Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qındırğa
Qındırğa — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qındırğa kəndində milli tərkibi muğallardan ibarət 14 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 25 təsərrüfatda hər iki cinsdən toplam 117 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Qındırğa oyk., sadə. Qax r-nunun Zəyəm ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonimin mənası dialekt materiallan əsasında izah olunur. Azərbaycan dilinin qərb və şimal dialekt və şivələrində qındırğa sözü “susuz yerdə bitən tikanlı ot'* mənasında işlənir. Yəqin ki, bu kəndin ətrafında çoxlu qındırğa bitkisi varmış.
Qındırğa bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cingirdağ
Cingirdağ — Səngəçal dəmiryol stansiyasından təxminən 10–15 km qərb tərəfdə uzunsov və düz zirvəli yastı dağ. == Coğrafiyası == Qobustan qayaüstü təsvirlərinin yığcam sahələrindən biri – Yazılıtəpə, o dağın şimal (buradan sağ tərəf) dibindədir. Cingirdağın arxasında, Qobustanda ən hündür palçıq vulkanı olan Torağay dağı görünür.Hündürlüyü 228 metrdir. Bəzi ehtimallara bu dağ Dingirdağ da adlandırılır. == Adının etimologiyası == Qobustanda Cingirdağı yerli camaatın Cingir Baba adlandırması da əsassız deyildir. Cingirdağ adının keçmişdə Dengir, Dengri kimi tələffüz olunması da maraq doğurur. Belə də Cingir adının Tenqri ilə bir bağlılığının olması ehtimal edilə bilər. == Dağın ətəyindəki abidələr == === Yazılıtəpə === 1966-cı il sentyabr ayının 9-da Qobustanda qədim qayaüstü təsvirlər saxlanmış və qədim arxeoloji abidələr, düşərgələr qeydə alınmış Cingirdağ dağı və Yazılıtəpə ərazisi Böyükdaş, Kiçikdaş dağları ilə birlikdə Respublika Nazirlər sovetinin 509 №-li qərarı ilə Dövlət tarixi-bədii qoruğu elan edildi və 1967-ci il fevralın 1-dən müəllifə mütəxəssis kimi Mədəniyyət Nazirliyi nəzdində yaradılmış bu qoruğu təşkil və rəhbərlik etmək işi tapşırıldı. Bundan sonra Qobustan ekspedisiyası Tarix İnstitutu və Qobustan qoruğu tərəfindən müştərək ekspedisiya kimi indiyə kimi də davam etməkdədir.Qobustan dünyasının tədqiqatçılarında olan Cəfərqulu Rüstəmov "Qobustan dünyası" adlı əsərində Yazılıtəpə abidəsinin yaşı ilə bağlı "Cingirdağ sahəsindəki, dağın ətəyidə yerləşən Yazılıtəpədə qayaüstü təsvirlər kolleksiyası Kiçikdaş və Böyükdaş kolleksiyalarından çox-çox cavandır. Orada nəinki qədim qadın və kişi təsvirləri eləcə də ibtidai öküz, gur və daş dövrünə aid başqa heyvanların şəkilləri də yoxdur", deyə qeyd edirdi.
Dindidağ
Dindidağ — Böyük Qafqazın Baş Qafqaz silsiləsinda Azərbaycan (Zaqatala rayonu) və Rusiya (Dağıstan Rutul rayonu) sərhəddində yerləşən dağ. Dağın hündürlüyü 3192 metr təşkil edir. == Toponimikası == Zaqatala rayonunda dağ və dağ aşırımı. Baş Qafqaz silsiləsindən keçir və Dağıstanla sərhəddə yerləşir. Bu aşırımdan Muxaxçayın dərəsindən keçərək Samurçayın yuxarılarına quru yol gedir. Bu əlamətinə görə tədqiqatçılar dağın adını "tinləri olan dağ" kimi izah edirlər. Əslində, oronim din (dincəlmək üçün yer, düşərgə), -di (-li şəkilçisinin variantı) və dağ (müsbət relyef forması) komponentlərindən düzəlib, "dincəlmək üçün yeri olan dağ" deməkdir. Komidə Din, Dinyu, Vojdin coğrafi adları qeydə alınmışdır.
Çatdıraq
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Çilçıraq
Lüstr, çilçıraq , qəndil və ya avizə — şaxələnmiş, dekorativ tavandan quraşdırılmış işıq qurğu. Çilçıraqlar ümumiyyətlə təmtəraqlıdırlar və onlarla lampa, kompleks şüşə serialları və ya kristal prizmalardan istifadə edərək işığın sınması ilə otağı işıqlandırırlar.
Çıldıran
Çıldıran (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Çıldıran (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd.
Cindağ
Cindağ (Ordubad) — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Cindağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ.
Çıldıran (Ağdərə)
Çıldıran — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çıldıran kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yaşayış məntəqəsini 1828-ci ildə Türkiyənin Çıldıran adlı ərazisindən köçüb gəlmiş erməni ailələri salmışlar. Türkiyədə Çıldıran adlı kənd indi də qalmaqdadır. Türk dillərində çıldır/şıldır "çay, şəlalə, suyun çırpılması, ətrafa yayılması; qəzəblənmə" mənasında işlənir. Oykonim "şəlaləli yer" və ya "məcrasından çıxan çay" mənasındadır. == Tarixi == Çıldıran kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çıldıran kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Çıldıran (Kəlbəcər)
Çıldıran — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çıldıran kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yaşayış məntəqəsini 1828-ci ildə Türkiyənin Çıldıran adlı ərazisindən köçüb gəlmiş erməni ailələri salmışlar. Türkiyədə Çıldıran adlı kənd indi də qalmaqdadır. Türk dillərində çıldır/şıldır "çay, şəlalə, suyun çırpılması, ətrafa yayılması; qəzəblənmə" mənasında işlənir. Oykonim "şəlaləli yer" və ya "məcrasından çıxan çay" mənasındadır. == Tarixi == Çıldıran kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çıldıran kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Çıldıran (dəqiqləşdirmə)
Çıldıran (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Çıldıran (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd.
Amblyseius indirae
Amblyseius indirae (lat. Amblyseius indirae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius indirae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Cindağ (Ordubad)
Cindağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərbində yerləşir. Parağa kəndindən 3,5 km. cənub-şərqdə yerləşir. Konusvari formadadır. Sıldırım yamaclıdır (hünd. 1779,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir.
Cindağ (Şahbuz)
Cindağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ, Zəngəzur silsiləsinin qərb yamacında yerləşir. Gecəzur kəndindən 3.5 km cənub-şərqdədir (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun şimal yamacında zirvə. Ağbulaq kəndindən 4 km cənub-şərqdədir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurlarını yaran eyniyaşlı dolerit və andezit-dasit tərkibli və izometrik formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Şimal və cənub-qərb yamacları orta pleystosenin flüvioqlasial çöküntüləri ilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Konusvari formadadır, subvulkandır.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.
İndira Hacıyeva
İndira Hacıyeva (tam adı: İndira Niyazi qızı Hacıyeva; 15 iyul 1960, Bakı) — 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. == Həyatı == İndira Niyazi qızı Hacıyeva 1960-cı il iyulun 15-də Bakı şəhərində anadan olub. 1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunun məzunu olub. 1982-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, 1984-1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Komsomol komitəsi katibinin müavini, 1986-1988-ci illərdə 26 Baki Komissarı adına rayon komsomol komitəsində təlimatçı, katib və I katib vəzifələrində, 1988-1989-cu illərdə Ümumittifaq komsomolunun Mərkəzi Komitəsində (Moskva) təlimatçı, 1989-1991-ci illərdə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb. 1992-1993-cü illərdə İndira Hacıyeva Bakı Dövlət Universitetində mühəndis, "SIAR-BAKI JV" sosioloji tədqiqatlar müəssisəsində analitik təhlil üzrə mütəxəssis (1993-1995 və 1998-1999), Bakı Şəhər İcra Hakimiyyətində baş mütəxəssis (1999-2000) və İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri (2000-2001) vəzifələrində işləmişdir. Daha sonra Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Usaq və Gənclərlə is üzrə şöbəsində baş təlimatçı, sektor müdiri (2001-2006), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi (2006-2007), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri (2008-2021) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
İndira Qandi
İndira Priyadarşini Qandi (Hind dili: इंदिरा प्रियदर्शिनी गांधी, d. 19 noyabr 1917 – ö. 31 oktyabr 1984) — Hindistanın məşhur siyasi xadimi. Hindistanda 2 dəfə (1966-77, 1980-84) baş nazir olmuş siyasətçi. Hindistan tarixindəki tək qadın baş nazir olan Qandi, həmçinin ən uzun müddət fəaliyyət göstərən ikinci baş nazir olmuşdur. == Həyatı == İndira Qandi Hindistanın ilk baş naziridir. Dünyada isə ikinci xanım baş nazir hesab olunur. İndira Qandi ölkənin müstəqilliyi yolunda mübarizə aparan qəhrəmanı Cəvahirləl Nehrunun ailəsində anadan olmuşdu. O, siyasi aləmin içində böyüdüyü üçün gənc yaşlarında təcrübəli siyasətçi kimi formalaşmışdı. Bu da Hindistanın müstəqilliyi tarixində ona dördüncü baş nazir olmaq imkanı vermişdi.
İndira Radiç
İndira Radiç (serb. Индира Радић 14 iyun 1966, Doboy) — Serb pop xalq müğənnisi. Serbiyalı Şakira olaraq anılır. == Bioqrafiyası == İndira Subotiç Bosniyanın Doboy şəhərinin yaxınlığındakı Draqalovtsi kəndində Bosniya serblərinin ailəsində anadan olmuşdur. Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır. Kiçik yaşlarından valideynləri onun müğənni istedadını fərq etdilər, buna görə də çox kiçik yaşlarından İndira bir çox musiqi yarışmasında iştirak edir. Məktəbi bitirdikdən sonra doğma məmləkətindəki tibb kollecinə daxil olur. Üç il Zaqrebdəki Stoyanoviç Mladen xəstəxanasında tibb bacısı kimi çalışır və 90-cı illərin əvvəllərində Serbiyaya köçür. 2011-ci ilin dekabr ayında İndira Şərq, şimal, cənub və qərb adlı on beşinci yubiley albomunu buraxdı. Albomda İndira həmkarı Stanko Marinkoviç ilə duetdə fransızca səsləndirdiyi Mariya da daxil olmaqla 17 yeni mahnı daxil idi.
İndira Varma
İndira Varma (ing. İndira Varma) — məşhur Hind əsilli B.Britaniya aktrisası . == Həyatı == İndira Varma Hind əsilli ata ilə İsveçrəli İtalyan əsilli ananın övladıdır .
İndira burnu
İndira burnu, Piqlamion (hind इंदिरा पाइंट) — Böyük Nikobar adasının cənubunda yerləşən burun. Hindistanın ən cənub nöqtəsidir. Burun Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır. Buna qədər isə Piqlamion adlandırılırdı. Sumatra adasından şimal-qərbdə yerləşir. Burunun sahilində 35 metrlik mayak inşa edilmişdir. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsi zamanı burunun sahili okean dibinə gömülmüş və mayak yarıya qədər suytun altında qalmışdır. Bəzi mütəxəsislər oean sahilinin bərpa olunacağını iddia edirlər.
İndira Qandi Beynəlxalq Hava Limanı
İndira Qandi Beynəlxalq Hava Limanı (IATA: DEL, ICAO: VIDP) — Hindistanın ən böyük hava limanlarından biridir. Dehli şəhərindən 16 km aralıda yerləşir. 2009-cu ildən ölkənin ən işlək və ən çox beynəlxalq sərinişin daşıması olan hava limanıdır. Yük daşımalarına görə isə ölkədə ikinci yeri tutur. == Hava yolları və istiqamətlər == == Qəzalar == 25 yanvar 1970-ci ildə Nepal Hava Yollarına məxsus Fokker F27-200 tipli təyyarə Nepalın Katmandu şəhərindən hərəkətə başlamış, lakin əlverişsiz hava səbəbi ilə Palam Hava Limanına enməli olmuşdu. Eniş vaxtı pilot idarəetməni itirmiş və nəticədə qəza olmuşdu. Qəza nəticəsində 5 ekipaj və 18 sərnişindən yalnız bir nəfər xəsarət almış, ölən olmamışdı. 14 iyun 1972-ci ildə Yaponiya Hava Yollarına məxsus təyyarə 471 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanına eniş vaxtı qəzaya uğramışdır. Nəticədə 76 sərnişindən 72-si, 11 ekipaj üzvündən 10-u həmçinin 3 nəfər də yerdə ölmüşdü. 31 may 1973-cü ildə Hindistan Hava Yollarına məxsus təyyarə 440 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanı eniş vaxtı qəzaya uğramışdır.