Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Böyük Belt
Böyük Belt (dan. Storebælt) şərq tərəfdən Lollan və Zelandiya, qərb tərəfdən Lanqelann və Fyun adaları arasında yerləşən boğaz. Böyük Kəmər Kattegat və Baltik dənizi birləşdirən üç ən böyük Danimarka boğazlarından biridir (o biri ikisi:Öresund və Kiçik Kəmər). Boğazın üzərindən 20 m. dərinliyində gəmi farvateri keçir və Baltik dənizinə vacib yollardan biri sayılır. Boğazda İsveç və Danimarkanı bağlayan bərə keçidi fəaliyyət göstərir Kil borusu tikiləndən sonra (1895) skandinaviya boğazları Atlantik okeana yeganə yol kimi artıq sayılmırdı və indi ancaq yerli üzgüçülük üçün istifadə olunur. Şərq küləklərinə görə qışda buzla donur. Burada yerləşən Sproqo adası boğazı şərq və qərb borusuna bölür. Onların üstündən iki hissədən ibarət olan Böyük Kəmər körpüsü tikilib. Həm də şərq borusunun altından dəmir yol tuneli keçir.
Femarn Belt
Femarn Belt (dan. Femern Bælt) — Baltik dənizinin qərb hissəsində, Kil və Meklenburq körfəzlərini birləşdirən və Almaniyanın Femarn ilə Danimarkanın Lollann adaları arasında yerləşən bir boğaz. Boğazdan keçən bərələr iki adadakı Puttqarden və Redbi şəhərlərini birləşdirir. Boğazın eni 18 kilometr, dərinliyi 20-30 metrə qədərdir. Boğazdakı cərəyan zəifdir və əsasən küləkdən asılıdır. Danimarka və Almaniya hökumətləri 29 iyun 2007-ci ildə bərə marşrutunu əvəz edəcək bir körpü inşa etmək barədə razılığa gəlir. Körpü keçid müddətini bir saat qısalda bilər və daha çox tutum təmin edə bilər. 30 noyabr 2010-cu il tarixində tunel dizaynının körpü dizaynından daha üstün olduğu məlum olur. Belə bir genişləndirilmiş obyektin tikintisində daha az risk olur. 2011-ci ildə Danimarka parlamenti 2020-ci ildə açılması planlaşdırılan 5.1 milyard avroluq bir layihə böyük bir səs çoxluğu ilə (8 partiyadan yeddisi tərəfindən dəstəklənir) qəbul olunur.
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır". Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur.
Bolt
Bolt (şirkət)
Kelt
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur. Kelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır.
Bela
Bela — ad. Bela Luqoşi — Macar teatr oyunçusu və qorxu filmi aktyoru. Bela Tarr — macar rejissor, prodüser, ssenarist. Bela Bartok — Macarıstan bəstəkarı, folklorşünası.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Beat It
"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983–cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir. Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989–cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Best (Urmiya)
Best (fars. ‎‎‎بست‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Bett Deyvis
Bett Deyvis (ing. Bette Davis, Betti Deyvis, tam adı Rut Elizabet Deyvis, ing. Ruth Elizabeth Davis; 5 aprel 1908[…], Louell[d], Massaçusets – 6 oktyabr 1989[…], Nöyi-sür-Sen, Fransa) — amerikalı aktrisadır.
Beyt Aghiyon
Beyt Aghiyon (ivr. ‏בית ראש הממשלה‏‎) — İsrail Baş nazirinin rəsmi iqamətgahıdır. Şəhərin mərkəzi ilə Talbiya məhəlləsi arasında yerləşən Rehavianın böyüdülmüş Qüds məhəlləsindəki Balfour küçəsinin küçə küncündə, Smolenskin küçəsində yerləşir. Bina İsgəndəriyyə şəhərinin varlı sakini olan yəhudi-yunan taciri Eduard Aghiyon üçün inşa edilmişdir. Yəhudi-Alman memarı Riçard Kufmann tərəfindən tərtib edilmiş və 1936-1938-ci illər arasında inşa edilmişdir. 1941-ci ildə Yuqoslaviyanın Kralı II Pyotr burada yaşayırdı. 1948-ci ildəki Ərəb-İsrail müharibəsi zamanı İrgun döyüşçüləri üçün xəstəxana kimi xidmət edirdi.
Beyt HaNassi
Beyt HaNassi (ivr. ‏בֵּית הַנָּשִׂיא‏‎) bəzən Mişkan HaNassi (ivr. ‏מִשְׁכָּן הַנָּשִׂיא‏‎) — İsrail Prezidentinin rəsmi iqamətgahıdır. Qüdsün Talbiya məhəlləsində yerləşir.
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Belu-Orizonti
Belu-Orizonti (port. Belo Horizonte) — Braziliyanın cənub-şərqində şəhər. Minas-Jerays ştatının paytaxtı.
Con Bell
Con Bell (28 iyun 1928, Belfast – 1 oktyabr 1990[…], Cenevrə) — Şimali İrlandıyalı fizikaçı. Bell teoremi olaraq bilinən, kvant fizikasında ön əmli bir teoremin yaradıcısıdır.. O'Connor, John J.; Robertson, Edmund F., "John Stewart Bell" Con Bell , Şimali İrlandiyanın Belfast şəhərində anadan olub . 11 yaşı olanda, elm adamı olmağa qərar verir və 16 yaşında Belfast Texniki Liseyi bitirir. Bell daha sonra təhsilini Belfast Queen Universitetində davam edir və 1948-ci ildə eksperimental fizika sahəsi üzrə bakalavr dərəcəsi alır. 1956-cı ildə Birmingham Universitetində fizika sahəsində doktorluq üzrə təhsilini davam etdirir. Nüvə fizikası və kvant nəzəriyyəsi sahəsində ixtisaslaşır.p. 139. ISBN 978-1-56858-232-0. 1964-cü ildə CERN-dən Stanford Universitetində, Wisconsin-Madison Universitetində və Brandeis Universitetində keçirdiyi illərdən sonra "Eynşteyn-Podolski-Rosen Paradoksu haqqında" məqalə yazdı.
Daniel Bell
Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü "iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator" adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Belı adası
Belı adası — Kara dənizində yerləşən nisbətən iri ada. Ada Yamal yarımadasından Malıgin boğazı ilə ayrılır. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsinin ərazisində yerləşir. Daimi əhalisi yoxdur. 1933 ildən adada qütb meteostansiya (M.V.Popov adına) fəaliyyət göstərir Sahəsi 1900 km², hündürlüyü 12 metrdir. Səthi tundra bitkiləri ilə örtülü olur. Adada termokarst göllər vardır. Materikə ən yaxın məsafə 9 metrdir. Səthi düzənlikdir. Şimal və şərq sahilləri alçaqdır.
Belə (şəhər)
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Bela Bartok
Bela Bartok (mac. Bartók Béla Viktor János [ˈbɒrtoːk ˈbeːlɒ];25 mart 1881[…] – 26 sentyabr 1945[…], Nyu-York, Nyu-York ştatı) — Macarıstan bəstəkarı, folklorşünası. Bu macar bəstəkarı 22 yaşındaykən 1848-1849 inqilabının lideri və Ferensin atası Layoş Koşutun həyatından bəhs edən simfonik şeirini yazıb. İlk ifası zamanı Avstriya milli marşının karikaturatik səsləndirilməsi qalmaqallara yol açsa da, çox bəyənilir. Peşə həyatının əvvəllərində fransız mühitinin təsiri altında qaldığı üçün ilk əsərlərində politonallığın bəzi ünsürləri görünür. Amma daha sonralar bu "vəsait"dən yararlanmayıb. Bunun əvəzinə Şərqi Avropa, ən çox da macar və rumın xalq üslublarını araşdırıb. Musiqisi hər nə qədər harmoniya baxımından gərgin və qarmaqarışıq olsa da, kökünü xalq musiqisinin modal silsiləsindən diqqətlə seçilmiş harmonik tonallıqdan götürüb. Bartokun musiqisi və şəxsiyyəti nasistlərlə ittifaqda olan macar hakimiyyətini və kilsəni qıcıqlandırıb və o, vətənə xəyanətdə ittiham edilib. Əksəriyyəti yəhudi olan bəzi önəmli bəstəkarların əsərlərinin nasistlər tərəfindən qadağan edilməsi səbəbindən o, Göbbelsə bir məktub yazaraq öz adının da həmin siyahıya salınmasını tələb edir və əsərlərinin Almaniya, eyni zamanda ona bağlı olan ölkələrdə səsləndirilməsinə izin vermədiyini bildirir.
Bela Kun
Béla Kun (20 fevral 1886 – 29 avqust 1938, Moskva) — Macar kommunist siyasətçisi. Béla Kun Yəhudi əsilli bir ailədə dünyaya gəlmişdir. 1906-cı ildə soyadını Macarca formaya salaraq "Kun" şəklinə saldı. Klausenburg Universitetində oxumuşdur və universitetdə sosialistlər ilə tanış olaraq onlar ilə münasibətlər yaratmışdır. 1914-cü ildə Budapeştə getdi və burda Sosializmin ideyalarını təbliğ edən bir qəzet buraxdı. Birinci Dünya müharibəsi dövründə Avstriya-Macarıstan İmperiyası ordusunda xidmət etmişdir və 1916-cı ildə ruslar tərəfindən əsir götürülmüşdür. Əsir olduğu müddətdə Rusiyada Bolşeviklərin tərəfdarı olmuşdur. Oktyabr İnqilabından sonra azad edilmişdir. 1918-ci ilin dekabr ayında Macarıstanda baş vermiş olan kommunist inqilabına qoşulmaq üçün Macarıstana gəlmişdir. Mihály Károlyi hökuməti tərəfindən həbs olundu, ancaq müharibənin gedişatını müşahidə edən fəhlə üsyanlarından sonra 21 mart 1919-cu ildə azadlığa buraxıldı.
Bəlx
Bəlx vilayəti
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.
Cambridge Analytica
Cambridge Analytica — Britaniya siyasi müşavirə şirkəti. Şirkət 2016-cı ildə ABŞ-nin seçki kampaniyasının və Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumun gedişində istifadə olunmaq üçün 87 milyona yaxın Facebook istifadəçisinin şəxsi məlumatlarını, o cümlədən İtaliyada 214,134 istifadəçinin şəxsi informasiyalarını əldə edib.
BƏT
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.
Cambridge University Press
"Cambridge University Press" (abbr. CUP, azərb. Kembric Universiteti Nəşriyyatı‎) — ən qədim və "Oxford University Press"dən sonra ikinci ən böyük universitet nəşriyyatı.
Ağıldan bəla
Ağıldan bəla (rus. Горе от ума) — Aleksandr Qriboyedovun 1824-cü ildə nəzm ilə yazdığı komediya. O, 19-cu əsrin əvvəllərində yeni olan klassisizm, romantizm və realizm elementlərini özündə birləşdirir. Təhkimçilik dövründə dünyəvi cəmiyyəti təsvir edir və 1813-1824-cü illərdə həyatı göstərir. "Aksiya özü baş verir... 1812-ci il müharibəsindən on il sonra, yəni 1822-ci ildə." "Ağıldan bəla" komediyası 19-cu əsrin birinci yarısının aristokratik Moskva cəmiyyətinin satirasıdır – rus dramaturgiyasının və poeziyasının zirvələrindən biridir; əslində bir janr kimi mənzum komediyanı tamamladı. Aforistik üslub əsərin sitatlara bölünməsinə kömək etdi. Qriboedov rus ədəbiyyatı tarixinə ilk rus realistik komediyasının müəllifi kimi daxil oldu "Ağıldan bəla", baxmayaraq ki, əvvəllər yazılmış digər əsərləri də (məsələn, "Gənc həyat yoldaşları", "Tələbə" komediyaları) yazmışdır. Artıq Qriboedovun erkən pyeslərində müxtəlif üslublar birləşdirərək yenisini yaratmaq cəhdləri var idi, lakin 1825-ci ildə Puşkinin "Boris Qodunov" faciəsi ilə birlikdə "Ağıldan bəla" komediyası həqiqətən rus ədəbiyyatının inkişafı üçün yenilikçi bir əsər idi. Komediya ideyası 1820-ci ildə (bəzi mənbələrə görə, artıq 1816-cı ildə) yaranıb, lakin müəllif Persiyadan qayıtdıqdan sonra Tibilisidə mətn üzərində fəal işə başlayıb.
Bel (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.