Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bizant
Bizant — yunan mifologiyasında İstanbul şəhərinin banisi. Bizant — Qədim Frakiyada, Propontida sahilində şəhər.
Bifax
Bifax (lat. Bifax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Bivane çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. == Şəlalə == Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. == Su anbarı == Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Bivayn çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. == Şəlalə == Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. == Su anbarı == Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Bizant (mifologiya)
Bizant — yunan mifologiyasında Bizans şəhərinin banisi və tanrısı. Poseydon ilə Keroessanın oğlu. Apollon və Poseydon şəhərin möhkəmləndirilməsində Bizanta yardım göstərmişlər. Bizant Frakiya çarı Hemosun Bizansa hücumunun qarşısını almış və düşməni Frakiyanın uzaq rayonlarınadək qovmuşdur. Bizant şəhərdə olmadığı zaman skif hökmdarı Odris Bizansa basqın etmişdir. Bizantın arvadı Fidaleya və digər qadınlar şəhəri mühasirəyə alan skiflərin düşərgələrinə zəhərli ilanlar ataraq şəhəri xilas etmişlər. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, IV cild. Bakı,2013, səh.183.
Bizant (şəhər)
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. == Coğrafiya == Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. == Tarix == Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Şükrü Birant
Şükrü Birant — Türkiyə futbolçusu. == Karyerası == === Klub === 1964-1974-cü illərdə Fənərbaxçada oynamışdır. Meydana çıxdığı 317 oyunda 7 qol vurmuşdur. === Milli === Türkiyənin müxtəlif milli komandalarında 26 dəfə meydana çıxmışdır.
Biva
Biva gölü — Yaponiyanın ən böyük şirin sulu gölü. Biva (musiqi aləti) — Yapon musiqi aləti.
Vaxt
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklərdə mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Cyperus bifax
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. == Sinonim == Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Ay (vaxt)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərarabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Bir dövretmə ayın, yəni Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə və 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə və 12 saniyə). Müasir təqvimlərdə ay 365 və 366 gün davam edir və bir ilin 12-də biri olaraq qəbul edilir.
Azərbaycanda vaxt
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00).Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir.. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir..
Biva gölü
Biva gölü (lat. 琵琶湖, əvvəllər isə Omi gölü — Yaponiyanın ən böyük şirin sulu gölüdür. Göl Honşu adasının mərkəzində Şiqa prefekturası ərazisində yerləşir. Yaponiyanın keçmiş paytaxtı olan Kiotodan şimal-şərqdə qərarlaşır. Paytaxtın yaxınlığında yerləşməsi onun yapon ədəbiyyatında təcəssümünə səbəb olmuşdur. Gölə çoxlu sayda şeyrlər qoşulmuşdur. Sahillərində çoxlu sayda döyüşlər baş vermişdir. == Ümumi məlumat == Gölə ümumilikdə 400 kiçik tökülür. Göldən isə yalnız bir, Edo çayı axır. Gölün hövzəsinin sahəsi 3174 km², uzunluğu 63,49 km, eni 22,8 km, sahəsi 670,4 km², maksimal dərinliyi 103,58 m, su həcmi 27,5 км³, sahil xəttinin uzunluğu 235,2 km və dəniz səviyyəsindən hündürlüyü 85,6 m təşkil edir.
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Vaxt qrafiki
Vaxt qrafiki, hadisələrin siyahısının xronoloji ardıcıllıqla göstərilməsidir. == Növləri == Vaxt qrafikləri üçün bir çox vizual üsulları var. == Vaxt qrafiklərinin istifadəsi == Vaxt qrafikləri, bir mövzu üçün tarixi hadisələrin və meyllərin ardıcıllığını və ya xronologiyasını anlamaqda tələbələrə və tədqiqatçılara kömək etmək üçün təhsildə istifadə olunur. === Tarixi araşdırmalarda === Vaxt qrafikləri, tarixin öyrənilməsi üçün faydalıdır, çünki zaman keçdikcə bir dəyişiklik hissi verir. Aşağıdakı nümunələri görə bilərsiniz: Azərbaycan tarixinin qrafiki Vətəndaş hüquqları hərəkatının qrafiki Avropa araşdırmalarının qrafiki İmperializmin qrafiki Günəş Sistemi araşdırma qrafiki Amerika Birləşmiş Ştatları tarixinin qrafiki Birinci Dünya Müharibəsinin Zaman Çizelgesi Dinin qrafiki === Təbiət elmlərində === Vaxt qrafikiəri, astronomiya, biologiya və geologiya kimi mövzular üçün təbii dünyada və elmlərdə də istifadə olunur. === Layihə menecmentində === Layihə menecmenti üçün arı bir zaman qrafiki istifadə olunur. == Həmçinin bax == Xronologiya Kro‌noZum — Böyük Tarixin vaxt qrafiki görüntüləmək üçün açıq mənbə layihədir.
Vaxt tənliyi
Vaxt tənliyi eyni an üçün verilmiş coğrafi meridianda orta və həqiqi Günəş vaxtlarının fərqidir. η = T m − T ⊙ = t m − t ⊙ {\displaystyle \eta =T_{m}-T_{\odot }=t_{m}-t_{\odot }} Vaxt tənliyini əslində vaxt düzəlişi adlandırmaq daha doğru olardı, lakin o tarixi olaraq astronomiyaya vaxt tənliyi kimi daxil olmuşdur.Fərqli iki Günəş vaxtı dedikdə Günəşin günlük hərəkətini birbaşa izləyən Həqiqi Günəş vaxtı və 24 saat arayla nəzəri olaraq hesablanan Orta Günəş vaxtı nəzərdə tutulur. Aydındır ki, Günəş vaxtı, Günəşin cari mövqeyinin Günəş saatı vasitəsilə (məhdud dəqiqliklə) ölçülməsi ilə əldə edilə bilər. Eyni yer üçün Orta Günəş Vaxtı, sabit bir saat dəsti ilə göstərilən vaxt olacaq, belə ki, il ərzində görünən Günəş vaxtındakı fərqlər sıfıra bərabər olacaqdır.Vaxtın tənliyi, analemmanın şərq və ya qərb hissəsidir, Günəşin açılı ofsetini Yerdən göründüyü kimi, göy səthindəki orta mövqedən təmsil edən bir əyridir. Astronomik observatoriyalar tərəfindən tərtib edilən ilin hər günü üçün vaxt dəyərlərinin bərabərliyi almanak və efemeridlərdə geniş yayılmışdır. == Konsepsiya == Bir il ərzində vaxt tənliyi qrafada göstərildiyi kimi dəyişir; bir ildən sonrakı dövrdə onun dəyişməsi azdır. Görünən vaxtı və günəş saatı, 16 min 33 s (3 noyabr) qədər, ya da 14 min 6 s (təxminən 12 fevral) qədər arxa (sürətli) ola bilər. Vaxtın tənliyi 15 aprel, 13 iyun, 1 sentyabr və 25 dekabr yaxınlarında sıfırdır. Yerin orbitində və rotasiyasında çox yavaş dəyişikliklərə baxmayaraq, bu hadisələr hər tropik il eyni zamanda təkrarlanır. Ancaq bir il içərisində qeyri-tam sayda gün sayəsində bu tarixlər ildən-günə dəyişə bilər Vaxtın tənlikinin qrafası bir il müddətinə və bir yarım il müddətinə malik olan iki sinüs əyri məbləğinə yaxınlaşıb.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü xokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Tivat Beynəlxalq Hava Limanı
Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Тиват) — Tivat şəhərindən 4 km aralıda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri. == Tarixi == Tivat hava limanı İkinci Dünya müharibəsindən sonra hərbi və mülki paraşutçuların hazırlanması məqsədi ilə inşa edilmişdir. 1 may 1957-ci ildə Tivat hava limanı rəsmən açılır. Artıq 15 iyun 1957-ci ildə Belqrad-Tivat—Belqrad reysləri təşkil edilir. 1968-ci ildən etibarən isə bütün Belqrad, Zaqreb və Skopye reysləri DC-3 və İl-14 təyyarələri ilə həyata keçirilir. 1968 - 1971-ci illərdə hava limanında yeni 2500 m × 45 m olan eniş-uçuş zolağı inşa edilir. Modernləşdirilmiş «Tivat» hava limanı rəsmən 25 sentyabr 1971-ci ildə açılır. Hava limanının xarakterinə görə uçuşların 80 %-dən çoxu yay turizm mövsümündə baş tuturdu.
Aləmin yatdığı vaxt
Aləmin yatdığı vaxt — Azərbaycan xalq inanclarında qışın qurtardığı, yazın başladığı mistik vaxt. Bu vaxt təbiətin təzələnməsini simvolizə edir. == Təsviri == Aləmin yatdığı vaxt Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir. Bu zaman canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Həmin vaxtda kim nə arzu diləsə, yerinə yetər.Hər şey təzələndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır. İnsanlar çeşmə başına gedib, əl-üzünü yuyar, su üstündən atılıb, evə yeni su gətirərlər. Xalq inancına görə, biri sudan götürüb, xəmir yoğursa, sudakı balaca daşlardan evə gətirib, yağ küpünə, çörək qabına və ya evin bir bucağına qoysa, o evdə çörək bol olar.Aləmin yatdığı vaxt deyilən zaman perioduna yaradılışdan bəri keçmiş bütün zamanlar daxildir. Mənası yaradılışın təzələnərək yenidən canlanmasını simvolizə etməsidir. Bu vaxt hər gələndə dünya yenidən təzələnir və buna görə də aləmin yatdığı vaxt yaradılış anını simvolizə edir.
Nə vaxt evlənəcəksən?
"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri. == Təsviri == Rəsmdə iki taitili qız əks olunub. == Qiyməti == Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb. == Sərgilənməsi == Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
Real-vaxt strategiya
Real zamanda strategiya — strategiya videooyunları janrının alt-janrı olub, oyunçuların növbələşmə gözləmədən eyni vaxtda oynamağa davam etdikləri videooyun tipidir. Bu ifadə ilk dəfə Brett Sperri tərəfindən "Dune II" oyununun bazara çıxarılması zamanı istifadə olunub. RTS oyunlarında, digər müharibə oyunlarında olduğu kimi, iştirakçılar öz qüvvə və tikililərini özləri qurub xəritənin müvafiq hissələrində yerləşdiri və ya rəqiblərinin mülk və texnikalarını məhv edirlər. Tipik RTS oyunlarında oyun ərzində əlavə texnika və binaların yaradılması mümkündür. Bu vasitələr çox vaxt məhdud kəmiyyətli ehtiyatların (yanacaq, material və s.) hesabına qurulur. Bu ehtiyatlar xəritənin xüsusi hissələrində verilmiş mənbələrin nəzarət altına götürülməsi və ya yığım/emal üçün qurulmalı olan tikililərə bu məqsəd üçün nəzərdə tutulmuş texnikanın köməyi ilə əldə olunur. RTS oyunları üçün ehtiyatların yığılması, bazanın tikilməsi, oyundaxili texnologiyaların inkişaf etdirilməsi və qüvvələrin dolayı idarə olunması səciyyəvi xüsusiyyətlərdir. RTS oyunlarında oyunçuya verilən tapşırıqlar çox diqqət və vaxt tələb edə bilər, qalib gəlmək üçün təklif olunan istifadəçi interfeysi mürəkkəb olur. Digər videooyun janrları konseptual və oyun praktikası olaraq RTS-lərlə ortaq xüsusiyyətli olsalar da, RTS oyunları qədər mürəkkəbliyə malik deyil. Məsələn, şəhərtikmə oyunları, inşaat və idarəetmə simulyasiyatorları və real zamanda taktika oyunları "real zamanda strategiya" kateqoriyasına aid edilmir.
Şərqi vaxt zonası
Şərqi vaxt zonası (ing. Eastern Time Zone), Amerika Birləşmiş Ştatları və Kanadanın şərq hissəsini, Cənubi Amerika qitəsini və Karib hövzəsini əhatə edən saat qurşağıdır. Qış mövsümündə Koordinasiya edilmiş ümumdünya vaxtı ilə 5, yaz mövsümündə isə 4 saat fərq var. == Tətbiq olunduğu yerlər == === Kanada === Kanadanın aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Ontario Kvebek Nunavut === Amerika Birləşmiş Ştatları === Amerika Birləşmiş Ştatlarının aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Qərbi Virciniya Konnektikut Delaver Corciya Men Merilend Massaçusets Nyu-Hempşir Nyu-Cersi Nyu-York ştatı Şimali Karolina Ohayo Pensilvaniya Rod-Aylend Virciniya === Digər ölkələr === Aşağıdakı ölkər də şərqi vaxt zonasından istifadə edirlər: Meksika Panama Yamayka Haiti Kuba Baham adaları === Cənubi Amerika === Cənubi Amerika qitəsində bəzi ölkələr də şərqi vaxt zonasından istifadə edirlər: Kolumbiya Ekvador (Qalapaqos adaları istisna) Peru Braziliyanın bəzi regionları Akri Amazonas — Əyalətin cənub-qərbindəki region.
Sürətli vaxt hadisəsi
Quick Time Events (QTE) — kompüter oyunlarının elementidir. Adətən QTE-lər dinamik səhnələrdir ki, bu zaman oyunçu nəzarətçi ilə bəzi hərəkətləri tez yerinə yetirməlidir (məsələn, müəyyən düymələri cəld basmaq və ya joysticki müxtəlif istiqamətlərdə çevirmək). Demək olar ki, bütün hallarda QTE-nin tamamlanmaması baş verənlərə mənfi təsir göstərir (məsələn, "Ölü məkanda" oyunçunun müxtəlif QTE-ləri tamamlamağa vaxtı yox idisə, hər bir uğursuzluq ölümlə nəticələnirdi, uğursuzluq QTE əsas personajların ölümünə səbəb oldu). QTE baxımından qabaqcıl oyunu Dragon's Lair adlandırmaq olar. QTE sisteminin üstünlükləri arasında bu səhnələr zamanı adrenalin partlaması da var. Həmçinin, qorxu atmosferi (dəhşət içində) düzgün yaradılarsa, qəfil QTE oyunçunu çox qorxudacaq. QTE-dən istifadə edən ilk oyunlardan biri Time Gal (1985) olmuşdur. QTE sistemi Danger Girl, Shenmue, Dragon's Lair, Fahrenheit (Indigo Prophecy) macəra oyunları sayəsində məşhurlaşdı və daha sonra God of War, Tomb Raider, Resident Evil, Collapse, Grand Theft Auto: San kimi oyunlarda geniş formada yayıldı. Andreas (mini oyun), Saints Row 2 (mini oyun), Saints Row IV, Dead Space, Heavy Rain, Metro 2033, ObsCure 2, Clive Barker's Jericho, Unleashed Sonic, Star Wars: The Force Unleashed, The Witcher 2: Assassins of Kings, Battlefield 3, Max Payne 3, Spider-Man 3, Jurassic Park: The Game, Far Cry 3, Need For Speed: The Run, Məni xatırla, Aramızdaki canavar, Sifariş: 1886, Səhərə qədər, Detroit: İnsan ol, Beyond: İki Ruh, Atom Ürəyi və s. == Problemlər == QTE-lər hadisələrin təsviri və inkişafı ilə qüsursuz və hiss olunmaz şəkildə birləşə bilər ki, bu da sizə fasiləsiz səhnələrdən idarəetmələrə keçməyə və oyun məlumatlarını yükləmək üçün tələb olunan fasilələri tamamilə aradan qaldırmağa imkan verir.
Vaxt bölgüsü multipleksasiyası
Vaxt bölgüsü multipleksasiyası (ing. Time-division multiplexing; TDM) — ötürmə xəttinin uclarında yerləşən sinxronlaşdırılmış açarlar vasitəsi ilə ümumi siqnal yolu üzərində müstəqil siqnalların ötürülməsi və qəbul üsulu. Buna görə hər bir siqnal vaxtın yalnız bir hissəsində alternativ modeldə görünür. O ötürmə mühitinin bit sürəti ötürüləcək siqnalın sürətindən artıq olduqda istifadə edilə bilər. Siqnalların multipleksasiyasının bu forması XIX əsrin sonlarında teleqraf sistemləri üçün hazırlanmışdır, lakin XX əsrin ikinci yarısında rəqəmsal telefoniyada ən çox yayılmış üsul oldu. == Tarixi == Vaxt bölgüsü multipleksasiyası ilk dəfə teleqrafda eyni ötürmə kanalı üzərindən eyni vaxtda birdən çox ötürməni yönləndirmək üçün hazırlanmışdır. 1870-ci illərdə Jan Moris Emil Bodo çoxsaylı Hyuzun teleqraf maşınlarının vaxt multipleksləmə sistemini inkişaf etdirdi. 1944-cü ildə Britaniya Ordusu 50 mil məsafədə mikrodalğalı rele üzərindən 10 telefon danışığını multipleks etmək üçün "10 nömrəli Simsiz Set"dən istifadə etdi. Bu, komandirlərə La-Manş boyunca İngiltərədəki heyətlə əlaqə saxlamağa imkan verdi.1953-cü ildə RCA Communications tərəfindən RCA-nın Nyu-Yorkdakı obyekti, onların Puerto Penaskodakı ötürücü stansiyası və Riverheddəki qəbuledici stansiya arasında audio məlumat göndərmək üçün kommersiya əməliyyatına 24 kanallı TDM əlavə edildi. Kommunikasiya Lonq-Aylend boyunca mikrodalğalı sistem vasitəsilə idi.