Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bitişikqəlsəməkimilər
İyli bitişikmeyvə
İyli bitişikmeyvə (lat. Symphyoloma graveolens) — çətirkimilər fəsiləsinin symphyoloma cinsinə aid biki növü. == Nadirlik dərəcəsi == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələri inkişafdan qalmışdır. Bütün yarpaqları kökətrafı, 3-9 sm uzunluğunda, sapları enli, parlaq, kənarları zarlı qına geniişlənmişdir. Çətirləri 5-7 şüalıdır. Çiçəkləri çoxsaylıdır. Meyvələri 4 mm uzunluqda, çılpaq, yastılaşmış, enli tərs-yumurtavari, bel hissədə sapvari qabırğalıdır. Sütuncuğu əyilmişdir.
Bitişikqəlsəməlikimilər
Bitişikqəlsəməlikimilər (lat. Synbranchiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Bitişikqəlsəməlilər
Bitişikqəlsəməlilər (lat. Synbranchidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin bitişikqəlsəməlikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Burcu Biricik
Burcu Biricik Tekin (4 may 1989, Elmalı, Antalya ili) — Türkiyə aktrisası. == Həyatı == 4 may 1988-ci ildə Antalyada anadan olub. Köçəri mənşəlidir. 2006-cı ildə Antalyada keçirilən "Miss Mediterranean" gözəllik müsabiqəsində Aralıq dənizi kraliçası seçilib. Orta məktəb illərində qatıldığı teatr festivalında mükafat aldıqdan sonra peşəkar aktyor olmağa qərar verən Biricik, Ege Universitetinin Arxeologiya fakültəsində bakalavr təhsilini tamamladı və eyni zamanda Bornova Bələdiyyəsi Şəhər Teatrında aktyorluq təhsili aldı. Biricik aktrisalıq karyerasına Bornova Bələdiyyəsi Şəhər Teatrında təcrübəçi kimi başlamışdır. Burada o, "İkidən biri", "Qocanın ziyarəti", "Gözümü yumuram", "Vəzifəmi yerinə yetirirəm" və "Yeddi ərli Hörmüz" kimi müxtəlif tamaşalarda rol alıb. O, 2016-cı ildə Emre Yetkinlə ailə həyatı qurub. == Filmoqrafiya == 2007-ci ildə Show TV-də yayımlanan "Macholar" serialındakı yan rolu ilə televiziyada debüt etdi.Daha sonra "Torpaq jurnalı" adlı qısametrajlı film çəkən Biricik 2011-ci ildə Kanal D-də yayımlanan "Artiz Mektebi"nin aktyorluq yarışmasına qatılaraq birinciliyi Alican Aytekinlə bölüşüb. Daha sonra 2011-ci ildə "Möhtəşəm əsr" teleserialında və 2012-ci ildə "Ustura Kamal" serialında kiçik rollar oynayıb.
Doqquz Bitik (kitab)
Doqquz Bitik — Firudin Ağası oğlu Cəlilovın 2014-cü ildə çap elədiyi bu əsər, Tarixi, fərqli bir baxış açısından ortaya qoymuş və türklərin mənşəsini araşdıraraq yeni bir idea yaratmışdır. Kitab 9 cilddə təlif olunmuş ki bunların üçü nəşr edilmişdir: 1- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik. Bakı, Ağrıdağ, 2014. 367[1] 2- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi coğrafiya. II Bitik. Bakı Ağrıdağ 2014. 280 3- Azərbaycan türklərinin islamaqədər tarixi.
Batisit
Batisit — mineral, Na2BaTi2[Si2O7]2 == Haqqında == Batisit - rombik. Kristalları lövhəvari. Ayrılma{100} üzrə. Rəngi tünd qəhvəyi. Sərtliyi 8. Xüsusi çəkisi 3,4. Qələvi peqmatitlərdə ramzait, evdialit, torit və b. ilə birlikdə rast gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mıtişi
Mıtişi — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir. == Qardaş şəhərlər == Rusiya Anqarsk Belarus Baranoviç (belar. Баранавічы) Belarus Borisov (belar. Барысаў) Belarus Jodino (belar. Жодзіна) Belarus Smoleviç (belar. Смалявічы), Boliviya Qabrovo (bolq. Габрово), [ İtaliya Lekko (it. Lecco) Çexiya Nimburq (çex. Nymburk) Litva Panevejis (lit.
Küpəotu bitkisi
Nepentes küpəotu bitkisi daha maraqlı bitkilərdəndir. Bu bitkidə yarpağın yuxarı hissəsi qapaqlı küpəyə oxşayır və tutucu aparat funksiyasını daşıyır. Küpə ilə yarpaq ayasının arasında olan sapşəkilli daralmış hissənin köməyilə bitki özünü dayağa bərkidərək küpələri asır. Bu küpələr çiçəyə oxşayır. Küpənin kənarlarından və qapağindan damcı şəklində şirin maye ifraz olunur. Bu həşəratı cəlb etmək üçündür. Küpənin kənarları hamar və süruşkəndir. Həşərat küpənin kənarlarına qonan kimi sürüşüb küpənin içinə düşur və orada həzm olunur. Küpəli bitkilərə Asiyanin tropik meşələrində təsadüf olunur. Bunlar hündürlüyü 35 sm gövdəsinin diametri 8 mm olan bitkilərdir.
Çay bitkisi
Çay (lat. Camellia sinensis) — Çaykimilər fəsiləsinin kamelliya cinsinə aid növ. Bu bitkinin yarpaqları geniş istehlak olunan içkinin, çayın istehsalında istifadə olunur. Ağ çay, sarı çay, yaşıl çay, qara çay və s. kimi çay növlərinin hamısı eyni bitkinin bu gün yetişdirilən iki əsas çeşidindən: C. sinensis var. sinensis və C. s. var. assamica çeşidlərindən birindən əldə edilsə də, müxtəlif oksidləşmə səviyyələrinə çatmaq üçün fərqli şəkildə emal edilirlər. Qara çay bunların arasında ən çox oksidləşmə səviyyəsinə malik olan, yaşıl çay isə, ən az oksidləşmiş olandır. Kukicha adlı çay da C. sinensis məhsuludur, ancaq yarpaq yerinə budaqcıqlar istifadə olunur.
İdris Bitlisi
İdris Bitlisi və ya Bitlisli İdris (tam adı: Molla Hakim İdris Bitlisi; 1452 və ya 1457, Bitlis – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış kürd əsilli Osmanlı tarixçisi və dövlət xadimi. Azərbaycan türkcəsində danışırdı. == Həyatı == Molla Hakim İdris Bitlisi 18 yanvar 1457-ci ildə indiki Türkiyənin Bitlis şəhərində anadan olmuşdur. O, Səfəvi şahına xidmət etmiş və sonradan Osmanlı sultanı II Bəyazidin sarayına köçmüşdür. Orada ona Osmanlı sülaləsinin tarixini yazmaq tapşırılmışdır. İdris daha sonra Bəyazidin oğlu sultan Yavuz Səlimin sarayında tarixçi kimi çalışmışdır.Bitlisli İdris "Səlimnamə" əsərində yazır ki, I Səlimin hakimiyyəti dövründə kürd aşirət rəhbərlərini bir araya gətirməyə nail olmuşdur. Bundan sonra o, kürdləri qızılbaşlarla döyüşməyə təşviq etmiş, onlar isə Anadolunu qızılbaşlardan qılıncla təmizləməyə and içmişdir. Bu vaxt 40 min qızılbaş qılıncdan keçirilir. Bitlisli İdris Osmanlının Kürdüstanı fəth etməsində göstərdiyi köməyə görə, vali təyin edilmişdir.Bitlisli İdris fars dilində olan "Həşt behişt" ("Səkkiz cənnət dairəsi") əsərində Osmanlı sülaləsinin tarixini yazmışdır. Əsər eyni zamanda, türk dilinə tərcümə edilmişdir.İdris Bitlisi 15 noyabr 1520-ci ildə İstanbul şəhərində vəfat etmişdir.
Şəki pitisi
Şəki pitisi - Azərbaycanın milli yeməyi. == Ləvazimatlar == Sümüksüz qoyun əti - 163 q. Noxud - 30 q. Quyruq - 20 q. Baş soğan - 18 q. Şabalıd - 30 q. Quru gavalı - 20 q. Zəfəran - 0,1 q. İstiot. Duz – zövqə görə.
David Attenboroug bitkisi
Nepenthes attenboroughii (lat. Nepenthes attenboroughii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin nepenteskimilər fəsiləsinin nepentes cinsinə aid bitki növü. Yalnız Filippinin Palavan adasında, Viktoriya dağının zirvəsində bitən və 2007-ci ildə tapılan ətyeyən bitkiyə botanik və kinorejissor David Attenboroughun adı verilib. Bu bitki çanağına düşən kiçik gəmiriciləri (siçan və s.) və böcəkləri tutur, sorucu boruları vasitəsi ilə onları tədricən həzm edir. Botanik və kinorejissor David Attenborough 50 ildir ki, ət yeyən bitkilərlə bağlı sənədli filmlər hazırlayır.
Şərəf Xan Bitlisi
Şərəf xan ya da Şərəf xan ibn Şəmsəddin bəy bin Şərəf bəy Bidlisi (fars. شرف‌خان‎ ya da شرف‌خان بدلیسی; d. 1543 Qum - ö. 1599? Bitlis) — Bitlisin kürd əmiri. O, həm də tarixçi, yazıçı və şair olmuşdur. Şərəf xan yalnız fars dilində yazıb yaratmışdır. O, gənc yaşlarında Səfəvi sarayına göndərilmiş və orada təhsil almışdır. Şərəfnamənin müəllifidir. == Həyatı == Şərəf xan Bidlisi 25 fevral 1543-cü ildə Qum vilayətində Rojkan (Ruzəki) əşirətindən olan Əmir Şəmsəddinin ailəsində doğuldu.
Qeyri-Münbit Torpaqlarda Pambıq Bitkisi (1972)
== Məzmun == Kinolentdə respublikamızın ərazisində mövcud olan qeyri-münbit torpaqlardan pambığın əkilib becərilməsi üçün istifadə olunması tədbirlərindən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Qeyri-münbit torpaqlarda pambıq bitkisi (film, 1972)
== Məzmun == Kinolentdə respublikamızın ərazisində mövcud olan qeyri-münbit torpaqlardan pambığın əkilib becərilməsi üçün istifadə olunması tədbirlərindən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.