Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəlifə
Xəlifə (ərəb. خليفة‎‎ — müavin, çanişin, varis, xələf) — Məhəmməd peyğəmbərin vəfatından (632) sonra müsəlman icması və teokratik müsəlman dövlətinin (Xilafət) dini və dünyəvi başçısı. Xəlifələr əvvəllər Məhəmməd peyğəmbərin, Ələvilər dövründən isə Allahın yer üzündə canişini (müavini) hesab edilirdilər. Abbasilər xilafətinin süqutundan (XIII əsr) sonra Məmlük xilafəti (1250 - 1517) tarix səhnəsində öz yerini almışdır. Yavuz Sultan Səlimin Misiri fəth etməsilə (24 yanvar1517) xəlifə ünvanı İslamçı bütün ünsürlərin yetkin beyəti ilə Osmanlı xilafətinə (indiki Türkiyə Cümhuriyyəti) keçmişdir. Xəlifəlik ünvanına 1924-cü il Türkiyə Böyük Millət Məclisinin uyğun qərarı ilə xitam verilmişdir. İlk xəlifələr Əbu Bəkr (8 iyun 632-ci ildə xəlifə seçilib), Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib olmuşlar.
Amin (xəlifə)
Əbu Musa Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو موسى محمد بن هارون الرشيد‎) (d. 14 aprel 787 - ö. 27 sentyabr 813) — 6. Abbasi xəlifəsi. == Həyatı == === İlk illəri === 787-ci ildə Bağdadda dünyaya gəldi. Atası xəlifə Harun Ər-Rəşid, anası isə onun nigahlı xanımı olan əmisi qızı Zübeydə bint Cəfərdir. Həm anası, həm də atası xəlifə Əl-Mənsur soyundan gəldiyi üçün, anası fars bir kəniz olan yaşca böyük qardaşı Abdullaha nəzərən vəliəhdliyə daha çox layiq görülürdü. Bu səbəblə hələ 5 yaşında ikən Əl-Amin ünvanıyla vəliəhd elan edildi (792). Böyük qardaşı Abdullah isə yalnız 6 il sonra Raqqada Əl-Məmun ünvanıyla ikinci vəliəhdliyə yüksələ bildi.
Bürc Xəlifə
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Bürhanəddin xəlifə
Bürhanəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu. 1610-cu ildə Bürhanəddin xəlifənin atası II İlyas xəlifə qoşunla Dumdum qalası ətrafına gəlib Mükri əşirətini qorxuya salmışdı. Mükrilərin böyükləri (başda Xan Abdal Mükri olmaqla) II İlyas xəlifənin yanına gəlir. Xan Abdalın qardaşı Məhəmməd bəy xəncərlə II İlyas xəlifəni öz çadırında xaincəsinə yaralayır və xəlifə bir neçə gündən sonra dünyasını dəyişir. Çadırına qonaq gələn mükriləri şirin-şərbətlə qarşılayan II İlyas xəlifə qəfil hücuma məruz qalmışdı. "Qonaqlar" düz əqidəli sufi ilə birgə iki qohumunu da öldürmüşlər. Çadırdan bir qədər kənarda olan Bürhanəddin atasının yaralandığını eşidib çadıra qaçaraq "qonaqları" qılıncdan keçirib doğrayır. Şah Abbasın hicri-qəməri ilə 1019-cu ildə (1610-1611)Dizmar və Üzümdil mahallarının xəlifəsi təyin olunub. II İlyas xəlifənin oğlu, II Şəmsəddin xəlifənin atası.
Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. == Həyatı == Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir.O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir. Güclü, qüvvətli və heybətli türklərdən təşkil edilən bu birliklər eyni zamanda İslamın paytaxt şəhərinə gələn yabançı elçiləri də heyrətdə qoyurdu.
Mehdi (xəlifə)
Əbu Abdullah Məhəmməd ibn Abdullah Əl-Mənsur (ərəb. أبو عبد الله محمد بن عبد الله المنصور‎) (d. 3 avqust 744 - ö. 24 iyul 785) — 3. Abbasi xəlifəsi. == Həyatı == 3 avqust 744-cü ildə Xuzistanın İzə şəhərində dünyaya gəldi. Atası xəlifə Əbu Cəfər Əl-Mənsur, anası isə onun ərəb əsilli xanımlarından Arva bint Mənsur Əl-Himyaridir. Ailəsiylə birlikdə öncə Hümeyməyə, Əməvilərin devrilməsindən sonra isə Kufəyə gələn Əl-Mehdi atasının xüsusi nəzarəti altında mükəmməl təhsil aldı. 758-ci ildə atası tərəfindən Xorasan canişinliyinə təyin edildi və uzun müddət orada xidmət etdi. İlk iş bölgənin üsyankar canişini Əbdülcabbar Əl-Əzdini ələ keçirərək Bağdada yolladı.
Möhtədi (xəlifə)
Əbu İshaq Məhəmməd ibn Əl-Vasiq (ərəb. أبو إسحاق محمد بن هارون الواثق‎) və ya Əl-Möhtədi (ərəb. المهتدي بالله‎) (d. 833 - ö. 18 iyun 870) — 14. Abbasi xəlifəsi. == Mənbə == Ya‘kūbî, Târîḫ, II, 483, 484, 504-506. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 154, 157, 279, 326, 391-469, 473. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 182-197. Hatîb, Târîḫu Baġdâd, III, 347-351.
Mötəmid (xəlifə)
Əbül Abbas Əhməd ibn Cəfər (ərəb. أبو العباس أحمد بن جعفر‎) və ya Əl-Mötəmid (ərəb. المعتمد على الله‎) (d. 845 - ö. 15 oktyabr 892) — 15. Abbasi xəlifəsi. == Mənbə == Ya‘kūbî, Târîḫ II, 619-624. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 462, 474-667; X, 7-29. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 189-229. İbnü’l-İmrânî, el-İnbâʾ fî târîḫi’l-Ḫulefâʾ (nşr.
Mötəz (xəlifə)
Əbü Abdullah Məhəmməd ibn Cəfər (ərəb. أبو عبد الله محمد بن جعفر‎) və ya Əl-Mötəz (ərəb. المعتز بالله‎) (d. 847 - ö. avqust 869) — 13. Abbasi xəlifəsi. == Mənbə == Bianquis, Thierry (1998). "Autonomous Egypt from Ibn Ṭūlūn to Kāfūr, 868–969". In Petry, Carl F. (ed.). Cambridge History of Egypt, Volume One: Islamic Egypt, 640–1517.
Müntəsir (xəlifə)
Əbu Cəfər Məhəmməd (ərəb. أبو جعفر محمد‎) və ya Əl-Müntəsir (ərəb. المنتصر بالله‎) (23 mart 838, Səmərra, Səlahəddin mühafəzəsi – 7 iyun 862, Səmərra, Səlahəddin mühafəzəsi) — 11-ci Abbasi xəlifəsi. == Mənbə == Kraemer, Joel L., ed. (1989). The History of al-Ṭabarī, Volume XXXIV: Incipient Decline: The Caliphates of al-Wāthiq, al-Mutawakkil and al-Muntaṣir, A. D. 841–863/A. H. 227–248. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. ISBN 978-0-88706-874-4 Kennedy, Hugh (2006). When Baghdad Ruled the Muslim World: The Rise and Fall of Islam's Greatest Dynasty.
Müqtədir (xəlifə)
Müqtədir (13 noyabr 895, Bağdad – 31 oktyabr 932, Bağdad) — Abbasi xəlifəsi. == Həyatı == Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdıqda vəzir Abbas ibn Həsən əl-Cərcərai divan katibləri ilə məşvərət keçirmiş və xəlifənin qardaşı Cəfərin vəliəhd elan edilməsinə nail olmuşdur. 908-ci ildə "Muktədir Billah" ləqəbi ilə xəlifə seçilən Cəfərin azyaşlılığından istifadə edən vəzir Abbas xilafəti tək başına idarə etmişdir. Bir müddət sonra Muktədirin yerinə Əbu Abdullah Məhəmməd ibn Mutəmid Aləllahı xəlifə seçmək qərarına gələn vəzir Məhəmmədə bu barədə məktub göndərərək sövdələşmələr də aparılmışdır. Lakin vəzirin bu istəyi bəzi divan üzvlərində narazılıq yaratmışdır. Sahibuş-şurta (polis rəisi) İbn Əmrəveyh xəlifənin dəyişdirilməsinə qarşı çıxdıqdan sonra Əbu Abdullah Məhəmməd hikkəsindən iflic olub dünyasını dəyişmişdir. Xəlifəni dəyişmək cəhdinin boşa çıxmasına baxmayaraq, vəzir istəyindən əl çəkməmişdir. Bir müddət sonra özü başda olmaqla, yüksək vəzifəli məmurlar, sərkərdələr, qazı və katiblərin çoxu Abdullah ibn Mutəz Billahı xəlifə seçmək qərarına gəlmişlər.
Müstəin (xəlifə)
Əbül Abbas Əhməd ibn Məhəmməd ibn Məhəmməd (ərəb. أبو العباس أحمد بن محمد بن محمد‎) və ya Əl-Müstəin (ərəb. المستعين بالله‎) (d. 836 - ö. 17 oktyabr 866) — 12. Abbasi xəlifəsi. == Mənbə == Saliba, George, ed. (1985). The History of al-Ṭabarī, Volume XXXV: The Crisis of the ʿAbbāsid Caliphate: The Caliphates of al-Mustaʿīn and al-Muʿtazz, A.D. 862–869/A.H. 248–255. SUNY Series in Near Eastern Studies.
Mənsur (xəlifə)
Əbu Cəfər Abdullah ibn Məhəmməd Əl-Mənsur (ərəb. أبو جعفر عبدالله بن محمد المنصور‎) (714 – 7 oktyabr 775 və ya 18 oktyabr 775, Bağdad, Ərəb Xilafəti) — 2. Abbasi xəlifəsi. Bağdad şəhərinin əsasını qoymuşdur. Eyni zamanda ədib və şair olan Əl-Mənsur xəsisliyi ilə tanınmış, vəfatında xəzinədə 600 milyon dirhəm və 4 milyon dinar olduğu qeyd olunmuşdur. == Həyatı == 23 avqust 714-cü ildə Hümeymədə doğuldu. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbu Cəfər uşaqlıq illərində mükəmməl təhsil aldı. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında digər ailə üzvləriylə birlikdə Kufəyə gəldi. Çox keçmədən burada xəlifə elan edilən qardaşı Əs-Səffaha biat etdi və onun sağ əli olaraq bir çox mühüm vəzifələrdə xidmət göstərdi. Əməvilərin İraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrənin yeni xəlifəyə tabe olmamasının ardından Əbu Cəfər dərhal bölgəyə göndərildi və şəhər mühasirəyə alındı.
Nurəli Xəlifə
Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 155-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur. == Həyatı == Nurəli Xəlifə Səfəvi dövlətinin erkən yaranış mərhələsində mühüm rol oynamışdır. Onun 1512-ci ildə Anadoluya etdiyi böyük həcmli yürüş Sultan Səlimin taxta çıxmasından sonra həyata keçirilmiş və 1514-cü ildə baş tutmuş Çaldıran döyüşünə aparan yolda həlledici amillərdən biri olmuşdur. Onun bu yürüşündə Anadoludakı qızılbaşlar mühüm rol oynamışdır. Nurəli Xəlifə qızılbaşlarla birlikdə Anadolunun içklərinə doğru irəliləmiş, Tokatı ələ keçirib, yağmaladıqdan sonra orada Şah İsmayılın adına xütbə oxutdurmuşdur. Bundan sonra bölgəyə gəlmiş və Sinan Paşa komandanlığındakı Osmanlı ordusu da darmadağın edilmişdir. Nurəli Xəlifəni bu yürüşündə Osmanlı taxt-tacı uğrunda mübarizədə Sultan Səlimə məğlub olmuş Osmanlı şahzadəsi Şahzadə Murad da iştirak edirdi.Həlledici Çaldıran döyüşü zamanı Nurəli Xəlifə və Məhəmməd xan Ustaclı Şah İsmayılın Osmanlı döyüş taktikaları ilə meydanda tanış olmuş sərkərdələri idilər. Bu iki sərkərdə Osmanlı ordusunun müdafiə mövqelərini düzəldə bilməmiş, qəfildən topyekun hücuma keçməyi təklif etdilər.
Osman (xəlifə)
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. == Həyatı == Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Rəşad Xəlifə
Rəşad Xəlifə (19 noyabr 1935 – 31 yanvar 1990, Tuson, Arizona) ― misirli biokimyaçı və Qurançı.
Vasiq (xəlifə)
Əbu Cəfər Harun ibn Məhəmməd (ərəb. أبو جعفر هارون بن محمد المعتصم‎) və ya Əl-Vasiq (ərəb. الواثق بالله‎) (17 iyul 812, Məkkə, Abbasilər – 10 avqust 847, Səmərra, Abbasilər) — 9. Abbasi xəlifəsi. == Mənbə == Ibn al-Sāʿī (2017). Consorts of the Caliphs: Women and the Court of Baghdad. Translated by Shawkat M. Toorawa and the Editors of the Library of Arabic Literature. Introduction by Julia Bray, Foreword by Marina Warner. New York: New York University Press. ISBN 978-1-4798-0477-1 Kraemer, Joel L., ed.
Xəlifə (Soyuqbulaq)
Xəlifə (fars. خليفه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (4 ailə).
Xəlifə Altay
Xəlifə Altay Qakibula (25 dekabr 1917 – 15 avqust 2003, Almatı) — Qazax yazıçısı və antropoloqu, türkoloq, ilahiyyatçı, yazıçı və tərcüməçi və diaspor rəhbəri. Xəlifə Altay Altay bölgəsində anadan olsa da, milliyətcə qazax idi. Ailəsi Altay qazaxlarındandır. İnqilab zamanı Altayda qazaxların hüquqları uğrunda mübarizəyə qoşulmuşdur. Çin Xalq Respublikası qurulduqdan sonra mühacirətə getməyə məcbur olmuşdur. Xəlifə Altay uzun müddət Türkiyədə yaşayıb yaratmışdır. Burada Qazax diasporunun rəhbəri olmuşdur. 1980-ci illlərin ikinci yarısında SSRİyə Qazaxıstana köçmüşdür. 2003-cü ildə Qazaxıstanda vəfat etmişdir. == Həyatı == Xəlifə Altay 1917-ci ildə Şərqi Türkistanın Altay bölgəsinin Çingil bölgəsində anadan olub.
Xəlifə Həftar
Xəlifə Bəlqasım Həftar (ərəb. خليفة بلقاسم حفتر‎‎; 7 noyabr 1943, Əcdabiyə, İtaliya Liviyası[d]) — 2019-cu ilin may ayından etibarən 2-ci Liviya vətəndaş müharibəsində iştirak edən, eyni zamanada Liviya və Amerikan vətəndaşlığına malik olan Liviya Milli Ordusunun Ali Baş Komandanı, Feldmarşal. == Həyatı == Xəlifə Haftar 1943-cü ildə Liviyanın Əcdəbiyyə şəhərində doğulub. SSRİ-də hərbi təlim keçdikdən sonra Muəmmər Qəddafinin liderliyində qurulan orduya qatılıb. 1969-cu ildə Qəddafinin Kral İdrisi devirməsinə köməklik edib. Həmin gündən Qəddafinin ən inandığı şəxsə çevrilib və ona Müdafiə Nazirliyində vəzifə verilib. Bəzi mənbələrdə hətta, Qəddafinin Haftarı öz oğlu kimi gördüyü deyilirdi. 70-ci illərdə Fransanın dəstəklədiyi Çad hərbi qüvvələri Liviyanı məğlub edərək Haftar və 300 əsgərini əsir götürüb. Həmin hadisədən sonra Qəddafi ilə münasibətləri pisləşib.Çünki, Qəddafi onun xilas edilməsi istiqamətində heç bir addım atmayıb hətta, əsgərlərinin əsir düşməsinə səbəb olduğunu bildirərək Haftarı xain elan edib. Bu səbəbdən Haftar təxminən 20 il həbsdə qalır.
Xəlifə Kamal
Xəlifə Kamal — Yardımlı rayonunun Perimbel kəndinin ərazisində yerləşən ziyarətgah. == Tarixi == Şiələrinin 4-cü imamı Zeynülabidin nədidəsi Xəlifə Kamal (az-ərb:Kamaləddin) qardaşı Xəlifə Qiyas(az-ərb:Ğiyasəddin) ilə VIII-ci əsrdə Perimbel kəndində məskunlaşmışdır. Xəlifə Kamal gənc yaşda şəhid olmuş övladı olmamışdır, məzarları Perimbel kəndində ziyarətgahdır. Tarixi sənədlərə görə kəndin əvvəlki adları Pirinbel, Xəlfəli və Seyyidlər kəndi kimi də adlanmışdır. Perimbel- "Pirin qənşəri", "Pirin məkanı mənasında" – "Pirin beli" mənasındadı. Hələ də Perimbel kəndinin əksər əhalisi Xəlifə Kamalın qardaşı Xəlifə Qiyas 4 oğlunun nəsilindən gəldiklərini iddia edirlər. == Xəlifə Kamalın Şəcərəsi == Hz Məhəmməd İslam peyğəmbəri Hz Fatimə binti Məhəmməd Hz Əli ibn Əbu Talib, Şiələrin 1-ci İmamı Hz Hüseyn ibn Əli, Şiələrin 3-cü İmamı Hz Zeynülabidin ibn Hüseyn, Şiələrin 4-cü İmamı Əl Hüseynul Əsğər ibn Zeynül-Abidin Übeydullahil Ə'rəc ibn Əl Hüseynul Əsğər Əliyül Abid (künyə:Əliyül Saleh) ibn Übeydullahil Ə'rəc Übəydullah Sani ibn Əliyül Abid Saleh ibn Übəydullah Sani Kamaləddin (az:Xəlifə Kamal) ibn Saleh == Soya aid məşhur nümayəndələr == Мüstəqil Bağır oğlu Ağayev — Azərbaycan filosofu; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri namizədi.
Xəlifə Osman
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. == Həyatı == Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Xəlifə Qiyas
Xəlifə Qiyas — Yardımlı rayonunun Perimbel kəndinin ərazisində yerləşən ziyarətgah, soyu günümüzə qədər davam etməkdədir. == Tarixi == Şiələrinin 4-cü imamı Zeynülabidin nədidəsi Xəlifə Qiyas (az-ərb:Ğiyasəddin) 4 oğlu, ailəsi və qardaşı Xəlifə Kamal(ərb:Kamaləddin) ilə VIII-ci əsrdə Perimbel kəndində məskunlaşmış və günümüzə qədər nəsili 4 oğlunun adı ilə bağlı (Şavrux tayfası, Ağaməmməd tayfası, Məmmədrəhim tayfası, Xəlifə Məmməd tayfası) olan 4 tayfadan davam etdirmişdir. Tarixi sənədlərə görə kəndin əvvəlki adları Pirinbel, Xəlfəli və Seyyidlər kəndi kimi də adlanmışdır. Perimbel- "Pirin qənşəri", "Pirin məkanı mənasında" – "Pirin beli" mənasındadı. Xəlifə Kamal gənc yaşda şəhid olmuş onun övladı olmamışdır, məzarları Perimbel kəndində ziyarətgahdır. Hələ də Perimbel kəndinin əksər əhalisi Xəlifə Qiyasın 4 oğlunun nəsilindən gəldiklərini iddia edirlər. == Xəlifə Qiyasın Şəcərəsi == Hz Məhəmməd İslam peyğəmbəri Hz Fatimə binti Məhəmməd Hz Əli ibn Əbu Talib, Şiələrin 1-ci İmamı Hz Hüseyn ibn Əli, Şiələrin 3-cü İmamı Hz Zeynülabidin ibn Hüseyn, Şiələrin 4-cü İmamı Əl Hüseynul Əsğər ibn Zeynül-Abidin Übeydullahil Ə'rəc ibn Əl Hüseynul Əsğər Əliyül Abid (künyə:Əliyül Saleh) ibn Übeydullahil Ə'rəc Übəydullah Sani ibn Əliyül Abid Saleh ibn Übəydullah Sani Ğiysəddin (az:Xəlifə Qiyas) ibn Saleh == Xəlifə Qiyas nəsli şəcərəsi == Şavruq ibn Ğiysəddin (az:Xəlifə Qiyas) Əlvənd Kamal Əlvənd Şavruq Saleh Yarməmməd == Soya aid məşhur nümayəndələr == Мüstəqil Bağır oğlu Ağayev — Azərbaycan filosofu; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri namizədi.
Xəlifə Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 585, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ == Həyatı == 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. == Hərbi fəaliyyəti == === Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər === ==== Əcnadeyn döyüşü ==== Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə:Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər.Siyasi nəticə:Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı. ==== Kadisiyə döyüşü ==== Müsəlmanlara Şimali İraq və İranın qapılarını açan meydan döyüşü (15/636).
Xəlifə Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. == Alınması == Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). == Quruluşu == Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.
Beşgünlük müharibə
Rusiya–Gürcüstan müharibəsi — 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibə. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlamışdır. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.Gürcüstan Respublikası Sovet İttifaqının dağılmağa başladığı 1991-ci ilin əvvəllərində öz müstəqilliyini elan etmişdir. Bu fonda Gürcüstanla faktiki olaraq Rusiya tərəfindən nəzarət olunan keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin separatçıları arasında ilk müharibə baş verdi. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvə yerləşdirildi. Eyni zamanda, oxşar hərbi toqquşmalar ölkənin Abxaziya regionunda da baş verdi. Burada yerli abxaz separatçılarla gürcülər arasında 1992-1993-cü illəri əhatə edən müharibə başladı. 2000-ci ildə Rusiyada Vladimir Putinin prezident seçilməsi və 2003-cü ildə Gürcüstanda baş vermiş qərbyönümlü Qızılgül inqilabı nəticəsində Rusiya və Gürcüstan arasındakı münasibətlər pisləşməyə başladı və 2008-ci ilin aprelindən etibarən tam şəkildə diplomatik böhrana çevrildi. 1 avqust 2008-ci ildən etibarən cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutmağa başladı və nəticədə bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açıldı.
Mingünlük müharibə
Mingünlük müharibə (isp. Guerra de Los Mil Días) Kolumbiyada baş vermiş 1899-1902-ci illəri əhatə edən vətəndaş müharibəsi. Konflikt Konservantlar və Liberallar partiyaları arasında baş vermişdir. Konflikt nəticəsində Panama müstəqil respublika elan edilir. == Siyasi vəziyyət == XIX əsrdə Kolumbiyada vəziyyət elə də stabil deyildi. 1860-1862-ci illərdə ölkədə vətəndaş müharibəsi baş vermişdi. 1863-cü ildə konsitutsiyanın yaranması ilə ölkənin adı Birləşmiş Kolumbiya Ştatları adlandırılır. Bununla da ölkə federallaşır. 1886-cı ildə yeni konsitutsiyanın qəbulu ilə mərkəzləşmə güclənir və ştatlar adı departamet adı ilə əvəzlənir. Ölkə Kolumbiya Respublikası adlandırılır.
Xədicə Həlimə Xatun
Tacünisa Xədicə Həlimə Xatun (d. 1415, Kastamonu - ö. 1500, Bursa) - 6. Osmanlı padşahı II Muradın hərəmi və Candaroğlu II Tacəddin İbrahiminin qızıdır. == Həyatı == Xədicə Həlimə Xatun Candaroğlu II İbrahim bəyin qızı idi. 1425-ci ildə Ədirnədə böyük bir mərasimlə II Muradla evləndirildi. Eyni mərasimdə II Muradın bacıları Səlcuq Xatun və Sultan Xatun da Candaroğulları bəyliyindən olan şəxslərlə evləndirildi. Bu evliliklər tamamilə siyasi məqsədlər daşıyırdı. Nəticədə Osmanlı dövlətinin şərq sərhədlərinin təhlükəsizliyi təmin edildi. Bu münasibətlər gələcəkdə sultan olan II Mehmed dönəmində də davam etdirildi.