Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pyer Buger
Pyer Buyer — fransız alimi, fotometriyanın banilərindən biri, Paris Elmlər Akademiyasını üzvü (1731). == Fəaliyyəti == Vanndakı yezuit məktəbində tərbiyə almışdır. 1735–43-cü illərdə Yerin formasını müəyyən etmək məqsədilə Peruda dərəcə ölçüləri aparan ekspedisiyanın elmi rəhbəri olmuşdur. Tədqiqatları fiziki optikaya, astronomiyaya, geodeziyaya, hidroqrafiyaya, gəmi nəzəriyyəsinə həsr olunmuşdur. “İşığın miqdarı” anlayışını və fotometriyanın digər anlayışlarını irəli sürmüş, fotometrik cihazları təsvir etmiş, işığın parlaqlığının ölçülməsi üsullarını işləyib hazırlamışdır. 1729-cuildə işıq dəstəsi intensivliyinin mühitdə zəifləməsi qanununu müəyyən etmişdir (Buger-Lambert-Ber qanunu). Gəmiçilik işinin inkişafında böyük rol oynamış“Gəmi haqqında traktat” (1746) və “Şturman sənətinin nəzəriyyə və praktikasını əhatə edən naviqasiyaya dair yeni əsər”in (1753) müəllifidir. == Tanınması == Marsda A krateri onun şərəfinə adlandırılmışdır. Həmçinin A ay krateri və bir asteroid də onun adınadır.
Buger-Lambert-Ber qanunu
Buger-Lambert-Ber qanunu — uducu mühitdən keçərkən monoxromatik işıq dəstəsinin intensivliyinin zəifləməsini müəyyən edir (çox vaxt Buger qanunu adlanır). == Haqqında == I0 intensivlikli işıq dəstəsi l qalınlıqlı uducu maddə təbəqəsindən (layından) keçərkən ''I=I0 exp(–kλl)' intensivliyinə qədər azalır; burada kλ– müxtəlif dalğa uzunluğu üçün müxtəlif olan udulma əmsalıdır. 1729-cu ildə Pyer Bugerin eksperimentlə müəyyən etdiyi bu qanunu 1760-cı ildə İ. H. Lambert sadə fərziyyələrlə nəzəri cəhətdən əsaslandırmışdır: z qalınlıqlı maddə təbəqəsindən keçərkən işığın intensivliyinin nisbi dəyişməsi dI/I= – kλ z tənliyi ilə müəyyən olunur. Bu tənliyin həlli Buger-Lambert-Ber qanunu adlanır. == Fiziki mahiyyəti == Qanunun fiziki mahiyyəti udulmanın (fotonitkisinin) maddədən keçən işığın intensivliyindən asılı olmamasıdır, lakin işığın çox böyük intensivliklərində qanun pozula bilər və bu halda 'kλ intensivlikdən asılı olur. 1852-ci ildə alman alimi A. Ber bu qanunu uducu olmayan həlledicilərdəki işıquducu maddə məhlulları üçün ümumiləşdirmişdir. == Məhlullarda tətbiqi == Məhlullar üçün udulma əmsalı kλ=χλC şəklində yazıla bilər; burada C – həllolunmuş maddənin konsentrasiyası, χλ – uducu maddə molekulunun λ dalğa uzunluqlu işıqla qarşılıqlı təsirini xarakterizə edən yeganə konsentrasiyalı məhlulun udulma əmsalıdır və konsentrasiyadan asılı deyildir. Ber düsturu vasitəsilə udulmanı ölçməklə kimyəvi analizi mürəkkəb olan maddələrin konsentrasiyasını tez təyin etmək olur, lakin uducu maddənin konsentrasiyası kifayət qədər böyük olduqda bu düsturdan kənara çıxmalar müşahidə edilir.
Builər
Builər, bueylər, buyailər, buçjunlar, bujaolar, puyilər, pumanlar (özlərini buxqyaix, hərfi mənada – insan adlandırırlar; Çin dilində buyiszular, qədim adları çjunszya, tuszya– yerli; iszular, bendilər, şuyxular) — Cənubi və Cənub-Qərbi Çində çjuandun xalqlarından biri. == Yayılmaları == Əsasən, bui və myao xalqlarının Syannan və Syansi muxtar qəzalarında (Quyçjou əyaləti), həmçinin Yunnan və Sıçuan əyalətlərində yaşayırlar. Sayları Çində 3,3 mln. nəfər (2005), Vyetnamda 2 min nəfərdir. Builər tay dillərinə aid, cənub, mərkəz və qərb dialektləri olan bui dilində danışırlar; Çin dili də yayılmışdır.Yazısı 1956-cı ildən latın qrafikası əsasındadır, bundan əvvəl Çin yazısını tətbiq etmək cəhdləri olmuşdur. Ənənəvi inanclarını saxlayırlar, dindarların bir qismi xristiandır (19-cu əsrin sonlarından). Builər mənşə, dil və özlərinə verdikləri ad baxımından çjuanlara yaxındırlar. Qədimdə çjuanlar, taylar və digərləri ilə yanaşı sioular, loyuelər, bayyuelər, eramızın 1-ci minilliyinin sonlarından manlyaolar, lilyaolar, 2-ci minilliyin ortalarından çjunszyalar, çjunszyamyaolar və s. adlar altında məlum olmuşlar. Ənənəvi mədəniyyətləri Şərqi Asiya xalqları üçün səciyyəvidir.
Karl Bühler
Karl Bühler (5 may 1879, Baden, Mekkesheym – 24 oktyabr 1963, Los-Anceles) — Almaniya və Avstriya psixoloqu. == Həyatı == Frayburq və Strasburq universitetlərində təhsil almış, Külpenin şagirdi, Bonn (1909), Münxen (1915), Drezden (1918), Vyana (1922) universitetlərinin professoru olmuşdur. 1938-ci ildə, Avstriyanın faşist Almaniyası tərəfindən işğalından sonra Norveçə, oradan da ABŞ-yə köçmüşdür. 1906-cı ildən Vürsburq məktəbi çərçivəsində təfəkkürü tədqiq edərək, ondakı obrazları, intellektual hissləri və hissi-obrazlı səciyyəsi olmayan əsl hissləri fərqləndirmişdir. Birinci dünya müharibəsi zamanı hərbi cərrah işləmişdir. == Fəaliyyəti == Müharibədən sonra uşaq psixologiyası problemləri ilə məşğul olmuş, psixikanın inkişafını instinkt, vərdiş və intellekt mərhələlərinə ayırmış, sonuncunu qəflətən anlama aktları ilə əlaqələndirmişdir. "Psixologiyanın tənəzzülü" ("Die Kriseder Psychologie", 1927) əsərində Bühler psixologiyada tənəzzülü subyektiv (introspektiv psixologiya), obyektiv (biheviorizm) və mədəni-tarixi (anlayan psixologiya) yanaşmalarının sintezi ilə aradan qaldırmağı təklif etmişdir. Dilçilikdə psixoloji istiqaməti, funksional linqvistikanı inkişaf etdirmiş, dil sahəsinin "eqosentrik konsepsiyasını" yaratmışdır. Dili funksional sistem hesab edən Bühler onun üç funksiyasını fərqləndirmişdir: danışana aid olan ifadə (ekspressiv), dinləyənə aid olan müraciət (apelyativ) və haqqında danışılan predmetə aid olan məlumat (reprezentativ) funksiyaları.
Müqlər
Müqlər — qədimdə Azərbaycan ərazisində yaşamış türkmənşəli tayfa. Bu tayfa Atropatena ərazisində yaşamış 5 tayfadan biri idi.
Bütlər kitabı
Bütlər kitabı Ərəb alimi Hişam ibn əl-Kalbi (737-819) tərəfindən yazılmış "Bütlər" kitabı ( Kitab al-Əznəm ), İslam əvvəli ərəb dinini, tanrılarını və ibadətlərini təsvir edir . Mətn İslam əvvəli ərəb dininin tənqidini edir və ərəblərin Kəbənin qurulmasından bəri olduqları vəziyyəti dini sui-istifadə məsələsinə aydınlıq gətirir. Kitab, "İslam əvvəli ərəblərin bütpərəstliyi" ilə şirkin ( çoxtanrılığın ) müəyyənləşdirilməsində təsirli oldu.Misir filoloqu Əhməd Zaki Paşa mətni aşkar etdi; Dəməşqdəki hərracda yeganə əlyazmanı satın aldı və onun geniş kolleksiyasındakı əlyazmalardan olan yazı 1934-cü ildə ölümündən sonra dövlətə bağışlanıb. Zaki Paşa XIV Beynəlxalq Şərqşünaslar Konqresində öz kəşfini açıqladı . == İstinadlar == == Tərcümələr == Faris, Nabih Amin (1952). Hishām Ibn-Al-Kalbi, The Book of Idols or The Kitāb al-Aṣnām. Princeton: Princeton UP. English translation. == Əlavə Ədəbiyyat == H. S. Nyberg. "Bemerkungen zum Buch der Götzenbilder von Ibn al-Kalbi." Lund: Svenska Institut i Rom. Ser.
Tyerri Müqler
Tyerri Müqler (fr. Thierry Mugler, 21 dekabr 1945[…], Strasburq – 23 yanvar 2022, Vensen) — fransız modelyer və fotoqrafı. == Həyatı == Tyerri Myuqler 1948-ci ildə Strasburqda doğulub. Balet onun uşaq həvəsi idi — onun bu sahədəki müvəffəqiyyətləri Milli Reyn operasının rəhbərliyini elə təsirləndirmişdi ki, daha yeniyetmə olan Myuqler truppanın daimi tərkibinə girdi. Amma zamanla cavan oğlanın əsl istedadı göründü – Strasburqda dekorativ sənət məktəbinin bədii kurslarını bitirən 24 yaşlı Myuqler Fransanın paytaxtına Gudule butiki üçün geyimlər tikməyə yola düşür. Cəmi 2 ildən sonra Tyerri hər mövsümə 12 kolleksiya yaradaraq Parisdə, Milanda, Londonda və Barselonada müxtəlif Moda Evlərində frilanser işləyir. Bu uzun yaradıcılıq yollarının yekunu şəxsi Café de Paris kolleksiyası oldu– uniseks-in üstün tərzinin fonunda o açıq qadın ehtirasının əsl triumfu oldu. 1974-cü ildə ilk kolleksiyanın uğuru Thierry Muglerin şəxsi brendinin açılışı üçün bütün əsasları verdi. Dizaynerin sevimli materialları — laykra, dəri, Cersi və vinil, sevimli formaları isə — sərt konstruksiyalar və detalların bolluğudur. Myuqler tematik kolleksiyaları təcrübədən keçirir: 1977-ci ildə nümayişlər hərbi mövzuda qoyulmuşdu, 1997-ci ildə – hər şey avtomobillərə həsr edilmişdi, 1998-ci ildə isə podiumda "avtomatlaşdırılan" geyimlər hökm sürürdü.
Selesten Buqle
Selesten Buqle (1.6.1870, Kot-dü-Nor dep-ti, Sen-Briyo – 25.1.1940, Paris) — fransız sosioloqu, Fransız sosioloji məktəbinin nümayəndəsi. == Həyatı == 1893-cü ildə Ali Normal Məktəbi bitirmişdir. Tuluza universitetində (1900–1907-ci illər ) və Sorbonnada (1908-ci ildən professor) dərs demiş, Sosial Sənədləşdirmə Mərkəzinin direktoru (1920-ci ildən), Ali Normal Məktəbin direktoru (1935-ci ildən) olmuşdur. E. Dürkheymin davamçısı olan, həmçinin G. Zimmelin ideyalarından bəhrələnən Buqle sonuncunun təsiri ilə sosiologiyanın vəzifəsini sosial formaların, onların səbəb və nəticələrinin öyrənilməsində görürdü. == Fəaliyyəti == Buqle sosiologiyada biologizmi tənqid etmiş, Qərb cəmiyyətlərində bərabərlik ideyalarının yayılmasının sosial amillərini araşdırmışdır (“Bərabərlik ideyaları”, 1899).Buqlenin Hindistanda kasta sisteminin sosioloji təhlilinə həsr olunmuş “Kasta rejiminə dair oçerklər” (1908) kitabı klassik əsərə çevrilmiş və bu sahədə aparılan sonrakı tədqiqatlara (L. Dümon və b.) əhəmiyyətli təsir göstərmişdir. Üçüncü respublika ideologiyasının mühüm elementi olan həmrəylik ideyalarının Fransa cəmiyyətində formalaşmasında Buqlenin də xidməti vardır.
Buklet
Buklet (fransızca-bouclette-üzük) — qrafik dizaynda istifadə olunan materialdır. Məqsədi müştərinin məhsulu, şirkəti tanıması və lazım olduqda əlaqə saxlamasını təmin etməkdir. Buklet hər hansı üsulla iki və ya daha çox sayda qatlanmış bir vərəqlik çap materialı şəklində olur. Əsasən sərgi və yarmarkalar da paylanılır. Bukletdə uzun və mürəkkəb mətnlərdənsə şəkillərə daha çox yer verilir. Stadart ölçüsü A4 100x210 mm olur. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Bulxer
Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir. Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır. Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir.
Burlar
Bur sözü alman və bur dilində "fermer" mənasına gəlir. Cənubi Afrikada bu deyim niderland dilli Keyp sakinlərinə yönəldilir.
Buslar
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir." Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.
Urs Büler
Urs Büler (19 iyul, 1971, Luzern, İsveçrə) — isveçrəli tenor və İl Divo qrupunun üzvü. == Həyatı == Urs Büler beş yaşında artıq xorda oxumağa başlayıb və piano, gitar, skripka, balaban kimi musiqi alətlərində çalmağı öyrənib. Onun əsas karyerası 15 yaşında bir musiqi qrupunda başlayıb, 17 yaşında isə o artıq başqa bir qrupun aparıcı müğənnisi idi. Həmçinin o Musiqi Akademiyasında və Kilsə Musiqisindən dərslər alırdı. Bu sahədə daha çox uğur qazanmaq üçün o Niderlanda, Amsterdama köçdü. Burada o məşhur almaniyalı bariton Udo Reinmanla birlikdə Amsterdam Konservatoriyasında təhsil aldı. Büler Klaudio Abbadonun rəhbərliyi altında Zaltsburq Festivalında da çıxış etmişdir. İl Divo qrupuna qoşulanadək o əsasən Niderlandda yaşayırdı və bəzi opera qrupların tərkibində çıxış edirdi. İl Divo-yadək onun sadəcə sayılı ifaları var. == İl Divo == 2003-cü ilin dekabrında Urs Büler dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Buyer
Buyer (nid. boeier) – 1) buz üzərində hərəkət etmək üçün xüsusi xizəklər və ya təkərlər üzərində qurulan yelkənli yüngül konstruksiya (kirşə, kabinə, platforma). Yaxşı küləkli havada Buyerin sürəti 120 km/saata çatır. 2) Birdorlu, yastıdibli yelkənli yük gəmisi; uzzunluğu 20 metrədək olurdu. XVI-XVII əsrlərdə göllərdə, dənizin sahilə yaxın yerlərində üzmək üçün istifadə edilirdi. == Mənbə == Buyer // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 135.
Accipiter butleri
Accipiter butleri (lat. Accipiter butleri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Bagger 288
Bagger 288 — enerji və mədən şirkəti Rheinbraun üçün Krupp tərəfindən istehsal edilmiş tırtıllı mobil zolaq qazma maşınıdır. Onun tikintisi 1978-ci ildə başa çatmış və 13.500 tonla Big Muskieni geridə qoyaraq dünyanın ən ağır quruda hərəkət edən nəqliyyat vasitəsi olmuşdur. Onun dizaynı beş il, tikintisi də həmçinin beş il çəkmiş, ümumi dəyəri isə 100 milyon ABŞ dolları dəyərində olmuşdur. 1995-ci ildə çəkisi 14200 ton olan Bagger 293 ən ağır quruda hərəkət edən nəqliyyat nəqliyyat vasitəsi adını ondan almışdır.
Batler kitabxanası
Batler kitabxanası — Nyu York şəhərinin Manhetten bölgəsinin 114-cü küçəsində Kolumbiya Universitetinin kampuslarından biri olan Morninqsayd Heyghtsdə yerləşir. 2 milyondan çox fondu olan bu böyük kitabxana universitetin vahid kitabxanası olmaqla yanaşı, eyni zamanda kampusdakı ən böyük binalardan biridir. Bina 1931–1934-cü illərdə Ceyms Qamble Roqers tərəfindən Neoklassik üslubunda hazırlanaraq inşa edilmişdir. == Tarixi == Kitabxana 1931–1934-cü illərdə tikilib və Ceyms Qamble Roqers tərəfindən Neoklasik üslubda dizayn edilib və Yel universitetinin yaşayış sistemi və Harvard evlərinin donoru olan Kolumbiya məzunu Eduard Harknes tərəfindən maliyyələşdirildi. Əvvəlcə "Cənub salonu" adlanırdırılan kitabxana 1946-cı ildə Kolumbiya Universitetinin 1902–1945-ci illərdəki rektoru Nikolas Murrey Batlerin şərəfinə Batler olaraq dəyişdirildi. İlk öncə Memorial Kitabxanasını genişləndirmək planlarının nəticə vermədiyini görən Butler yeni bir kitabxana binası təklif etdi. Batler kitabxanasında 1995–2009-cu illər arasında bir neçə mərhələdə tamamlanan əsaslı təmir işləri aparılmışdır. == Dizaynı == Kitabxananın fasadında iyon sırası ilə yuxarıda yazıçıların, filosofların və mütəfəkkirlərin adları yazılmış sütun var. Beləki binanın önündə Homer, Herodot, Sofokl, Platon, Aristotel, Demosfen, Siseron, Vergilin, sağında Migel de Servantes, Uilyam Şekspir, Con Milton, Volter, Yohann Volfqanq Götenin, solunda isə Kvint Horas Flak, Tasit Korneli, Avqustin Avreli, Dante Aligyerinin adları yazılmışdır.Giriş lobbisindəki Videbimus Lümen (universitetin devizi olan "işiğın içində işığı görürük") adlı böyük divar kağızı 1934-cü ildə Yugin Sevig tərəfindən çəkilmişdir. Kompozisiya kampusun mərkəzində Alma Materin büyük heykelini yansıdan Athenanın fiqurunu əks etdirir.
Black Bullet
Black Bullet (ブラック・ブレット, Burakku Buretto, azərb. Qara güllə‎) — Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılan və ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobe seriyası. 10 iyul 2011-ci ildən nəşr olunur və 2014-cü ilin aprelinə qədər 7 cildi buraxılmışdır. Manqa adaptasiyası 27 avqust 2012-ci ildə ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmağa başlamışdır. 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" tədbirində Kinema Citrus və Orange studiyaları anime serialı adaptasiyası çəkəcəklərini anons etmişdir. Anime 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır. Yaponiyadan xaricdə isə Crunchyroll vasitəsilə nümayiş etdirilmişdir. "Black Bullet" üç ölkədə lisenziyalaşdırılmışdır: anime Şimali Amerikada Sentai Filmworks tərəfindən, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən, Avstraliyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır. Manqa və ranobe Şimali Amerikada Yen Press tərəfindən nəşr olunur. == Məzmun == 2021-ci ildə qastreya adlı parazit virusu bütün dünyada yayılır və bütün bəşəriyyətə böyük fəlakət üz verir.
Brüs Bötler
Brüs Bötler (ing. Bruce Beutler) — yəhudi əsilli amerikan immunoloqu, 2011-ci ildə Jül Hofmanla birgə anadangəlmə immunitetin aktivləşməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1957-ci ildə Çikaqoda Almaniyadan Adolf Hitlerin zülmündən Amerikaya qaçmış yəhudi ailəsində anadan olub. Daha sonra ailəsi Kaliforniyada yaşayır. 1976-cı ilədək Kaliforniya Universitetində biologiya fakültəsində, daha sonra Çikaqo Universitetində tibb fakültəsində oxuyur. 1981-ci ildə tibbi diplomunu alır. 1985-1986-cı illərdə Rokfeller Universitetində yardımçı dosent (assistant professor) kimi, ardından 2000-ci ilədək Texas Universitetinin Dallas Cənub-Qərb Tibbi Mərkəzində və Howard Hughes Tibbi Institutunda müxtəlif vəzifələrdə çalışıb. 2000-2007-ci illərdə Bötler La Hoyadakı (ing. La Jolla, Kaliforniya) Scripps Tədqiqat Institutunda immunologiya bölməsində , 2007-ci ildən bəri genetika bölməsində işləyir. 2011-ci ildən həm də Texas Universitetində Sahib İmmuniteti Genetika Mərkəzinin direktorudur .
Bunner Bacıları
Amerikalı yazıçı Edit Varton tərəfindən qələmə alınan roman. == Məzmun == "Bunner Bacıları" (Bunner Sisters) -məşhur amerikan yazıçısı Edit Varton tərəfindən qələmə alınmış qısa bir romandır. Əsər, ilk dəfə 1916.cı ildə nəşr olunub. Romanda, "Ann Eliza" və "Evelina" adlı iki bacının kədərli həyatları ələ alınır. Nyu Yorkun kənar bir qəsəbəsində əlişi dükanında çalışan iki bacı sadə bir həyat sürürlər. Onların monoton həyat gedişatı, böyük bacı Ann Eliza'nın, Evelina'nın ad günü üçün hədiyyə bir saat almağı ilə dəyişir. Belə ki, bu səbəblə dükançı "Herman Ramy" adlı ortayaşlı şəxslə rabitələri sıxlaşır və bir gün Ramy Ann Eliza'ya ailə qurmağı təklif edir. Lakin, xislət baxımından kiçik bacısına ana münasibəti göstərən Ann Eliza, bacısının saatcıya olan fikrini bildiyi üçün təklifi rədd edir və alatoranlıq həyatlarına açılan ən zəif xoşbəxtlik qapısını belə Evelina'ya çevirir. Lakin, saf niyyətlə etdiyi bu iş, Evelina üçün heç də xoşbəxtlik gətirmir. Belə ki O, Ramy'i ilə evlənərək bacısından ayrılır və Ann Eliza ondan uzun zaman xəbər ala bilmir.
Burger King
Burger king — 1954-cü ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin tarixi 1953-cü ildə Florida ştatındakı Jacksonville-dəki Insta-Burger King restoran şəbəkəsindən başladı. Bundan sonra, 1954-cü ildə Insta-Burger King Restoranında maddi sıxıntılar yarandı və iki yerli sakin David Edgerton və James McLemore şirkəti satın aldı və Burger King adını aldı. Növbəti yarım əsr ərzində şirkət direktorlarını dəyişdi. Üçüncü direktor TPG Capital Group idi və Bain Capital və Goldman Sachs Capital Partners 2002-ci ildə nəşr etdilər. 2010-cu ilin sonunda Braziliyanın 3G Capital şirkəti onu 3.26 milyard dollara aldı. 3G Capital və Berkshire Hathaway, VK'ı Kanadalı Tim Hortons ilə birləşdirdi.
Cerard Batler
Cerard Batler (ing. Gerard James Butler, 13 noyabr, 1969, Qlazqo, Şotlandiya) — şotlandiyalı aktyor. == Həyatı və səhnəyə gəlişi == Cerard Ceyms Batler 13 noyabr, 1969-cu ildə Şotlandiyanın Qlazqo şəhəri yaxınlığındakı Peysli şəhərciyində dünyaya gəlib. Cerard ailədəki üç uşaqdan ən kiçiyi idi. 12 yaşından Qlazqoda Şotland Gənclik Teatrının tamaşalarında iştirak edir. Ancaq o, aktyor karyerasını davam etdirmir və Qlazqo Hüquq Universitetini yüksək qiymətlərlə bitirib vəkil köməkçisi işləyir. Bir neçə ildən sonra Batler hüquqşünas karyerasını yarımçıq qoyub Londona köçür və teatr aktyoru kimi fəaliyyətə başlayır. Çoxdan pərəstiş etdiyi məşhur "İynə üstündə" tamaşasında baş rollardan birinə dəvət alır. == Çəkildiyi filmlər == Kinodebütü 1997-ci ildə, "Missis Braun" filmində baş tutur. Həmin il Bond filmləri silsiləsindən olan "Sabah heç zaman ölməyəcək" filmində epizodik rola çəkilir.
Cim Batler
Cim Batler (15 fevral 1971) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Cim Batler Birləşmiş Ştatları 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Cim Batler Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Eduard Buxner
Eduard Buxner (20 may 1860[…], Münhen, Almaniya ittifaqı – 13 avqust 1917[…]) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1907). == Həyatı == Alman kimyaçısı Buxner Eduard (1860-1917), may ayının 20-də Münhendə doğulmuş, Universitet bitirmişdir. 1888-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır. 1893-cü ildə Kilsk, 1896-cı ildə Tübingen Universitetlərinin, 1896-cı ildə Berlin Ali Kənd Təsərrüfatı Məktəbinin, 1909-cu ildə Breslau, 1911-ci ildə Vürsburq Universitetlərinin professoru olmuşdur. Biologiya-kimya sahəsində qiymətli tədqiqat işlərinə və toxuma xarici fermentasiyanı kəşf etdiyinə görə alim 1907-ci ildə Nobel mükafatına layiq görülmüşdür. == Elmi fəaliyyəti == Hələ universitetdə oxuyarkən Buxner spirtə qıcqırma prosesini tədqiq etməyə başlayır. O, oksigenin iştirakı ilə qıcqırma prosesini tədqiq edir. Onun apardığı tədqiqatlar göstərir ki, oksigen iştirakı ilə qıcqırma getməsini inkar edən hipotez yanlışdır. Şəxsi ianələr hesabına Buxner kiçik laboratoriya yaradır və burada qıcqırma kimyası sahəsində tədqiqatlarını davam etdirir. 1893-cü ildə o, Münxendən gedərək Kil Universitetində analitik kimya bölməsinə rəhbərlik edir, 1895-ci ildə universitetin professoru olur.
Falco jugger
Laqqar (lat. Falco jugger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Graham Fuller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. == İstinadlar == == Xarici keçidlər == GRAHAM FULLER KİMDİR?
Herold Belger
Herold Karloviç Belger (alm. Herold Belger‎, 28 oktyabr 1934, Engels, Volqa Alman Muxtar Sovet Respublikası, RSFSR, SSRİ — 7 fevral 2015, Almatı, Qazaxıstan) — Qazaxıstan tərcüməçisi, nasir, publisist, ədəbiyyatşünas. Qazax ədəbiyyatı klassiklərinin (Mailin, Musrepova, Nurpeisova və s.) rus dilinə tərcüməçisi, çoxsaylı roman, hekayə və ədəbi tənqidi əsərlərin müəllifidir. O, həmçinin Qazaxıstanda və Rusiyada almanların mövcud durumu və mədəniyyəti barədə də çox saylı araşdırma müəllifidir. Sülh və Ruhani Razılaşma üçün Prezident Mükafatı laureatıdır (1992). == Həyatı == Herold Karloviç Belger Volqa almanları ailəsində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başladıqdan az sonra İosif Stalinin əmri ilə, etnik alman olaraq, SSRİ-dəki bütün almanlar kimi Qazaxıstana sürgün edilmişdir. Gənc Heroldun ailəsi İşim çayının sahilindəki indiki Yskaka Ybırayeva (SKO) qəsəbəsi yaxınlığında qazax aulunda məskunlaşdı. Burada elə Herold qazax dilini mükəmməl mənimsəmişdir. Belger ilk təhsilini qazax orta məktəbində almış, sonradan Almatıdakı Qazaxıstan Pedaqoji İnstitutunun (indiki Abay Universiteti) filologiya fakültəsində oxumuşdur.
Hurler sindromu
Hurler sindromu — Hurler xəstəliyi və əvvəllər qorqulizm adlanan mukopolisakkaridoz tip IH (MPS-IH) olaraq da bilinən Hurler sindromu, lizosomlarda qlikozaminoglikanlar (GAG) adlanan böyük şəkər molekullarının yığılması ilə nəticələnən genetik bir xəstəlikdir. Bu molekulların parçalanmaması, sinir sistemi, skelet sistemi, gözlər və ürək daxil olmaqla bunlarla məhdudlaşmayan müxtəlif orqan sistemlərinin zədələnməsinə səbəb olan geniş bir sıra simptomlarla nəticələnir. Əsas mexanizm, QAQ-larin dağılmasından məsul olan bir ferment alfa-L iduronidaz çatışmazlığıdır. Bu ferment olmadan bədəndə dermatan sulfat və heparan sulfat yığılır. Semptomlar uşaqlıqdan başlayır və erkən ölüm ümumiyyətlə baş verir. MPS tip I-nin digər daha az ağır formalarına Hurler-Sçeie sindromu (MPS-IHS) və Şeia sindromu (MPS-IS) daxildir. Hurler sindromu lizozomal saxlama xəstəliyi olaraq təsnif edilir. Klinik olaraq Hunter sindromu (MPS II) ilə əlaqələndirilir, lakin Hunter sindromu X xromosomu ilə əlaqələndirilir və Hurler sindromu otozomal resessivdir. == İşarələr və simptomlar == Aşkar edilən ilk anormalliqlardan biri də üz nahiyyələrinin kobudlaşdırılmasıdır; bu simptomlar 3-6 aylıq dövrdə görünə bilər. Başı böyük, qapaq sümükləri ilə böyük ola bilər.
Judit Batler
Judit Batler (ing. Judith Butler) feminizm, kivr-nəzəriyyəsi, siyasi fəlsəfə və etika mövzularına əhəmiyyətli təsir göstərmiş poststrukturalizm nümayəndəsi olan Amerikalı filosofdur. Fəlsəfə doktoru, Berklidəki Kaliforniya Universitetinin professorudur (1993-dən). Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2007), Britaniya Akademiyasının müxbir üzvüdür (2015). Ən məşhur kitabı "Cinsiyyət Problemi: Feminizm və şəxsiyyətin dəyişməsi"-dir (ing. "Gender Trouble: Feminism and the Subversion of Identity"). == Bioqrafiyası == Rus və Macar əsilli yəhudi ailəsində anadan olub. Əvvəl Beninqton kollecində, sonra Yel Universitetində fəlsəfə təhsili alır, burada 1978-ci ildə bakalavr dərəcəsini və 1984-cü ildə doktorluq dərəcəsini alır. 1984-1993-cü illərdə Uesleyan Universitetində, Corc Vaşinqton Universitetində və Cons Hopkins Universitetində dərs demişdir. 1993 -cü ildən Berkli Kaliforniya Universitetində ritorika və müqayisəli ədəbiyyat üzrə professordur.
Korbinian Burger
Korbinian Burger (27 aprel 1995-ci ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sonnenhof Qrosaşpax klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Qroyter Fürth === Burger Bayern Münhen akademiyası vasitəsilə inkişaf etmişdir. 28 iyul 2017-ci ildə o, Qroyter Fürth klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 13 avqust 2017-ci ildə Morlautern klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Almaniya Kuboku görüşündə Qroyter rəqibinə 5-0 hesabı ilə qalib gəlmişdir. === Sonnenhof === 16 iyul 2018-ci ildə Burger Sonnenhof Qrosaşpax klubu ilə müqavilə imzalamışdır. Burger klub ilə debütünü 28 iyul 2018-ci ildə Karl Zeiss Jena klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Sonnenhof rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur.
Belqlər
Belqlər(lat. Belgae) — Kelt qrupuna aid tayfa. == Tarixçə == Şimali Qalliyada (Sena və Reyn çayları arasında) və qismən də Britaniyanın qərb sahillərində yaşamış kelt tayfaları. Eradan əvvəl 58-51-ci illərdə Qalliya belqlərini Yuli Sezar tabe etdi.Eradan əvvəl 16 ildən onların yaşadığı ərazi Belçika əyaləti adlandı. V əsrdə franklar Belçikanı tutduqdan sonra belqlərin bir qismi müxtəlif dövrlərdə işğalçılar tərəfindən məhv olmuş, qalanları başqa xalqlara qarışmışdır.Belçikanın adı Belqlərlə əlaqədardır. == Mənbə == ASE, II cild, Bakı, 1978, səh.
Bitlər
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. == Xarici quruluşu == Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Bubilər
Bubilər, fernandlılar , yediyelər , adiyyalar , adicalar (özlərini bubi , bube adlandırırlar) — Ekvatorial Qvineyada bantu qrupundan xalq. == Yayılmaları == Bioko adasının yerli əhalisi. Sayları 49 min nəfərdir (2005). Şimali (nelər, sakatolartolar) və cənubi (abbalar, loketolar, biomalar, tetelər, rekalar) Bubilərə bölünürlər. Bantu dillərinin A zonasına aid edilən və şimal, cənub-qərb, cənub-şərq dialektləri olan bube dilində danışırlar. == Dinləri == Dindarları, əsasən, xristiandır, ənənəvi inanclarını saxlayanlar da var. == Kənd təsərrüfatı == Əsas ənənəvi məşğuliyyətləri toxa əkinçiliyi, ovçuluq, balıqçılıqdır; ağac üzərində oyma sənəti inkişaf etmişdir (8–10 dili olan, zəngin həndəsi naxışlı zınqırovlar – leyebo musiqi aləti səciyyəvidir). Avropalıların gəlişinə (15 əsr) qədər metaldan istifadə etmirdilər, əmək alətlərini daşdan düzəldirdilər. Böyük ailələr, ana xətti ilə qohum nəsillər və gizli cəmiyyətlər saxlanılır. Folklorları nəğmə, nağıl və atalar sözündən ibarətdir.
Bugislər
Buqislər, buqilər, buqinezlər (özlərini uqi, to uqi adlandırırlar) — İndoneziyada avstroneziyalı xalq.. == Tarixi == Buqislər, əsasən Sulavesi adasının cənub-qərb dağlıq rayonlarında məskunlaşmışlar. Onlar, həmçinin Kalimantan adasının şərq sahillərində, Flores, Riau, Yeni Qvineya adalarında və Malakka yarımadadsında yaşayırlar. Buqislərın sayı İndoneziyada 7 milyon nəfərdir (2010). Malayziyada 654 min nəfər, Sinqapurda 1,5 milyon nəfər buqis yaşayır. Sulavesi dillərinin cənub qrupuna daxil olan bugi (basa ugi) dilində danışırlar. Dialektləri bone, luvu, sopennq və s. İndoneziya dili də yayılmışdır. Yazıları (lontara, hurupuksulapak-eppak) hind mənşəli olan hecalı buge-makasar yazı sistemi, XX əsrdən isə latın qrafikalı yazı sistemidir. Dindarların 95 faizi müsəlmanlardır.
Bulqar
Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayının yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu. Bulqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, qurudan isə doğrudan-doğruya karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.
Bulqur
Bulqur — Buğda yarması ilə hazırlanan Anadolu yeməyidir. Taxıl yemək qrupuna aiddir. Bulqur mühüm və ekonomik karbonhidrat yağıdır. == Hazırlanması == Bulqurun əsas inqridenti olan buğda, yeməyin ən mühüm əlamətidir. Çünki buğdanın tərkibində kəpək, çinqo, maqnezium, xrom, selenium var. B12-dən başqa bütün B vitamini maddələridə vardır. == Xüsusiyyəti == Bulqur insanın qanında olan yağları məhv edir. Karbonhidrat dəyəri yüksək, proteyn dəyəri azdır. Bulqurda olan B1 vitamini, sinir və həzm sistemində böyük rol oynayır. Uşaq və hamilə qadınlar üçün çox faydalı qidadır.
Buqislər
Buqislər, buqilər, buqinezlər (özlərini uqi, to uqi adlandırırlar) — İndoneziyada avstroneziyalı xalq.. == Tarixi == Buqislər, əsasən Sulavesi adasının cənub-qərb dağlıq rayonlarında məskunlaşmışlar. Onlar, həmçinin Kalimantan adasının şərq sahillərində, Flores, Riau, Yeni Qvineya adalarında və Malakka yarımadadsında yaşayırlar. Buqislərın sayı İndoneziyada 7 milyon nəfərdir (2010). Malayziyada 654 min nəfər, Sinqapurda 1,5 milyon nəfər buqis yaşayır. Sulavesi dillərinin cənub qrupuna daxil olan bugi (basa ugi) dilində danışırlar. Dialektləri bone, luvu, sopennq və s. İndoneziya dili də yayılmışdır. Yazıları (lontara, hurupuksulapak-eppak) hind mənşəli olan hecalı buge-makasar yazı sistemi, XX əsrdən isə latın qrafikalı yazı sistemidir. Dindarların 95 faizi müsəlmanlardır.
Bövlər
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. == Ümumi quruluşu == Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Bürclər
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. == Tarixçə == İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Bəlqər
Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir. Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır. Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir.
Bəylər
Bəylər — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Bəylər Eyyubov —Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi,general-polkovnik Bəylər Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Bəylər Məmmədov — “Hərbi xidmətlərinə görə ” medalı ilə təltif edilmiş şəhid. Bəylər Aslanov — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. Bəylər Hacıyev — Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti. Tarzən Bəylər — el sənətkarı, xalq musiqiçisi.Bu təxəllüsü olan tanınmış insanlar Aygün Bəylər — "Əməkdar artist" (2002) Mirzə Bəylər — El şairi Anar Bəylər — MüğənniYaşayış məntəqələri Bəylər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.Digər Bəylər məscidi — İçəri Şəhərdə məscid. Məscid İçəri şəhərdə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir.
Düzlər
Düzlər və ya Stalinçilər — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Kənd dənizsahili düzənlikdə Dərbənd şəhərindən 25 km cənubda Tabasaran rayonu ilə sərhəddə yerləşir. Əskidən monoetnik azərbaycanlı kəndi olmuşdur. Ancaq son üç onillikdə (1980-ci ildən sonra) azərbaycanlılar kəndi tərk edir, onların yerlərinə tabasaranlılar yerləşirlər. Nəticədə etnik tərkibdə üstünlük tabasaranlılara keçmişdir. 2002-ci ildə aparılmış siyahıyaalınmaya əsasən sakinlərinin sayı 477 nəfər olmuşdur, əhali əsasən tabasaranlılardan, qismən azərbaycanlılardan ibarətdir. == Mənbə == Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района == Ədəbiyyat == Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление.
Güllər
Güllər küçəsi — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Güllər küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artileriya silahları ilə atəşə tutub. Lakin, Azərbaycan Ordusu qarşı tərəfi ağır artileriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Güllər küçəsi yenə də ağır artileriya silahları ilə atəşə tutulub. Lakin, Azərbaycan Ordusu Dağlıq Qarabağda baş verən toqquşma zamanı qarşı tərəfi ağır artileriya silahları ilə susdurub. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Güllər küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2011-ci ilin oktyabrın 1-də Güllər küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2012-ci ilin sentyabrın 1-də Güllər küçəsinə ilk dəfə telefon xətti çəkilib. 1984-cü ildə Güllər küçəsində uşaq bağcasının təməli qoyulub.
Günlər
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.