş müharibəsinin səbəbi müsəlman icması üzərində hakimiyyətin varisliyi ilə bağlı uzunmüddətli siyasi ziddiyyətlər olmuşdur. Məhəmməd peyğəmbərin vəfatından dərhal sonra onun Mədinədən olan ənsarların Saqifdə toplantısı olur . Mədinə ənsarları öz məclislərində xilafət olmağa haqqlarının olduğunu iddia edərək Səd ibn Ubadəni bu vəzifəyə təyin etmək qərarına gəlir. Bunu eşidən Muğirə ibn Şube Ömər ibn Xəttaba xəbərdarlıq edərək, bu vəziyyətə müdaxilə etməsini istəyir. Mərhum İslam peyğəmbərinin qohumları və səhabələri Əbu Bəkr Siddiq və Ömər ibn Xəttab, altı nəfərin müşayiəti ilə oraya çata bilirlər və onlarla görüşdə yeganə məkkəli Qureyşlilər məhs onlar olurlar. Qureyş və onlardan sonra ənsarlar uzun sürən mübahisədən sonra Əbu Bəkrə beyət edirlər. Bəzi Ənsarlar Əli ibn Əbu Talibin tərəfdarları olduqlarını bildirərək Əbu Bəkrə beyət etməkdən imtina edir. Məkkəlilər öz iradələrini tətbiq etməyə nail olurlar və Əbu Bəkr xəlifə elan edilir (“Allahın Rəsulunun müavini”).
Birinci Qılıcyataq
Birinci Qılıcyataq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin digər adı Türk Qılıncyatağı (Qılıncyataq türk) olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən birinci sözü ilə Azərbaycan dilində «hündür bir yerin təpəsi», «dikdir, yolun başı» mənasında işlənən qılıc sözünün «payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünə qoşulması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Suser qoyulmuşdur.
Birinci Səmədxanlı
Birinci Səmədxanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Birinci Səmədxanlı kəndi Şərəfə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Səmədxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Etnotoponimdir. Əvvəllər Səmədxanlı adlandırılan bu kənddən sonralar başqa bir yaşayış məntəqəsi - İkinci Səmədxanlı ayrıldığı üçün kənd Birinci Səmədxanlı adlandırılmışdır. == Əhalisi == Əhalisi 922 nəfərdir.
Birinci Tiyaqani
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tiyaqanı
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tığik
Birinci Tığik — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı (Tığik) dağdan almışdır. Yaşayış məntəqəsi bu dağın ətəyində yerləşir. Sonralar Tığıq adlı ərazidə İkinci Tığik kəndi yaranmış və Tığik kəndlərini fərqləndirmək üçün əvvəlinə birinci sözü artırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Bicnisi
Bicnisi (gürc. ბიჯნისი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 379 nəfər idi. 2014-cü ildə 268 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Sıxıntı
Sıxıntı və ya darıxma — mənfi çalarlı emosiya və ya əhvali-ruhiyyənin bir növü olub, aktivliyin azalması, hər hansı bir fəaliyyətə, ətrafımızdakı dünyaya və digər insanlara marağın olmaması ilə xarakterizə olunan passiv psixi vəziyyət. Sıxıntı, apatiyadan fərqli olaraq, əsəbilik və narahatlıqla müşayiət olunur. Sıxıntı vəziyyəti həm xarici səbəblərdən (monoton iş, gözləntilər, ünsiyyətin olmaması, sensor məhrumiyyət), həm də daxili boşluq, sevincə səbəb olan emosional təcrübələr keçirə bilməmək, həyatda məqsəd və mənanın olmaması hissi ilə yarana bilər. Ekzistensial psixologiya ekzistensial sıxıntı və nevrotik sıxıntı arasında fərq qoyur. Psixoanalitik yanaşmada sıxıntıya münaqişə və nəzarət problemləri prizmasından baxılır. Belə ki, Feniçel hesab edirdi ki, sıxıntı "bizə etmək istədiyimizi etməyə icazə verilməyəndə və ya etdiyimiz istəmədiyimiz şeyi etmək məcburiyyətində olduqda yaranır." Sıxıntı biləvasitə fizioloji vəziyyətdəki dəyişikliklərdən asılı deyil. Bir insan darıxanda, onun beyin qabığında tormozlanma prosesləri üstünlük təşkil edir, lakin eyni zamanda monoton işi yerinə yetirmək və ya onun tamamlanmasını gözləmək ilə əlaqəli kiçik bir həyəcan sahəsi var. Sıxılan və ya darıxan insanlar diqqəti yayındırmağa, səbirsizlik və narazılıq hissini yaşamağa, aktiv fəaliyyət göstərməyi qeyri-mümkün edən şərtlərdən qaçmaq istəyinə meyillidirlər. Klinik sınaqlar göstərir ki, süni şəkildə yaranan sıxıntı vəziyyətində, subyektlərin qanında kortizol səviyyəsi yüksəlir, stress hormonu, artan səviyyəsi hipotalamo-hipofiz-adrenal oxun (HPA) həddindən artıq aktivliyini göstərir. Xroniki yüksək kortizol səviyyələrinin insult, ürək xəstəliyi və diabet kimi bir sıra stresslə əlaqəli xəstəliklərlə əlaqəli olduğu bilinir.
Bicirli (Miyanə)
Bicərli (fars. بيجرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, bölgə mərkəzindən 18 km. qərbdə, Təbriz-Miyanə avtomobil yolunun üstündədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (37 ailə).
Kıçındı (Arxangel)
Kıçındı (başq. Ҡыҫынды, rus. Кысынды) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 12 km, kənd sovetliyindən (Qızıl Ezem): 4 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (93 %) üstünlük təşkil edir.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.