Azərbaycan–Mərakeş münasibətləri — Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan–Mərakeş münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Mərakeşdaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Nazim Səmədov[1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdır[2].
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 25-də qurulmuşdur[3].
Azərbaycanla Mərakeş arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində inkişaf etdirilmişdir.
İqamətgahı Rabat şəhərində olmaqla Azərbaycan Respublikasının Mərakeş Kırallığında səfirliyi var. Hazırda Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyevdir. O, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təyin edilmişdir[4].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Mahir Əsədov olmuşdur[6]. 4 mart 2016-cı il tarixindən İmamverdi İsmayılov işçi qrupunun rəhbəridir[5].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |