Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəfakeş Eduard
Eduard (ing. Eadweard, Edward the Martyr 962, Uesseks, İngiltərə - 18 mart 978) — İngiltərə kralı. Sülhsevər Edqarın birinci həyat yoldaşı Etelfledadan olan oğlu. Pravoslav, Katolik və Anqlikan kilsələrində müqəddəs kimi yad edilir. 975-ci ildə Kinqstonda kral elan edilmişdir. == Ölümü == 18 mart 978-ci ildə (və ya 979) kral Dorsetşirdə yerləşən Korf qalasına dəvət olunur. Burada onu şahzadə Etelred və anası, Sülhsevər Edqarın ikinci həyat yoldaşı Elfreda gözləyirdilər. Elfredanın qulluqçuları Eduardı dairəyə alaraq əllərini birləşdirdilər və qulluqçuların biri xəncərlə Eduardın sinəsinə zərbə endirdi. Nəticədə Eduard atdan yıxılsa da, ayağı üzəngiyə ilişir. At isə qaçaraq qaladan uzaqlaşır və meşəyə tərəf gedir.
Mərakeş
Mərakeş (ərəb. المغرب‎‎‎, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (ərəb. المملكة المغربية‎‎‎, Əl-Məmləkə Əl-Məğribiyə) — Afrika materikinin şimal-qərb hissəsində ərəb dövləti. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir. == Tarixi == Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (Mürabitlər, Müvəhhidlər, Vəttasilər, Mərinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır. XI əsrdən başlayaraq bir sıra bərbər sülalələri müasir Mərakeşin ərazisində hakimiyyətdə olub.
Məhəmmədiyyə (Mərakeş)
Məhəmmədiyyə, (ərəb. المحمدية‎, Al-Muhammadia) keçmişdə Fedala (ərəb. فضالة‎; fədl-ül Allah / Fəzlullah adından), Mərakeşin şimal-qərb hissəsində liman şəhəri. Atlantik okeanı sahilində, Kasablanka şəhərinin 24 km şimal-şərqində. 14-cü və 15-ci əsrlərdə taxıl və qurudulmuş meyvə satın alan Avropalı ticarət gəmilərinin diqqət nöqtəsi olan şəhər, 18-ci və 19-cu əsrlərdə zaman-zaman xristian tüccarlarca taxıl ixrac antreposu olaraq istifadə edildi.Şəhərdə 1913-cü ildən sonra fransızlar tərəfindən müasir liman təsisləri quruldu.Şəhər, 1959-cu ildə Mərakeş sultanı V. Məhəmmədin (hd 1927–1961) adını aldı. Ölkə xaricindən limana gələn xam neft şəhərin dərhal cənub-qərbində iştirak edən, ölkənin ən böyük neft rafinerisində işlənir. == Qardaş şəhərlər == Gent, Belçika Zaviyə, Liviya Perpiniya, Fransa Belfor, Fransa Drö, Fransa Noqinsk, Rusiya. Ciyanqyin, Çin.
Mərakeş Krallığı
Mərakeş (ərəb. المغرب‎‎‎, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (ərəb. المملكة المغربية‎‎‎, Əl-Məmləkə Əl-Məğribiyə) — Afrika materikinin şimal-qərb hissəsində ərəb dövləti. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir. == Tarixi == Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (Mürabitlər, Müvəhhidlər, Vəttasilər, Mərinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır. XI əsrdən başlayaraq bir sıra bərbər sülalələri müasir Mərakeşin ərazisində hakimiyyətdə olub.
Mərakeş bayrağı
Mərakeş bayrağı — Mərakeşin Dövlət bayrağı Mərakeş Krallığının dövlət bayrağı rəsmi olaraq, 1915-ci ilin noyabr ayının 17-də təsdiq edilib. Bayraqdakı qırmızı rəng Məkkə şəriflərinin rəngidir. Pentaqramma, yəni beşguşəli ulduz isə "Solomonun möhürü" olub, həyat və sağlamlıq simvolu hesab edilir. Ölçüsü 2:3 nisbətindədir.
Mərakeş burnu
Мərakeş burnu (Tarif burnu) — Avropanın ucqar cənub nöqtəsidir. Tarif şəhərinin cənub qutaracağında yerləşir. İspaniyanın Kadis vilayəti ərazisində yerləşir. Burun keçmiş Tarif adasında yerləşirdi, sonradan ada damba ilə materikə birləşdirilmişdir. Cəbəllütariq boğazında Atlantik okean və Aralıq dənizinin birləşdiyi nöqtədə yerləşir. Buradan Afrikaya ən qısa məsafə 14 km təşkil edir. Hazırda burun bütünlüklə ordunun nəzarətindədir. 1826-cı ildə burada mayak inşa edilmişdir. 710-cu ildə ərəb hərbi komandanı Tarif 500 əsgərlə birlikdə bölgəyə daxil oluraq qarətçiliklə məşğul olur. Geri qayıdarkən isə artıq varlı kimi dönür (Şəhərin və burunun digər adı onunla bağlıdır).
Mərakeş himni
Şerifiyən himni və ya Mərakeş himni (ərəb. النشيد الوطني المغربي‎‎) 1956-cı ildən ki, Mərakeş müstəqilliyini əldə etdi, himni idi. Sözlərinin müəllifi Əli Squəlli Hüseyni və bəstəkarı Leo Morqan dır.
Mərakeş mahmızcası
Mərakeş mahmızcası (lat. Linaria maroccana) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi dikduran olub hündürlüyü adətən 30-35 sm-ə olur. Bəzən hündürlüyü 2-4 sm uzunluqda yarpaqları ilə birlikdə 50 sm-ə qədər çata bilir. Dekorativ bitkidir. İyunun ortalarından sentyabra kimi çiçəkləyir. Toxumlarının uzunluğu 0,6-0,8 mm, eni isə 0,4-0,5 mm olur.
Mərakeş rabitəsi
Mərakeş- Şimal-Qərbi Afrikada dövlət .Əlcəzair və Qərbi Böyük Səhra ilə həmsərhəddir. Aralıq dənizi və Atlantik okeanı ilə əhatələnir. Paytaxtı Rabat şəhəridir. Dağlıq ölkədir.Əhalisinin 99%-i mərakeşlilərdir, lakin fransız, ispan və digər xalqların nümayəndələri də burada yaşayır. == İnformasiya texnologiyaları == Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illərdə yüksək texnologiyanı inkişaf etdirən dövlət olduğunu sübut etmək üçün siyasət irəli sürdü. Ölkədə 1997-ci ildə keçirilən seçkidən sonra informatizasiyanın dünya iqtisadiyyatına inteqrasiyası təsdiq edildi. Bu da informasiya texnologiyaları sektorunun Mərakeşin siyasi və iqtisadi həyatında vacib amil olduğunu göstərir. Ölkə rəhbərliyinin səyi nəticəsində 1997-ci ildə Mərakeşi rəqəmli əsrə aparacaq bir orqan işıq üzü gördü. Bu, Poçt və İnformasiya Texnologiyaları Nazirliyidir. Əhalinin tələbatına tam cavab verilməsi üçün informasiya texnologiyaları üzrə xidmət və məhsulların təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən bir sıra layihələr irəli sürülməyə başlandı.
Zaqora (Mərakeş)
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. == Coğrafiya == Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. == Toponimika == Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Azərbaycan–Mərakeş münasibətləri
Azərbaycan–Mərakeş münasibətləri — Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 25-də qurulmuşdur. Azərbaycanla Mərakeş arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində inkişaf etdirilmişdir. === Fövqəladə və səlahiyyətli səfirlər === ==== Azərbaycan səfirləri ==== İqamətgahı Rabat şəhərində olmaqla Azərbaycan Respublikasının Mərakeş Kırallığında səfirliyi var. Hazırda Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyevdir. O, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təyin edilmişdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Mahir Əsədov olmuşdur. 4 mart 2016-cı il tarixindən İmamverdi İsmayılov işçi qrupunun rəhbəridir.
Kuba–Mərakeş münasibətləri
Kuba–Mərakeş münasibətləri — Kuba Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında 1980-ci ildə diplomatik böhran yaranmışdır. Belə ki, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımışdır ki, bu da Kuba–Mərakeş diplomatik münasibətlərinin dondurulması ilə nəticələnmişdir. Çünki Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək, ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır. Diplomatik münasibətlərin bərpası yalnız 37 il sonra - 2017-ci ilin aprelində baş tutmuşdur. Bununla bağlı sazişin imzalanma mərasimi Nyu-Yorkda olmuş, sənədə hər iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atmışlar.
Mərakeş–Suriya münasibətləri
Mərakeş—Suriya münasibətləri — Mərakeş və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == Ölkələr ortaq bir tarixə sahibdirlər: Roma İmperiyası tərəfindən müstəmləkə edilmiş və daha sonra ərəb istilalarına məruz qalmış, nəticədə Mərakeş və Suriya müsəlman dövlətləri olmuşlar. Bununla birlikdə Mərakeş müstəqil bir Ərəb-Bərbər krallığına çevrilir, Suriya isə Osmanlı İmperatorluğunun bir hissəsi olur. Ancaq sonra hər iki ölkə Fransa tərəfindən işğal edilir. Suriya 1946-cı ildə, Mərakeş isə 1956-cı ildə Fransadan müstəqilliklərini qazanır və bundan sonra ölkələr diplomatik münasibətlər qurur. Lakin sonradan, əhali arasında pan-ərəbçilik və İsrail əleyhinə düşüncə dalğası böyüdükcə, Suriya ölkədəki siyasi narahatlıqla qarşılaşır. 1963-cü ildə Qərb Dünyası ölkələrinin Mərakeş tərəfini tutduqları və Birləşmiş Ərəb Respublikasının Əlcəzairi dəstəklədiyi Əlcəzair-Mərakeş sərhəd qarşıdurması yaşanır. O vaxtdan bəri Suriyanın ölkənin Qərblə, xüsusən də ABŞ və İsrail ilə sıx əlaqələri səbəbi ilə Mərakeşə inamsızlıq göstərir. Bu səbəbdən ölkələr rasında məhdud iş birliyi müşahidə olunur. 1965-ci ildə Mərakeş Kralı II Həsən, Mossad və Şabak agentlərini gizli şəkildə Altı günlük müharibədəki döyüşlərdə və Suriyanın məğlub edilməsində mühüm rol oynayan Ərəb Birliyi liderlərinin Kasablanka toplantısına dəvət edir və bu da Mərakeş ilə münasibətləri daha da gərginləşdirir.
İkinci Mərakeş böhranı
İkinci Mərakeş böhranı və nəticələri. Rus-alman danışıqlarının sona çatması 3-cü dəfə Mərakeş böhranının kəskinləşməsi dövrünə düşdü.1911ilin yazında Mərakeşin paytaxtı Fesin ətrafında üsyan baş verdi. Fransızları müdafiə etmək bəhanəsi ilə 1911-ci ilin mayında Fransa Fesi işğal etdi və Mərakeş Fransanın ixtiyarına keçdi. Vilhelm vəziyyəti düzəltməyə cəhd etdi. O ya Mərakeşin 1 hissəsini almaq, ya da bunun əvəzində yaxşı başqa nəyəsə nail olmaq ümidində idi. Fransa hələ apreldə alman hökumətini xəbərdar etmişdi ki, avropalıları müdafiə etmək məqsədi ilə bəlkə onlar müvəqqəti olaraq öz qoşunlarını Fesə yeritsinlər. Kiderlen etiraz etmədi. O qeyd etdi ki, Fransanın loyallığına şübhə etmir. Sonra isə əlavə etmişdi ki, əgər Fransa ordusu Fesdə qalarsa, onda Mərakeşin müstəqilliyindən söhbət gedə bilməz. Bu həm də Alxesiras traktatının faktiki olaraq öz əhəmiyyətini itirməsi demək idi.
İordaniya–Mərakeş münasibətləri
İordaniya—Mərakeş münasibətləri — Mərakeş və İordaniya arasında iki tərəfli diplomatik münasibətlər. İordaniyanın Rabatda, Mərakeşin isə Əmmanda diplomatik nümayəndəliyi vardır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı Parlamentləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatının, UNESCO-nun üzvüdürlər İkitərəfli münasibətlər yalnız ölkələr arasındakı yaxın sosial-iqtisadi əməkdaşlıqla deyil, həm də hakim krallıq sülalələri, Haşimilər və Alauitlər arasındakı güclü əlaqələrlə xarakterizə olunur. Bundan əlavə İordaniya və Mərakeş bölgədəki ən liberal monarxiya dövlətlərindən hesab olunur. == Tarix == İordaniya ilə Mərakeş arasında müasir ikitərəfli münasibətlər XIX əsrdə, hər iki ölkənin sırasıyla İngiltərə və Fransadan müstəqillik qazandıqdan sonra qurulur. 20-ci əsrdə hər iki krallıq daxili iğtişaşlar və xüsusən də pan-ərəb hərəkatları, zorla hökuməti devirmək cəhdləri ilə qarşılaşmışlar. Hər iki ölkənin hökumətlərinin İsrail ilə gizli ikitərəfli əlaqələri olduğu da təsbit edilmişdir. Bütün çətinliklərə baxmayaraq, əsrin ikinci yarısında İordaniya (Hüseyn ibn Talal) və Mərakeş (II Həsən) hökmdarları öz dövlətləri daxilində siyasi və sosial-iqtisadi vəziyyəti sabitləşdirməyi bacarmışlar. Məlumdur ki hər iki kral yaxın bir şəxsi münasibətlərə sahibdir və bu da kral ailələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək etmişdir]. Oğulları sırasıyla II Abdullah ibn Hüseyn və VI Məhəmməd, bu gün də hər iki ölkədə məşhur və populyar dövlət rəhbərləridirlər.
İordaniya—Mərakeş münasibətləri
İordaniya—Mərakeş münasibətləri — Mərakeş və İordaniya arasında iki tərəfli diplomatik münasibətlər. İordaniyanın Rabatda, Mərakeşin isə Əmmanda diplomatik nümayəndəliyi vardır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı Parlamentləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatının, UNESCO-nun üzvüdürlər İkitərəfli münasibətlər yalnız ölkələr arasındakı yaxın sosial-iqtisadi əməkdaşlıqla deyil, həm də hakim krallıq sülalələri, Haşimilər və Alauitlər arasındakı güclü əlaqələrlə xarakterizə olunur. Bundan əlavə İordaniya və Mərakeş bölgədəki ən liberal monarxiya dövlətlərindən hesab olunur. == Tarix == İordaniya ilə Mərakeş arasında müasir ikitərəfli münasibətlər XIX əsrdə, hər iki ölkənin sırasıyla İngiltərə və Fransadan müstəqillik qazandıqdan sonra qurulur. 20-ci əsrdə hər iki krallıq daxili iğtişaşlar və xüsusən də pan-ərəb hərəkatları, zorla hökuməti devirmək cəhdləri ilə qarşılaşmışlar. Hər iki ölkənin hökumətlərinin İsrail ilə gizli ikitərəfli əlaqələri olduğu da təsbit edilmişdir. Bütün çətinliklərə baxmayaraq, əsrin ikinci yarısında İordaniya (Hüseyn ibn Talal) və Mərakeş (II Həsən) hökmdarları öz dövlətləri daxilində siyasi və sosial-iqtisadi vəziyyəti sabitləşdirməyi bacarmışlar. Məlumdur ki hər iki kral yaxın bir şəxsi münasibətlərə sahibdir və bu da kral ailələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək etmişdir]. Oğulları sırasıyla II Abdullah ibn Hüseyn və VI Məhəmməd, bu gün də hər iki ölkədə məşhur və populyar dövlət rəhbərləridirlər.
Mərakeş Avroviziya Mahnı Müsabiqəsində
Mərakeş 1980-ci ildə Avroviziyada iştirak edib. Ölkə Avropa ölkəsi olmasa da, Avropa Yayım İttifaqının üzvü olduğu üçün müsabiqədə iştirak etmək hüququ vardır.
Mərakeş milli futbol komandası
Mərakeş milli futbol komandası — kişilər arasında beynəlxalq futbol yarışlarında Mərakeşi təmsil edir. FRMF kimi tanınan "Kral Mərakeş Futbol Federasiyası" tərəfindən idarə olunur. Komandanın rəngləri qırmızı və yaşıldır. "Atlas Lions" ləqəbli Mərakeş milli futbol komandası həm FİFA, həm də Afrika Futbol Konfederasiyasının (CAF) üzvüdür. Beynəlxalq səviyyədə Mərakeş 1976-cı ildə Afrika Millətlər Kubokunu, iki Afrika Millətlər Çempionatını və bir dəfə FİFA Ərəb Kubokunu qazandı. Onlar altı dəfə futbol üzrə dünya çempionatında iştirak ediblər. Onların ən yaxşı nəticəsi 1986-cı ildə, Dünya Kubokunda qrupda birinci olan ilk Afrika millisi olduğu vaxta təsadüf edir. Bununla belə, onlar sonda qrupda ikinci olan Qərbi Almaniyaya 1-0 hesabı ilə uduzurlar. == Tarixi == == Oyun Forması == Mərakeşin ev rəngləri ən çox qırmızı köynəklər, yaşıl şort və corablardır, uzaq rənglər ümumiyyətlə ağ və ya tamamilə yaşıl olur. == Oyunçular == === Son heyət === Aşağıdakı 26 futbolçu 2022 FIFA Dünya Çempionatına çağırılıb.
Mərakeş-Safi zəlzələsi (2023)
Mərakeş-Safi zəlzələsi — 8 sentyabr 2023-cü ildə Mərakeşin Mərakeş-Safi bölgəsində baş vermiş Mww 6,8 bal gücündə zəlzələ. Zəlzələnin episentri Marrakeşdən 71,8 km cənub-qərbdə, Atlas dağlarında İqil şəhəri yaxınlığında yerləşib. Zəlzələ dağ silsiləsi altında az dərinlikdəki maillik qırılması nəticəsində baş vermişdir. Ən azı 2946 nəfərin öldüyü, 5600-dən artıq insanın yaralandığı məlumdur. Mərakeşdəki binalara və tarixi abidələrə ziyan dəyib. Zəlzələ İspaniya, Portuqaliya və Əlcəzairdə də hiss olunub.
2011-ci il Mərakeş iğtişaşları
2011-ci il Mərakeş iğtişaşları - Mərakeşdə kral VI Məhəmmədin hakimiyyətinə son qoyulması tələbi ilə keçirilən aksiyalar faciəvi hadisələrə yol açmışdır. Əl-Xoseym şəhərində aksiyaçılar bir bankın şöbəsini yandırıblar. Həmin vaxt binada olan 5 bank işçisi diri-diri yanıb. Mərakeş hakimiyyəti hadisə ilə bağlı araşdırma başladığını bəyan edib. Ümumiyyətlə, aksiyalar zamanı 128 nəfər yaralanıb, 120 nəfər saxlanılıb. Rabat və Kasablanka şəhərlərində keçirilən aksiyalar dinc xarakter daşısa da, mağazaları talan edən qruplar meydana gəlmişdi. Qeyd edək ki, Mərakeşdə 20 Fevral Hərəkatı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ölkədə kral hakimiyyətinə, korrupsiyaya son qoymaq, həyat şəraitini yaxşılaşdırmaq tələbləri ilə aksiya təşkil edir.Mərakeşdə minlərlə nümayişçi paytaxt Rabatın küçələrinə çıxaraq kralın səlahiyyətlərinin azaldılmasını, korrupsiya ilə mübarizənin aparılmasını və siyasi islahatlar tələb ediblər. Nümayişlərə polis müdaxilə etməyib, etirazçılar əllərində Tunis və Misir bayraqları tutublar. Nümayişlərin təşkilatçısı olaraq “20 fevral hərəkatı” adlanan, Facebook səhifələrində qurulan hərəkat çıxış edir. Hərəkatın Facebook səhifəsində 19 mindən çox davamçısı qeydiyyatdan keçib.
Mərakeş 2018 Qış Olimpiya Oyunlarında
Mərakeş 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Mərakeş «A» kateqoriyası üzrə 1 kişi idmançı ilə təmsil olunacaqdır. Ölkəni təmsil etmək hüququ məxsusdur Adam Lamhemidiyə məxsusdur. Kişilər ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əsasən Mərakeş «B» kateqoriyası üzrə kişilərin 15 km-lik yürüşündə iştirak hüququ əldə etmişdir.
Mərakeş FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Mərakeş klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Mərakeş 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Mərakeş — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Mərakeş Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu və 1 qızıl medala sahibi oldu.
Remakes (albom)
Remakes – Azərbaycan müğənnisi Aygün Kazımovanın yığma albomu. Alboma 9 mahnı daxildir. Albom Xalq artisti Aygün Kazımovanın əməkdaşlıq etdi SS Production şirkətinin prodüsserliyi ilə işıq üzü görmüşdür. == Hazırlanması == Alboma 2001-ci ildən 2020-ci il də daxil olmaqla Aygün Kazımovanın ifasında SS Production şirkətinin prodüsserliyi ilə təqdim olunan mahnıların yeni versiyaları daxildir. Albomdakı Günah adlı ifa, Aygün Kazımovanın 2016-cı ildə ifa etdiyi Yalana Bax adlı mahnısının remiks versiyasıdır. Mahnının remiksini Azərbaycanlı DJ Jay Aliyev etmişdir. Albomdakı Пусть adlı mahnı, Pop Divanın S.U.S. sinqlının rusca versiyasıdır.
Cakes Markault
Rene Rillon (7 dekabr 1883 — 18 yanvar 1979) — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Rene Rillon Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rene Rillon birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.