VAXT
VAXTA
OBASTAN VİKİ
Vaxt
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Ay (vaxt)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Azərbaycanda vaxt
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Vaxt qrafiki
Vaxt qrafiki, hadisələrin siyahısının xronoloji ardıcıllıqla göstərilməsidir. == Növləri == Vaxt qrafikləri üçün bir çox vizual üsulları var. == Vaxt qrafiklərinin istifadəsi == Vaxt qrafikləri, bir mövzu üçün tarixi hadisələrin və meyllərin ardıcıllığını və ya xronologiyasını anlamaqda tələbələrə və tədqiqatçılara kömək etmək üçün təhsildə istifadə olunur. === Tarixi araşdırmalarda === Vaxt qrafikləri, tarixin öyrənilməsi üçün faydalıdır, çünki zaman keçdikcə bir dəyişiklik hissi verir. Aşağıdakı nümunələri görə bilərsiniz: Azərbaycan tarixinin qrafiki Vətəndaş hüquqları hərəkatının qrafiki Avropa araşdırmalarının qrafiki İmperializmin qrafiki Günəş Sistemi araşdırma qrafiki Amerika Birləşmiş Ştatları tarixinin qrafiki Birinci Dünya Müharibəsinin Zaman Çizelgesi Dinin qrafiki === Təbiət elmlərində === Vaxt qrafikiəri, astronomiya, biologiya və geologiya kimi mövzular üçün təbii dünyada və elmlərdə də istifadə olunur. === Layihə menecmentində === Layihə menecmenti üçün arı bir zaman qrafiki istifadə olunur. == Həmçinin bax == Xronologiya Kro‌noZum — Böyük Tarixin vaxt qrafiki görüntüləmək üçün açıq mənbə layihədir.
Vaxt tənliyi
Vaxt tənliyi — eyni an üçün verilmiş coğrafi meridianda orta və həqiqi Günəş vaxtlarının fərqidir. η = T m − T ⊙ = t m − t ⊙ {\displaystyle \eta =T_{m}-T_{\odot }=t_{m}-t_{\odot }} Vaxt tənliyini əslində vaxt düzəlişi adlandırmaq daha doğru olardı, lakin o tarixi olaraq astronomiyaya vaxt tənliyi kimi daxil olmuşdur.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Yaxşı vaxt
Yaxşı vaxt (ing. Good Time) — Coş və Benni Safdi qardaşları tərəfindən 2017-cı ildə çəkilmiş cinayət, triller filmi. Filmin baş rollarında Robert Pattinson və Benni Safdi çıxış edir. Film əqli qüsurlu qardaşı ilə soyğun etməyə çalışan Konni adlı bank soyğunçusundan bəhs edir. Onların planı uğursuz olanda Konni qaçmağı bacarır, ancaq qardaşı isə saxlanılır. Konni indi qardaşını xilas etmək üçün bir yol tapmalıdır. == Həmçinin bax == A24 filmləri == İstinadlar == == Xarici keçidlər == Yaxşı vaxt — Internet Movie Database saytında.
Aləmin yatdığı vaxt
Aləmin yatdığı vaxt və ya İlin təhvil olunması anı — Azərbaycan xalq inanclarında qışın qurtardığı, yazın başladığı mistik vaxt. Bu vaxt təbiətin təzələnməsini simvolizə edir. == Təsviri == Aləmin yatdığı vaxt Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir. Bu zaman canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Həmin vaxtda kim nə arzu diləsə, yerinə yetər. Zəngəzur azərbaycanlılarının inanclarında bu an belə qeyd edilir: "Gecə, deyillər, su dayanır. Su dayanan vaxtı görsən ki, su dayanır, niyyətin tutur, görməsən, tutmur". Ağdaş azərbaycanlıları təzə suyu zəm-zəm suyu, dirilik suyu və ya Cənnətdən gələn su hesab edirdilər. Hər şey təzələndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır.
Nə vaxt evlənəcəksən?
"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri. == Təsviri == Rəsmdə iki taitili qız əks olunub. == Qiyməti == Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb. == Sərgilənməsi == Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
Real-vaxt strategiya
Real zamanda strategiya — strategiya videooyunları janrının alt-janrı olub, oyunçuların növbələşmə gözləmədən eyni vaxtda oynamağa davam etdikləri videooyun tipidir. Bu ifadə ilk dəfə Brett Sperri tərəfindən "Dune II" oyununun bazara çıxarılması zamanı istifadə olunub. RTS oyunlarında, digər müharibə oyunlarında olduğu kimi, iştirakçılar öz qüvvə və tikililərini özləri qurub xəritənin müvafiq hissələrində yerləşdiri və ya rəqiblərinin mülk və texnikalarını məhv edirlər. Tipik RTS oyunlarında oyun ərzində əlavə texnika və binaların yaradılması mümkündür. Bu vasitələr çox vaxt məhdud kəmiyyətli ehtiyatların (yanacaq, material və s.) hesabına qurulur. Bu ehtiyatlar xəritənin xüsusi hissələrində verilmiş mənbələrin nəzarət altına götürülməsi və ya yığım/emal üçün qurulmalı olan tikililərə bu məqsəd üçün nəzərdə tutulmuş texnikanın köməyi ilə əldə olunur. RTS oyunları üçün ehtiyatların yığılması, bazanın tikilməsi, oyundaxili texnologiyaların inkişaf etdirilməsi və qüvvələrin dolayı idarə olunması səciyyəvi xüsusiyyətlərdir. RTS oyunlarında oyunçuya verilən tapşırıqlar çox diqqət və vaxt tələb edə bilər, qalib gəlmək üçün təklif olunan istifadəçi interfeysi mürəkkəb olur. Digər videooyun janrları konseptual və oyun praktikası olaraq RTS-lərlə ortaq xüsusiyyətli olsalar da, RTS oyunları qədər mürəkkəbliyə malik deyil. Məsələn, şəhərtikmə oyunları, inşaat və idarəetmə simulyasiyatorları və real zamanda taktika oyunları "real zamanda strategiya" kateqoriyasına aid edilmir.
Şərqi vaxt zonası
Şərqi vaxt zonası (ing. Eastern Time Zone), Amerika Birləşmiş Ştatları və Kanadanın şərq hissəsini, Cənubi Amerika qitəsini və Karib hövzəsini əhatə edən saat qurşağıdır. Qış mövsümündə Koordinasiya edilmiş ümumdünya vaxtı ilə 5, yaz mövsümündə isə 4 saat fərq var. == Tətbiq olunduğu yerlər == === Kanada === Kanadanın aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Ontario Kvebek Nunavut === Amerika Birləşmiş Ştatları === Amerika Birləşmiş Ştatlarının aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Qərbi Virciniya Konnektikut Delaver Corciya Men Merilend Massaçusets Nyu-Hempşir Nyu-Cersi Nyu-York ştatı Şimali Karolina Ohayo Pensilvaniya Rod-Aylend Virciniya === Digər ölkələr === Aşağıdakı ölkər də şərqi vaxt zonasından istifadə edirlər: Meksika Panama Yamayka Haiti Kuba Baham adaları === Cənubi Amerika === Cənubi Amerika qitəsində bəzi ölkələr də şərqi vaxt zonasından istifadə edirlər: Kolumbiya Ekvador (Qalapaqos adaları istisna) Peru Braziliyanın bəzi regionları Akri Amazonas — Əyalətin cənub-qərbindəki region.
Sürətli vaxt hadisəsi
Quick Time Events (QTE) — kompüter oyunlarının elementidir. Adətən QTE-lər dinamik səhnələrdir ki, bu zaman oyunçu nəzarətçi ilə bəzi hərəkətləri tez yerinə yetirməlidir (məsələn, müəyyən düymələri cəld basmaq və ya joysticki müxtəlif istiqamətlərdə çevirmək). Demək olar ki, bütün hallarda QTE-nin tamamlanmaması baş verənlərə mənfi təsir göstərir (məsələn, "Ölü məkanda" oyunçunun müxtəlif QTE-ləri tamamlamağa vaxtı yox idisə, hər bir uğursuzluq ölümlə nəticələnirdi, uğursuzluq QTE əsas personajların ölümünə səbəb oldu). QTE baxımından qabaqcıl oyunu Dragon's Lair adlandırmaq olar. QTE sisteminin üstünlükləri arasında bu səhnələr zamanı adrenalin partlaması da var. Həmçinin, qorxu atmosferi (dəhşət içində) düzgün yaradılarsa, qəfil QTE oyunçunu çox qorxudacaq. QTE-dən istifadə edən ilk oyunlardan biri Time Gal (1985) olmuşdur. QTE sistemi Danger Girl, Shenmue, Dragon's Lair, Fahrenheit (Indigo Prophecy) macəra oyunları sayəsində məşhurlaşdı və daha sonra God of War, Tomb Raider, Resident Evil, Collapse, Grand Theft Auto: San kimi oyunlarda geniş formada yayıldı. Andreas (mini oyun), Saints Row 2 (mini oyun), Saints Row IV, Dead Space, Heavy Rain, Metro 2033, ObsCure 2, Clive Barker's Jericho, Unleashed Sonic, Star Wars: The Force Unleashed, The Witcher 2: Assassins of Kings, Battlefield 3, Max Payne 3, Spider-Man 3, Jurassic Park: The Game, Far Cry 3, Need For Speed: The Run, Məni xatırla, Aramızdaki canavar, Sifariş: 1886, Səhərə qədər, Detroit: İnsan ol, Beyond: İki Ruh, Atom Ürəyi və s. == Problemlər == QTE-lər hadisələrin təsviri və inkişafı ilə qüsursuz və hiss olunmaz şəkildə birləşə bilər ki, bu da sizə fasiləsiz səhnələrdən idarəetmələrə keçməyə və oyun məlumatlarını yükləmək üçün tələb olunan fasilələri tamamilə aradan qaldırmağa imkan verir.
Vaxt bölgüsü multipleksasiyası
Vaxt bölgüsü multipleksasiyası (ing. Time-division multiplexing; TDM) — ötürmə xəttinin uclarında yerləşən sinxronlaşdırılmış açarlar vasitəsi ilə ümumi siqnal yolu üzərində müstəqil siqnalların ötürülməsi və qəbul üsulu. Buna görə hər bir siqnal vaxtın yalnız bir hissəsində alternativ modeldə görünür. O ötürmə mühitinin bit sürəti ötürüləcək siqnalın sürətindən artıq olduqda istifadə edilə bilər. Siqnalların multipleksasiyasının bu forması XIX əsrin sonlarında teleqraf sistemləri üçün hazırlanmışdır, lakin XX əsrin ikinci yarısında rəqəmsal telefoniyada ən çox yayılmış üsul oldu. == Tarixi == Vaxt bölgüsü multipleksasiyası ilk dəfə teleqrafda eyni ötürmə kanalı üzərindən eyni vaxtda birdən çox ötürməni yönləndirmək üçün hazırlanmışdır. 1870-ci illərdə Jan Moris Emil Bodo çoxsaylı Hyuzun teleqraf maşınlarının vaxt multipleksləmə sistemini inkişaf etdirdi. 1944-cü ildə Britaniya Ordusu 50 mil məsafədə mikrodalğalı rele üzərindən 10 telefon danışığını multipleks etmək üçün "10 nömrəli Simsiz Set"dən istifadə etdi. Bu, komandirlərə La-Manş boyunca İngiltərədəki heyətlə əlaqə saxlamağa imkan verdi. 1953-cü ildə RCA Communications tərəfindən RCA-nın Nyu-Yorkdakı obyekti, onların Puerto Penaskodakı ötürücü stansiyası və Riverheddəki qəbuledici stansiya arasında audio məlumat göndərmək üçün kommersiya əməliyyatına 24 kanallı TDM əlavə edildi.
Ölməyə vaxt yoxdur
Ölməyə vaxt yoxdur (ing. No Time to Die) — Kori Coci Fukunaqanın rejissorluğu ilə 2021-ci ildə çəkilmiş cəsus filmi. Ceyms Bond film seriyasının iyirmi beşinci filmidir. Bu Deniel Kreyqin baş rolda oynadığı sonuncu Ceyms Bond filmidir. Filmdə Ceyms Bond MI6-dakı işindən təqaüdə çıxır. Lakin sonra CIA girov götürülmüş bir alimin xilas edilməsi üçün ondan kömək istəyir. Bu missiya Bondu qisas almaq istəyən təhlükəli düşmənlə qarşıdurmaya aparır. Bu düşmənin milyonlarla insanın ölümünə səbəb ola biləcək güclü silahı var. Bond bu təhlükəni dayandırmaq və dünyanı xilas etmək üçün bacarıqlarından istifadə etməlidir. == İstinadlar == == Xarici keçidlər == 007.com/no-time-to-die/ — Ölməyə vaxt yoxdur rəsmi saytı 007.com/the-films/no-time-to-die/ — No Time to Die rəsmi saytı at James Bond official website mgmstudios.com/007-no-time-to-die/ — No Time to Die rəsmi saytı at Metro-Goldwyn-Mayer official website mgm.com/movies/no-time-to-die — No Time to Die rəsmi saytı at MGM official website Ölməyə vaxt yoxdur — Internet Movie Database saytında.
Cari-vaxt adaptiv təhlükəsizliyi
Cari vaxt adaptiv təhlükəsizliyi — şəbəkə təhlükəsizliyi modeli olub şəbəkə üzərindən inkişaf etmiş müəssisələrə olan hücmların qarşısını almaqda xüsusi rol oynayır. Adaptiv təhlükəsizlik şəbəkədəki təhlükəli nəqliyyatı izləməkdə, anomalik davranışları aşkarlamaqda, zəif nöqtələri aşkara çıxarmaqda, sistemdə olan cari dəyişiklikləri tapmaqda, avtomatik olaraq icazəsiz müraciətin qarşısını almaqda, təhlükəli şəbəkə nəqliyyatını bağlamaqda, mühüm rol oynayır. Digər başqa xüsusiyyətləri ilə yanaşı adaptiv təhlükəsizlik elə bir təhlükəsizlik platformasıdır ki, yalnız spesifik problemi həll etmək əvəzinə onun kökündən həllini tapmaqda əvəzsizdir və beləliklə heuristic sistemlər təhlkükələrə qarşı daha asan mübarizə apara bilir. Təhlükəsizliyi hazır tətbiqetməyə daxil etmək əvəzinə bu təhlükəsizlik modeli tətbiqetmənin ilkin dizayn mərhələsində yaradılır. Cari adaptiv təhlükəsizliiyin bu modelində böyük bir dəyişiklik müəllif menecmenti ve siyasətini istifadəçinin vəziyyətinə adaptasiya ola bilən, tələbə cavabdeh bir servise çevirməsidir.
Universal koordinasiya edilmiş vaxt
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated; fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı (ing. Zulu time; rus. зулусское время) — aviasiya slenqində zamanın Qrinviç meridianına görə dəyərini bildirən ifadə. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Özgə vaxt (film, 1996)
== Məzmun == Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına (Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini (Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək "atasının vaxtı" ilə yaşayır. İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir. == Festivallar və mükafatlar == 1)1997-ci ildə Bakıda Aktrisa Ayan Mirqasımovaya "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir. 2)1997-ci ildə Madriddə (İspaniya) I Beynəlxalq kinofestivalı Ən yaxşı rejissor işinə görə quruluşçu rejissor Hüseyn Mehdiyev "Qızıl Sevilya" Prizinə layiq görülmüşdür.
Heç vaxt geri dönməyəcəyik
Heç vaxt geri dönməyəcəyik (ing. Never Goin' Back) — Avqustin Frizzellin yazıb rejissorluq etdiyi 2018-ci il komediya filmi. Film ən yaxşı dost və otaq yoldaşları olan iki yeniyetmə qız, Ancela və Cessinin hekayəsindən bəhs edir. Onlar aşağı səviyyəli bir yeməkxanada ofisiant kimi işləyirlər və çimərlik tətilinə getməyi xəyal edirlər. Bununla belə, onların planları pozulur və davamlı olaraq bir sıra problemlərlə qarşılaşırlar. == Rollarda == Maia Mitchell — Angela Camila Morrone — Jessie Joel Allen — Dustin Kendal Smith — Tony Matthew Holcomb — Ryan Kyle Mooney — Brandon Atheena Frizzell — Crystal == Həmçinin bax == A24 filmləri == İstinadlar == == Xarici keçidlər == Heç vaxt geri dönməyəcəyik — Internet Movie Database saytında.
Heç vaxt əlvida demə (film, 2006)
Heç vaxt əlvida demə (Hind: कभी अलविदा ना कहना; Rom: Kabhi Alvida Naa Kehna; Alm: Sag niemals leb wohl) Bollivudda yazdığı orijinal ssenariləri və son illərdəki rejissorluğunu etdiyi mühüm filmləri ilə gündəmə gələn Karan Joharın üçüncü filmidir. Qısaca KANK kimi də tanınır. Filmin aktyorları sırasında Shah Rukh Khan, Rani Mukerji, Preity Zinta, Amitabh Bachchan, Abhishek Bachchan və Kirron Kher kimi məşhur Bollivud aktyor və aktrisaları olduğuna görə bu 2006-cı il filminə “Bollivudun ulduz paradı” ləqəbi verilmişdir. Karan Coharın ilk iki filmində baş rolu oynayan Kacol, eyni ildə çəkilən Fanaa filmində iştirak etdiyi üçün bu filmdəki Maya rolundan imtina etməli olmuş, lakin Coharın müvəffəqiyyət ulduzu olaraq Rock'N Roll Soniye mahnısında qısa bir rəqs şousu edərək filmdə qonaq aktyor qismində iştirak etmişdir. Filmin çəkilişlərin əksəriyyəti Nyu Yorkda aparılmış, qapalı çəkilişlərin bir hissəsi isə Mumbaydakı studiyalarda həyata keçirilmişdir. Daha əvvəl Dil Chahta Hai, Kal Ho Naa Ho və Don kimi mühüm filmlərin musiqisini bəstələyən Şankar-Ehsaan-Loy triosunun bəstələdiyi mahnıların sözlərini Caved Axtar və Bilal Şahvani yazmışdır. Təxminən 15.000.000 dollarlıq büdcə ilə çəkilən film 2007-ci ildə İstanbul Film Festivalı da daxil olmaqla bir çox ölkədə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Lakin onun IMDb-də qazanmış olduğu 5.6 reytinqi digər Cohar filmlərinin xalları ilə müqayisədə diqqətəlayiqdir. == Aktyorlar və rolları == Amitabh Bachchan ... Samarjit Singh Talwar; "Sexy Sam" Shah Rukh Khan ...
Qızım olmadan heç vaxt (film, 1991)
Qızım olmadan heç vaxt (İngiliscə:Not Without My Daughter), 1991 istehsalıdır ki bir Amerika vətəndaşı Betti Mahmudi və qızının ərindən və İrandan qaçışlarını mövzu alan filmdir. Film ABŞ və İsraildə çəkildi və baş rollarda Salli Fild və Alfred Molina oynamışdır. == Xarici keçidlər == Not Without My Daughter — Internet Movie Database saytında.
İtirilmiş vaxt haqqında nağıl (film, 1964)
İtirilmiş vaxt haqqında nağıl (rus. Сказка о потерянном времени) — rejissor Aleksandr Ptuşkonun 1964-cü ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Filmin baş qəhrəmanı tənbəl üçüncü sinif şagirdi Petya Zubovdur (Qrigory Plotkin). Vaxtını boş yerə keçirən Petya Zubov və digər 3 şagirdin vaxtları şər sehirbazlar tərəfindən "oğurlanır". Filmin əsas ideyası izləyicilərə vaxtı düzgün dəyərləndirmək və onu boş yerə xərcləməməyi çatdırmaqdır. == Rollarda == === Baş rollarda === Qriqori Plotkin — Petya Zubov, 3 "B" sinif şagirdi (səsləndirmə: Mariya Vinoqradova) Vera Volkova — Marusya Morozova Lidiya Konstantinova — Nadya Mixail Kulayev — Vasya Oleq Anofriyev — qoca Petya Lüdmila Şaqalova — qoca Marosiya Rina Zelyonaya — qoca Nadya Saveli Kramarov — qoca Vasya === Şər sehirbazlar === Sergey Martinson — Prokofi Prokofyeviç Georgi Vitsin — Andrey Andreeviç İrina Murzaeva — Anna İvanovna Valentina Telegina — Avdotya Petrovna === Rollarda === Yuri Çekulaev — yük maşınının sürücüsü Vadim Qraçyov — Maslyuçenko, polis serjantı Yevgeni Morqunov — "Moskviç"in sahibi Qriqori Şpigel — "Təcili yardım"ın həkimi Yeva Sinelnikova — ququ quşu (səsləndirmə) Nina Qrebeşkova — Mariya Sergeyevna, 3 "B" sinfinin müəlliməsi Marqarita Jarova — pirojna satan Muza Krepkoqorskaya — Petyanın anası == Xarici keçidlər == İtirilmiş vaxt haqqında nağıl — Internet Movie Database saytında.
İndi ya heç vaxt; Biz həmişəlik öləcəyik yoxsa yaşayacağıq?
Pakistan Bəyannaməsi — (İndi və ya Heç Olmayacaq; Biz Həmişəlik Yaşayacağıq və ya məhv olacağıq?) Adlı kitabça Çaudhri Rəhmət Əli tərəfindən yazılmış və çap edilmiş, 28 yanvar 1933-cü ildə Pakstan sözü ("i" hərfi olmadan) ilk dəfə istifadə olunmuşdu və 1932-ci ildə isə Üçüncü Dəyirmi Masa konfransının nümayəndələrinə yayılmışdı. == Gizlədilmiş məktub == Kitabça 1933-cü ildə Londonda keçirilən Üçüncü Dəyirmi Masa konfransındakı İngilis və Hindistan nümayəndələrinə təqdim etmək üçün yaradıldı. Bu, tək Rəhmət Əlinin imzaladığı 28 Yanvar 1933-cü il tarixli gizli məktubu 3-cü Humberstone Yolundan ünvanlandı.Məktubda bəyan edir: "Hindistanın beş şimal birliyində - Pəncab, Şimal-Qərb Sərhəd (Əfqan) əyalətində, Qucarat, Kəşmir, Sind və Bəlucistan bölgələrində yaşayan otuz milyon "Pakstan" müsəlmanları adından bir müraciəti əlavə edirəm. Bu, Hindistanın digər sakinlərindən fərqli olaraq milli statuslarının tanınması tələbini Pakistana dini, sosial və tarixi zəmində ayrıca Federal Konstitusiya verilməsi ilə təcəssüm etdirir." == Nəticə == Sonrakı məktublarda, Pakistandan başqa Çaudri, Banqistan və Osmanistan kimi alt qitədə bir sıra digər müsəlman dövlətlərinin də qurulmasını təklif etdi. Şərqi Hindistandakı Şərqi Benqal və Assamdakı keçmiş müsəlman vilayətlərinin Banqistan, benqal, əssam, və bihar dillərində danışan müsəlmanlar üçün müstəqil bir müsəlman dövləti olmasını təklif etdi. Ayrıca Heydərabad əyalətinin Osmanistan adlı bir İslam monarxiyasına çevrilməsini təklif etdi. 3 iyun 1947-ci ildə Müsəlman Liqasının İngilis bölmə planını qəbul etməsindən sonra, 6 gün sonra "Böyük Xəyanət" adı verilən bir planla, İngilis planının rədd edilməsini və Pakistan planının qəbul edilməsini istədi. 1933-cü ildə hazırladığı "İndi ya da əsla" adlı kitabında hazırladığından daha kiçik bir şey Pakistan üçün bədbəxtlik idi. Cinnahı daha kiçik bir Pakistanı qəbul etdiyinə görə qınadı, və onu "Qırılma-e-Əzam" adlandırdığı deyilir. Sonda İngilis planı qəbul edildi və Əlinin planı rədd edildi.

Значение слова в других словарях