CINDIR

sif. Tamam köhnəlib yaramaz hala gəlmiş, cırıq-cırıq olmuş, geyilməsi qalmayan, yıpranmış.
Dilənçi, qoltuğundakı köhnə paltarı ki, ona Allah payı vermişdilər, Nurəddinə geyindirdi və bir cındır yaylıqla başını örtdü. S.S.Axundov.
[Toxucuların] əksəriyyəti … cındır çit çadralara bürünmüş qadınlar idi. Ə.Məmmədxanlı.

// is. mənasında. Əsgi parçası, yıpranmış, yırtılmış, cındır hala gəlmiş paltar və s.
◊ Cındırından cin hürkür – üst-başı tamam tökülmüş, cın-cındır geyinmiş adam haqqında.
Gözünə girsin, … o vaxt cındırından cin hürkürdü, indi forma geyib nəçərnik olmusan. S.Rəhimov.

Синонимы

  • CINDIR əsgi — cinda — cırıq

Антонимы

  • CINDIR CINDIR – TƏZƏ Başında cındır yaylıq, əynində cırıq köynək (S.Rüstəm); Təzə yaylığı ilə üzünün tərini sildi (“Azərbaycan”)

Этимология

  • CINDIR Cırılmaq feili ilə bağlıdır. Cırıq, cır-cındır sözlərindən məlum olur ki, burada etimon (etimoloji kök) “cı”dır
CINDA
CINDIR-MINDIR

Значение слова в других словарях