Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəmilə
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Həlilə
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Cəlalə Nəzəroğlu
Cəlalə Nəzəroğlu (17 avqust 1984, Masallı rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı. == Həyatı == == Fəaliyyəti == Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında səhər departamentinin rəhbəri və "Salam, Azərbaycan" proqramının aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə "Libraff" mağazalar şəbəkəsinin direktoru olub. ASAN radioda yayımlanan "Ana dili", REAL televiziyasında efirə gedən "Redaktor" layihələrinin müəllifi olmuşdur. Rəhbərlik etdiyi Diksiya Akademiyası MMC "ASAN xidmət"lə birlikdə "Ana dilində hekayəni danış" adlı natiqlik çempionatı keçirib. Hazırda Diksiya Akademiyası MMC-yə rəhbərlik etməkdədir. === Kitabları === "Danışığınla həyatı qazan" === Mükafatları === "İlin ən yaxşı radio aparıcısı 2017" == İstinadlar == == Xarici keçidlər == Bizimkilər — Cəlalə Nəzəroğlu: "İlk dəfə efirə çıxanda çənəm, əl-ayağım titrəyirdi" Cəlalə Nəzəroğlu. "Doğrudan", yoxsa "Doğurdan"?
Cəmilə (ad)
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Cəmilə (dəqiqləşdirmə)
Cəmilə — 1958-ci ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. Cəmilə — Əlcəzair ərazisində yerləşən Qədim Roma şəhəri.
Cəmilə (povest)
Cəmilə — 1958-ci ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. == Süjeti == Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ailə getməliyəm, ancaq ona baxmaqdan hələ də doya bilmirəm. Elə bil şəkil mənə xeyir-dua verəcəkdir. Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarim aildən yanima gəldikdə də onu gizlətməyə çalişiram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə, o, sənət əsəri olmaqdan çox uzaqdır. Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir. Şəklin dərinliyində boz payızın səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır.
Cəmilə (roman)
Cəmilə — Orxan Kamalın yazdığı roman. == Məzmun == Çox gənc yaşlarında həyat mübarizəsi ilə qarşılaşan Orxan Kamal ürəyində iz buraxan hər şeyi ədəbiyyata köçürüb. Yaşadıqları, şahidi olduqları, müşahidə etdikləri qələminin ucunda hekayəyə, romana, tamaşaya, şeirə çevrildi. O, həyatı çox sadə dildə təsvir etsə də, sanki ustad rəssamın fırçası ilə çəkirdi. Halbuki o, ağrı-acı, çarəsizlik və yoxsulluğu təsvir edərkən belə, misraları arasında həmişə yaşamaq sevinci, ümid var idi. "Cəmilə" Orxan Kamalın həyatından sətirləri aşıb-daşdıran bir romandır. Arxa planda 1934-cü ildə Adanada bir kasıb fəhlə məhəlləsi və işçilərin dolanışıq mübarizəsi izah edilir; Bosniyalı gözəl qız, fəhlə Cəmilə ilə ayda 24 lirə 95 kuruş cəza alan Katib Necatinin sevgi hekayəsi. Orxan Kamal öz qəhrəmanlarını və yaşadıqları mühiti özünəməxsus realizmi ilə təsvir edərkən, cəmiyyətin bütün yoxsulluğuna, düşmənçiliyinə, prinsipsizliyinə, duyarsızlığına qarşı insanları ayaqda tutan həmrəylik və dostluq bağlarının möhkəmliyini vurğulayır. == Xarici keçidlər == Cemile — Orhan Kemal Cemile Cemile "Qanun Nəşriyyatı".
Cəmilə (şəhər)
Cəmilə (ərəb. جميلة‎) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir. III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır. VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur. Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183–185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi.
Cəmilə Allahverdiyeva
Cəmilə Telman qızı Allahverdiyeva — A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Fəxri Mədəniyyət İşçisi, Azərbaycanın əməkdar artisti (2018) == Həyatı == Cəmilə Telman qızı Allahverdiyeva 26 oktyabrda Sumqayıt şəhərində anadan olub, 33 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil ala-ala 1997-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına artist vəzifəsinə qəbul olur. O, Firidun Qurbansoy və Bəhram Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında Dürat, Rəhman Əlizadənin «Ələkbər əmi gülüş planetində» tamaşasında Fitnə Cadu, Hamhamə, Çilli, Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında Göyçək Fatma, Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında Bəsti nənə, Ana, Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında Gülbahar, Xanımana Əlibəylinin «Ləpələrin nağılı» tamaşasında Mərcan, Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında Hadı, Rəhman Əlizadənin «Qız qalası» tamaşasında Dilbər, Özəl Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında Misket balığı, Rəhman Əlizadənin «Fantaziya» Zibeydə, «Tülkünün uçuşu» tamaşasında Hacıleylək, Federiko Qarsiya Lorkanın «İlbizin mahnısı» tamaşasında İlbiz rollarını ifa edib. 2006-2009-cu illərdə Azərbaycan Dövlət Gənclər teatrında çalışıb. Həmin illər ərzində oynadığı rollar: «Məkrlilərin vəkilləri» (R.Əlizadə) Gülsəba, «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev) Fəridə, «Dünyanın axırı» (R.Əlizadə) III Dəli, Qız, «Tülkünün uçuşu» (A.Şaiq) Hacıleylək, «Sara xatun» (N.Saraclı) Xanbikə, «Su Pərisi» (F.Mustafa) Su Pərisi. 2009-cu ilin aprel ayından yenidən Kukla teatrında yüksək dərəcəli artist kimi fəaliyyətə başlayıb. (K.Qotsi) "Turandot" tamaşasında Turandot, (V. Şekspir) "Yay gecəsində yuxu" Bədləkər, İppolita, Titaniya, "Xeyir və Şər" (N. Gəncəvi) Şər, "Dünya gözəli" (A. Şaiq) Dünya gözəli, Simurq, "Quşcuğaz" (N.Ağayev) Nağılçı, Eybəcər, Ahu, Emma, Səriyyə nənə, "Pinokkionun sərgüzəştləri"(K.Kolladi) Tülkü, "Sindbadın xoşbəxtlik adasına səyahəti" (R. Əlizadə) Fatma, Şəms Qəmər, Şah, "Sehrbaz qadın" Qız, "Dəli Domrul" (səhnələşdirəni, quruluşçu-rejissoru R. Əlizadə) Xatun, Ana, "Qoğal" (rus xalq nağılı) Qoğal, "Sehirli üzük" Qız kəpənək, "Tıq-tıq xanım" (A. Şaiq) tamaşasında Tıq-tıq xanım, "Çəkməli Pişik"(Ş. Perro) Xoruz, "Oyaq gözəl"(V.İlyuxov) Qorxaq matros, "Qırmızı Papaq"(Ş.Perro)tamaşasında Qırmızı Papaq, "Unudulmuş Kukla" S.Sveyqin "Yad qadını məktubu" novellası əsasında mono tamaşa, "Pişiyin evi" (S.Y.Marşak) Pişik xanım, "Turp"(rus xalq nağılı) Müqəvva, "Maşa və Ayı" Maşa, "Yeddi nar çubuğu"(Z.Rüfətoğlu) Xatun, Şahın oğlu, "Düyməcik"(H.X.Andersen) Düyməcik və s. tamaşalarında rolları ifa etmişdir. == Mükafatları == 2011- ci ildə Teatr Xadimləri İttifaqında keçirilən ustad qiraətçi Həsən Əbluçun xatirəsinə həsr olunmuş "Hər şeydən yüksəkdir sözün məqamı" müsabiqədə qiraət üzrə II yer ilə təltif olunub. 2013- cü ildən "FƏXRİ MƏDƏNİYYƏT İŞÇİSİ" döş nişanı ilə təltif olunub. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Cəmilə Atayeva
Cəmilə Atayeva (1946, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Cəmilə Şamil qızı Atayeva 1946-cı ildə Bakıda anadan olub. Xoreoqrafiya məktəbini bitirib. 1962-ci ildən səhnədədir. Bir qədər Opera və Balet Teatrında çalışdıqdan sonra Musiqili Komediya Teatrının aparıcı solisti olub. Müxtəlif kinostudiyalarda çəkilmiş "Hava məbədi", "Silahlı çox təhlükəlidir", "Tehran-43", "Təyyarələr enmədi" (Özbəkfilm) filmlərində çəkilib. Hazırda Nizami kinoteatrında nəzarətçi işləyir.
Cəmilə Bayramova
Cəmilə Əsədulla qızı Bayramova (20 iyul 1957, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1975). 1975-1991 illərdə Azərb. Dövlət Rəqs Ansamblında işləmişdir. 1999 ildən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında rəqqasə işləyir. Xəzər Universiteti qızlardan ibarət rəqs ansanblını yaratmış, orada müəllimlik etmişdir.
Cəmilə Cabbar
Cəmilə Cabbarova (1978, Bakı) — pianoçu. == Həyatı == 1978-ci ildə Bakıda anadan olmuş Cəmilə xanım indi İzmir Opera Teatrında çalışır. Hazırda Türkiyənin Zafer Erdaş, Tuncay Kurtoğlu və Tevfik Rodosdan ibarət ən güclü opera üçlüyünün ("Üç Bas") çıxışlarını müşayiət edən Cəmilə Cabbarova sonuncu dəfə fevralın 2-də Ankarada səhnəyə çıxıb. Həmin gün Ankara Dövlət Opera və Balet Teatrında "Üç Bas"ı müşayiət edən Cəmilə Cabbarova yenidən qardaş ölkə mətbuatının gündəminə düşüb. Konsertdə Cəmilə xanımın müşayiəti ilə qardaş ölkənin üç ən güclü səsinin ifasında klassik Qərb və Şərq musiqiləri ilə yanaşı, Azərbaycan mahnıları da ifa olunub. == Cəmilə Cabbarovanın dosyesi == 32 yaşlı pianoçu xanım nə az, nə çox, düz 14 il Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 6 yaşından piano sinfinə gedən Cəmilə xanım 1996-ci ildə Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Dilarə Mirzəquliyevanın sinfində oxuyan Cəmilə Cabbarova, 2000-ci ildə Oqtay Abbasquliyevin tələbəsi olaraq, Bakı Musiqi Akademiyasından məzun olub. 2002-ci ildə doktoranturanı bitirərək, 2003-cü ildə Moskva Dövlət Konservatoriyasında master-klasslara qatılıb. 2004-cü ildə Almaniyada "İstedadlı musiqiçilər" adlı master-klassa qatılan Cəmilə xanım 6 mövsümdür ki, İzmir operasında çalışır, Türkiyədə və Avropanın bir çox ölkələrində saysız-hesabsız konstertlərdə iştirak edir.
Cəmilə Cabbarova
Cəmilə Cabbarova (1978, Bakı) — pianoçu. == Həyatı == 1978-ci ildə Bakıda anadan olmuş Cəmilə xanım indi İzmir Opera Teatrında çalışır. Hazırda Türkiyənin Zafer Erdaş, Tuncay Kurtoğlu və Tevfik Rodosdan ibarət ən güclü opera üçlüyünün ("Üç Bas") çıxışlarını müşayiət edən Cəmilə Cabbarova sonuncu dəfə fevralın 2-də Ankarada səhnəyə çıxıb. Həmin gün Ankara Dövlət Opera və Balet Teatrında "Üç Bas"ı müşayiət edən Cəmilə Cabbarova yenidən qardaş ölkə mətbuatının gündəminə düşüb. Konsertdə Cəmilə xanımın müşayiəti ilə qardaş ölkənin üç ən güclü səsinin ifasında klassik Qərb və Şərq musiqiləri ilə yanaşı, Azərbaycan mahnıları da ifa olunub. == Cəmilə Cabbarovanın dosyesi == 32 yaşlı pianoçu xanım nə az, nə çox, düz 14 il Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 6 yaşından piano sinfinə gedən Cəmilə xanım 1996-ci ildə Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Dilarə Mirzəquliyevanın sinfində oxuyan Cəmilə Cabbarova, 2000-ci ildə Oqtay Abbasquliyevin tələbəsi olaraq, Bakı Musiqi Akademiyasından məzun olub. 2002-ci ildə doktoranturanı bitirərək, 2003-cü ildə Moskva Dövlət Konservatoriyasında master-klasslara qatılıb. 2004-cü ildə Almaniyada "İstedadlı musiqiçilər" adlı master-klassa qatılan Cəmilə xanım 6 mövsümdür ki, İzmir operasında çalışır, Türkiyədə və Avropanın bir çox ölkələrində saysız-hesabsız konstertlərdə iştirak edir.
Cəmilə Həsənzadə
Cəmilə Yusif qızı Həsənzadə (7 dekabr 1947 və ya 1947, Bakı – 27 avqust 2022, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, professor, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi. == Həyatı == Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ. Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir, 1983-cü ildən N. Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib. 1976-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi. 1983-cü ildə SSRİ-ı toplularında XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan, rus, fransız, ingilis dillərini bilirdi. == Yaradıcılığı == === Kitablar === Müxtəsər incəsənt tarixi (1999) "Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı" monoqrafiyası (1999) Тебризская школа в контексте мусульманской миниатюрной живописи (XIV - I половина XVI вв.). Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlıq. Elmi red.: K. C. Kərimov; Rəyçilər: N. İ. Rzayev.- B.: Nafta-Press, 2001.- 195 s.
Cəmilə Miçeyeviç
Cəmilə Miçeyeviç (xorv. Ćamila Mičijević; 8 sentyabr 1994, Haydenhaym an der Brents[d]) — Bosniya və Xorvat həndbolçu, 2020-ci ildə Avropa çempionatının bürünc mükafatçısı. == Həyatı == Miçieviç Almaniyada Bosniya və Herseqovinadan bir qaçqın ailəsində anadan olub. Müharibə bitdikdən sonra, 15 yaşına qədər yaşadığı Mostar'a qayıtdı və yerli Lokomotiv və Katarina həndbol komandalarında oynadı .
Cəmilə Novruzova
Cəmilə Novruzova (tam adı: Novruzova Cəmilə Həsən qızı; 9 aprel 1930, Naxçıvan – 4 may 2011) — sənətşünas, pedaqoq, sənətşünaslıq doktoru, professor (1990). == Həyatı == Cəmilə Novruzova 9 aprel 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 4 may 2011-ci ildə vəfat etmişdir. === Təhsili === 1952-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1962-ci ildə Azərbaycan Milli Elmlər Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi vəzifələrində çalışır. Azərbaycan heykəltəraşlığının yaranması və inkişafı problemlərinə, görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi əsərlərin müəllifidir. "SSRİ xalqları incəsənət tarixi" əsərinin hazırlanmasında iştirak etmişdir. 1988-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur. 1978-ci ildən Sənətşünaslıq doktoru, 1990-cı ildə professor olub. Sənətşünas Əsəd Quliyev sənətşünas alim haqqında yazırdı: "Professor Cəmilə Novruzovanın elmi fəaliyyət dairəsini XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin yaranması və inkişaf xüsusiyyətləri, heykəltəraşlıq problemləri və tanınmış heykəltəraşların yaradıcılığının araşdırılması əhatə edirdi.
Cəmilə Qurbanova
Qurbanova Cəmilə Fazil qızı (16 sentyabr 1972, Bakı) — azərbaycanlı professor. Tibb elmləri doktoru. 2013-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktorudur. == Həyatı == Qurbanova Cəmilə Fazil qızı 16 sentyabr 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1995-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ş. Ələsgərova adına 5 saylı doğum evində internatura keçmiş, 1996-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında klinik ordinaturada təhsil almışdır. 1998-ci ildə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının 2-ci Mamalıq və Ginekologiya kafedrasında əyani aspiranturaya daxil olmuşdur. 2000-ci ildə Rusiya Tibb Elmlər Akademiyasının akademiki A.N. Strijakovun rəhbərliyi ilə "Reproduktiv yaşda yumurtalıqların irinli iltihabi xəstəliklərinin diaqnostika və müalicəsində az invaziv cərrahiyyənin rolu" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi adı almışdır. O, elə həmin ildə də İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının Mamalıq və Ginekologiya kafedrasının müdiri akademik A.N. Strijakovun təqdimatı ilə elmi fəəliyyətini davam etdirmək üçün həmin kafedrada doktoranturaya qəbul olunmuşdur. Ailəlidir. Bir övladı var.
Cəmilə Rüstəmova
Cəmilə Rüstəmova (tam adı: Cəmilə Yaşar qızı Rüstəmova; d. 30 dekabr 1968. Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru. == Həyatı == 30 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı şəhəri 210 № -li orta məktəbi bitirmişdi. 1991-ci ildə Leninqrad Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1992-ci ildən Baki Dövlət Universitetində "Azərbaycanın yeni və ən yeni tarixi" kafedrasında elmi- pedaqoji işə başlamışdı. 2003-cü ildə "Национальная буржуазия в период Азербайджанской Демократической Республики" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2012-ci 17 aprel Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası qərarı ilə Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası üzrə dosent elmi adı vermişdir. 2014-cü ildə "Национальная буржуазия Азербайджана в годы I -вой мировой войны" müvzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Cəmilə Sultan
Cəmilə Sultan (18 avqust 1843, Bəylərbəyi Sarayı, Konstantinopol – 26 fevral 1915, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. == Həyatı == === İlk illəri === 18 avqust 1843-cü ildə Bəylərbəyi sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı Sultan Əbdülməcid, anası onun xanımlarından Düzdidil xanımdır. Dünyaya gəlişi üç gün ard-arda atılan top atəşləriylə paytaxtda elan olundu. Dünyaya gəlişi səbəbilə dönəmin validə sultanı Bəzmialəm Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Cəmilə Sultana dəyərli hədiyyələr verildi. Hələ 2 yaşında ikən 1845-ci ildə anası Düzdidil xanım tutulduğu vərəm xəstəliyi səbəbilə vəfat etdi. Atasının istəyilə 2 yaşlı qızcığaz Sultan Əbdülməcidin övladı olmayan xanımı Pərəstu xanımın himayəsinə verildi. Pərəstu xanım gələcəkdə Tirimüjgan xanımın vəfatıyla yetim qalan Əbdülhəmid Əfəndini də öz himayəsinə alacaq, uşaqlı illəri birlikdə keçən Cəmilə Sultanla Sultan Əbdülhəmidin bir-birinə yaxınlığı məhz bu illərdən başlayacaqdır. 20 sentyabr 1847-ci ildə keçirilən saray mərasimiylə, bacıları Fatma Sultan, Rəfiyə Sultan, qardaşları Əbdülhəmid Əfəndi və Murad Əfəndiylə birlikdə Topqapı sarayındakı şahzadələr məktəbində ilk təhsilinə başlanıldı.
Əyn-Məlilə
Əyn-Məlilə (ərəb. عين مليلة‎) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi. Şəhər vilayətin şimal-qərb hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 772 metr yüksəklikdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 88,441 nəfər idi.
Cəmilə Abbasova
Cəmilə Abbasova — Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Səid Cəlili
Səid Cəlili (farsca: سعید جلیلی; 6 sentyabr 1965, Məşhəd) — İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş sədri və keçmiş baş nüvə müzakirəçisi. Tehranın İmam Sadiq Universitetinin Siyasi Elmlər Bölməsində doktorantura təhsilini tamamlayan Cəlili həmin universitetin müəllimidir. S. Cəlili İran-İraq müharibəsi zamanı İran İnqilab Keşikçiləri Ordusuna bağlı könüllü təşkilatının üzvü kimi dəfələrlə döyüşüb. İranın İraq qüvvələrinə qarşı həyata keçirdiyi Kərbəla-5 əməliyyatı zamanı sağ ayağından yaralanıb və sağ ayağını amputasiya etməli olublar. Hazırkı vəzifəsi İranın dini lideri Əli Xamneyi tərəfindən təsdiqlənən Səid Cəlili İran Xarici İşlər Nazirliyində Avropa və Amerika Departamentinin rəhbəri kimi müxtəlif vəzifələrdə çalışıb. İranda seçkilər qabağı Səid Cəlilinin şansları daha yüksək görünür. İranda prezidentliyə namizədlərin seçkiqabağı təbliğat kampaniyası başlayıb. Bildirilir ki, kampaniya Konstitusiya Şurası tərəfindən təsdiqlənən 6 namizədin siyahısı elan edildikdən sonra başlayıb və namizədlər arasında bununla bağlı püşkatma keçirilib. Bu gün ilk olaraq təbliğata üç namizəd — Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq. İran İslam Respublikası Yayımları (İRİB) üzrə beş canlı televiziya debatını əhatə edən kampaniya seçkiyə 24 saat qalmışa qədər davam edəcək.
Cəmilə Tağızadə
Cəmilə Tağızadə (tam adı: Tağıyeva Cəmilə Karl qızı; d. 24 iyul 1987, Bakı,Azərbaycan) — azərbaycanlı aktrisa. == Həyatı == Cəmilə Tağıyeva 24 iyul 1987-ci il Bakı şəhərində anadan olub. 1994-cü il Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2005-ci ildə həmin məktəbdən məzun olaraq Azərbaycan Dövlət Kooperasiya kollecinə daxil olub. 2007-ci il Dövlət Kooperasiya kollecinin məzunu olub. 2009-cu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinə qəbul olub. 2013-cü il həmin universiteti fərqlənmə ilə bitirərək məzun olub. Xarici film istehsalçılarının "Ana yurdum" (2012 / İran) və "Əli və Nino" (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmlərində çəkilib. === Şəxsi həyatı === 7 sentyabr 2017-ci ildə Murat Temiz ilə ailə həyatı qurdu.
Cəmilə Şeyxi
Cəmilə Şeyxi (farsca:جمیله شیخی) — əslən İran azərbaycanlılarından olan aktrisa və Atila Pisyaninin anasıdır. == Həyatı == 1930-cu ilin aprelin 30-da Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ilin may ayının 23-də Tehran şəhərində vəfat etmişdir. Məşhur İran teatr və film aktyoru Atila Pisyaninin anası, Sitarə Pisyaninin nənəsidir. == Karyerası == O səhnəyə ilk dəfə 1957-ci ildə çıxmışdır. Filmlərə çəkilməyə isə 1975-ci ildə çəkilən Gəmi qəzası filmi ilə başlamışdır. O İran filmoqrafiyasının yaradıcılarından və ən qocaman üzvlərindən hesab olunurdu. Cəmilə Şeyxi bir çox tanınmış kino rejissorlarla birgə çalışmışdır. Ən məşhur ekran işi isə 1991-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilən Səyahətçilər filmidir. Bu roluna görə Cəmilə Şeyxi Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.
Cəlil Cəlilov (neftçi)
Cəlilov Cəlil Həsən oğlu (1922 – 1997, Bakı) — azərbaycanlı neftçi, geologiya-mineralogiya elmləri namizədi. == Həyatı == Cəlil Cəlilov 1922-çi ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur, 1940-cı ildə Şəki şəhərindəki orta təhsil məktəbini bitirmişdir. 1941-1943-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə ağır yaralandığına görə ordudan tərxis olunmuş və 1943-cü ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olaraq, 1949-cu ildə qaz və neft yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş, dağ mühəndis-geoloqu ixtisası almışdır. Əmək fealiyyətinə 1949-cu ildə Neft Daşlarının təməli qoyulan zamanda başlamışdır. Geoloq vəzifəsində işə başlamaqla Neft Daşlan Qazma İşləri İdarəsinin Baş geoloqu vəzifəsinə kimi yüksəlmişdir. "Neft Daşları", "Palçıq pilpiləsi", "Gürgan", "Çilov adası", "Həzi Aslanov", "Cənub" yataqlarının kəşfində və işlənməsində böyük əməyi olmuşdur. "Günəşli" dəniz neft-qaz yatağını ilkin açanlardan biridir. Qazmada geofiziki işlərin yerinə yetirilməsində rəhbərlik təşəbbüsü, qazılacaq quyuların sənədlərinin əvvəlcədən hazırlanması, qazma zamanı kəşfiyyat və istismar quyulannın layihə dərinliyinə çatdırılması, qoruyucu kəmərlərin nəzərdə tutulan dərinliyə buraxılması, qoruyucu və istismar kəmərlərinin arxasının sementlənməsində dəqiqlik kimi məsuliyyətli işlərin yerinə yetirilməsində xüsusi əməyi olmuşdur. "Neft Daşları", "Palçıq pilpiləsi", "Günəşli", "Çilov adası" yataqlarında yüzlərlə quyuların, xüsusilə dərin quyuların qazılmasına, mezozoya qazılan ilk quyuya, dərinliyi 3 km-dən çox olan quyu 2040 m maililiklə qazılaraq o vaxt üçün Avropa rekordu olmuş, Azərbaycanda ən böyük əyriliyə - Kv (60° 459 malik quyuların qazılmasına bilavasitə başçılıq etmişdir.
Celine (brend)
Celine (əvvəllər Céline olaraq yazılırdı) 1996-cı ildən LVMH qrupuna məxsus olan fransız geyim və dəbdəbəli dəri mallar brendidir. O, 1945-ci ildə Selin Vipiana (fr. Céline Vipiana) tərəfindən təsis edilmişdir.2015-ci ilin noyabr ayından etibarən qərargah Parisin 2-ci bölgəsində, Vivienne 16 ünvanında, "Fransız Tarixi Abidəsi təsnifatı"-na malik "Hôtel Colbert de Torcy" otelində yerləşir. Severin Merl (fr. Séverine Merle) 2017-ci ilin aprelindən Baş İcraçı Direktordur. 21 yanvar 2018-ci ildə LVMH (fr. Hedi Slimane) Edi Slimen-in Celine-də bədii, yaradıcılıq və imic direktoru vəzifəsini tutacağını elan etdi. == Brendin yaradılması == 1945-ci ildə Selin Vipiana (1915–1997) və əri Riçard sənayedə ilk lüks brendlərdən biri olan Celine adlı uşaq ayaqqabısı biznesini yaratdılar və Parisdə "52 rue Malte" ünvanında ilk butiklərini açdılar.Brend Raymond Peynet tərəfindən yaradılmış qırmızı fil loqosu ilə tanınıb. == Yeni mövqe == 1960-cı ildə brend fəaliyyətlərini idman geyimi anlayışına sahib bir qadın geyim markası olmaq üzrə dəyişməyə qərar verdi. Brend indi çantalar, loafers, əlcəklər və geyimlər kimi müxtəlif dəri məhsulları təklif edir.