Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canavar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Börü (بُرى / 𐰋𐰇𐰼𐰃) sözü bütün türk dillərində müxtəlif formalarda işlənilir (büre, börö, böri və s.) və tarixdəki ən əski qaynağı 731-ci ildə ölən Kültəkinin qəbirüstü yazısıdır. == Qısa məlumat == Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63–65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5–6 bala doğurlar.
Adi canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Boz canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Canavar-adam
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Canavar (bürc)
Canavar lat. Lupus — göyün cənub yarımkürəsində bürc.
Canavar adam
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Kürən canavar
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Qırmızı canavar
Qırmızı canavar, Dağ canavarı, Himalay canavarı və Buanzu (lat. Cuon alpinus) — Yırtıcılar dəstəsinə, Köpəkkimilər fəsiləsinə daxil olan məməli heyvan növü. Cuon cinsinin yeganə nümayəndədi. Nadir nəsli kəsilmək təhlükəsi altında olan növdür. == Xarici görünüş == Yetkin qırmızı canavarın bədən uzunluğu 55-110 sm, quyruğu 45-50 sm, kütləsi 17-21 kq təşkil edir. Görünüşü bir canavar, tülkü və çaqqalın xüsusiyyətlərini özündə birləşdirir. Adi canavardan (Canis lupus) rəngi, sıx olan xəzi və uzun quyruğu ilə fərqlənir. Quyruğu demək olar ki, yerə çatır. Qısa, uclu bir ağız xarakterikdir. Qulaqlar iri və dikdir.
Arxalı canavar (roman)
"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman. Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır. == Məzmun == Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır. Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər. Xəbərdarlığın sonu == Obrazlar == Ələmdar Məlikov və ya Leopard — Məxfi Şöbənin "X" bölməsinin rəisi, mayor, gizli agent. "Döyüş" idman klubunun sahibi.
Canavar balası (film, 1997)
== Məzmun == Tanrı hər kəsə bir ömür verir. Elə bir ömür ki, həyatının kandarından tutmuş sonuna doğru uzanır. Filmin adı rəmzi xarakter daşıyır. Azərbaycanlı ailəsində böyüyüb boya-başa çatan erməni əsilli Nofəl (İftixar Piriyev) hərbi xidməti zamanı vətənə xəyanət edir, hərb planlarını pul xatirinə ermənilərə satır. Nofəlin erməni olduğunu onu övladlığa götürən ata-anası Nofəlin məhkəməsinə qədər gizli saxlayır. Məhkəmə prosesi zamanı Nofəlin dövlətə, vətənə xəyənət etməsi ortaya çıxanda Nofəlin atalığı Yusif kişi (Həsən Məmmədov) onun erməni olduğunu və uşaq ikən onu meşədən tapıb böyütdüyünü açıqlayır... "Doğru deyiblər ayını, pələngi, meymunu əhilləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox." Bunları Yusif kişi məhkəmədəki son nitqində deyir. == Film haqqında == Filmin çəkilişlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyi hüquq məsləhətində köməklik göstərmişdir.
Gecə Canavar-adamı (xüsusi buraxılış)
Gecə Canavar-adamı (ing. Werewolf by Night) — Hezer Kuinn və Piter Kemeron tərəfindən yazılmış ssenari əsasında Maykl Cakkino tərəfindən Disney+ strim-servisi üçün çəkilmiş Marvel Comicsin eyni adlı personajına həsr edilmiş TV xüsusi buraxılışı.
Romul, Rem və dişi canavar
Romul, Rem və dişi canavar (lat. Romulus et Remus) falamand rəssamı Piter Paul Rubens tərəfindən 1666-ci ildə çəkilib. Rubensin yaradıcılığı üçün xarakter olan mifoloji süjet: Faustul (sağda) dişi canavarın əmizdirdiyi Romulu və Remi, həm də ağacdələni tapır. Onların anası Reya Silviya və çay allahı Tiberin yaxınlığındadır. Romalıların ilk çarı Romul (Romulus) və onun qardaşı (Remus) barədə salnamədə rəvayət olunur; Vesta kahinəsi Reya Silviya bir dəfə Mars allahına rast gəlir və bunun da nəticəsində onun bir cüt əkiz oğlu doğulur. Bəkarətini itirən vestalkanı (kahinəni) övladları ilə birlikdə suda batırıb öldürmək əmr olunur. Lakin çay allahı Tibrin Reyaya rəhmi gəlir və onu özünə zövcə edir. Uşaqların olduğu çanağı su ağzına alıb aparır və çanaq sahilə yan alır. Bu zaman su içmək üçün çaya yaxınlaşan dişi canavar uşaqların ağladığını eşidir, taleyin ümidinə atılmış uşaqları mağaraya gətirir və onları öz südü ilə əmizdirir. Onların ilk uşaqlıq günləri mağarada keçir: dişi canavar onlara analıq edir, ağacdələn və çökükburun onlar üçün qida gətirir və uşaqları hər cür bəladan hifz edirlər.
Canavar və yeddi çəpiş (cizgi filmi, 1957)
Canavar və yeddi çəpiş — 1957-ci ildə çəkilmiş sovet cizgi filmi. == Cizgi filmi haqqında == Cizgi filmi rus xalq nağılının motivləri əsasında çəkilmişdir. Cizgi filmi Soyuzmultfilm istehsalıdır. == Maraqlı faktlar == Aktyorların adı, cizgi filmini səsləndirənlər titrlərdə göstərilməyib.
Canaxır
Canaxır və ya Aşağı Əlik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hülövlü inzibati ərazi vahidində kənd. == Adının mənası == Kəndin əsasını əslən Quba rayonunun Əlik kəndindən olan əliklilər "Canaxır" adlanan yerdə qoymuşdur. Kənd əvvəllər Aşağı Əlik də adlanmışdır. Oykonim "əkin sahəsi üçün yararsız yer" mənasındadır. Belə ki, Azərbaycan dilinin əksər dialektlərində "cana" sözü "yararsız" və ya "pis", "xır" sözü isə "əkin sahəsi" mənalarında işlənir. == Tarixi == Bu ərazidə kəndin yaranması tarixi dəqiq məlum deyildir. Lakin əliklilərə məxsus bəzi ailələr bu əraziyə köçərək, burada daimi məskunlaşmışması nəticəsində bu ərazidə kənd salınması məlumdur. == Coğrafiyası və iqlimi == Samur-Dəvəçi ovalığındadır. == Əhalisi == Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından biri olan əliklilər təşkil edir.
Cəngavər
Cəngavər (lat. miles, caballarius, fr. chevalier, ing. knight, it. cavaliere) — orta əsrlərdə zadəganlar arasında geniş yayılmış fəxri titul.
Dinavər
Dinavər — Azərbaycan Midiya (Maday) dövləti ərazisində, qədim Cibəl vilayətindəki mühüm şəhərlərdən biridir. Xarabalığı Bisutun dağı yaxınlığında, Camasi ab çayı sahilindədir.
Ağ cəngavər
Cəngavər (Azərbaycan)
Cəngavər — orta əsrlər dövründə, yəni Ağqoyunlu və Səfəvi imperiyaları zamanı orduda ağır süvariləri bildirmək üçün istifadə edilən söz. Termin qədim pəhləvi dilindən gələn iki sözdən yaranmış — Cəng (döyüş) və Vər’е (gedən)-, mənası döyüşə getmək deməkdir. Bu termin sadəcə at üzərində döyüşə gedən süvarilər ilə ağır silahlarla silahlanmış və ya zirehlər geyinmiş döyüşçüləri tərif etmək üçün istifadə edilmişdir. Ağqoyunlu və Səfəvi imperiyaları zamanı ordu əsasən qeyri-nizami hissələrdən təşkil edilirdi və müharibə zamanı müxtəlif türk tayfalarından toplanırdı. Səfəvilər dövründə cəngavərlər həm də qızılbaş hesab edilməklə birlikdə, şahın davamçıları mənasını verən müridlər — iman üçün döyüşən — kimi qəbul edilirdilər. Bu cəngavərlərin ən çox məşhurlaşdığı döyüşlərdən birinci Çaldıran döyüşüdür. Döyüşdə Səfəvi imperiyasının məğlub olmasına baxmayaraq, cəngavərlərin Osmanlı ordusunun yeniçəri və sipahilərinə qarşı inadlı müqavimətləri onların məşhurlaşmasına səbəb olmuşdu. Döyüş zamanı onlar yeniçərilərə və sipahilərə aramsız hücumlar edərək, ağır zərbələr vurur və dərhal da geri çəkilirdilər, Osmanlı ordusu onların öhtəsindən yalnız artilleriya atəşinin gücü ilə gələ bildi. Bu isə, Səfəvi ordusunda yox idi. I Şah Abbas dövründə yenidən başlayan Səfəvi-Osmanlı müharibələrində də cəngavərlərdən istifadə edilmiş və bu dəfə uğurlu olunmuşdur.
Cəngavər ordeni
Cəngavər ordeni — Orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuşdur.
Honşu canavarı
Honşu canavarı və ya Şamanu (Canis lupus hodophilax) (yap. 日本狼, ニホンオオカミ, Nihon Ōkami) — Canavarın (Canis lupus) yarımnövü olaraq Yaponiya adalarında yayılmışdır. Bu yarımnövdən əlavə Yaponiyada Hokkaydo canavarı adı ilə tanınan (Canis lupus hattai) yarımnövdür. Hər iki yarımnövün nəsli kəsilmiş heab edilir. Yapon hondoss canavarı Yaponiya arxipelaqına daxil adalarda, əsasən Honşu, Şikoku və Kyuşuda yayılmışdırlar. Say baxımından elədə çox olmamışlar. Onların nəslinin kəsilməsinə səbəb insanlar tərəfindən kütləvi şəkildə öldürülməsi olmuşdur. Bu canlının sonuncu nümayəndəsi 1905-ci ildə Nara prefekturası ərazisində ölmüşdür. Bu yarım növ dünyada mövcud olmuş canavarlar arasında ölçü baxımından ən kiçiyi olmuşdur. Onlar 90 sm uzunluğa, 30 sm hündürlüyə malik olmuşlar ..
Kapitoli canavarı
Kapitoli canavarı (lat. Lupa Capitolina) — bürünc heykəl iki körpə — Romul və Remi əmizdirən bir canavarın Roma şəhərinin əfsanəvi qurucularını təsvir edir. Kapitoli muzeylərində saxlanılan heykəlin tarixçəsi mübahisəlidir. Uzun müddət canavar obrazı qədim etruskların əsəri hesab olunurdu və stilistik xüsusiyyətlərinə görə eramızdan əvvəl V əsrə aid edilir. XXI əsrdə edilən ən yeni tanışlıq — tökmə texnologiyası, daxilolmaların radiokarbon analizi və digərləri — Yüksək Orta əsrlər dövrünü (eramızın XI -XIII əsrləri) göstərir.
Minavər İbrahimova
Minavər İbrahimova (tam adı: Minavər Cəfər qızı İbrahimova) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Monomerlər, oliqomerlər və kataliz” şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor. == Ümumi məlumatlar == İbrahimova Minavər Cəfər qızı 5 may 1946-cı ildə Quba rayonunun Xucbala kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə Quba şəhər 2 saylı orta məktəbi bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1966-cı ildə kimyaçı, kimya müəllimi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra Elmi-tədqiqat Bağçılıq, üzümçülük və subtropik bitkilər institutunda (Quba şəhəri) kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamış, 1970-ci ildə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutuna əyani aspiranturaya daxil olmuşdur. 1974-cü ildən etibarən NKPİ-də baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi, 2002-ci ildən “Funksional oliqomerlər” laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. Hal–hazırda “Monomerlər, oliqomerlər və kataliz” şöbəsinin müdiridir. == Əsas elmi nəaliyyətləri == Rəhbərliyi və bilavasitə iştirakı ilə aparilmiş kompleks tədqiqatlar nəticəsində propilen oksidi, C5-fraksiyasının tərkibində olan doymamış karbohidrogenlər əsasında alınan ikiəsaslı turşu anhidridləri, metakril turşusunun qlisidil efiri, stirol və butadien əsasında tərkibi, struktur quruluşu, molekul çəkisi, funksional qrupların təbiəti və miqdarı tənzimlənə bilən yeni, reaksiyayaqabil birgə oliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmışdır. Belə birgə oliqomerlərin yüksək reaksiyayaqabilliklə yanaşı möhkəmlik, adqeziya, dəyişən temperatur şəraitinə, atmosferə, işığa və istiliyə davamlılıq göstəriciləri ilə xarakterizə olunduqları bu birgə oliqomerlərin kompozisiya materiallarının alınmasında bağlayıcı komponent, polimer materialları üçün modifikator kimi səmərəli tətbiq sahələri müəyyən edilmişdir.Neftin katalitik krekinqi prosesində alınan, zəngin karbohidrogen tərkibinə malik yüngül qazoyl fraksiyası əsasında izolyasiya materialı, iondəyişdirici tərkiblər və penoplastlar kimi geniş tətbiq tapmış fenoformalitlərin və tərkibində mineral doldurucu saxlayan termiki stabilliklə fərqlənən kompozit tərkiblərin birmərhələli üsulla sintezi şəraiti işlənib hazırlanmışdır.
Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Qara Cəngavər
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen: Başlanğıc" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
Tasmaniya canavarı
Kisəli və ya Tasmaniya canavarı, və ya Tilasin (Thylacinus cynocephalus) — nəsli kəsilmiş heyvan, kisəli canavarların yeganə növü. İlk dəfə London Linnev cəmiyyətinin elmi əsərlərində 1808-ci ildə həvəskar naturalist harrison tərəfindən təsvir edilib. Elmi adının tərcüməsi «it başlı kisəli» deməkdir. == Thylacinus cynocephalus-un qalereyası == == Mənbə == Биологи оживили в мышах ДНК сумчатых волков!
Xanasər (Mərənd)
Xanasər (fars. خانه سر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (30 ailə).
Yer canavarı
Yer canavarı (lat. Proteles cristatus) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü. Xarici görünüşünə görə yer canavarı kaftara bənzəsə də, rəngi və anatomik xüsusiyyətlərinə görə onları asanlıqla ayırd etmək olur. Yer canavarının bədəninin uzunluğu kaftardan 2 dəfə kiçik olub 55-95 sm arasında dəyişir. Quyruğunun uzunluğu 20-30 sm, süysününün hündürlüyü 45-50 sm-dir. Yetkin fərdlərin kütləsi mövsümdən və qidadan asılı olaraq 8-14 kq olur.
Çəmənlik canavarı
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.
Ərəbistan canavarı
Ərəbistan canavarı (lat. Canis lupus arabs) — Adi canavar növünə daxil olan yarımnöv. Əvvəllər bu canlılara bütün Ərəbistan yarımadası ərazisində rastlamaq mümkün idi. Ancaq hazırda onların arealı İsrailin cənubu, Oman, Yəmən, İordaniya, Səudiyyə Ərəbistanı və böyük ehtimalla Misirin Sinay yarımadası ərazisində yayılmışlar. Ölçülərinə görə ən kiçik canavar yarımnövü hesab edilir. == Xüsusiyyətləri == Ərəbistan canavarı elə də böyük olmayan bir canlıdır. Səhrada yaşamağa uyğunlaşmışdır. Ayaq üstə hündürlküyü 66 sm-dir. Çəkisi bəzi ərazilərdə 18 kiloqrama çata bilir. Qulaqları bədənin ümumumi ölçüsünə nisbətdə iridir.
Papaver
Xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Ayvar Cayever
Ayvar Cayever (5 aprel 1929[…], Bergen) — Norveç-Amerika fiziki. == Həyatı == Ayvar Cayever 1929-cu il aprelin 5-də Berqendə anadan olub. 1948-ci ildə Norveçin Tronxeym şəhərindəki Texnologiya İnstitutuna daxil olub, 1952-ci ildə mühəndis-mexanik diplomu ilə həmin institutu bitirib. Əmək fəaliyyətinə Raufossa hərbi zavodunda başlayıb. Kanadada yaşadığı dövrdə memar köməkçisi işləyib, sonra isə "General elektric" şirkətinin mühəndis proqramının reallaşmasında mühəndis-mexanik kimi iştirak edib. 1956-cı ildə Skenektadidə "General elektric" şirkətinin elmi-tədqiqat mərkəzində çalışıb və burada tətbiqi riyaziyyat sahəsində problemlərin həlli ilə məşğul olub. Burada o, bərk cisimlərin tədqiqatı ilə məşğul olan alimlər qrupuna daxil edilib. 1973-cü ildə o, Leo Esaki və Brayn Devid ilə birlikdə, bərk fiziki cisimlər sahəsində Nobel mükafatına layiq görülüb. Hazırda Cayever ABŞ-də yüksək texnologiyaların istehsalı ilə məşğul olan "Applied Biophysics" (Tətbiqi biofizika) şirkətinin prezidentidir.
Cape Canaveral
Kanaveral burnu - Florida, ABŞ-də yerləşən Atlantik okeanı sahilindəki uzun və ensiz bir ərazidir. Bura kosmik çimərlik kimi də tanınır və Kennedi Kosmik Mərkəzinin bir hissəsidir. Bu hissələrin hər hansı birindən bir çox ABŞ kosmik gəmiləri buraxılır. ABŞ-nin bütün pilotlu kosmik uçuş proqramları da Canaveral burnundan həyata keçirilən buraxılışlarla reallaşır. “Canaveral” (İspan dilində: Cañaveral) adı ispaniyalı səyyahlar tərəfindən verilmişdir və canebrake, yəni bambuk və ya qamış kolu deməkdir. “Cape of Canes”, yəni qamış burnu kimi də tərcümə edilə bilər.
Papaver alpinum
Papaver alpinum (lat. Papaver alpinum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin xaşxaş cinsinə aid bitki növü.
Papaver argemone
Papaver argemone (lat. Papaver argemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin xaşxaş cinsinə aid bitki növü.
Papaver atlanticum
Papaver atlanticum (lat. Papaver atlanticum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin xaşxaş cinsinə aid bitki növü.