Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Concu
Concu (Hanqıl:전주) Cənubi Koreyanın ən böyük 16 Şəhərindən biri olub, Şimali Colla vilayətinin mərkəzidir. Bura həm şəhər həm də kənd kimi tanınır. Concu adının hərfi mənası "Mükəmməl bölgə" ( Hanca: 全 (전;con)- mükəmməl, 州 (주;cu)- bölgə) deməkdir. Bura Koreyanın milli yeməklərinə, tarixi binalarına, idman fəaliyyətlərinə, yaradıcı festivallarına görə əsas turizm məzkəzi hesab olunur. 2012-ci il may ayında, UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"-nin bir hissəsi olaraq Concu qastronomiya sahəsində "Yaradıcı Şəhər" olaraq seçilib. Bu şərəflə şəhərin min illərdir nəsildən nəsilə ötürülən ənənəvi ev yeməkləri, fəal ictimai və özəl qida araşdırmaları, istedadlı aşpazları yetişdirmək sistemi və fərqli yemək festivallarına ev sahibliyi etməsi qiymətləndirilir. Bekçe krallığı cənub-qərbi Koreyada,indiki Concunun yerləşdiyi ərazidə yerləşmişdir. İnanılır ki, Concu şəhəri b.e.ə 57-ci ildə bazar şəhəri kimi qurulub. Concu (Bekçe ilə birlikdə) Şila krallığı və Çinin Tan sülaləsi tərəfindən 660-cı ildə fəth edildi. Qısa müddətə Şila krallığının bir parçası oldu və 685-ci ildə Concu, 9 chu (krallığın əyalət mərkəzi)-dan biri oldu.
Cornu
Cornu (lat. Cornu) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi.
Conu
Conu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 354 nəfərdir. Conu kəndi Peştəsər silsiləsinin ətəyindədir. Talış dilində coni "yersiz, torpaqsız" kimi izah olunur. Oykonim kəndin ərazisində əkinə yararlı torpağın olmaması ilə bağlıdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Coni kəndi Conu kəndi adlandırılmışdır.
Conni Briseno
Xuan Antonio "Conni" Brisenyo (ing. Juan Antonio "Johnny" Briceño; 17 iyul 1960, Orandj Uolk[d]) — 12 noyabr 2020-ci ildən etibarən Belizin beşinci və indiki Baş naziri və 2016-cı ildən Birləşmiş Xalq Partiyasının lideri olan Beliz siyasətçisi. Brisenyo 17 iyul 1960-cı ildə Orandj Uolkda anadan olub. Atası Elixio Brisenyo 1980-ci illərdə dövlət naziri idi, lakin 1985-ci ildə ittihamda iştirak edən qardaşı və qardaşı oğlunun adları ilə birgə ABŞ-a marixuana və kokain gətirməkdə günahlandırıldı. Brisenyo 1978-ci ildə Muffles Kollecindən məzun oldu. 1980-ci ildə Müqəddəs İohann Kollecindən və 1985-ci ildə Ostin Texas Universitetindən bakalavr dərəcəsi almışdır. 1990-cı ildə Brisenyo və qardaşı Ceyms daha sonra internet, TV xəbərləri və radio xidmətləri təminatçısı olan kabel televiziya provayderi "Centaur Communications"-ı qurdular. Brisenyo və həyat yoldaşı Rossananın üç oğlu var. 24 noyabr 2020-ci ildə Baş nazir vəzifəsinə başlamasından iki həftə sonra COVID-19 diaqnozu qoyulduğunu və vəziyyətinin yaxşı olduğunu bildirdi. Brisenyo ilk dəfə 1993-cü ildə Orandj Uolk seçki dairəsindən Beliz Nümayəndələr Palatasına seçildi və 1994-cü ildə Orandj Uolk Şəhər Şurasına seçilmək üçün namizəd oldu.
Conni Depp
Con Kristofer "Conni" Depp II (ing. John Christopher «Johnny» Depp II; 9 iyun 1963[…], Ouensboro[d], Kentukki) — ABŞ aktyoru. 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biri Cek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası). 3 dəfə "Oskar"a namizəd olub, Tim Burtonun "Suini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Tim Burtonun filmləri Conni Deppə böyük uğur qazandırdı. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda, ilə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi seçilmişdir. Kino sahəsinə olduğca çox töhfələr verməyinə baxmayaraq,hələ də "Oskar" mükafatını qazana bilməyib. Anasının 12 yaşında aldığı gitara ilə "garage rock" tərzində musiqilər ifa etməyə başladı. 15 yaşında bir rock musiqiçisi olmaq arzusu ilə məktəbi tərk etdi.
Conni Hollidey
Jan-Filip Lo Smet, ya da səhnə adı ilə Conni Hollidey (15 iyun 1943[…], IX arondisman (Paris), Fransa – 5 dekabr 2017, Marn-la-Kokett[d], Fransa) — Fransız rok musiqi bəstəkarı, söz müəllifi, analitik və aktyordur. Xüsusilə Fransanın Elvis Preslisi deyə də adlandırılır. Dünyaca tanınmış, Rok və Rok-n-roll musiqi müğənnisidir.
Conni Huan
Conni Huan (5 oktyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. Conni Huan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Conni Huan Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Conni Huan Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Conni Keş
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Conni Loqan
Şon Patrik Maykl Şerrard (ing. Seán Patrick Michael Sherrard; d. 13 may 1954) - və ya səhnə adı olan Conni Loqan (ing. Johnny Logan) kimi tanınan və Avstraliyada dünyaya göz açmış İrlandiyalı müğənni və bəstəkar. Conni Loqan Avropada əsasən Avroviziya Mahnı Müsabiqəsində iki dəfə (1980 və 1987-ci illərdə) qələbə qazanmasına görə tanınır. O eyni zamanda 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmış mahnının da bəstəkarı olmuşdur. Conni Loqan İrlandiyanı ilk dəfə Avroviziyada 1980-ci ildə "What's Another Year" adlı mahnı ilə təmsil etmiş və 19 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır. Daha sonra 1984-cü ildə İrlandiyanı həmin müsabiqədə Linda Martin Conni Loqanın bəstələdiyi "Terminal 3" adlı mahnı ilə təmsil etmiş və ikinci yerdə qərarlaşmışdır. Loqan Avroviziyaya iştirakçı olaraq ikinci dəfə 1987-ci ildə geri döndü. Müsabiqədə özü tərəfindən bəstələnmiş "Hold Me Now" adlı mahnını ifa edən müğənni İrlandiyaya Avroviziyada növbəti qələbə sevincini yaşatmışdır.
Conni Noksvil
Conni Noksvil kimi tanınan Philip John "PJ" Clapp (11 mart 1971, Noksvill, Tennessi) — MTV serialı olan Jackass serialının yaradıcısı kimi tanınan Amerikalı komediyaçı, aktyor və prodüserdir.
Conni Sins
Conni Sins (ing. Johnny Sins) təxəllüsü ilə tanınan Stiven Volf (ing. Steven Wolfe, 31 dekabr 1978, Pitsburq, Pensilvaniya) — Amerikalı pornoaktyor, prodüser və youtuber. Keçəl başı və əzələli bədəni ilə məşhur olan Conni Sins mütəmadi olaraq axtarışlarda ən populyar aktyorlardan biridir. İlin Kişi Aktyoru AVN mükafatına iki nominasiya da daxil olmaqla, işlərinə görə çoxsaylı təltif almışdır. Stiven Volf (ing. Steven Wolfe) 31 dekabr 1978-ci ildə ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində anadan olmuşdur. Kollecdən məzun olduqdan sonra həftədə altı gün tikintidə işləmişdir. 2006-cı ildə, 28 yaşında pornoaktyor olmaq üçün Los-Ancelesə köçdü. Pornhub kosmosda ilk porno filmi çəkmək üçün 10 iyun 2015-ci ildə Indiegogo vasitəsilə bir kraudfandinq kampaniyasına başladı.
Cornu mazzullii
Cornu mazzullii (lat. Cornu mazzullii) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin cornu cinsinə aid heyvan növü.
Conni Gitar
Conni Gitar (İngilis dilindəki orijinal adı: Johnny Guitar) — 1954-cü ildə çəkilmiş Hollivud filmidir. Film ilk dəfə Türkiyədə 20 noyabr 1956-cı ildə orijinal adı ilə nümayiş etdirilmişdir. Növbəti il, yəni ​​1957-ci il mayın 29-da bu dəfə "Dişi Qartal" adı altında yenidən nümayiş etdirilmişdir. Roy Çanslorun eyniadlı romanı əsasında Filip Yordanın hazırlamış olduğu ssenarini Nikolas Rey lentə almışdır. 1950-ci illərdə məşhur bir vesternə çevrilmişdir. Baş rollarda Coan Crawford, Sterling Hayden, Mercedes McCambridge, Scott Brady oynamışdırlar. Film üçün yazılmış və film ilə eyni adı daşıyan mahnısı da filmin özü qədər populyarlaşmışdır. Peggy Lee tərəfindən yazılmış və bəstəkarı Viktor Yanq olan "Johnny Guitar" mahnısı filmdə sanki Coan Krouford tərəfindən ifa edilirmiş kimi göstərilsə də, əslində mahnı Peggy Lee tərəfindən ifa edilmişdir. "Johnny Guitar" 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli" filmlərdən biri olaraq seçilmiş və ABŞ Milli Film Reyestrində saxlanmasına qərar verilmişdir.
Conn Kennedi
Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[…] – 22 noyabr 1963[…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur. Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş vermişdir. Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.
Bulbophyllum cornu-cervi
Bulbophyllum cornu-cervi (lat. Bulbophyllum cornu-cervi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum cornu-cervi növü Sikkimdən Darcilinqə qədər yayılmışdır.
Concu Hanok kəndi
Concu Hanok məhəlləsi Collabukdo ərazisinin Concu şəhərində Vansan royanunun Pungnamdong və Gyodong kəndləri ilə əhatə olunmuş 296,330 m²lik kəndir. Hal-hazırda bu kənddə 995 ev var və 2.202 sakin yaşayır. Buradakı 708 binanın 543-ü hanok, 165-i isə qeyri-hanokdur. İnsanların Concu şəhərində 15 min il əvvəl yaşamağa başladığı təxmin edilir. Əvvəllər təbiət qoynunda, dağların ətəyində salınmış kəndlər 665-ci ildə Şilla kralı Mun Munun vaxtında Vansan rayonunun yaradılması ilə düzən ərazilərə köçürüldü. Concu xalqının düzənlikdəki həyatı Concu Ipsong qalasının (Concu qalası) inşası ilə başladı. Qoryo sülaləsi dövründə Concu Ipsong qalası ətrafında, Hanbyokdang, Omokde və Gannapde inşa edildi, onların ətrafında isə Okryudong və Camandong kimi kəndlər təbii şəkildə quruldu. Bu kəndlər indiki Hanok kəndinin doğma yeridir. Concu Hanok kəndinin indiki formasını alması 1905-ci il Yaponiya-Koreya razılaşmadan sonra olmuşdur. O zamanla yaponlar Concu qalasının qərb tərəfdən xaricində məskunlaşmışdılar.
Senecio cornu-cervi
Senecio cornu-cervi (lat. Senecio cornu-cervi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Conni Mnemonik (film)
Conni-Mnemonik (ing. Johnny Mnemonic) – 1995-ci ildə Robert Lonqo tərəfindən çəkilmiş kiberpank, döyüş filmi. Conni-Mnemonik — Internet Movie Database saytında.
Conn F. Kennedi
Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[…] – 22 noyabr 1963[…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur. Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş vermişdir. Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.
Conni-Mnemonik (film, 1995)
Conni-Mnemonik (ing. Johnny Mnemonic) – 1995-ci ildə Robert Lonqo tərəfindən çəkilmiş kiberpank, döyüş filmi. Conni-Mnemonik — Internet Movie Database saytında.
Conni Gitar (film, 1954)
Conni Gitar (İngilis dilindəki orijinal adı: Johnny Guitar) — 1954-cü ildə çəkilmiş Hollivud filmidir. Film ilk dəfə Türkiyədə 20 noyabr 1956-cı ildə orijinal adı ilə nümayiş etdirilmişdir. Növbəti il, yəni ​​1957-ci il mayın 29-da bu dəfə "Dişi Qartal" adı altında yenidən nümayiş etdirilmişdir. Roy Çanslorun eyniadlı romanı əsasında Filip Yordanın hazırlamış olduğu ssenarini Nikolas Rey lentə almışdır. 1950-ci illərdə məşhur bir vesternə çevrilmişdir. Baş rollarda Coan Crawford, Sterling Hayden, Mercedes McCambridge, Scott Brady oynamışdırlar. Film üçün yazılmış və film ilə eyni adı daşıyan mahnısı da filmin özü qədər populyarlaşmışdır. Peggy Lee tərəfindən yazılmış və bəstəkarı Viktor Yanq olan "Johnny Guitar" mahnısı filmdə sanki Coan Krouford tərəfindən ifa edilirmiş kimi göstərilsə də, əslində mahnı Peggy Lee tərəfindən ifa edilmişdir. "Johnny Guitar" 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli" filmlərdən biri olaraq seçilmiş və ABŞ Milli Film Reyestrində saxlanmasına qərar verilmişdir.
Conni Keyc (Mortal Kombat)
Conni Keyc (ing. Johnny Cage) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Conni Keyc film ulduzudur. Məşhurluğunu daha da artırmaq məqsədilə Mortal Kombat turnirinə qatılmışdır. Turnirlərdə Şao Kannın döyüşçülərinə qarşı vuruşur. Conni Keyc personajı Jan-Klod Van Dammın parodiya formasıdır.
Conni İnqliş (film, 2003)
Conni İnqliş (ing. Johnny English) — 2003-cü ildə Britaniyada çəkilmiş komediya filmi. Baş rolda məşhur ingilis aktyor Rouen Atkinson çəkilmişdir. Filmin rejissoru Piter Houitdir. Film bütün dünyada 160 milyon ABŞ dolları gəlir əldə etdi Film başlığı Conni İnqlişin (Rouen Atkinson) yuxusuyla açılır. O yuxusunda özünü Agent 1 kimi görür. Yuxusunda binaya daxil olduqca itləri, gözətçiləri ram edir, otağa daxil olduqdan sonra bir qadın tərəfindən təhdid olunur və daha sonra onunla öpüşməyə başlayır. Elə bu anda İnqlişin köməkçisi olan Anquş Bou (Ben Miller) onu yuxudan oyadır. Yuxudan oyanan kimi, əsl Agent 1 (Qreq Uays) sənədlərini götürmək üçün gəlir, İnqliş isə şəxsən sualtı lyukların kodunu yoxladığını bildirir və sənədləri ona verir. Daha sonra bilinir ki, Agent 1 lyukları açmaq istərkən uğursuzluqla üzləşib vəfat etmişdir.
Conni İnqliş: Qayıdış (film, 2011)
Conni İnqliş: Qayıdış — 2011-ci ildə Britaniyada çəkilmiş komediya xarakterli film. Bu film sanki Agent Conni İnqliş (2003) filminin davamıdır. Baş rolda məşhur İngiltərəli aktyor Rouen Atkinson çəkilmişdir.Filmin rejissoru isə Oliver Parkerdir. 5 il əvvəl Mozambikdə uğursuz missiyadan sonra Ser Conni İnqliş (Rouen Atkinson) işdən qovulur və Tibetə döyüş öyrənmək üçün gedir.Amma 5 ildən sonra o MI7 tələbi ilə yenidən Londona qayıdır. Conni İnqliş MI7-nin qərərgahında (indiki Toşiba Britaniya Kəşfiyyatı) yeni boss Pegasusla (Culian Anderson) görüşür və Çin baş nazirinə qarşı təyin olunan sui-qəsdin qarşısının alınması ona tapşırılır.Conni daha sonra agent Saymon Embrous (Dominik Vest) və ixtiraçı Paç Kotermanla (Tim Maklarin) görüşür.Bundan əlavə kiçik agent,Kolin Taker (Daniel Kaluuya) ona köməkçi təyin olunur. İnqliş və Taker Honkonqa gedirlər və Conni burada keçmiş CIA agenti Titus Fişerlə (Riçard Şif) görüşür.O bildirir ki,Baş nazirə qarşı sui-qəsdi "Vorteks" adlı bir qrup planlaşdırıb və özünün bu qrupun üzvü olduğunu ortaya qoyur.Daha sonra o İnqlişə bir metal açar göstərir və Vorteksin silahının bu və digər bunun kimi 2 açar olduğunu bildirir.Fişer muzdlu qatil (Pik-Sen Lim) tərəfindən öldürülür.İnqliş böyük çətinliklə açarı qazansa da təyyarədə Susan adlı bir nəfər onun başını qataraq açarı oğurlayır.İnqliş isə Pegasusun evinə gəlir və göründüyü kimi açarı göstərə bilməyincə rüsvay olur.Sonra O Pegasusun anasını Honkonqda olan muzdlu qatil sanır və onu döyərək Pegasus qaşısında təhqir olunur. Keyt Samner (Rozamund Payk) MI7-nin davranış psixoloqudur və O hipnoz vasitəsi ilə İnqlişi Mozambikə qaytarır.O xatırlayır ki,Vorteksin 2-ci üzvü Rusiyalı Artyom Karlenkodur (Mark İvanir).Daha sonra İnqliş və Taker Karlenko ilə qolf oynamaq üçün yola düşürlər.İnqliş onunla qolf matçı zamanı onun həyatınadakı məqamları gizli-gizli ona deyir Karlenko isə onu öldürmək istəyərkən özü həmiz muzdlu qatil tərəfindən yaralanır.İnqliş və Taker onu xəstəxanaya çatdırmaq istəsələr də Karlenko özünün Vorteks üzvü olduğunu bildirir,2-ci açarı ona verir,və Vorteksin 3-cü adamının MI7-dən olduğunu bildirərək ölür. Karlenko öldükdən sonra Conni İnqliş MI7-nin qərargahına yollanır və baş nazirin danışıqlarından sonra məlum olur ki,Britaniya və Çin hökumətləri arasında danışıq İsveçrədə Le Bastiyon qalasında olacaq.Daha sonra O Saymon Embrousla restoranda nahar zamanı ona bildirirki Vorteksin 3-cü üzvü MI7-dəndi.Saymon tapançanı altdan tutaraq onu öldürmək istəyəndə İnqliş bildirir ki, ondan şübhələnmir.Taker banyoda Saymonu öldürmək istəyərkən Saymon yalandan deyir ki, 3-cü üzv Paç Kotermandı.Daha sonra Saymon İnqlişdən riyakarcasına açarı alır və Pegasusa zəng eləyərək 3-cü adamın Conni İnqliş olduğunu deyir. İnqliş sonra Kotrmanla kilsədə qarşılaşır və çətinliklədə olsa özünü ölümdən qurtarır.O həm də Kotermanın əl arabasından istifadə edir.Sonra O, Keytin evinə gəlir və ona deyirki,O Vorteksdən deyil və daha sonra özündən gedir.Onlar daha sonra kompyuterdə Mozambikdəki hadisələri izləyir və qatilin ürək çatışmazlıqından deyil məhz Timoxelyn Barbebutenol adlı narkotikdən yəni şüuru idarə edən preparatdan öldüyünü müəyyən edirlər.Embrous isə Vorteks üzvü ilə danışıqda 500 milyon ABŞ dolları qarşılığında dərmanı alaraq baş nazirin ölümü üçün planlaşdırırlar. İnqliş daha sonra Takerin evinə gedir,və ondan xahiş edir ki,ona kömək etmək üçün Le Bastiyona getsinlər.İnqliş Pegasusun içməli olduğu meyvə şirəsini içərək dərmanın təsirinə düşür.İnqliş Embrousun əmri ilə Pomadaya bənzər bu tapançanı Baş nazirə tuşlayır və onu öldürmək istəyir.İnqliş narkotikin təsiri ilə mübarizə aparır,Taker isə Embrousla İnqliş arasındakı rabitəni kəsmək üçün çalışır.Taker radio stansiyası ilə tezliyi pozur və İnqliş rəqs etməyə başlayır.Embrous isə ona əmr edirki Baş naziri öldürsün.İnqliş isə gülləni şüşəyə vurur və sonra huşunu itirərək yerə yıxılır.Saymon isə aradan çıxır.
Bennu
Bennu — Bu, Misir mifologiyasında Günəş Tanrısı Ra-nın ruhuna sahib olduğu deyilən qarğabənzər bir quşdur. Həmçinin, bu mifologiyaya görə, Bennu Ra məbədi ətrafında müqəddəs bir ağacın alovundan formalaşmışdır. Bennu nəsli kəsilib. Bennus insanlardan daha böyükdür. Başqa bir inanca görə, Bennu Osirisin ürəyindəki çatdan çıxdı. Bennu boz, mavi, bənövşəyi və ya ağ hərarət kimi təsvir edilmişdir. Misir mifologiyasına görə, Bennu dünyanın yaradılmasında rol oynadığı deyilən, özünü yaradan bir varlıq idi. Onun ba Ra olduğu və Atumun yaradıcılıq fəaliyyətinə töhfə verdiyi deyilirdi.Deyirdilər ki, tanrı yaradılışdan əvvəl mövcud olan Nun suları üzərində uçaraq qayaya enərək yaradılışın mahiyyətini təyin edən bir çağırış verir. O, həm də yenidən doğuşun simvolu idi və buna görə də Osirislə əlaqələndirilirdi. Bennuların bəzi titulları "Özü Yaradan" "Yubileylərin Rəbbi" idi; sonuncu epitet Bennunun günəş kimi vaxtaşırı yeniləndiyi inancına istinad edirdi.
Cenna
Cenna — ad. Cenna Santoromito — Avstraliyanı təmsil edən su poloçusu. Cenna Aşkoviç — Cənubi Koreya doğumlu ABŞ aktrisası Cenna Marbls — amerikalı youtuberdir.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Conium
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan — gəmi) — yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Corlu
Corlu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah-Daş bəndi çəkilib. Dağ çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub. Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib. Corlu oyk., sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı peçeneqlərin cor tayfa adı ilə əlaqələndirilir və "corlar yaşayan kənd" kimi izah edilir.
Cornus
Zoğal (lat. Cornus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki – Zaqatala, Quba – Qusar zonalarında, eləcə də Kür – Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11 % üzvi turşular (limon, alma, kəhraba və s.) 8-8 % aşı maddəsi, karotin və C, B vitaminləri, boyayıcı və pektin maddələri və s. vardır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.
Cinqu
İmperatriça Cinqu (170, Kioto, Kioto prefekturası – 269, Kioto, Kioto prefekturası) — Yaponiya imperatriçası. Cinqu 169-cu ildə anadan olub. Yaponiyanı 201-269-cu illərdə qədər idarə etmişdir. İmperator Çayın həyat yoldaşıdır. Bundan başqa, İmperatriça Cinqu ərinin ölümündən sonra 269-cu ildə oğlu taxta gələnə qədər ölkəyə rəhbərlik etmişdir. Yaponiya imperatorları siyahısına görə Yaponiyanı imperiya sistemi ilə idarə edən 15-ci hökmdardır. Amma bəzi mütəxəssislər əslində 15-ci hökmdarın oğlu olduğunu müdafiə edirlər.
Honşu
Honşu (yap. 本州), həmçinin Hondo, Hippon — Yaponiyanın ən böyük adası. Adanın uzunluğu 1300 km, eni isə 50 – 230 km arasında dəyişir. Sahəsi 227 969,74 km² təşkil edir. Bu isə Yaponiya ərazisinin 60 % deməkdir. Honşu adası Britaniya adasından bir qədər kiçikdir. Sahil xəttinin uzunluğu 5450 km təşkil edir. Honşunun reylefi dağlıqdır. Onlar arasında vulkanlar üstünlük təşkil edir. Onlar arasında ən böyüyü Fuci dağıdır.
Çendu
Çendu — Çinin mərkəzi hissəsində şəhər. Sıçuan əyalətinin inzibati mərkəzi. Əhalisi 14 milyon (2010). Mintszyan çayı sahilindədir. E.ə. 4 əsrdə salınmışdır. E.ə. 221–63 illərdə Şu çarlığının, eramızın 908–965-ci illərində Xou Şu (Son Şu) çarlığının paytaxtı idi. 1644–46-cı illərdə Çjan Syançjunun üsyançı ordusu tərəfindən tutulmuşdu. 17-ci əsrin 2-ci yarısında Çinin mancurlar tərəfindən işğalından sonra Sıçuan əyalətinin inzibati mərkəzi olmuşdur.