Binə Xocavar

Binə XocavarAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]

Binə Xocavar
39°04′ şm. e. 48°39′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Binə Xocavar xəritədə
Binə Xocavar
Binə Xocavar

Əhalisi 1150 nəfərdir.[2]

Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır.[3]

XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərin]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərin]

Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir.[4]

I Qarabağ şəhidi:

Nuriyev Bəşir Nuru oğlu – (05. 06. 1973 - 05. 01. 1994-cü il)

II Qarabağ şəhidi:

Nəzərov Elməddin İsmayıl oğlu – (22. XI. 1996 - 30.X.2020-ci il)[5]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)
  5. "Arxivlənmiş surət". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.