Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banksia biterax
Dryandra baxteri (lat. Dryandra baxteri) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bidens biternata
Bidens biternata (lat. Bidens biternata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Metyus Bitenkort
Metyus Bitenkort da Silva (28 İyun 1995 – 28 Noyabr 2016) — Sadəcə Metyus Bitenkort kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda yarımmmüdafiənin sağ cinahında oynayırdı. Bitenkort Şapekoenseyə Hoffenhaym 1899 FK klubundan icarəyə verilmişdir. O, komandanın ən gənc üzvlərindən biri idi. Bitenkort LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində həlak olanlardan biri olmuşdur. Metyus Bitenkort Gillerme Bitenkortun cavan qardaşıdır. 27 dekabr 2014-cü il məlumatlarına əsasən. Braziliya U-20 Toulon Turniri: 2013 Matheus Biteco profile Arxivləşdirilib 2016-11-18 at the Wayback Machine. Portal Oficial do Grêmio. Soccerway.com saytında profili (ing.) Matheus Biteco profile.
Viola biternata
Viola sheltonii (lat. Viola sheltonii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola biternata Greene Viola sheltonii var.
Viola sheltonii var. biternata
Viola sheltonii (lat. Viola sheltonii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola biternata Greene Viola sheltonii var.
Bate
Bate (mac. Baté) — Macarıstanın Şomod medyesində yerləşən kənd.
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır. Bir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s.
Jorj Bize
Jorj Bize (Georges Bizet, 25 oktyabr 1838[…] – 3 iyun 1875[…]) — Tanınmış fransız bəstəkarı. 60-cı illərdə "Don Prokopio", "Mirvari axtaranlar"(1863), 1867-ci ildə-"Pert gözəli", "Cəmilə" operaları, "Rim","Venesiya", "Florensiya", "Neapol" proqramlı simfoniyalarının müəllifi. Jorj on yaşından konservatoriyada oxumağa başlayır. Anası ona — "İstedadını boş yerə xərcləməyinə icazə verməyəcəm" söyləyirdi. Jorj artıq bilirdi ki, onu yedirdəcəklər, daha sonra otağa salıb ağzını bağlayacaqlar, yorğunluqdan yuxu tutana qədər pianoda çalacaq. Jorj dərslə məşğul olmağa qarşı deyildi. Ona atası, oxu müəllimi və peşəkar pianoçu anası ilə vaxt keçirmək maraqlı idi. Dörd yaşında o artıq notları əzbər bilirdi və fortepianoda çalmağı bacarırdı. On yaşı olmağına iki həftə qalmış o, Paris konservatoriyasına daxil olur. Jorj üçün uşaqlığı başlamamış bitmişdi.
Laslo Bito
Laslo Bito (tam adı: Laslo Bito, mac. László Z. Bitó; 7 sentyabr 1934, Budapeşt – 14 noyabr 2021) — Macarıstan fizioloqu və yazıçısı. Tədqiqatçı kimi qlaukoma üçün dərman hazırlamışdır. Yazıçı kimi roman və esselər müəllifidir. Laslo Bito Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Onun ailəsi kommunist dövründə Budapeştdən ayrılmaq məcburiyyətində qalmışdır. O, Komlodakı bir mədəndə xidmət etmiş və 1956-cı ildə inqilabın yerli lideri olmuşdur. İnqilab Rus qüvvələri tərəfindən yatırılandan sonra Bito ABŞ-yə qaçdı, burada təqaüd qazandı və fizioloq oldu. ABŞ-də ona sığınacaq verildi və 1956–57-ci ilin qış rübündə Bard Kollecində təhsil aldı. O, 1960-cı ildə Bard Kollecinin pre-med biologiya fakültəsindən məzun oldu.
Medisen Biti
Medisen Biti (ing. Madisen Beaty; 28 fevral 1995) — ABŞ aktrisası. "The Curious Case of Benjamin Button"da (2008) Deyzi Fuller, "The Master"də (2012) Doris Solstad, "Other People"da (2016) Rebekka Malçey, "The Fosters"də (2013-2018), "The Magicians"da (2018-2019) İris və "Aquarius"da (2015-2016) Patrisia Krenvinkel rolları ilə tanınır.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Alfred Bine
Alfred Binet (8 iyul 1857[…], Nitsa, Dənizkənarı Alplar – 18 oktyabr 1911[…], Paris) — fransız psixoloqu. Hüquq təhsili almış, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olmuşdur. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine 1894–1911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir. 20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli, 1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.
Valter Bote
Valter Vilhelm Georg Bote (alm. Walther Wilhelm Georg Bothe‎; 8 yanvar 1891[…] – 8 fevral 1957[…], Heydelberq, Baden-Vürtemberq) — alman fiziki, 1954-cü ildə fizika üzrə Nobel mükafatı laureatı. O, nüvə fizikasına mühüm töhfə verib. Bote saat ustası Fridrix Bote və dərzi Şarlotta Botenin qızı Hartunqun ailəsində anadan olub. Uşaqlığını Oranienburqda keçirib. Bote iti zehni və ciddi məntiqi təfəkkürü ilə ətrafındakılardan çox seçilirdi, musiqi və rəssamlıq qabiliyyətinə malik idi. 1908-ci ildə Berlindəki ali real məktəbində universitetə hazırlıq kurslarını bitirdi. Bundan sonra o, 1908–1913-cü illərdə Berlin Universitetində fizika, riyaziyyat, kimya və musiqi üzrə təhsil alıb. O, təhsili üçün pulu əsasən repetitorluq, qeyri-adi işlər və təqaüdlər hesabına qazanırdı. 1913-cü ildə müəllimlik üçün dövlət imtahanını verdi və bundan sonra bir müddət Berlin Ali Kənd Təsərrüfatı Məktəbində işlədi.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Bit bazarı
Bit bazarı (alm. Flohmarkt‎, fr. Marché aux puces, ing. Flea market, Car boot sale, Swap meet, fin Kirpputori) — insanların köhnə, işlənmiş və ya sadəcə olaraq faydalı olmayan əşyaları satıb aldıqları yer. Həm də bit bazarında antikvarlar, əntiq əşyalar, kolleksiya əşyaları və digər xüsusi maraq doğuran mallar satılır və alınır. Mallar adətən olduqca ucuzdur və onların keyfiyyəti istehsal yeri, üsul (əldə qayırma və ya zavod), bu anda əşyanın populyarlığı, habelə birja bazarının özünün ölçüsü kimi bir neçə amildən asılıdır. Bəzən bir bit bazarında malların qiyməti bütövlükdə şəhər üzrə orta qiymətlərdən asılı ola bilər. "Bit bazarı" adı və anlayışı fransızcadan gəlir. Bu tip bazar çox vaxt mövsümi olur. Bununla belə, son illərdə bu cür bazarların "formal" və "daimi" olmasıda müşahidə olunur.
Bit cərəyanı
Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. 1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi. "Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen Qinzberq və Vilyam Berrouz olmuşdur. 1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı.
Bit doldurma
Bit doldurma (Bit stuffing) – ötürülən verilənlər axınına əlavə bitlərin artırılmasıdır. Bu ona görə edilir ki, hər hansı xüsusi bitlər ardıcıllığı yalnız qəti müəyyənləşdirilmiş mövqelərdə dursun. Məsələn, HDLC, SDLC və X.25 kimi verilənlərin ötürülməsi protokollarında bir sətirdə ardıcıl altı ədəd 1 yalnız kadrın (verilənlər blokunun) başlanğıcında və sonunda gələ bilər. Ona görə də axında ardıcıl beş bitin qiyməti 1 olursa, bit doldurma vasitəsilə axına qiyməti 0 olan bit əlavə edilir. Artırılmış sıfırlar qəbuledici stansiya tərəfindən uzaqlaşdırılır, bununla da verilənlərin ilkin şəkli bərpa edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bit müstəvisi
Bit müstəvisi– kompüter qrafikasında: birlikdə pikselin rəngini göstərən çoxqatlı bit toplusunun bir “qatı”; Ənənəvi olaraq pikseli göstərən bitlər ardıcılllığı yaddaşın bir baytında saxlanılır. Bit müstəvilərində isə pikselin bütün bitləri yaddaşın müxtəlif sahələrində saxlanılır; götüntünün hər bir pikselinin birinci informasiya biti bir sahədə (müstəvidə, qatda), ikinci bitlər qrupu başqa sahədə və s. saxlanılır. Bir bit müstəvisi vasitəsilə iki rəngi (adətən, ağ və qara), iki bit müstəvisi vasitəsilə dörd rəngi və s. göstərmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
BATE Borisov FK
BATE Borisov FK — Belarusun futbol klubu. 1973-cü ildə yaranıb. 9 dəfə Avropa kuboklarında iştirak edib.
MEQA Site Builder
Obite N'Dicka
Obite Evan N'Dikka (20.8.1999) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda və Fransa U-18 millisində müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. O, Oser klubunun yetirməsidir. Obite 2017-ci ilin yanvar ayında 17 yaşı olarkən debüt etmişdir. Obite futbolçu karyerasına 13 yaşı olarkən Liqa 2 təmsilçilərindən olan Oser klubunda başlamışdır. Obite klubun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Oser klubu ilə 27 yanvar 2017-ci ildə etmişdir. Həmin görüşdə Oser liqa görüşündə Klermon klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2017-ci ildə Obite klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. 5 iyul 2018-ci ildə N'Dikka Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubu ilə beş illik müqavilə imzalamışdır. Obite Fransada anadan olmuşdur.
Obite N'Dikka
Obite Evan N'Dikka (20.8.1999) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda və Fransa U-18 millisində müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. O, Oser klubunun yetirməsidir. Obite 2017-ci ilin yanvar ayında 17 yaşı olarkən debüt etmişdir. Obite futbolçu karyerasına 13 yaşı olarkən Liqa 2 təmsilçilərindən olan Oser klubunda başlamışdır. Obite klubun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Oser klubu ilə 27 yanvar 2017-ci ildə etmişdir. Həmin görüşdə Oser liqa görüşündə Klermon klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2017-ci ildə Obite klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. 5 iyul 2018-ci ildə N'Dikka Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubu ilə beş illik müqavilə imzalamışdır. Obite Fransada anadan olmuşdur.
8-Bit (studiya)
8-Bit (株式会社エイトビット, Kabushiki-gaisha Eito Bito) — 2008-ci ilin sentyabrında təsis edilmiş Yaponiya animasiya studiyası.
Bit-yönlü protokol
Bit-yönlü protokol(bit-oriented protocol)– verilənlərin ötürülməsinin simvol sətrləri kimi yox, bitlərin arasıkəsilməz axını kimi aparıldığı protokol. Ötürülən bitlər hər hansı simvollar toplusunun simvolları kimi məzmun daşımadığından bit-yönlü protokolda idarəetmə üçün ehtiyat simvollardan deyil, bitlərin xüsusi ardıcıllığından istifadə edilir. Bit-yönlü protokola misal olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatının (INTERNATIONAL ORGANIZATION FOR STANDARDIZATION, ISO) müəyyənləşdirdiyi HDLC (High-Level Data Link Control) protokolunu göstərmək olar. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
11 Bit Studios
11 bit studios S.A. — Polşa videooyun istehsalı şirkəti. Mərkəzi Varşavada yerləşir. Studiya 2010-cu ildə "CD Projekt" və "Metropolis Software" şirkətlərinin keçmiş üzvləri tərəfindən yaradılmışdır. Studiya ən çox "Anomaly: Warzone Earth" (2011), "This War of Mine" (2014) və "Frostpunk" (2018) videooyunlarının istehsalçısı kimi tanınır. Şirkət rəsmi olaraq 11 sentyabr 2010-cu ildə yaradılmışdır. Onun əsası "CD Projekt" və "Metropolis Software" tərtibatçıları və işçilər tərəfindən qoyulmuşdur. Şirkətin məqsədi həm hardkor geymerlər , həm də gündəlik geymerlər üçün uyğun oyunlar yaratmaqdır. Onlar real vaxt strategiyası olan qüllədən müdafiə oyunu "Anomaly: Warzone Earth", və Sarayevonun mühasirəsinə bənzər mühasirə altında olan şəhərdə mülki insanları təsvir etdiyinə görə tənqidçilər tərəfindən tez-tez təriflənən "This War of Mine" ilə tanınırlar. Studiyanın ən son buraxılışı olan "Frostpunk" ilk üç gündə 250,000-dən çox kopya satmışdır. "Frostpunk" şaxtanın ələ keçirdiyi distopiyada, XVIII əsrin sonlarında İngiltərəni təsvir edir.
Eight Bit (studiya)
8-Bit (株式会社エイトビット, Kabushiki-gaisha Eito Bito) — 2008-ci ilin sentyabrında təsis edilmiş Yaponiya animasiya studiyası.
Binə
Binə bu mənaları ifadə edə bilər: Binə dağı — Şərur rayonu ərazisində dağ. Binə (Xəzər) — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (Xocavənd) — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Botë
Botë və ya digər adı ilə World (azərb. Dünya‎) — Albaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lindita "World" mahnısı ilə Albaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mahnının musiqisi Alban bəstəkar Klodian Kafoku, sözləri isə ifaçı Lindita və Big Bastaya aiddir.
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara - qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200-1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100-150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0-1,5 QPa, temperatur isə 600-7000 C təşkil edir.
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.
Ən kiçik qiymətli bit
Ən kiçik qiymətli bit (en. least significant bit (LSB)) – bir və ya daha artıq bayt ardıcıllığında: ikilik ədədin aşağı mərtəbə (adətən, ən sağdakı) biti. Kompüterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir. Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər. Ən kiçik qiymətli simvol (en.
Binə (Germi)
Binə (fars. بنه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 802 nəfər yaşayır (177 ailə).
Binə (Xocavənd)
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır. Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir. İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var. İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.
Binə (Xəzər)
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Binə Xocavar
Binə Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1150 nəfərdir. Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır. XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərin] Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərin] Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir. I Qarabağ şəhidi: Nuriyev Bəşir Nuru oğlu – (05.
Binə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binə qəsəbəsi
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Binə stadionu
Binə stadionu — Azərbaycanın Bakı şəhərinə daxil olan Xəzər rayonu Binə qəsəbəsində çoxistifadəli stadion. Bu, "Binə" FK -nın ev stadionudur. Stadion 600 nəfərlikdir, süni ot örtüklüdür və açılışı 2012-ci ildə istifadəyə verilmişdir. Stadion Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmişdir. Stadion istismar müddətini 2024-cü ildə başa vurmuşdur. 2024-cü ildə hazırkı süni qazon yeni süni örtüklə əvəzlənəcək. İşlərə mayın sonları start verilməsi planlaşdırılır.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Kolumbiya (qitə)
Kolumbiya (Nuna və ya Hadsonlend) — Eramızdan 2,5–1,6 milyard əvvəl paleoproterozoy erasında mövcud olmuş ilk hipotik qitələrdən biridir. Təxminən eramızdan 1,6–1,2 milyard il əvvəl müxtəlif superqitələrə parçalanmışdır.
Mu (qitə)
Mu qitəsi və ya Pasifida — Məhv olmuş sivilizasiya; Sakit okeanda sulara qərq olmuş hipotetik qitə. Müxtəlif xalqların mifologiyasında tez-tez Sakit okeanın yerində ada və ya torpaq olması ilə bağlı rəvayətlərə rast gəlmək mümkündür. Amma bununla əlaqədar olan məlumatlar bir-birindən fərqlənir. Okkult və paraelmi ədəbiyyatlarda Mu qitəsinin mövcudluğu ilə bağlı müxtəlif xalqların miflərinə və müəlliflərin fantaziyalarına əsaslanan çox sayda bir-birindən fərqli versiyalar var (Atlantik okeanındakı Atlantida, Hind okeanındakı Lemuriya, Şimal Buzlu okeanındakıdakı Arktida kimi). "Mu" termini ilk dəfə mayya əlyazmasının səhv interpretasiyası kimi abbat Şarl-Etyen Brassyor de Burbur tərəfindən işlədilmişdir. Onun fikrincə bu, Qərbdəki - Atlantik okeanındakı torpağı bildirmək üçün istifadə olunan addır. Okkult yazıçılar Oqyust Le-Plonjon və Ceyms Çyorvard da abbatın bu terminindən geniş istifadə etmişlər. Onların əsərlərində Mu Sakit okeandakı bütün dünya mədəniyyətlərinin beşiyi olan nəhəng materikin adıdır. Bu terminə tez-tez mistiklərin və pataelmi nəzəriyyə tərəfdarlarının da əsərlərində rast gəlmək olar. Məhv olmuş Mu imperiyasının var olduğunu təsdiqləyən mənbələr az deyil.
Nena (qitə)
Nena - Arktika, Şərqi Antarktika və Baltika (Afro-Avrasiya) kratonlarından yaranan superqitə. Bu qitənin təxminən 1750 və ya 1265 milyon il bundan əvvəl mövcud olduğu ehtimal edilir. Nena superqitəsi parçalandıqdan sonra Kolumbiya qitəsi yaranmışdır. "Nena" termini "Northern Europe" (azərb. Şimali Avropa‎) və "Northern America" (azərb. Şimali Amerika‎) ifadələrinin baş hərflərindən götürülmüşdü.
Qitə (şeir)
Qitə (ərəb. قطعة‎ parça, hissə) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Qitə ərəbcə parça, hissə deməkdir. Qitənin qafiyə quruluşu qəzələ və qəsidəyə yaxındır. Fərq ondadır ki, birinci beytin misraları qəzəl və qəsidədə həmqafiyə olduğu halda, qitədə həmqafiyə olmur. Qitədə yalnız ikinci misralar bir-biri ilə həmqafiyə olur. Həcmi 2 beytdən 10 beytə qədər olur. Qitənin sonuncu (məqtə) beytində şair, adətən, öz təxəllüsünü bildirmir. Qəzəl daha çox məhəbbət mövzusunda yazıldığı halda, qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır. Qazi Bürhanəddininin, Nəsiminin, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin bəzi şeirləri qitə janrındadır.
Süyüm bikə
Söyümbikə (tatar. Söyembikä, «Söyem» — Sevim, «Bikä» — xanım, tərcüməsi — Sevimli xanım) (1516 - 1557) — Qazan xanlığının hakimi. Kazan xanlığında Noğay xanı Yusif mirzənin gözəl qızı Söyümbikə 1516-cı ildə anadan olmuşdu. Gənc yaşda mirzələr tərəfindən evləndirilmişdi. İlk həyat yoldaşı Can Əli xan rus tərəfdarı imiş. Kazanlılar onu heç sevməzmiş və üsyan edib onu öldürüblərmiş. Sonra gənc yaşda dul qalan gözəl qadın Söyümbikə xan ilə Krım xanı Səfa Giray xan evlənirlər. Səfa Giray xanın oğlu Krım xanlığının varisi Bole xandan sonra Söyümbikə xandan da ikinci oğlu Ödəmiş xan dünyaya gəlir. Səfa Giray xan neçə dəfə Kazana göz dikən rusları döyüşdə darmadağın etmişdi. Ölümündən sonra vəsiyyətinə görə taxtı oğlu Ödəmiş xana qalmışdır.
Tuti Bikə
Tuti Bikə (Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Ur (qitə)
Ur — Eramızdan 3 milyard əvvəl Yer kürəsində mövcud olmuş ilk hipotik qitələrdən biridir. Eramızdan 1 milyard il əvvəl Ur qitəsi Nuna (və ya Kolumbiya qitəsi) və Atlantika qitələri ilə birləşərək Rodiniya superqitəsini yaratmışdır. Ur qitəsi Pangeyanın Lavraziya və Qondvana qitələrinə parçalanmasına qədər yeganə qitə kimi formalaşmışdı. Fərziyyələrə görə Ur qitəsinin tərkibinə indiki Afrika, Avstraliya və Hindistan kimi ərazilər daxil idi.
Sonic the Hedgehog (16-bit)
Sonic the Hedgehog (16-bit) (yap. ソニック・ザ・ヘッジホッグ Sonikku dza Xedzixoqqu, azərb. Kirpi Sonik‎) — "Sonic Team" oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. İlk dəfə Şimali Amerika və Avropada 23 iyun 1991-ci l tarixində istehsal edilmişdi. Yaponiyada isə həmin ilin 26 iyul tarixində buraxılmışdı. Bu versiyada çoxlu sayda qrafikaların düzəlişi edilmişdi. "Sonic the Hedgehog" videooyunu tənqidçilər tərəfindən müsbət rəy qazanmışdır. Videooyunun istehsalı kommersiya cəhətdən müvəffəqiyyət əldə etmişdir. Bu isə oyunların hazırlanması ilə məşğul olan "Sega Mega Drive/Genesis" kompaniyasını məşhurlaşdırmış və "Kirpi Sonik" personajı bu kompaniyanın rəmzinə çevrilmişdi. Videooyunun məşhurluğu digər seriyaların yaradılmasına şərait yaratmışdı.
Sonic the Hedgehog (16 bit)
Sonic the Hedgehog (16-bit) (yap. ソニック・ザ・ヘッジホッグ Sonikku dza Xedzixoqqu, azərb. Kirpi Sonik‎) — "Sonic Team" oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. İlk dəfə Şimali Amerika və Avropada 23 iyun 1991-ci l tarixində istehsal edilmişdi. Yaponiyada isə həmin ilin 26 iyul tarixində buraxılmışdı. Bu versiyada çoxlu sayda qrafikaların düzəlişi edilmişdi. "Sonic the Hedgehog" videooyunu tənqidçilər tərəfindən müsbət rəy qazanmışdır. Videooyunun istehsalı kommersiya cəhətdən müvəffəqiyyət əldə etmişdir. Bu isə oyunların hazırlanması ilə məşğul olan "Sega Mega Drive/Genesis" kompaniyasını məşhurlaşdırmış və "Kirpi Sonik" personajı bu kompaniyanın rəmzinə çevrilmişdi. Videooyunun məşhurluğu digər seriyaların yaradılmasına şərait yaratmışdı.
ARTE
ARTE (fr. Association relative à la télé européenne) — Fransa və Almaniyanın ortaq televiziya kanalı Mərkəzi Strasburqda yerləşir. ARTE kanalı Avropanın əksər ölkələrində 14 fərqli dildə yayımlanır.
Bath
Bat (İngiltərə)
Beta
Beta (ß) — yunan əlifbasının ikinci hərfi, elektron şüalanmasının adı. Alfadan sonra, qammadan əvvəl gələn hərfdir.
Bibl
Cübeyl (ərəb. جبيل‎ Jubayl; finik. GBL) və ya Bibl (q.yun. Βύβλος Büblos) — Livanda, Dağlıq Livan mühafəzəsində şəhər. Aralıq dənizi sahilindədir. Şəhərin qurulma tarixi dəqiq olaraq bilinmir. Bəzi mütəxəssislər bu şəhərin tarixinin 7,000 il əvvələ qədər çatdığını təxmin edir. Həmçinin, şəhərə yunanca papirus mənasını verən "Bibl" adı verilmişdir, çünki Cübeyl vaxtilə papirus ticarətinə hakim bir liman şəhəri idi. Cübeyl e.ə. III əsr və e.ə.
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsində kənd. Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur. Bico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir.