Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cümhuriyyətçilik
Respublikaçılıq (lat. res publica; res – iş, publicus – ictimai, ümumxalq) və ya cümhuriyyətçilik (cümhuriyyət sözündən; ərəb. جمهورية‎, cümhuriyyə; cümhur – ictimai) — müstəqil özünüidarə anlayışı ətrafında formalaşmış, sadəcə çoxluğun yox, eyni zamanda azlığın suverenliyini, yəni vətəndaşların bərabərhüquqluluğunu vurğulayan, respublikaçı konstitusiyalı sistem və respublikaların əsasını təşkil edən ideologiya. İdeologiyanın xüsusiyyətlərindən biri də referendumdur. == Azərbaycanda == Azərbaycan Xalq Cümhuriyyətinin əsası cümhuriyyətçilik ənənəsi ilə bağlıdır. Azərbaycan Konstitusiyasının "Xalqın suverenliyi" başlıqlı ikinci maddəsində qeyd olunub: Respublikaçı Alternativ Partiyasının (REAL) rəsmi ideologiyası cümhuriyyətçilikdir. == İstinadlar == === Ədəbiyyat === ==== Ümumi ==== Becker, Peter, Jürgen Heideking and James A. Henretta, eds. Republicanism and Liberalism in America and the German States, 1750–1850. Cambridge University Press. 2002.
Klassik cümhuriyyətçilik
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Vətəndaş cümhuriyyətçiliyi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Azərbaycan Cümhuriyyəti
Azərbaycan Xalq Cümhuriyyəti (az.-əski. آذربایجان خالق جومهوریتی‎), Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası, Azərbaycan Cümhuriyyəti (az.-əski. آذربایجان جمهوریتي‎), qısaca AXC və ya ADR — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət. Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik Respublikası "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv.
Mahabad Cümhuriyyəti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Məhabad Cümhuriyyəti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Türkiyə Cümhuriyyəti
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Araz-Türk Cümhuriyyəti
Araz Türk Cümhuriyyəti — 1918-ci ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə mərkəzi İğdır olmaq şərtilə yaradılmış tanınmayan dövlət. == Tarixi == === Zəmin === 1826–1828-ci illərdə Rusiya imperiyası ilə Qacarlar arasında gedən müharibə Türkmənçay müqaviləsi ilə başa çatdı. İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən işğal edilir. 1828-ci ilin martın 21-də Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində Qacar dövləti və Osmanlıdan köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Bu müqavilənin 15-ci bəndi əsas gətirilərək Qacarlar dövlətindən 10652 nəfər erməni köçürülür. 1830-cu ilin siyahıyaalınmasına əsasən bölgədə 13369 erməni vardı, halbuki bölgənin müsəlman əhalisi 17.138 nəfər təşkil edirdi. 1840-cı ildə Erməni vilayəti ləğv edilir. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bayazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır. 1918-ci ildə İrəvan quberniyası Azərbaycanın bir hissəsi olsa da, Andranik Ozanyan 1918-ci il 4 iyun Batum müqaviləsini tanımır və bölgənin istilasına çalışır.
Araz Türk Cümhuriyyəti

Azərbaycan Demokratik Cümhuriyyəti
Azərbaycan Xalq Cümhuriyyəti (az.-əski. آذربایجان خالق جومهوریتی‎), Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası, Azərbaycan Cümhuriyyəti (az.-əski. آذربایجان جمهوریتي‎), qısaca AXC və ya ADR — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət. Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik Respublikası "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv.
Azərbaycan Xalq Cümhuriyyəti

Kuban Xalq Cümhuriyyəti
Kuban Xalq Respublikası (rusca: Кубанская Народная Республика) — Rusiya İmperiyasının süqutundan sonra Kuban vilayəti və Kuban Kazak Ordusunun ərazilərində yaradılan və 1918-1920-ci illərdə mövcud olmuş keçmiş dövlət quruluşu. == Tarixi == === Arxa plan === Rusiya imperiyası zamanı Kuban bölgəsi Adıgeylərin (Çərkəzlərin) torpaqları idi. Bir çox başqa vilayətlər kimi Kuban xalqı da digər Rusiya quberniyalarından fərqli təşkil edilmişdi. Qərb bölgələri 1792-ci ildə Ukraynadakı Qara dəniz Kazak ordusunun soyundan gələnlərə, cənub və şərq bölgələr isə Don Kazaklarının soyundan gələn Qafqaz Xətti Kazak ordusuna aid olmuşdur. Daha əvvəllər Kuban Kazakları, 1860-cı ildə 60 il boyunca Qafqaz müharibəsində Dağlı xaqlarına qarşı Rusiya imperiyası sərhədlərini qorumaq üçün istifadə olunmuşdur. Bundan baqşa Kazaklar Rusiya imperiya ordusu ilə birlikdə döyüşmələri üçün böyük ordu birləşmələrinə də göndərilmişlərdir. Hətta Kazaklar Çarın şəxsi qorumaları olaraq da xidmət etmişlər. Bu vəzifələrə görə Kazaklar vergidən azad edilmişdilər. Onların hərbi yaşayış şəkli bölgənin inzibati idarəçilik formasına da təsir göstərmişdir. Stanista adlı yaşayış bölgələri də ənənəvi rus kəndlərinə bənzəyir.
Qars Demokratik Cümhuriyyəti
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.
Qars İslam Cümhuriyyəti

Xalq Cümhuriyyəti binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
İğdır Milli Cümhuriyyəti
İğdır Milli Cümhuriyyəti 1917-ci il Oktyabr Sovet İnqilabından sonra, İğdır və ətrafında hakimiyyət boşluğundan sonra bölgədə yaşayan ermənilərin təklifi ilə qurulan İğdır İcra Hakimiyyətinin davamı olaraq meydana çıxır Oktyabr inqilabından sonra bölgədə yaşayan erməni xalqının təklifi ilə 1917-ci il aprelin 4-də 5 türk və 5 erməni idarəçidən ibarət olan bu hökumətin prezidentin türk olması şərti ilə prioritet təşkil edilməsində məqsəd yaşayış şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatı işlərinin təşkili idi. Cümhuriyyətin başına Prezident Əli Əkbər Tufan təyin edilir. Van və Adana bölgələrindən İğdıra köçən Daşnaq üzvü ermənilərlə İğdırda yaşayan ermənilər əlbir olaraq, İğdırda yaşayan türk xalqına qarşı sistemli qırğınlara başlayır. Eyni dövrdə Stepan Şaumyanın Bakıda 14 min müsəlmanı qətlə yetirməsi ilə eyni vaxtda azərbaycan türkləri ilə ermənilər arasında vətandaş müharibəsi başlayır. Bu prosesdə xüsusilə Oba, Hakmehmet, Qoçqıran qırğınları baş verir. Milis komandirləri və türk xalqı tərəfindən vətəndaş müharibəsini təxmin edildiyindən 1918-ci ildə İğdır, Duzluca, Aralıq, Şərur, Şərqi Bəyazid, Vedibasar, Sərdarabad və paytaxtı Mələkli ilə birlikdə İğdır Milli Cümhuriyyəti elan edilir. 720 üzvün iştirakı ilə keçirilən seçkidən sonra Əli Əkbər Tufan onun prezidenti seçilir, bu respublika Osmanlı və Almaniya İmperiyası tərəfindən tanınan Zaqafqaziya Federasiyası Parlamenti olan Qafqaz Seymi tərəfindən tanınır. Bu səbəbdən də ilk tanınmış müstəqil türk cümhuriyyətidir. Qafqazda türk xalqını silahlandırmaq məqsədilə keçirilən gizli Tiflis Türk Konqresinə qatılan Əli Əkbər Tufan, Məhəmməd Əmin Rəsulzadənin köməyi ilə İğdır Milli Hökuməti birliklərini daşnak quldur dəstələrinə qarşı müdafiə etməyə məcbur edən silahlar əldə edir. Alman sualtı qayıqlarının Gürcüstandan İğdıra gətirdiyi silahlar və tərxis olunmuş rus əsgərlərinin qoyub getdiyi silahlar İğdır Milli Cümhuriyyətinin silahlı qüvvələrini təşkil etməklə bərabər, eyni zamanda bu kimi qurumlar vasitəsilə Balkanlardan Qafqaza gizli yardım şəbəkəsinin mərkəzinə çevrilmişdir.
Şimali Qafqaz Cümhuriyyəti
Dağlılar Respublikası (Millətlər Birliyi arxivlərinə görə rəsmi Fransız adı: République de l'Union des peuples montagnards du Caucase;tərcümə: Dağlıq Qafqaz Xalqları Birliyinin Respublikası) — 1917–1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlət (konfederasiya). Dağlılar Respublikasının ərazilərinə müasir dövrdə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar respublikaları və Qaraçay-Çerkesiya muxtar vilayətləri daxil idi. 16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar qəbul etdi. Amma ki, 18 mayda Dağıstan general Denikinin ordusu tərəfindən tutuldu, bundan sonra Dağlılar Respublikası rəhbərliyi özü özünü buraxdığını və yenidən Tiflisə köçdüyünü elan etdi. Dağlılar Respublikasının ərazisi 407,000 min kvadrat kilometr, əhalisi isə təxminən 11 milyon nəfər olmuşdur. Temirxan-Şura dövlətin əsas şəhəri və paytaxtı olmuşdur. Dağlılar Respublikasının 115 min ordusu vardır. Dağlılar Respublikasının qurucularından biri Şeyx Şamilin nəvəsi Seyid Şamil olmuşdur. Dövlətin ilk rəhbəri isə Tapa Çermoyev seçilmişdir. Şeyx Əli Hacı Akuşa və Heydər Bamat kimi nüfuzlu bəylər dövlətin idarə olunmasında yaxından iştirak etmişdilər.
Azərbaycan Cümhuriyyəti Hökumətinin Xəbərləri
Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri qəzeti, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı. == Yaradılması == "Azərbaycan Cümhuriyyəti Hökumətinin xəbərləri"nin nəşrinə başlamaq haqqında qərar 1918 il iyulun 3-də qəbul edilmişdir. "Xəbərlər"in avadanlıqla təminatı ərzaq nazirliyinə, nəşri Xalq Maarifi Nazirliyinə həvalə edilmişdi. İlk nömrəsi 1919 il yanvarın 25-də çıxmışdır. 1919 il iyulun 19-dan həftədə bir, 1920 il yanvarın 1-dən isə həftədə iki nömrəsi Azərbaycan və rus dillərində buraxılırdı. == Mahiyyəti == "Xəbərlər"də, əsasən, Hökumətin qərarları, nazirliklərin sərəncam, əmr və təlimatları, ayrı-ayrı şəxslərin vəzifəyə təyin və ya azad edilmələri barədə məlumatlar, elanlar və s. dərc edilirdi. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətində mətbuat Azərbaycan Xalq Cümhuriyyəti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri maddəsi.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri. Ensiklopediya Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib. == Haqqında == İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir. Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir. Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub. == Redaksiya heyəti == == Əsas məqalələrin müəllifləri == == Həmçinin bax == Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild (PDF).
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az.-əski. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır. == Tarixi == === Yaradılması === 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti bayrağı
Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. == Bayrağın təsviri == Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir. Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
Azərbaycan Xalq Cümhuriyyəti generalları
Azərbaycan Xalq Cümhuriyyəti generalları — 1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) digər dövlət atributları ilə yanaşı Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. O zaman Türkiyə Azərbaycan dövlətinə ordunun yaradılmasında mühüm dəstək verib. 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası qurulanda general Xosrov bəy Sultanov Cümhuriyyətin ilk hərbi naziri olub. O zaman hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Nəhayət 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi.
Azərbaycan Xalq Cümhuriyyəti iqtisadiyyatı
Azərbaycan Xalq Cümhuriyyəti iqtisadiyyatı — Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi siyasətinin əsas məzmunu. == Fəaliyyəti == 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə par­la­men­tli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Keçmiş Rusiya İmperiyasının dağıntıları içərisindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk respublikası kimi tarixə daxil oldu. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun intişarına böyük təsir göstərmişdir. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həmin dövrdə ölkədə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində ilk müstəqil addımlar atılmışdır. == İqtisadiyyat == === Haqqında === Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər.
Gəncədə Xalq Cümhuriyyəti binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. == Haqqında == Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Naxçıvan İctimai Şuralar Cümhuriyyəti
Naxçıvan Sovet Sosialist Respublikası və ya Naxçıvan İctimai Şuralar Cümhuriyyəti (qısaca: Naxçıvan SSR və ya Naxçıvan İŞC) — Azərbaycan SSR tərkibində respublika. Naxçıvan İctimai Şuralar Cümhuriyyəti 1920-ci ildə yaradılmışdır. Naxçıvan SSR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri N.Nərimanova göndərdiyi məktubda yazırdı: "Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir…" 1921-ci il yanvarın 21-dən Naxçıvan Diyar İnqilab Komitəsi (DİK) adlandırıldı. 1922-ci ilin əvvəlində yerli Sovetlərə seçkilər başa çatdırıldı; yanvarın 25-də Naxçıvan şəhərində işə başlayan Naxçıvan Respublikasının I Sovetlər qurultayında NİK ləğv edildi, Naxçıvan MİK və onun 7 üzv və 2 namizəddən ibarət rəyasət heyəti, həmçinin XKS-in heyəti seçildi.
Quzey Qıbrıs Türk Cümhuriyyəti
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Qüzey Kipr Türk Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti gerbi
Azərbaycan Respublikasının Dövlət Gerbi — Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, qalxanın düymələri və palıd qozaları qızılıdır. == Yaranma tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır. Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat ("Ən yaxşı gerb layihəsi"nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi.
Araz Cümhuriyyət
Araz Türk Cümhuriyyəti — 1918-ci ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə mərkəzi İğdır olmaq şərtilə yaradılmış tanınmayan dövlət. == Tarixi == === Zəmin === 1826–1828-ci illərdə Rusiya imperiyası ilə Qacarlar arasında gedən müharibə Türkmənçay müqaviləsi ilə başa çatdı. İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən işğal edilir. 1828-ci ilin martın 21-də Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində Qacar dövləti və Osmanlıdan köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Bu müqavilənin 15-ci bəndi əsas gətirilərək Qacarlar dövlətindən 10652 nəfər erməni köçürülür. 1830-cu ilin siyahıyaalınmasına əsasən bölgədə 13369 erməni vardı, halbuki bölgənin müsəlman əhalisi 17.138 nəfər təşkil edirdi. 1840-cı ildə Erməni vilayəti ləğv edilir. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bayazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır. 1918-ci ildə İrəvan quberniyası Azərbaycanın bir hissəsi olsa da, Andranik Ozanyan 1918-ci il 4 iyun Batum müqaviləsini tanımır və bölgənin istilasına çalışır.
Cümhuriyyət (zirvə)
Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə. == Haqqında == Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib. Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb. Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır. === İdeya və layihə rəhbərləri === Sirxan Məmmədov Elçin Quliyev Mürsəl Qasımov === Büsdü hazırlayan === Azad Əliyev - əməkdar rəssam === Layihədə iştirak edənlər === Nərgiz Qurbani (RİİB) Zaur Mirzəyev, fotoqraf (BMM) Elman Məmmədov. operator (BMM) Nərmin Carçalova (PA) === Azərbaycan alpinistləri === İlqar İsrafilov Sima Səfərova Babək İsgəndərov Sirxan Məmmədov Təyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.
Cümhuriyyət Ağacı
Cümhuriyyət Ağacı Türkiyənin İzmir ilinin Konak ilçəsində, Gündoğdu Meydanı içərisində yerləşən abidədir. 2003-cü ildə tamamlanan abidə İstiqlaliyyət müharibəsini təmsil edir. Misdən hazırlanmış heykəlin hündürlüyü 5 metr, mərmərlə örtülü pedestalın hündürlüyü 8,5 metr, abidənin bütöv hündürlüyü 13,5 metrdir. == Tarixi == 1997-ci ildən etibarən dəniz dolğusu ilə genişləndirilən Kordon üzərində 2000- ci ildə Gündoğdu Meydanı salındı. İzmir Böyükşəhər Bələdiyyəsi meydana abidə qoyulmağı üçün heykəltaraş Fərid Özşen ilə razılaşdı. 2003-cü ildə tamamlanan abidə eyni il Cümhuriyyətin elan edilməsinin 80 illiyi münasibətiylə 29 oktyabrda açıldı. 2014-cü ildə Türkiyə yerli seçkilərindən əvvəl 16 mart tarixində Gündoğdu Meydanında təşkil edilən AKP mitinqində abidə vandalların hücumuna məruz qaldı. == Memarlığı == Cümhuriyyət Ağacı 8,5 m hündürlüyündə mərmərlə örtülü pedestal və bu pedestalın üzərinə yerləşdirilən on atlının təmsil edildiyi mis heykəldən ibarətdir. Ümumi uzunluğu 13,5 metr olan abidənin pedestalında Hitit, Səlcuqlu və Osmanlı mədəniyyətlərini və cümhuriyyətin qurulmasından bəhs edən qabartmalar və yazılar yerləşdirilib. İstiqlaliyyət müharibəsini təmsil edən heykəl daha yaxşı işıq alması üçün üzü qərbə tərəf tikilmişdir.
Cümhuriyyət tələbələri
Azərbaycan Xalq Cümhuriyyəti tələbələri — 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün seçilmiş və böyük hissəsi xarici universitetlərdə təhsil almış bir qrup tələbə. Cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl təsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Qırmızı Ordunun ölkəyə girişi nəticəsində ölkənin bolşeviklər tərəfindən işğalı ilə tələbələr əsasən, 1922-ci ildən etibarən maddi problemlərlə üzləşmiş, təhsil haqqını ödəyə bilmədiyi üçün ağır işlərdə çalışmağa məcbur qalanlar, həbsxanaya düşənlər olmuşdur. Tələbələrin bir hissəsi təhsilini davam etdirməyə müyəssər olmuş, ardınca Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların arasında hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif edilənlər də olmuşdur. Buna baxmayaraq, Azərbaycana dönmüş tələbələr ardıcıl surətdə təqib olunmuş, hətta 1930-cu illərdə onların bir qismi, Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və Almaniya üçün casusluq ittihamı ilə NKVD tərəfindən repressiyaya uğramışdır. == Tələbələrin xaricə göndərilməsi ilə bağlı qərar == 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. İbtidai və orta məktəblər üçün dərsliklər nəşr olundu, respublikanın müxtəlif bölgələrində seminariyalar açıldı, Bakı Dövlət Universitetinin əsası qoyuldu, kənd təsərrüfatı institutunun yaradılması haqqında qanun qəbul edildi. Ölkə hökuməti təkcə universitet açmaqla kifayətlənməyərək, lazımi mütəxəssislərin yetişdirilməsi, xüsusən də azərbaycanlı gənclərin ali təhsil alması üçün xaricə göndərilməsi yollarını axtarırdı. Ağır hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlıların Avropa universitetlərində oxumaq üçün xaricə göndərilməsi qərara alındı.
Mahabad Cümhuriyyət
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Cümhuriyyət (Qars)
Cümhuriyyət — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 754 nəfərdir (2022).
Cümhuriyyət (dəqiqləşdirmə)
Cümhuriyyət — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır.
Cümhuriyyət Muzeyi
Cümhuriyyət Muzeyi (türk. Cumhuriyet Müzesi) və ya II Türkiyə Böyük Millət Məclisinin binası — 1924-1960-cı illər arasında Türkiyə Böyük Millət Məclisinin fəaliyyət göstərdiyi bina. Muzey, Ankaranın Altındağ mahalının Ulus rayonunda yerləşir. 1923-cü ildə memar Vədat Tək (1873-1942) tərəfindən Cümhuriyyət Xalq Partiyasının toplantı yeri kimi layihələndirilib inşa edilən bu binadan, sonradan funksiyası dəyişdirilərək parlament binası kimi istifadə edilmişdir. == Tarixi == I Türkiyə Böyük Millət Məclisi binasının vəziyyətinin qəzalı olması və inkişaf etməkdə olan Cümhuriyyət Türkiyəsi parlamentinin ehtiyaclarını ödəyə bilməməsi səbəbindən binada bəzi dəyişikliklər edilmiş, daha sonra 18 oktyabr 1924-cü ildə II Türkiyə Böyük Millət Məclisi olaraq istifadəyə verilmişdir. 1924-1960-cı illərdə Atatürkün prinsip və islahatlarının həyata keçirildiyi II Türkiyə Böyük Millət Məclisində; Cümhuriyyətin inkişafı üçün Türkiyənin beynəlxalq aləmdə nüfuzunu artıran çox mühüm müasir qərarlar qəbul edildi və müqavilələr bağlandı. Türkiyənin siyasi tarixində mühüm yeri olan II Türkiyə Böyük Millət Məclisinin binası 27 may 1960-cı il hərbi çevrilişinə qədər 36 il müddətində fəaliyyətini davam etdirib. 1961-ci ildə yenidən istifadəyə verilən Assambleya, tikintisi başa çatan müasir binasına köçdükdən sonra bu bina Mərkəzi Müqavilə Təşkilatının istifadəsinə (CENTO) verilib. 1961-1979-cu illərdə CENTO-nun Baş Qərargahı kimi istifadə edilən bu bina, CENTO ləğv edildikdən sonra həmin il Mədəniyyət Nazirliyinin istifadəsinə verilib. Binanın ön hissəsinin Cümhuriyyət Muzeyi, arxa hissəsinin isə Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin xidməti binası kimi istifadə olunması qərara alınıb.
Cümhuriyyətin 9 şəkli
Cümhuriyyətin 9 şəkli — Azərbaycan Xalq Cümhuriyyəti haqqında çəkilmiş bədii-sənədli film. Ssenaristi Orxan Fikrətoğlu, rejissoru Elxan Cəfərov, baş prodüseri isə Əliağa Məmmədovdur. == Haqqında == Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş "Veysəloğlu" Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn "Cümhuriyyətin 9 şəkli" bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib. === Sujeti === Filmin ssenari müəllifi bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rolu təsvir etməyə çalışıb. Burada Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Bu şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir. Vizual mətnin əsas məqsədi iki illik tarixi bir insanın düşüncə süzgəcindən keçirə bilməsi, tamaşaçıya sadə dildə tarixin çatdırılmasıdır. İki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlər xüsusi olaraq filmdə vurğulanır. Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının, iki nəslin Azərbaycan Xalq Cümhuriyyətinə olan oxşar münasibətidir.
Qars İslam Cümhuriiyəti
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.
Türkiyədə Cümhuriyyət bayramı
Türkiyədə Cümhuriyyət bayramı — 1925-ci ildən etibarən hər il 29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramı 1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yəkun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir. 1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
Cumhuriyyət
Respublika — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır. Respublika elə idarəetmə formasıdir ki, burada dövlət başçısı seçilir, dəyişdirilir, nümayəndəli orqan və ya bilavastə seçicilər adından məhdudlaşdırılan formada hakimiyyətə sahib olmaq hüququ əldə edir. == Respublikanın formaları == Respublikanın müasir dövrdə üç başlıca növü vardır: prezident, parlament və qarışıq tipli respublika. Prezident respublikası ilk dəfə ABŞ-də təsis edilmişdir. Parlament respublikasında ali icra hakimiyyəti dövlət başcısına deyil , parlament tərəfindən təşkil edilən hökumətə məxsusdur. Qarışıq idarəetmə forması özündə prezidentli və parlamentli idarə formasının ünsürlərini birləşdirir. Burada ali icra hakimiyyəti prezidentlə parlament arasında bölüşdürülür. Bəzən onu yarımprezident idarə forması da adlandırırlar. 1958-ci il konstitusiyası ilə Fransada yaradılan V respublika buna aydın misal ola bilər. Dövlətin təsnifatının digər meyarları da mövcuddur.
Artsax Cumhuriyəti
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.