Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə. Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır.
Zaven Bibəryan
Zaven Bibəryan (erm. Զաւէն Պիպեռեան, türk. Zaven Biberyan; 1921, Konstantinopol – 4 oktyabr 1984, İstanbul) — erməniəsilli Türkiyə yazıçısı və redaktoru. Zaven Bibəryan 1921-ci ildə İstanbulun Çəngəlköy rayonunda anadan olmuşdur. O, ilk növbədə yerli Aramyan-Uncuyan erməni məktəbində, sonra isə Müqəddəs İosif liseyində təhsil almışdır. Bibəryan daha sonra İstanbulda Ticarət Elmləri Akademiyasında oxumuşdur. Zaven Bibəryan bütün əsərlərini erməni dilində yazmışdır. Bibəryan 1941-ci ildə Türkiyə Silahlı Qüvvələrində məcbur hərbi xidmətə çağırılan zaman "Jamanak"ın baş redaktoru Ara Kocunyanla görüşmüşdür. Kocunyan Bibəryanın erməni dilçilik bacarığına heyran qalmış və onu "Jamanak" üçün məqalə yazmağa həvəsləndirmişdir. Bibəryan İstanbula qayıtdıqdan sonra "Xristianlığın sonu" adlı ilk məqaləsini yazmışdır.
Bivəran (Əhər)
Bivəran — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Qərbi Dizmar kəndistanında kənd, kəndistanın mərkəzindən 8,5 km. cənub-qərbdədir.
Dərman dəfnəgilənarı
Dərman fillantusu
Dərman fillantusu (lat. Phyllanthus emblica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cicca emblica (L.) Kurz Diasperus emblica (L.) Kuntze Emblica officinalis Gaertn.
Dərman göyzabanı
Dərman göyzabanı (lat. Borago officinalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin göyzaban cinsinə aid bitki növü.
Dərman gülxətmi
Dərman gülümbaharı
Dərman gülümbaharı (lat. Calendula officinalis) — gülümbahar cinsinə aid bitki növü. *Calendula officinalis L. — Dərman gülümbaharı == Botaniki xarakteristikası: == Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır. Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır.
Dərman köpəkdili
Dərman köpəkdili (lat. Cynoglossum officinale) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin köpəkdili cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 40-85 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düzduran, şırımlı, yuxarı hissədə süpürgəvari budaqlanmış, bozumtul tüklü, qara mil kökləri torpağın içərisinə vertikal yeriyən ikiillik ot bitkisidir. Yarpaqları yumşaq və basıqtükcüklüdür, uzundur, neştərə oxşar, sivri ucludur, aşağı yarpaqları saplağa daralmışdır və saplaqla birgə uzunluğu 10-21,5 sm, eni 18-30 mm-dir. Ondan sonrakı yarpaqlar oturaqdır, uzunluğu 9-19 sm və eni 12-20 mm-dir; kökətrafı yarpaqları bitki çiçək açana qədər quruyur. Çiçək qrupu süpürgəvaridir və meyvə verəndə budaqları uzanmış halda olur. Çiçək saplağı yumşaq-boz tükcüklüdür və nazikdir, kasacıqla eynidir, meyvə verən zaman 10-13 sm-ə qədər uzanır və aşağıya doğru qövsşəkilli əyilir. Tac çirkli tünd-qırmızı və ya qırmızı-göy rənglidir, qıfa oxşardır. Fındıqcalar 5-7 mm uzunluqdadır, enliyumurtavari, arxa hissədən demək olar ki, yastı, kənarları az qalxmış və qalınlaşmışdır, üzərində seyrək tikanları vardır. Fındıqcanın yan və qarın tərəfi tikanlarla sıx örtülüdür.
Dərman köpəkdiliotu
Dərman levistiki
Dərman limonotu
Dərman mandraqorası
Dərman mandraqorası (lat. Mandragora officinalis) - mandraqora cinsinə aid bitki növü.
Dərman minaçiçəyi
Dərman minaçiçəyi (lat. Verbena officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Verbena adulterina Hausskn. Verbena domingensis Urb. Verbena domingensis var. cubensis Moldenke Verbena domingensis f. foliosa Moldenke Verbena macrostachya F.Muell. Verbena officinalis var. anatolica Kereszty Verbena officinalis f. anomala Moldenke Verbena officinalis var.
Dərman morindası
Dərman morindası (lat. Morinda officinalis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin morinda cinsinə aid bitki növü.
Dərman mərcanotu
Dərman mərcanotu (lat. Betonica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin mərcanotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Stachys betonica Benth. Stachys officinalis (L.) Trevis.
Dərman məryəmnoxudu
Dərman məryəmnoxudu (lat. Teucrium marum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chamaedrys marum (L.) Moench == Yarımnövləri == Teucrium marum subsp.
Dərman novruzgülü
Dərman pionu
Dərman pionu (lat. Paeonia officinalis) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Dərman pişikotu
Dərman pişikotu (lat. Valeriana officinalis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü. Dərman pişikotu 60–120 sm hündürlükdə yerüstü gövdəsi olan çoxillik ot bitkisidir. Gödək şaquli istiqamətli kökümsova və çoxlu nazik ipvari saçaqlı köklərə malikdir. Gövdənin üzərində qarşı-qarşıya düzülmüş yarpaqları təklələkvaridir. May ayından başlayaraq avqusta kimi çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir. Kökümsovundan hazırlanan cövhərindən ürək fəaliyyətinin tənzimlənməsində istifadə və sakitləştirici vasitə kimi istifadə olunur Bu bitki ən tanınmış müalicəvi bitkilərdən biridir. Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur. Dünya farmasevtik sənayenin istehsal etdiyi əksər təbii sakitləşdirici vasitələrinin tərkibinə pişikotu daxil edilir. Pişikotu dəmləməsi, ekstraktı baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir.
Dərman poruğu
Dərman qayaotu
Dərman qayaotu (lat. Parietaria officinalis) - gicitkənkimilər fəsiləsinin qayaotu cinsinə aid bitki növü.
Dərman qulançarı
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
Dərman rozmarini
Dərman sabunotu
Dərman sabunotu (lat. Saponaria officinalis) — qərənfilkimilər fəsiləsinin sabunotu cinsinə aid bitki növü. == Sinonim == Bootia saponaria Neck. Bootia vulgaris Neck. Lychnis officinalis (L.) Scop. Silene saponaria Fr. ex Willk.
Aviqdor Liberman
Aviqdor Liberman (ivr. ‏אביגדור ליברמן‏‎ 5 iyul 1958, Kişinyov) SSRİ-də anadan olmuş, əslən israilli siyasətçi. Hazırda İsrailin Müdafiə naziridir. O, 2009–2012 və 2013–2015-ci illər aralığında İsrail Xarici İşlər naziri vəzifəsində xidmət etmişdir. Bundan başqa, İsrail Baş Nazirinin müavini vəzifəsində də xidmət etmişdir. O, seçicilərinin əksəriyyəti keçmiş Sovet dövlətlərindən gələn immiqrantlar olan dünyəvi-milliyyətçi "Bizim ev-İsrail" partiyasının qurucusudur. 1990-cı illərdə bir milyona yaxın rusdilli immiqrantların İsrailə gəlməsindən sonra "Bizim ev-İsrail" partiyası koalisiya hökumətinin təşkil olunmasında əsas pay sahiblərindən biri olmuşdur. Liberman ilk dəfə 1999-cu ildə Knessetə üzv olmuş və bu vaxtdan etibarən hökumətdə bir neçə mühüm vəzifəni icra etmişdir. O, həmin vaxtdan indiyə qədər Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Strateji İşlər naziri, Baş Nazirin müavini, Xarici İşlər naziri və Müdafiə naziri vəzifələrini uğurla icra etmişdir. == Həyatı == Liberman 5 iyul 1958-ci ildə SSRİ-də (indiki Moldova, Kişinyov) anadan olmuşdur.
Brayen Piterman
Brayen Piterman (ing. D. Brian Peterman) – ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq vitse-admiralı. Təqaüdə çıxmazdan əvvəl o, Şərqi Müdafiə Qüvvələrinin Atlantik Bölgəsi/Komandiri olub. O, ABŞ Sahil Mühafizəsinin Atlantik Bölgəsinə komandanlıq edib.9 may 2006-cı ildə və Kanadadan Meksikaya, Atlantik okeanından Fars körfəzinə və bütün Karib dənizi boyunca Qayalı Dağların şərqindəki məsuliyyət zonasında bütün Sahil Mühafizəsi fəaliyyətləri üçün əməliyyat komandiri olub. Onun rəhbərliyi altında 33.000-dən çox hərbi və mülki heyət, 30.000 köməkçisi var idi. O, eyni zamanda ABŞ Sahil Mühafizəsinin Şərq Müdafiə Qüvvələrinin komandanı vəzifəsində çalışıb. Bu komanda dəyişikliyi ilə Peterman vitse-admiral Vivien S. Crea-nı azad etdi. O, Amerika Birləşmiş Ştatlarının cənub-şərqində və Karib dənizində Sahil Mühafizəsinin taktiki əməliyyatlarına rəhbərlik etdiyi Yeddinci Sahil Mühafizəsi Dairəsinin komandiri vəzifəsindən Sahil Mühafizəsi Atlantik Bölgəsinə hesabat verdi. Bundan əvvəl o, iki il yarım Prezidentin Daxili Təhlükəsizlik Şurasının heyətində sərhəd və nəqliyyat təhlükəsizliyi üzrə xüsusi köməkçisi vəzifəsində çalışıb. Bu, onun əvvəllər 1988-2000-ci illərdə Milli Təhlükəsizlik Şurasının Müdafiə Siyasəti və Silahlara Nəzarət Direktorluğunda direktor vəzifəsində çalışmış, Ağ Evə ikinci təyinatı idi.
Spiderman PS4
Salvia bisermas
Salvia disermas (lat. Salvia disermas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Horminum disermas (L.) Moench === Heterotipik sinonimləri === Salvia bisermas Houtt. Salvia fleckii Gürke Salvia rugosa Thunb.