Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Devid Cuntoli
Devid Cintoli (ing. David Giuntoli, 18 iyun 1980, Miluoki, Viskonsin) — Amerikalı aktyordur. NBC-nin fövqəltəbii dram serialı olan Qrimm-də detektiv Nik Burkart obrazını canlandırıb. Bundan başqa o 13 Saat: Benqazinin gizli əsgərləri (2016) və Buddyun (2016) kimi filmlərdə də çəkilib. Hal-hazırda Bir milyon kiçik şey televiziya serialında Eddi Saville obrazını canlandırır. == Həyatı == Cintoli Viskonsin ştatının Milwaukee şəhərində Meri və Devid Cintolinin ailəsində anadan olub. Atası italyan, anası isə polyak və alman əsillidir. O Missuri ştatının Sent-Luis şəhərinin ətrafındakı Huntleydə böyüyüb. Gən oğlanlıq vaxtlarında çox atletik olmadığını etiraf edən Giuntoli "Orta məktəbdə oxuyanda boyum indikindən 90 sm qısa idi" deyib. Sözlərinə başının eyni ölçüdə qaldığını əlavə edib.
Cuno
Cuno (Alyaska)
Şunt
Şunt — elektrik cərəyanının (və ya maqnit axınının) dövrənin hər hansı bir hissəsindən keçməsinə imkan verən cihazdır. Adətən aşağı müqavimətli rezistor, induktivlik çarxı və ya keçiricidən ibarətdir.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
50 Cent
III Kertis Ceyms Cekson (d. 6 iyul 1975, Cənubi Yamayka[d], Kuins) — 50 Cent adı ilə tanınan məşhur ABŞ-lı repçi, prodüser və aktyor. == Həyatı == III Kertis Ceyms Cekson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyümüşdür. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Kertis 8 yaşına qədər anasının himayəsində böyümüşdür. Anası narkotik satıcısı idi və Curtisin hələ 8 yaşı olarkən anasının bir dostu ilə çıxan narkotik probleminə görə öldürülmüşdür. Anasının ölümündən sonra Curtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Curtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Curtis ilk ağır cəzasını 19 yaşında almışdır. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlmişdir.
A.Cunn
Allan Kanningem (ing. Allan Cunningham; 13 iyul 1791, Uimbldon, Böyük London – 27 iyun 1839, Sidney) — Böyük Britaniya botaniki. Botanik Riçard Kanningemin qardaşı. Avstraliya və Yeni Zellandiya florasını öyrənib.
A.Cunn.
Allan Kanningem (ing. Allan Cunningham; 13 iyul 1791, Uimbldon, Böyük London – 27 iyun 1839, Sidney) — Böyük Britaniya botaniki. Botanik Riçard Kanningemin qardaşı. Avstraliya və Yeni Zellandiya florasını öyrənib.
Cund (Kəleybər)
Cund (fars. جند‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (17 ailə).
Cuno (Alyaska)
Cuno (ing. Juneau) — ABŞ-də şəhər, Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) == Haqqında == Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Cunot Dias
Cunot Dias (31 dekabr 1968, Santo-Dominqo) — Dominik əsilli Amerika yazıçısı Massaçusets Texnologiya İnstitutunun yaradıcı yazı professoru və Boston Review-in bədii redaktoru. Cunot Dias Massaçusets Texnologiya İnstitutunun professorudur. O, həmçinin Gürcüstanda sənədsiz mühacirlərə orta təhsildən sonra təlimat verən könüllü təşkilat hesab edilən Azadlıq Universitetinin məsləhətçilər heyətində çalışır. Cunot Diasın buradakı vəzifəsi mühacirlərin təcrübələri, xüsusilə də Latın mühacirlərinin təcrübəsi ilə bağlıdır. 1968-ci ildə Dominikan Respublikasının paytaxtı Santo Dominqo şəhərində dünyaya göz açan və beş uşaqdan ortancılı olan Cunot Dias Santo Dominqonun yaxınlığında yerləşən Villa Juana səmtində yoxsul bir ailədə böyümüşdür."Diktator, kripto-faşist" xarakterli atası Cunot və qardaşlarını odlu silahla atəş etməyə və müxtəlif döyüş sənətlərini öyrənməyə təşviq edirdi. Uşaqlıq illərində Dias şəraiti olmayan, su qıtlığı , eləcə də vətəndaş ixtişaşları və çoxlu siyasi qətl hadisələri baş verən bir şəhərdə yaşayırdı. Diasda nağıllara və əfsanələrə maraq yaradan nənəsi ona lənət, ovsun və əcdadları haqqında fantastik nağıllar danışardı. Dias danışılanlara inanmasa da, bu hekayələr onun çox maraqlı idi. 1974-cü ildə Dominikan Respublikasının sabiq prezidenti Trujillonun keçmiş məsləhətçisi Coakin Balaquer yenidən prezident seçildikdə Dias ailəsi ilə birlikdə miqrant statusu əldə edərək ABŞ-nin Nyu-Cersi Parlin şəhərinə köçməyə qərar verir. 1980-ci illərdə atası ABŞ-yə daha əvvəl gedərək onları tərk etmiş və ailə uzun illər yoxsulluq içində yaşamağa məcbur olmuşdu .
Cunut bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Funt-sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Funt sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
G.Cunn.
Qordon Herriot Kanningem (ing. Gordon Herriot Cunningham; 27 avqust 1892 – 18 iyul 1962, Oklend) — Yeni Zelandiya mikoloqu. == Elmi fəaliyyəti == Qordon Herriot Kanningem mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış göbələklər == Cunninghammyces Stalpers, 1985 Bovista cunninghamii Kreisel, 1967 Coccomyces cunninghamii P.R.Johnst., 2000 Diplomitoporus cunninghamii P.K.Buchanan & Ryvarden, 1998 Hyphodontia cunninghamii Gresl. & Rajchenb., 2000 Perenniporia cunninghamii Decock, P.K.Buchanan & Ryvarden, 2000 Phlebia cunninghamiana Duhem, 2009 Thaxterogaster cunninghamii E.Horak, 1973 [syn. Cortinarius cunninghamii (E.Horak) Peintner & M.M.Moser, 2002] Vararia cunninghamii Boidin & Lanq., 1976 == İstinadlar == == Ədəbiyyat == CUNNINGHAM, Gordon Herriot, C.B.E., F.R.S. An Encyclopaedia of New Zealand, edited by A. H. McLintock. — 1966.
Karl Kunt
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Cuno (film)
Cuno (ing. Juno) — 2007-ci il ABŞ istehsalı komediya-dram filmi. Ceyson Raytmanın rejissorluğu ilə çəkilib. Ssenarisi Diablo Cody tərəfindən yazılıb. Baş rolda Elliot Peyc yer alıb. Film səhvən hamilə qalan Cuno adlı yeniyetmə qızdan bəhs edir. Filmin çəkilişləri 2007-ci ilin fevral ayının əvvəlindən mart ayına qədər Vankuverdə aparılmışdır. "Cuno" filminin premyerası 8 sentyabr 2007-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutub.
Cuno (dəqiqləşdirmə)
Cuno (Alyaska)
Girdəmeyvə cut
Girdəmeyvə cut (lat. Corchorus capsularis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cut cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Corchorus cordifolius Salisb. === Heterotipik sinonimləri === Corchorus marua Buch.-Ham. Rhizanota cannabina Lour. ex Gomes Mach.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır. Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
Uzunmeyvəli cut
Uzunmeyvəli cut (lat. Corchorus olitorius) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cut cinsinə aid bitki növü.
Cun Amano
Cun Amano (19 iyul 1991, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Cun Aşida
Cun Aşida (芦田 淳, Aşida Cun, 21 avqust 1930, Concu, Yaponiya imperiyası – 20 oktyabr 2018) – Yaponiya dəb dizayneri. Yaponiya imperator evi üçün dizayn etdiyi geyimlərə görə tanınır. Onun ikinci qızı Tae Aşida da dəb dizayneridir. == Həyatı == Cun Aşida 1930-cu ildə Yaponiyanın hakimiyyəti altında olan Koreyada həkim ailəsində doğulmuşdur. O, səkkizuşaqlı ailənin ən kiçik üzvü olmuşdur. Aşida orta təhsilini tamamlamaq üçün Yaponiyada qayıtmış, İkinci dünya müharibəsindən əvvəl ABŞ-dən qayıdan böyük qardaşının və onun həyat yoldaşının geyimlərini gördükdən sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. O, rəssam və dizayner Cuniçi Nakaharanın tələbəsi olmuşdur. 1960-cı ildə Takaşiyama alış-veriş mərkəzində və "Teijin" parça şirkətində məsləhətçi dizayner kimi işləməyə başlamışdır. 1963-cü ildə öz brendini yaratmışdır. Aşida ilk kolleksiyasını 1964-cü ildə Tokioda təqdim etmişdir.
Cun Haseqava
Cun Haseqava (長谷川 潤, Haseqava Cun, 5 iyun 1986, Nyu-Hempşir) – Yaponiya-ABŞ modeli. Isle Management ilə əməkdaşlıq edir. Boyu 164 santimetrdir. Haseqava 2005-ci ildə "Vivi" dəb jurnalının ekslüsiv modeli olduqdan sonra populyar modelə çevrilmişdir. O, səkkiz il boyunca jurnal üçün modellik etmişdir. Bundan əlavə, "Glamorous" jurnalının da modeli olmuşdur. Tarento sənayesində aktiv fəaliyyət göstərir.
Cun Mizutani
Cun Mizutani (水谷 隼, Mizutani Cun, 9 iyun 1989, İvata, Şizuoka prefekturası) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Cun Mizutani Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Daha sonra Cun Mizutani Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Cun Mizutani Yaponiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın sahibi olub.
Cun Yucin
Jung Yoo-jin (19 fevral 1989, Cənubi Koreya), həmçinin Eugene Jung kimi tanınan Cənubi Koreyalı model və aktrisadır. O, karyerasına YG Entertainment-də model kimi başlamışdır. O, "Heard It Through the Grapevine (2015)", "Moorim School" və "W" kimi Koreya dramlarındakı rolları ilə tanınır. 2018-ci ilin fevralında Cun FNC Entertainment idarə agentliyi ilə müqavilə imzaladı.
Haroldson Lafayette Hunt
Harold Lafayette Hunt (d.17 fevral 1889-V.29noyabr 1974) Texas neft milyonçusu və siyasi fəal. == Həyatı == Ramsey yaxınlığında Karson kəndində doğulub. Səkkiz uşağın ən kiçiyi olub. Tanınmış sahibkar fermer olan atası Haroldson Lafayette Hunt ölümündən sonra bu ad doğulan uşağa verilib. Ailə daxilində təhsil alıbdır. Sonralar qumarbaz kimi tanınmağa başladı. 1957-ci ildə neft işinə girir və Amerika Birləşmiş Ştatlarının səkkizinci ən varlı şəxsi olur. == Ailəsi == Iki dəfə evlənib. Ümumilikdə on dörd uşağı var. Ilk həyat yoldaşının adı Lida Banker olub.
Cüng
Cünk — XX əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları — əlyazma kitabları. Cünk sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. Cünklər həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, cünklərin mühüm əhəmiyyəti var. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Cünk
Cünk — XX əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları — əlyazma kitabları. Cünk sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. Cünklər həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, cünklərin mühüm əhəmiyyəti var. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Yuyçzülyü Çunu
Yuyçzülyü Çunu (v. 520) - Jujan dilindəki adı ilə Qanunverici xan 508-ci ildə atasından sonra taxta çıxmış jujan xaqanı. O uzunboylu və döyüşdə usta olan bir adam idi. Şimal Vey sülaləsi ilə sülh bağlayan xaqan əsasən fikri Qaoçe Ulu Bəyliyinə verdi. 516-cı ildə onları ağır məğlubiyyətə uğradaraq atasının intiqamını aldı. İmperatora qərbdəki bütün tayfaları hakimiyyəti altına aldığı barədə məlumat ehtiva edən məktub yazdı. Xaqanın ailəsində problem var idi. Oğlu Çuxuy itmişdi və heç kim onu tapa bilmirdi. Şamanların dediyinə görə oğlu qeyb olmuşdu və bir gün zühur edəcəkdi. Xaqan sevindi və şaman Dulun Duxan ilə evləndi.
Stiven Çunq
Stiven Çunq (Çjan Uçan, ing. Steven Ng-Sheong Cheung; 1 dekabr 1935, Britaniya Honkonqu[d]) — amerikalı iqtisadçı, yeni institusionalizmin nümayəndəsi. Əməliyyat xərcləri nəzəriyyəsi və mülkiyyət hüquqları nəzəriyyəsi sahəsində tədqiqatlarla məşğuldur. 1980-ci illərdə Çinin Açıq Qapı siyasətinin iqtisadi təhlili ilə məşhurdur. Müxtəlif növ müqavilə müqavilələrinin əməliyyat xərclərinə təsiri, Müxtəlif institusional mexanizmlərdə əməliyyat xərclərinin rolu (məsələn, bazar və ya dövlət), Firmanın xarakteri və diskret struktur əməliyyatların idarə edilməsi alternativlərinin müqayisəli üstünlükləri; İqtisadiyyatın öyrənilməsinin yeganə məqsədi kimi hadisələrin iqtisadi əsaslandırılması, İqtisadiyyatda əhəmiyyətli və müşahidə edilə bilən real məhdudiyyətlərin təhlili, Aşağı meyilli tələb əyrisi: neoklassik iqtisadi ənənə, Hər hansı bir nəzəriyyənin potensial saxtakarlığının zəruriliyi, Çində institusional islahatların təhlili, Çin dövlət müəssisələrinin üstünlükləri və mənfi cəhətlərinin təhlili.
Vin Çun
Vin Çun və ya Vinq Çunq (Çin dili: 詠春, Ving Tsun, ya da Wing Tsung (WT), palladiya: Yunçun — Əbədi yaz fəsli) — çin döyüş sənətidir. Bu stil 1700–1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır. Rəvayətə görə, həmin illərdə Çinə hökmranlıq edən Mançu hökuməti tərəfindən Şaolin məbədi yandırılır və həmin hadisədə xeyli rahib və güclü ustadlar öldürülür. Lakin buna baxmayaraq məbəddən beş ustad qaça bilir. Həmin o qaçanlardan biri məhz rahibə Ng Mui idi. Rahibə Taylən dağındakı Ağ Durna Məbədində gizləndi. Yaşadığı həmin o hadisəni heç vaxt unuda bilməyən Ng Mui, bu məbəddə Zen təriqəti ilə məşğul olarkən eyni zamanda da Şaolin döyüş təlimi ilə də məşğul olurdu. Ng Mui başa düşürdü ki, bütün insanlar eyni gücə malik deyildirlər. Güclünü məğlub etmək üçün zəif nə etməlidir? Rahibə bir gün çay kənarında paltar yuyarkən bir durna ilə ilanın döyüşünə şahid olur.