Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Allaha şükür (film, 2009)
Onlar Allaha inanırdılar (50 Nobel mükafatçısı)
Onlar Allaha inanırdılar (ing. 50 Nobel Laureates and Other Great Scientists Who Believe in God; Onlar Allaha inanırdılar : 50 Nobel mükafatı laureatı və digər dahi alimlərin etirafları) — Tixomir Dimitrovun dünya şöhrətli alim və yazıçıların Allah haqda sənədlərlə sübut olunmuş fikirlərinin daxil edildiyi kitab. Bu kitab on bir illik tədqiqatların nəticəsidir. “Onlar Allaha inanırdılar” kitabına dünya şöhrətli alim və yazıçıların Allah haqda sənədlərlə sübut olunmuş fikirləri daxil edilib. Bu kitab on bir illik tədqiqatların nəticəsidir. Müəllif bu kitabı tərtib etmək üçün yüzlərlə kitab, məqalə və məktubları tədqiq etmiş, əsasən də, Bolqarıstan Milli Kitabxanasının (Sofiya), Milan İctimai Kitabxanasının (Milan) və Avstriya Milli Kitabxanasının (Vyana) arxivlərindən istifadə etmişdir. Hazırda həyatda olan bir çox Nobel mükafatı laureatları ilə yazışmış və onların Allah haqqında fikirlərini öyrənmişdir. Kitab 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 224 səhifədə 60x90 ölçüsündə çap edilib. Teizm Nobel mükafatı Nobel mükafatı laureatlarının siyahısı "Onlar Allaha İnanırdılar" ( (az.)). qedimqala.az.
Alaha
Alaha (ivr. ‏הלכה‏‎ Halakha, Halacha, Alaha; İvrit dilində "getmək" mənasındadır) — Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allah-Allah türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.
Allahu əkbər
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Allah-Taala
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allah (Bəhailikdə)
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Allah (dəqiqləşdirmə)
Allah
Amon (allah)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amun (allah)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Min (allah)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Bəhailikdə Allah
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Apis (münbitlik allahı)
Apis — Qədim Misir mifologiyasında müqəddəs öküz qiyafəsində, obrazında olan məhsuldarlıq, münbitlik allahı. Memfis şəhəri ona sitayişin mərkəzi idi. Apis Ptaxın və Ranın ruhu hesab edilirdi. Apisin mücəssəməsi xüsusi ağ ləkələri olan qara Öküz idi. Qədim misirlilər inanırdılar ki, Apis-öküzün qaçma ayini tarlaları münbitləndirir. Ptolemeylərin dövründə Osirisin Apislə vahid Serapis allahda birləşməsi baş vermişdir. Apisöküzün ölümü böyük bədbəxtlik hesab olunurmuş. Ölmüş Apisi balzamlayır və Memfis yaxınlığında xüsusi mərasimlə basdırırmışlar.
Dera Allah Yar
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Dera Yar Allah
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Allah canınızı sağ eləsin, Cənab Rozuoter
Allah canınızı sağ eləsin, Cənab Rozuoter (ing. God Bless You, Mr. Rosewater) — Kurt Vonnequtun 1965-ci ildə nəşr olunmuş romanı. Eliot Rozouter, könüllü yanğın söndürən, alkoqol aludəçisi və sanballı Rozouter fondunun prezidentidir. O, insan təbiəti ilə əlaqədar maraqlı təcrübəni həyata keçirmək qərarını verir. Bu yolda ona yazıçı Kilqor Traut kömək edir. Allah canınızı sağ eləsin, Cənab Rozuoter Kurt Vonnequtunun insan təbiətinin xəsislik, ikiüzlülük və saxtakarlıq kimi xüsusiyyətlərini və bu xüsusiyyətlərin qurub-quraşdırdığı mürəkkəb mexanizmlərdən ibarət sosial sistemləri hədəf almış satirik romanlarından birisidir. Birinci dəfə 1964-cü ildə nəşr olunan əsər, Eliot adlı obrazın xeyriyyəçi faəliyyətləri və könüllü yanğın söndürən kimi çalışması vasitəsilə öz mənəvi axtarışlarını özündə ehtiva edən əsərdir. Əsər Amerika cəmiyyətinin dini, siyasi, sosial və ən əsası iqtisadi - kapitalistik müstəvidə olan tənqidi və satirasıdır.
Allah, Çarı qoru
Боже, царя храни! Сильный, державный, Царствуй на славу нам, Царствуй на страх врагам, Царь православный. Боже, царя храни! Боже, Царя храни! Славному долги дни Дай на земли! Гордых смирителю: Слабых хранителю, Всех утешителю — Все ниспошли! Перводержавную Русь Православную Боже, храни! Царство ей стройное, В силе спокойное, - Все ж недостойное, Прочь отжени! О, провидение, Благословение Нам ниспошли! К благу стремление, В счастье смирение, В скорби терпение Дай на земли!
Haşim Əsəd Allah
Haşim Əsəd Allah (ərəb. هاشم أسد الله‎) (d. 15 noyabr 1985, Küveyt şəhəri, Küveyt) — Küveytli aktyor və aparıcıdır. Əl-Rai TV-də 13 ildən artıq müddətdə bir aparıcı kimi çalışır.
Artilleriya allahı (film, 2015)
Artilleriya allahı qısametrajlı sənədli televiziya filmi 2015-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film general Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. Film Rusiya İmperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini və Sovet hərb xadimi, artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar tərəfindən "Artilleriyanın allahı" ləqəbi verilən, Azərbaycan hərb tarixinə silinməz imzalar atmış görkəmli şəxsiyyət Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir.
A is for Allah
A is for Allah — Yusuf İslamın 2000-ci ildə çıxardığı albom.
Allah şahiddir (film, 1992)
Allah şahiddir (Rom: Khuda Gawah; film, həmçinin də Allah mənim şahidimdir adı altında da tərcümə edilmişdir) — Mukul S. Anand tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmiş 1992-ci ildə çəkilmiş Hind epik dram filmidir. Əsas rollarda Amitabh Bachchan, Nagarjuna, Sridevi, Shilpa Shirodkar, Denni Denzonqpa, Kiran Kumar çəkilmişdirlər. Filmin musiqisini Laxmikant-Pyarelal bəstələnmişdir. Film Şridevi və Baççanın üçüncü müştərək filmi olmuşdur. Filmdə Badşah Xan Bənazirin atasının qatilini tapmaq üçün Əfqanıstandan Hindistana gedir ki, onu heyran etsin və onunla ailə həyatı qursun. O, bu işdə müvəffəqiyyət qazanır, lakin tezliklə özünü bir cinayətdə ittiham olunmuş və Hindistan həbsxanasında tələyə düşmüş vəziyyətdə görür. Ekran əsəri bir sevgi və şərəf dastanıdır. Kabil şəhərinin qorxmaz Bədşah xanı ilə klan başçılarından birinin qızı Bənazir arasında olan ülvi məhəbbətdən bəhs edir. Bədşahın evlilik təklifinə Bənazir müsbət cavab verir, ancaq bu izdivacın baş tutması üçün bir şərt irəli sürür: əri olmaq istəyirsə mütləq atasının qatili Həbibullanı axtarıb tapıb, onun başını Bənazirə gətirməlidir. Həbibullanın axtarışına çıxan Bədşah yolda qohumları Paşa və Ranbir Sinqhə rast gəlir.
Kani Allah Seyidə (Bükan)
Kani Allah Seyidə (fars. ‎‎كاني اله سيده‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (19 ailə).
Artilleriyanın allahı sayılırdı (film, 1996)
Artilleriyanın allahı sayılırdı (rus. Считался богом артиллерии) filmi rejissor Ziya Şıxlinski tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azanfilm studiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Kinolentin birinci hissəsi onun çar ordusunda podporuçik rütbəsindən general-leytenant və ordu komandiri rütbəsinədək yüksəlməyindən, ikinci hissəsi isə generalın Azərbaycandakı fəaliyyətindən və Azərbaycan milli silahlı qüvvələrinin yaradılmasından bəhs edir. Əsasən kinoxronikadan istifadə olunduğu üçün operator çəkilişdə iştirak etməmişdir.
Tapşırıq
Tapşırıq və ya tapşırıqlar bu mənalara gələ bilər: Ev tapşırığı Tapşırıq — Göstəriş, əmr, sərəncam. Tapşırıq — Vəzifə, iş. Tapşırıq — Operativ, hərbi vəzifə.
Bu cütlüyü Allah yaradıb (film, 2008)
"Bu cütlüyü Allah yaradıb" (hind. रब ने बना दी जोड़ी) — rejissor Aditya Çopranın filmi. == Məzmun == İlk görüşdə eşq. Surinder bir vaxtlar ona dərs demiş müəlliminin qızını görəndə məhz bu hissi keçirir. Aşiq olduğu qız – Tani gəncdir, lakin artıq nişanlıdır. Taninin atası ölüm ayağında Surinderdən Tanini himayə etməsini və onunla ailə qurmasını istəyir. Çünki Taninin nişanlısı yol qəzasında həlak olur. Çox utancaq və subay olan Surinder Tani ilə evlənir. Amma Tani atasının və keçmiş nişanlısının ölümündən sonra həmişə qəmgin görünür. Surinder Taninin xoşbəxtliyini geri qaytara bilmir.
Camini Roy
Camini Roy (11 aprel 1887–24 aprel 1972) — Hindistan rəssamı. == Bioqrafiya == Orta gəlirli bir ailədən idi, atası dövlət xidmətində idi. O əvvəlcə evdə təhsil aldı. 1903-cü ildə Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil oldu. O, "Klassik çılpaq" və yağlı boya sənətinin akademik ənənəsinə çəkilməyi öyrəndi. Burada gənc adam portret sənətində əhəmiyyətli müvəffəqiyyətlərə imza atdı. Eyni zamanda o, çörək qazanmaq üçün reklam şəkillərini tərtib etmək, yüzlərlə ucuz gravür rəsmlərini çəkmək, toxuculuq üçün toxuma atelyesində və teatr kostyumu ilə məşğul olurdu. 1908-ci ildə gözəl sənət diplomunu aldı. Vaxt keçdikcə klassik ənənədən ayrıldı. 1921-ci ildən xalq sənətinə daha çox diqqət ayırmağa başladı.
Ettore Cannini
Ettore Cannini (it. Ettore Giannini) — İtaliya aktyoru, ssenaristi və rejissorudur.
Rosa canina
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Vanina Vanini
Vanina Vanini (fr. Vanina Vanini) — əsl adı Mari-Henri Beyle olan fransız yazıçı Stendalın 1829-cu ildə nəşr olunmuş povesti. Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir. Əsər Vidadi Paşayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kirilcə 1969-cu ildə Gənclik, latınca 2017-ci ildə Bakı Kitab Klubunda 80 səhifədə nəşr edilib. "Vanina Vanini (povest)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Viola canina
Viola canina (lat. Viola canina) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola pulchella Salisb. Viola sylvestris Lam. Viola sylvestris var. typica Maxim. Viola canina subsp. canina Viola canina subsp. ruppii (All.) Schübl. & G.Martens Viola canina subsp.
Canni Rivera
Covanni (Canni) Rivera (it. Giovanni (Gianni) Rivera; 18 avqust 1943, Alessandriya, Pyemont) – İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu və yarımmüdafiəçi olub. "Alessandria", "Milan" klublarında və İtaliya millisində oynayıb. 1969-cu ildə Avropanın ən yaxşı futbolçusu olaraq Qızıl Top qazanıb. 1973-cü il İtaliya çempionatının ən yaxşı bombardiri olub. IFFIIS-ə görə dünyanın ən yaxşı oyunçuları arasında 20-ci, Avropanın ən yaxşı oyunçuları arasında 12-ci sıradadır. Eyni versiyaya görə, Rivera, İtaliyanın 20-ci əsrdə ən yaxşı futbolçusudur. Rivera FIFA 100-ün üzvüdür. Futbolçu karyerasını başa vurduqdan sonra Rivera siyasətlə məşğul olub, Zeytun Ağacı Partiyasından Avropa Parlamentinin üzvü olub.
Canni Rodari
Canni Rodari (it. Gianni Rodari, 23 oktyabr 1920[…] – 14 aprel 1980[…], Roma) — italyan uşaq yazarı və jurnalist. Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. Canni 10 yaşı tamam olmamış atasız qalır. Rodari və iki qardaşı – Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayır. Bu sahədə böyük uğur qazanıb. C.Rodari yaradıcılığa şeirlə başlayıb, 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir. 1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır.
Canni Versaçe
Canni Versaçe (it. Gianni Versace; 2 dekabr 1946[…], Recco Kalabriya, Kalabriya – 15 iyul 1997[…]) — İtaliyalı geyim dizayneri. Ordine al merito della Repubblica Italiana-nın komandoru.
Canni İnfantino
Covani Infantino (23 mart 1970, Briq-Qlis[d]) — FİFA-nın IX prezidenti. Covani Infantino 23 mart 1970-cı ildə İsveçrədə anadan olub. Hal-hazırda FIFA -nın prezidentidir. 2000-cı ildə UEFA ilə işləməyə başlayıb və UEFA-nın Hüquqi İşlər Direktoru olub. Yanvarın 2004-də Klubu Lisenziyalaşdırma Şöbəsinə təyin olunub. 26 Fevral 2016-ci ildə o, 3 il müddətinə FİFA Prezidenti seçilib. İtalyan mənşəlidir. O, İtalyan, Fransız və Alman dillərində sərbəst danışa bilir. Universitetdə hüquq təhsili alıb və həmçinin İngilis, İspan və Ərəb Dillərində bilir.
Canni Morandi
Canni Morandi (it. Gianni Morandi; 11 dekabr 1944) — məşhur İtaliya müğənnisi. Onun populyarlıq zirvəsi 1960-cı illərə təsadüf etməsinə baxmayaraq, artist bu günədək uğurla çalışmağa davam edir, tez-tez qastrol turlarına çıxır. 1970-ci ildə Morandi İtaliyanı 1970 Avroviziya Mahnı Müsabiqəsində "Occhi di ragazza" (“Qızın Gözləri”) mahnısı ilə təmsil edir və orada 8-ci yeri tutur. 1987-ci ildə 42 yaşlı müğənni Sanremo musiqi festivalında "Si può dare di più" (“Daha çoxunu verə bilərsən”) mahnısı ilə festivalın qalibi olur. Ümumilikdə Canni Morandi 35 albom buraxıb və 400-dən çox mahnı ifa edib. Gianni Morandi (1963) Ritratto di Gianni (1964) Gianni 3 (1966) Per amore... Per magia... (1967) Gianni 4 – Un mondo d'amore (1967) Gianni 5 (1968) Gianni 6 (1970) Gianni 7 (1970) Un mondo di donne (1971) Il mondo cambierà (1972) Jacopone (1973) Il mondo di frutta candita (1975) Per poter vivere (1976) Old Parade Morandi (1978) Abbraciamoci (1979) Cantare (1980) Morandi (1982) La mia nemica amatissima (1983) Immagine italiana (1984) Uno su mille (1985) Le italiane sono belle (1987) Dalla/Morandi (1988) Varietà (1989) Morandi Morandi (1992) Morandi (1995) Celeste azzurro e blu (1997) Come fa bene l'amore (2000) L'amore ci cambia la vita (2002) A chi si ama veramente (2004) Il tempo migliore (2006) Canzoni da non perdere (2009) Bisogna vivere (2013) D'amore d'autore (2017) Evviva!
Tapşırıq paneli
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Cabanı
Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd. == Tarixi == Cabanı Şamaxı rayonunda kənd. Dağətəyi ərazidədir. Oykonim oğuz tayfalarından birinin adını əks etdirir. Etnotoponimdir. Çəpni, Çəbni, Cabani variantlarında Azərbaycan ərazisində geniş arealda yayılmışdır. Şərqi Avropa düzənliyində də rast gəlinir. == Əhalisi == Kənd əhalisi 472 nəfərdir ki, onunda 190 nəfəri kişi, 282 nəfəri isə qadınlar təşkil edir.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Xallava
Xallava, Xəliloba — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bəzi tədqiqatçılara görə xəliloba toponimi təhrifə uğramışdır. Əslində yaşayış məntəqəsinin adı 1979-cu ilədək rəsmi sənədlərdə qeydə alındığı kimi Xallava, ya da Xanlava olmalıdır. Onların fikrincə, Xallava kürd dilindəki xal (yer, torpaq) və lava/lau/ləm (sahil) sözlərinin, xanlava isə xan (ev, məskən) və lava komponentlərinin birləşməsindən ibarət olub, birinci formada "sahil yeri", ikinci formada isə "sahildə ev, məskən" mənasındadır. Xallava kəndi dağətəyi ərazidədir. Oykonim "hündür yer" kimi izah olunur. Oğuz r-nunda bu oykonimin Hallavar variantı qeydə alınmışdır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 14 evdə 63 şiə kürd yaşayırdı.
Ellada
Yunanıstan, rəsmi adı ilə Ellin Respublikası — Cənub-Şərqi Avropada yerləşən ölkə. Balkan yarımadasının cənubunda yerləşən Yunanıstan şimal-qərbdə Albaniya, şimalda Şimali Makedoniya və Bolqarıstan, şərqdə isə Türkiyə ilə qurudan həmsərhəddir. Ölkənin şərqində Egey dənizi, qərbində İon dənizi, cənubunda isə Krit dənizi və Aralıq dənizi yerləşir. Yunanıstan Aralıq dənizi hövzəsindəki ən uzun quru sərhədə və minlərlə adaya sahibdir. Ölkə 9 ənənəvi coğrafi bölgədən ibarətdir və təxmini 10,4 milyon əhaliyə malikdir. Afina ölkənin paytaxtı və ən böyük şəhəridir. Ardınca Saloniki və Patras şəhərləri gəlir. Yunanıstan demokratiyanın, Qərb fəlsəfəsinin, Qərb ədəbiyyatının, tarixşünaslığın, politologiyanın, əsas elmi və riyazi prinsiplərin, teatrın və Olimpiya oyunlarının yarandığı yer olduğuna görə Qərb mədəniyyətinin beşiyi hesab edilir. E.ə. VIII əsrdən başlayaraq yunanlar Aralıq dənizi və Qara dənizə yayılan polis adlandırılan müxtəlif müstəqil şəhər-dövlətləri qurmuşdular.
Aldın payını, çağır dayını
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Xanılı
Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.[mənbə göstərin] Cəlilabad r-nunun Kürdlər i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Cahın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Calın
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Caxın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur. Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Aglaia
Aqlaiya (lat. Aglaia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinə aid bitki cinsi.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Aldama
Aldama (lat. Aldama) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Agiabampoa Rose ex O.Hoffm. Alvordia Brandegee Dichotoma Sch.Bip. ex Benth. & Hook.f.
Aliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Allahyar
Allahyar — ad. Allahyar bəy Zülqədərov — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi Allahyar Telmanlı — Azərbaycan Silahlı Qüvvələri Allahyar xan Dəvəli-Qacar — Allahyar xan Çavuşlu — İran hərbçisi. Allahyar Cavanşirov — Azərbaycan musiqiçisi, tarzən. Allahyar Musayev — Azərbaycan SSR maarif nazirinin müavini Hacı Allahyar ağa Dilbazov — Azərbaycan nəqşbəndi Allahyar Sayyedmanes — "Hall Siti" və İran milli komandasında hücumçu kimi çıxış edən iranlı peşəkar futbolçu.
Banani
Banani — Malidə yerləşən kənd. Əsas əhalisi doqonlardır.
Çankırı
Çanqırı — Türkiyənin Çanqırı ilinin inzibati mərkəzi.
Çanqırı
Çanqırı — Türkiyənin Çanqırı ilinin inzibati mərkəzi.
Camino
Camino — köhnə ödənişsiz, açıq mənbəli GUI və Firefox bünövrəli brauzerdir. O, xüsusi olaraq OS X əməliyyat sistemi üçün nəzərdə tutulub. O, XUL əsaslı istifadəçi interfeysinə malik idi və Mozilla üçün nəzərdə tutulmuş proqramlar işləyəcəkdi. İlk versiyası 2002-ci il fevralın 13-də buraxılan veb-brauzerin inkişafı təəssüf ki, 30 may 2013-cü ildə dayandırılıb. Camino 2.1.2-də holland, alman, fransız, isveçli, italyan, yapon, ingilis, ispan, çin və norveç dili mövcud idi.