Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bronxit
Bronxit (lat. bronchitis, bronx + -itis — iltihab) — bronx divarları selikli qişasının iltihabıdır. Bronxlar udulan havanı ağciyərlərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var. Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırırlar. Hətta "passiv siqaret çəkmə" xəstəlikdən sonra zəifləmiş orqanizm üçün son faktor olaraq bronxların iltihabını törədə bilər. Xüsusən də bu valideynləri siqaret çəkən uşaqlara aiddir. Bu halda bronxitdən əlavə uşaqlarda bronxial astma və pnevmoniya yaranması risqi artır. Orqanizmin immun sisteminin vəziyyəti də az rol oynamır, əgər immunitet zəifləmişsə, adətən payızda və ya yazda, "onun qapısı bütün küləklərə" açıqdır, başqa sözlə bronxitlə xəstələnmə təhlükəsi xeyli artır. == Simptomlar və gedişat == Bronxitin əsas əlaməti açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir.
Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Bronxoskopiya
Bronxoskopiya, traxeobronxoskopiya (yun. βρόγχος - bronxa, nəfəs yoluna; σκοπέω - baxıram) xüsusi cihaz - fibrobronxoskop vasitəsilə bilavasitə tənəffüs yollarının: qırtlaq, nəfəs borusu, bronxların selikli qişalarının, mənfəzlərinin vizual müayinəsi. Fibrobronxoskop fibrooptik liflərdən ibarət, işıq mənbəyi eləcə də manitora çıxışlı videoya fotokamera ilə əlaqələndirilmiş elastik bir boru olub, vasitəsi ilə nəinki vizual müayinə həmçinin üzərində olan manipulyatorlar vasitəsi ilə dioqnostik-labarotor müayinə üçün materiallar: biopsiya, selik, bəlğəm, yad cisim və s. götürmək və bütün icra edilən müdaxiləni yaddaşa köçürüb arxivləşdirmək mümkündür. Bronxoskopiya həm müalicə həm də diaqnostik müayinə məqsədi ilə tətbiq edilir.
Bronxospazm
Bronxospazm — müxtəlif ağciyər və tənəffüs yolu xəstəlikləri zamanı təcili tibbi müdaxilə tələb edən vəziyyətlərdən biri bronxların reaktivliyinin yüksəlməsinin nəticəsi kimi meydana çıxan haldır. Əksər tənəffüs yolu patologiyaları zamanı, bronxospazm, özünü mövcud xəstəliyin nəticəsi kimi meydana çıxan klinik əlamətlərdən biri kimi göstərsə də, bronxial astma xəstəliyində o çox vaxt yeganə və əsas klinik əlamət olur. Müşahidələr göstərir ki, bronxial astma digər tənəffüs sistemi xəstəliklərilə müqayisədə, yayılması, gedişi, müalicəyə yatımsızlığı, eləcə də proqnozuna münasibətdə, ən arzuolunmaz patologiyalardan biridir (bronx əzələlərinin birincili hiperreaktivliyinin nəticəsi kimi meydana çıxan bronxial astma ümumi tənəffüs sistemi xəstəliklərinin 5-7%-ni təşkil edir). == Ümümi məlumat == İstər bronxial astma, istərsə də bronxların digər spastik vəziyyətlərində həlledici amil "bronxobstruktiv simptom" olduğuna görə, aparılacaq dərman müalicəsinin effektivliyi də ilk növbədə bu simptomun aradan qaldırılması dərəcəsindən asılıdır. Odur ki, bronxial astma və digər bronxospastik halların farmakoloji korreksiyasmda əsas müalicə vasitəsi ”bronx ağacını” genişləndirən bronxolitik təsirli dərman maddələri hesab olunur. Bronxolitiklər tənəffüs yollarında törənən spastik halı, əsasən, iki yolla ya birbaşa bronx saya əzələlərinə, ya da bu sistemin efferent sinir tənziminə təsir göstərməklə aradan qaldırırlar. Bronxial astmanm müalicə və profılaktikasında üstünlük daha çox hallarda bronxların efferent sinir tənziminə təsir göstərən maddələrə verilir. Məlumdur ki, bronx əzələlərinin tonusu adi halda parasimpatik innervasiya ilə tənzim olunur. Bronxlar praktik olaraq simpatik innervasiya almırlar. Odur ki, xolinergik innervasiyanın güclənməsi bronxospastik əlamətlərlə müşahidə olunur.
Kəskin bronxit
Kəskin bronxit - bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır. Törədicilər viruslar hesab olunur. Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda - əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur.
Bronxial arteriyalar
Bronxial arteriyalar — insan anatomiyasında ağciyərləri oksigenli qan və qida ilə təmin edir. Bronxial arteriyalar tənəffüs sisteminin həyatı bir hissəsidir. 2 bronxial arteriyanın biri sol ağciyərə, biri isə sağ ağciyərə gedir. == Strukturu == Tipik olaraq 2 sol və 1 sağ bronxial arteriya var.Sol bronxial arteriyalar (yuxarı və aşağı) adətən birbaşa torakal aortadan əmələ gəlir.Tək sağ bronxial arteriya adətən aşağıdakılardan birindən yaranır: Sağ 3-cü arxa qabırğaarası arteriya ilə ümumi gövdədə torakal aorta Sol tərəfdə yuxarı bronxial arteriya İstənilən sayda sağ qabırğaarası arteriyalar, əsasən üçüncü sağ posterior. == Funksiyası == Bronxial arteriyalar bronxları və ağciyərlərin birləşdirici toxumasını qanla təmin edir. Onlar tənəffüs bronxiolları səviyyəsində olan bronxlarla birlikdə olur və budaqlanır. Onlar ağciyər arteriyalarının budaqları ilə anastomoz edir və birlikdə ağciyərin visseral plevrasını qanla təmin edirlər. Nəticədə, sol ürəyə qayıdan qan, ağciyər kapilyar yataqları səviyyəsində olan qandan bir qədər az oksigenləşir. Hər bronxial arteriyanın qida borusunu təmin edən bir qolu var. === Ağciyər arteriyaları ilə müqayisədə === Bronxial arteriyaları ağciyər arteriyaları ilə qarışdırmaq asandır, çünki hər ikisi ağciyərləri qanla təmin edir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Branq
Branq (fr. Brangues) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38055. Kommunanın 1999-cu il üçün əhalisi 469 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 225 ilə 315 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Brend
Brend (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s."brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır. Burada əsas olan həmin şəxsin təklif etdiyi xidmətin potensial istehlakçılara tanıdılması və izahıdır.
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Broks
Broks — Kanadanın Alberta vilayətində şəhər.
Bronks
Bronks — Nyu Yorkun şimal-şərqində bölgə. Adı Conas Bronk adında bir fermerdən gəlir. Nyu-York Yankiləri adlı beyzbol klubu da burada oynayır.
Broom
Robert Brum (ing. Robert Broom; 30 noyabr 1866, Peysli, Renfryuşir qraflığı[d] – 6 aprel 1951, Pretoriya) — Cənubi Afrikalı həkim və paleontoloq. == Tanınmış əsərləri == "Fossil Reptiles of South Africa" в Science in South Africa (1905) "Reptiles of Karroo Formation" в Geology of Cape Colony (1909) "Development and Morphology of the Marsupial Shoulder Girdle" в Transactions of the Royal Society of Edinburgh (1899) "Comparison of Permian Reptiles of North America with Those of South Africa" в Bulletin of the American Museum of Natural History (1910) "Structure of Skull in Cynodont Reptiles" в Proceedings of the Zoölogical Society (1911). "The South Africa Fossil Ape-Men, The Australopithecinae" (1946).
Rbona
Rbona (gürc. რბონა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 0 nəfər idi. 2014-cü ildə 5 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VIII cild, səh.
Aleksandr Baron
Aleksandr Baron (ing. Alexander Baron) — Böyük Britaniya yazıçısı və ssenaristidir.
Ancelo Buono
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə “Hillside Stranglers” kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar. == Uşaqlıq və gənclik illəri == Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı. == Cinayətlər == 1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar: Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci ilBuono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər.
Anna Bronte
Enn Bronte (ing. Anne Brontë 17 yanvar 1820[…] – 28 may 1849[…], Skarboro, Nort-Yorkşir[d]) — ingilis yazıçısı. Enn Brontenin ailə üzvlərinin hamısı, özü də daxil olmaqla vərəmdən vəfat etmişdır. Enn Brontenin sonuncu çapdan çıxmış əsəri "Uayldfell-Holldan olan yad qadın" adlanır.
Avstriya kronu
Avstriya kronu (alm. Österreichische Krone‎) — 1919—1925-ci illər ərzində Avstriyanın pul vahidi. == Tarixi == Avstriya-Macarıstanın dağılmasından sonra, Avstriya və Macarıstan tərəfindən ortaq şəkildə idarə olunan Avstriya-Macarıstan bankı, Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq pul vahidi olaraq qalan və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə olan Avstriya-Macarıstan kronunu buraxmağa davam edirdi. Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və onun daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək işini Çexoslovakiya öz üzərinə götürdü. Hər şeydən əvvəl, ölkə hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödənişləri və Avstriya və Macarıstan hökumətlərinə kredit vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı, bu görüşlərdə bütün yeni dövlətlərin emissayalara nəzarət etmək üçün öz emissarlarını təyin etmələrinə icazə verildi. Bank, öz növbəsində, bütün emissarların xəbəri olmadan kredit verməyəcəyinə söz verdi. Bununla birlikdə, bank tezliklə yeni dövlətlərin hökumətləri ilə bağlanmış müqavilə şərtlərini pozdu, istiqraz ödənişlərini bərpa etdi və Avstriya hökumətinə kreditlər verdi. 1919-cu ildə banka güvənlərini itirən yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar.
Baron Bosiyev
Baron Bosiyev (13 sentyabr 1901, Tib[d], Terek vilayəti – 20 iyul 1944, Caucikau) — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. == Bioqrafiyası == Baron Timofeeviç Bosiyev 13 sentyabr 1901-ci ildə Tib kəndində anadan olmuşdur. 1913-cü ildə kənd kilsə məktəbini bitirir və tezliklə təhsilini davam etdirmək üçün Vladiqafqaza gediri. Ancaq məktəbə girə bilmir və ailəyə kömək etmək üçün işləməli olur. 1917-ci ildə Botsiyev doğma kəndinə qayıdır və 1923-cü ilə qədər orada yaşaır. Sonra yenidən təhsil almaq üçün Vladiqafqaza gedir. Elə həmin il komsomola, üç il sonra isə Sovet İttifaqı Kommunist Partiyasına üzv olur. Stalin adına Moskva Şərq Kommunist İşçiləri Universitetində oxuyur. 1932–1935-ci illərdə Şimali Osetiya Araşdırma İnstitutunda osetin filologiyası ixtisası üzrə aspirantura təhsili alır. Sonradan Alaqir-Ardon rayon partiya komitəsinin kütləvi təbliğat şöbəsinin müdiri, "Max duq" təbliğat jurnalının redaktoru, Şimali Osetiya Sovet Yazıçılar Birliyinin sədri, Osetiya Ədəbiyyatı Muzeyinin direktoru vəzifələrində çalışır.
Baron Münxhauzen
Baron Münxhauzen (11 may 1720[…] – 22 fevral 1797[…]) — Alman yazıçısı Rudolf Erich Raspenin 1785-ci ildə nəşr edilmiş "Baron Münxhauzenin Rusiyada Möhtəşəm Səyahətləri və Mübarizələri" adlı kitabında yaratdığı uydurma Almaniya zadəganıdır. Personaj sərbəst şəkildə əsl barona əsaslanır və onun əsl adı Hieronymus Karl Friedrich, Freiherr von Münchhausen (1720–1797, Almanca tələffüz). Brunsvik-Lüneburqun Bodenverder şəhərində anadan olan Münxhauzen 1735–1739-cu illər Osmanlı-Rusiya-Avstriya müharibəsində Rusiya imperiyasının tərəfində vuruşmuşdur. 1760-cı ildə təqaüdə çıxdıqdan sonra, hərbi karyerasına əsaslanaraq yalanlar və uzun nağıllar danışaraq Alman aristokratik dairələrində az şöhrət qazandı. 1760-cı ildə təqaüdə çıxdıqdan sonra o, hərbi karyerasına əsaslanaraq çılğın hündür nağıllar danışaraq Alman aristokratik dairələrində az şöhrət qazandı. Münchhauzenin bəzi hekayələrini eşitdikdən sonra Raspe onları 1785-ci ildə Oksfordda Smit adlı bir kitab satıcısı tərəfindən köhnə alman jurnallarında alman və daha sonra ingilis dilində anonim olaraq nəşr etdirdi. Kitab bu yaxınlarda digər Avropa dillərinə, o cümlədən şair Qotfrid Avqust Bürger tərəfindən genişləndirilmiş alman versiyasına tərcümə edilmişdir. Real həyatda olan Münchhausen, öz adını daşıyan uydurma personajın inkişafından çox üzüldü və kitabın nəşriyyatını qanuni tədbirlər görəcəyi ilə hədələdi. Ola bilsin ki, böhtan xarakterli məhkəmədən qorxan Raspe ölümündən sonra əsərin müəllifliyini təkbaşına qəbul etməkdən imtina edib. Şayiələrdə yayılan uydurma baronun xüsusiyyətləri arasında o, idmançı, əsgər və səyyah kimi xüsusiyyətlərə diqqət yetirir; məsələn, atılan topa minmək, qırx ayaqlı timsahla döyüşmək və Aya səyahət etmək.
Baron Zemo
Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. İlk dəfə 1964-cü ildə "Qisasçılar" komiksinin 4-cü sayında peyda olmuşdur. Baron Zemo ilk əvvəllər Henrix Zemo idi, lakin onun ölümündən sonra oğlu Helmut Baron Zemo onun adını daşımağa başlamışdır. Ən çox da Baron Zemo adı ilə məhz Helmut tanınır. 2009-cu ildə IGN tərəfindən tərtib olunmuş "Bütün dövrlərin ən yaxşı komiks anti-qəhrəmanları" siyahısında 40-cı yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Baron Helmut Zemo İkinci dünya müharibəsində nasistlərlə birlikdə döyüşən və Kapitan Amerikanın düşməni olan Henrix Zemonun oğludur. Atası tərəfindən sadəcə nasistlərin və bir Zemo fərdinin dünyanı idarə etməli olduğu fikrinə hələ uşaqkən inandırılmışdır. Uğurlu alim və strategiya ustası olan Helmut Zemo atasının ölümündə Kapitan Amerikanın günahının olduğuna qərar vermiş və ondan intiqam almağa çalışmışdır. Zemo uduzaraq bir kimyəvi maddələrlə dolu çənə düşmüş və bədəni eybecər hala düşmüşdür. Zemo atasının adını alaraq Baron Zemo olmuşdur.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Brena (Fransa)
Brena (fr. Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01059. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 92 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 58 nəfərin (15-64 yaş) 44 nəfəri İqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə - 69.8%). 44 fəal sakindən 42 nəfər (25 kişi və 17 qadın) işləyir, 2 nəfər işsizdir (1 kişi və 1 qadın). Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 1 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Brend (dəqiqləşdirmə)
Brend — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend (çay) — çay.
Brend (çay)
Brend - (alm. Brend‎) - Almaniyada yerləşən çaydır. Bavariyadan keçir. Çayın indeksi 24432, ümumi uzunluğu 26,18 km-dir.
Breno (En)
Breno (fr. Brénod) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01060. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 544 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Breno (En) ilə əlaqəli mediafayllar var.
Breno (kanton)
Breno (fr. Brénod) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Nantyua dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 3576 nəfər təşkil edirdi. Kodu — 0106. Breno kantonuna 12 kommun daxildir və bunlardan əsas Breno kommunası hesab edilir. == Kantonun kommunları == Breno — əhalisi 511 nəf. Vyo-d'İznav — əhalisi 651 nəf. Le-Petit-Aberjman — əhalisi 141 nəf.
Brent Soukroft
Brent Soukroft (19 mart 1925, Oqden[d], Yuta – 6 avqust 2020, Folls-Çörç[d], Virciniya) — zabit, siyasətçi. ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı. ABŞ prezidenti Cerald Ford (1975-1977) və Corc Buşun (1989-1993) milli təhlükəsizlik üzrə müşaviri.
Brent borosu
Brent borosu (ing. London Borough of Brent) — Londonun 32 borosundan biri. Böyük Londonun şimal-qərbində yerləşir və sahəsi 43,24 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuş, 1 aprel 1965-ci ildə yaradılmışdır. 2011-ci ilin məlumatına görə əhalisi 312 200 nəfər olmuşdur. Adını boronun ərazisindən keçən Brent çayından almışdır. Tarixi Middlseks qraflığının ərazisi olmuşdur. Brent şimal-qərbdə Harrou, şimal-şərqdə Barnet, Hammersmit və Fulhem, cənubda Kensinqton və Çelsi, həmçinin Vestminster borosu ilə həmsərhəddir. Barnet borosunun ərazisində məşhur Uembli stadionu yerləşir. == Tarixi == Boro 1965-ci ildə Uembli və Uillesden rayonlarının birləşdiriməsi hesabına yaradılmışdır.
Brent çayı
Brent — İngiltərənin paytaxtı Londonda uzunluğu 29 km olan çay. == Tarixi == Temza çayının əsas qollarından biridir. Bu çay haqqında məlumatlara ilk dəfə 705-ci ildə Londonlu yepiskopun məktubunda rast gəlinirdi. Adının mənşəyi isə Briqant qəbilələrinin adından götürülmüşdür.