Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Body Paint
"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı. == Tanıtım == Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.
Type 10
Type 10 Yaponiya istehsalı olan əsas döyüş tankıdır. Hal-hazırda Yaponiya ordusunda istifadə edilən Type 74 və Type 90 tanklarının yerinə yaradılmışdır. İlk dəfə olaraq ictimaiyyətə 13 fevral 2008-ci ildə təqdim edilmişdir. Dördüncü nəsil tankdır. Digər tanklar ilə müqayisə olunduğunda hər tərəfdən onlardan çox üstün olduğu görünür. İstehsalçı ölkə: Yaponiya Tip: Əsas döyüş tankı İstehsalçı firma: Mitsubishi Heavy Industries İstehsal tarixi: 2010 – davam edir Xidmətə giriş ili: 2010 – günümüzə İstehsal sayı: 80 ədəd Ekipaj: 3 nəfər (sürücü-mexanik, tuşlayıcı-operator, tank komandiri) == Ölçülər == Ağırlığı: 44 – 48 ton Lülə daxil olmaqla: 9.43 m Lülənin uzunluğu: 5.28 m Eni: 3.24 m Hündürlüyü: 2.3 m Klirens: 0.45 m == Müdafiə == Zireh: Nano-kristal polad (normal üçlü bərkimiş polad), modulyar keramik kompozit zireh Sis bombaları == Performans == Zəminə təzyiq: 0,96 kq/sm ² Dalış dərinliyi: 2 m Xəndək keçmə: 2.7 m Divar dağıtmaq: 1 m Motor: 4-cyl V8 dizel At gücü: 1200 Maksimal sürət: 70 km/saat Tank 70 km/s sürət ilə geriyə doğruda hərəkət edə bilir. Mənzili: 480 km Dayandırılması: aktiv hidropnevmatik == Silahlanma == Əsas silahı: 120 mm-lik “L44” yivsiz topu Kalibr: 120 mm Lülənin qalxma bucağı: –12º...
Type 61
Type 61 (yaponca: 61式戦車 Romanizasiya: Roku-ichi Shiki sensha), Mitsubishi Heavy Industries tərəfindən istehsal edilmiş olan Yaponiya əsas döyüş tankıdır. Tank 1950-ci illərdə yeni qurulmuş Yaponiya Quru Özünümüdafiə Qüvvələri üçün əvvəllər Müttəfiq Qoşunları Ali Hərbi Rəhbərliyi tərəfindən verilmiş olan M4A3E8 Sherman və M24 Chaffee tanklarının yerini alması məqsədiylə yaradılmışdır. 1961-1975-ci illər arasında cəmi 560 ədəd istehsal edilmişdir və yerini Type 74 tanklarına vermişdir.
Type 74
Type 74 (yaponca: 74式戦車 Romanizasiya: nana-yon-shiki-sensha), Mitsubishi Heavy Industries tərəfindən istehsal olunan Yaponiyaya məxsus əsas döyüş tankıdır. Tank, Yapon Quru Özünümüdafiə Qüvvələri üçün köhnəlmiş Type 61 tanklarının yerini alması məqsədilə yaradılmış olub, bir sıra müasir texnologiyaların ən yaxşı xüsusiyyətlərini özündə birləşdirərək, ABŞ istehsalı olan M60 və ya Almaniya istehsalı olan Leopard 1 tankları ilə eyni sinifdə öz yerini almışdır. Hal-hazırda öz yerini Type 90 tanklarına vermişdir.
Type 90
Mitsubishi Type 90 (yaponca: 90式戦車 Romanizasiya: Kyu-maru-Shiki-sensha) Yaponiya mənşəli əsas döyüş tankı olun, Mitsubishi şirkəti tərəfindən istehsal edilir və Type 61 tanklarını əvəz etmişdir. Ayrıca olaraq bəzi Type 74 tankları da, bu tankla dəyişdirilmişdir. SSRİ T-72 tanklarını istifadəyə verdikdən sonra, yaponlar əllərində olan tankların müdafiəyə yetmədiyini düşünmüşlər və beləliklə, yeni bir tank layihəsi üzərində çalışmağa başlamışdırlar. Sonda Leopard 2A4 modelinə oxşayan Mitsubishi Type 90 tankları ortaya çıxmışdır. Tank digər Qərb tankları ilə müqayisədə yüngül sayıla biləcək bir ağırlığa malikdir (50 ton). 1982-ci ildə testlərinə başlanılmış tank ancaq 1989-cu ildə xidmətə qəbul edilmişdir. Tank, Leopard 2 və M1 Abrams tanklarında olduğu kimi Almaniya istehsalı Rheinmetall L44 adlı 120 mm-lik topdan istifadə edir.
Type 99
Type 99 — Çin Xalq Respublikasının Əsas döyüş tankı.Çin tankı özündə rus və Qərb texnologiyalarının qarışığını əks etdirir. Rus tankları kimi sərrast deyil, amma düşmən tanklarına qarşı effektiv ola bilər. Avtomatik yüklənmə sistemi ruslardan kopiyalanıb. Aktiv lazer qorunma mexanizminə malikdir. Type 99-un güclü mühərriki və yaxşı sürəti var. 2001-ci ildən Çin ordusunda xidmətə qəbul olunub. == Tarixi == 90-cı illərin əvvəllərində Çin özünün 2-ci nəsil dizaynı olan Type 90-II prototipini hazırladı. Type 90-II tankı Sovet istehsalı T-72 tankının oxşarı idi. Bu tank Çin Xalq Respublikası ordusunda xidmətə qəbul olunmasa da, Pakistana ixrac olundu və burada lisenziya altında "Al-Khalid" adı ilə istehsal olundu. Type 98 və ya WZ-123 digər Çin istehsalı olan Type 90-II tankından hazırlanmışdır.
Shake Your Body
Shake Your Body — Maykl Ceksonun bir mahnısı.
Type O Negative
Type O Negative — Amerikalı gothic metal qrupu. Musiqi və ifaləri tamamən qaranlıq dünyadan ibarətdir. Qara yumor, depressiyadan, ölüm və məhəbbət mövzusunun yazılmış musiqiləri ilə seçilirdilər. Ona görə də kollektivi "The Drab Four" ("darıxdırıcı dördlük") adlandırırdılar. == Haqqında == 1989-cu ildə Piter Stil (bas, vokallar), Kenni Hiki (gitara, vokallar), Coş Silver (sintezator), və Sal Abruskato (baraban) tərəfindən Bruklin, Nyu-York, Amerika yaradılmışdır. Qrupun ilk debüt "Slow, Deep and Hard" albomu 1991-ci ildə Roadracer Records ilə birgə nəşr edilmişdir. 1992-ci ildə isə qrup yenidən "The Origin of the Feces (Not Live at Brighton Beach)" adlı ikinci albom nəşr etdi. 1993-cü ildə onlar "Bloody Kisses" adlı üçüncü albomlarını Roadracer Records ilə birgə nəşr etdilər. Bu albom onlar üçün böyük uğurlar qazandırdı, və onlara Amerikada Platinum statusunu qazandılar. Bu albomun trekləri MTV və VH1 telekanalların da gündə yayımlanırdı.
Type 92 Jyu-Sokosha
Type 92 Jyu-Sokosha (yap. 九二式重装甲車; Rom: Kyū-ni-shiki Jyū-sōkōsha), Yaponiya istehsalı olan tanketkadır. Tanketka, yapon istehsalı olan birinci tanketka olub, kəşfiyyat və piyadalara dəstək məqsədləri üçün istifadə edilmişdir. Tanketkanın asqı sistemi dirsəkli kran olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə 45 km/saat təşkil etmişdir.
Type 94 Te-Ke
Type 94 Te-Ke (yap. 九四式軽装甲車; Rom: Kyūyon-shiki keisōkōsha) — Yaponiya tanketkasıdır. Tanketka Yaponiya İmperator Ordusu tərəfindən İkinci Çin-Yapon müharibəsinin hərbi əməliyyatları zamanı, Nomonhanda Sovet İttifaqına qarşı və İkinci Dünya müharibəsi dövründə geniş bir formada istifadə edilmişdir. Onlar əsasən sursat daşımaq və ümumi olaraq piyadalara dəstək məqsədləri üçün istifadə olunsalar da, birbaşa döyüşdən çox kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulmuşdurlar. Asqı sistemi iki təkərli boji olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə 40 km/saat təşkil etmişdir. Tankın istehsal xərci 1939-cu ilin avqust ayına görə silahlanması istisna olmaqla 25,300 Yaponiya yeni ($6,798 USD) olmuşdur.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
Bodi
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Bode muzeyi
Bode muzeyi (1904-cü il adı ilə Kaiser Friedrich muzeyi) — Almaniyanın paytaxtı Berlindəki Muzeylər adasında tarixi qoruma altındakı bir bina daxilində qurulan muzeydir. 1904-cü ildə Kaiser Friedrich muzeyi adı ilə açılan muzeydə heykəl, medal və sikkə kolleksiyasından əlavə, həmçinin Bizans sənəti də yerləşir. Təxminən 6 il davam edən bərpadan sonra 17 oktyabr 2006-cı ildə yenidən açıldı. O vaxtdan etibarən muzeyin adı qurucularından biri olan Vilhelm fon Bodenin şərəfinə dəyişdirildi. Anadoluda arxeoloji qazıntılar zamanı tapılan bir çox əsər burada nümayiş olunur. == Muzeyin inşası == 1840-cı illərdən bəri bir sənət muzeyi yaratmaq ideyaları mövcud idi. Bu mövzuda fikir söyləyən şəxs sənət tarixçisi Vilhelm von Bode idi. Saray memarları Ernst von İhne və Maks Hasak tərəfindən 1897–1904-cü illər arasında inşa edilmiş bu bina içərisində Vilhelm von Bode tərəfindən toplanmış heykəl və şəkil kolleksiyasının sərgilənməsi planlaşdırılırdı. 18 oktyabr 1904-cü ildə III Fridrixin doğum günündə açılan muzey, onun anısına Kaiser Friedrich muzeyi kimi tanınmağa başladı. Muzeyin girişində Monbijou körpüsünün üzərinə 1904-cü ildə təxminən 6,80 metr yüksəkliyindəki III Fridrixin süvari heykəli ucaldılmışdır.
Bodi (ada)
Bodi yarımadası — Sədd yarımadası olaraq, Şimali Karolina ştatının şimalında yerləşir. Bodiyə ada sözü onun hələ materikə birləşməsindən önçə adlandırılıb. Materiklə arasında olan boğaz bağlanmışdır və yarımadanın bir hissəsinə çevrilir. Burada Bodi yarımadası vardır. Mühüm şəhərləri: Naqs-Hed, Kill-Devil-Hillz, Kitti-Houk, Dak, Korolla, Keyrova-Biç və Sauzern-Şoorz. == Mənbə == Bodi yarımadası.
Bodo dili
Bodo (Devnaqari:बोडो) Çin-tibet dillərinin Barik dilləri bölümünün Bariş dilləri bölməsinə aid olan bir dildir və Hindistanın şimali-şərqində və Nepalda Bodolar tərəfindən danışılır.Hindistanın Assam əyalətinin dillərindən biri və Hindistanda xüsusi bir konstitusiya statusu verilən 22 planlanan dillərindən biridir.
Cody Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. == Həyatı == Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Nikolas Bodo
Nikolas Bodo (fr. Nicolas Baudeau; 24 aprel 1730, Ambuaz[d] – 1792[…], Paris) - Fransanın Ambuaz şəhərində doğulmuş, katolik keşiş, teoloq və iqtisadçı. == Həyatı == Bodo Şanselad monastırında keşiş oldu və burada teologiyanı tədris etdi. O, 1765-ci ildə Fransada ilk dəfə iqtisadiyyatla bağlı dövri nəşr olan Éphémérides du citoyen-i təsis etdi və ilk başda fiziokratlara müxalif oldu. Ancaq, Bodo 1766-cı ildə nüfuzlu fiziokrata çevrildi. Fransız sözü "économiste" ilk dəfə yazılı şəkildə Bodonun kitabında əks olunmuşdu. Təşəbbüskarlıq konsepsiyasının ilk istifadəsi də Bodoya ithaf edilə bilər. Bodonun nüfuzlu əsərlərindən biri olan Idées d'un citoyen sur l'administration des finances du Roi 1764-cü ildə Kleman Çarlz Fransua di Liverdi tərəfindən qurulan, məqsədi avara və dilənçilərlə bağlı yeni qanunların hazırlanması və sədəqələrin mərkəzi bölüşdürülməsi olan komisiyanın tənqidi idi. Bodoya görə, kasıblara verilən sədəqələrə hökumətin müdaxiləsi yoxsulluğu aradan qaldırmaq üçün olan qanunların həyata keçirilməsindən daha vacib bir hədəf idi. Bodo 1768-ci ildə fiziokratik ideyaları Polşaya gətirməsi üçün Vilnus yepiskopu İqnasi Yaqub Massalski tərəfindən işə götürüldü.
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Little Boy
Little Boy (azərb. Balaca oğlan‎) – hücum məqsədləri üçün istifadə edilən dünyanın ilk atom bombasıdır. 6 avqust 1945-ci il tarixində ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılmışdır. Xirosima şəhərinin 550 metr yüksəkliyində partladılan nüvə bombasının partlayış gücü 18000 ton TNT (Trinitrotoluolen) partlayıcıya bərabər idi. == İnkişaf etdirilməsi == Gücünü uran atomunun parçalanmasından çıxan enerjidən alan bu bomba ABŞ-nin İkinci Dünya Müharibəsi dövründə gizli bir formada həyata keçirmiş olduğu Manhattan Layihəsi nəticəsində hazırlanmışdır. Xirosima partlayışı ABŞ-də həyata keçirilmiş olan Trinity Testindən sonra tarixdə baş vermiş olan ikinci nüvə partlayışıdır. Bundan üç gün sonra Naqasakiyə "Gonbul Adam" adlı dünyanın üçüncü atom bombası atılmışdır. == Xirosimanın bombalanması == Bomba Enola Gay adlı B-29 bombardmançı təyyarəsindən 6 avqust 1945-ci ildə yerli vaxtla 8:15 radələrində atılmışdır. Hərbi təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Paul Warfileld Tibbets olmuşdur. 44.4 saniyəlik sərbəst düşmədən sonra barometrik tətiklərin açılması ilə detonasiya mexanizmi işə salınmışdır.
Tulu (boy)
Tulu — Qədim türk boyu. == Tarixi == Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi) Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Əfşarlar (boy)
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar. Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.
Karlik boy
Karlik boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
My Boy
"My Boy" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı onun ilk mini-albomu "Don't Smile at Me"dən altıncı sinqldır. 28 iyul 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı Aylişin qəlbini qıran oğlanlar haqqındadır.
Flower Boy
Flower Boy (digər adı Scum Fuck Flower Boy) — amerikalı repçi Tyler, the Creator-un dördüncü studiya albomu. 21 iyul 2017-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Geok - Tepe
Gökdepe (türkm. Gökdepe — şəhər (1993-cü ilə qədər - Geok-Təpə), Türkmənistanın Axhal velayatının Gökdepe etrapının inzibati mərkəzi. == Tarix == Tarixən bu, Transxəzər dəmiryolunun Gökdepe stansiyasının yaxınlığında yerləşən Transxəzər bölgəsinin Axaltəkə bölgəsindəki üç kəndin adı idi. Əsas cazibə vahidləri Rus qoşunlarının işğalından qorumaq üçün Yeni-Şaar adlanan Tekinlər tərəfindən inşa edilmiş geniş bir istehkamın xarabalıqlarıdır. 1881-ci ildə rus qoşunları tərəfindən tutulduğundan bu yana Gökdepe (Dengil-Tepe) kimi tanınır. === General Lazarevin yürüşü === 1878 -ci ildə, Tekinlərin ruslara tabe olan Yumudların kəndlərinə davamlı basqınları və karvanların soyulması nəticəsində general Lomakinin komandanlığı altında olan rus qoşunları bölgədə asayişi bərpa etmək üçün Çikişlyardan yola düşdülər. (Atrek ilə Sumbarın birləşməsində) orada bir istehkam qurdu və içərisində kiçik bir qarnizon buraxdı. Bu məqsədə çatılmadı - Tekinlər daim Chat ətrafında gəzirdilər və hətta Çikişlyara hücum etdilər. Nəticədə daha əlverişli bir strateji nöqtəni tutmaq lazım sayıldı. 7310 piyada, 2900 süvari və 34 silahdan ibarət bir dəstə iki hissəyə bölündü: 4.000 piyada, 2000 süvari və 16 silah, general -leytenant ID Lazarevin komandanlığı altında işğal üçün nəzərdə tutulmuşdu; Qalan qoşunların Çikişlyarla ünsiyyət qurması lazım idi.
Böde
Böde (mac. Böde) — Macarıstanın Zala medyesində yerləşən kənd. == Coğrafiyası == Kənd Zala əyalətində, Zalaeqerseq şəhərinin cənubunda yerləşir.
Təpə
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. Təpə bir nisbi addır və bir ucalıği dağ və ya təpə adlandırmaq, yerdən yerə fərqlidir. Təpə hündürlüyü 200 metrə qədər olan yüksəkliklərə deyilir. Bir çox şəhərlər təpələr üzərində salınmışlar.
Sen-Bodiy-e-Pipe
Sen-Bodiy-e-Pipe (fr. Saint-Baudille-et-Pipet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38366. Kommunanın 1999-cu il üçün əhalisi 232 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.