CUMMAQ
CUNALI
OBASTAN VİKİ
Nakaqava Cunan
Nakaqava Cunan (中川 淳庵, 1739, Edo[d] – 2 iyul 1786, Edo[d]) – Yaponiya həkimi, botaniki və ranqaku alimi. 1739-cu ildə Obama hanında həkim ailəsində doğulmuşdur. O, gənc yaşlarından etibarən botanika və mineralogiyaya maraq göstərmişdir. 1764-cü ildə Hiraqa Qennay ilə birlikdə asbest parçanı ixtira etmişdir. O, daha sonra Qərb tibbinə maraq göstərmiş və Yasutomi Kisekidən holland dilini öyrənmişdir. Maeno Ryotaku, Suqita Qenpaku və digər alimlərlə birlikdə alman anatom Yohan Adam Kulmusun "Anatomiya cədvəlləri" (alm. "Anatomische Tabellen"‎, 1722) əsərinin 1734-cü ildə nəşr olunmuş holland versiyasını (nid. "Ontieedkundige Tafelen") yapon dilinə tərcümə etmişdir. Bu əsər 1774-cü ildə Yaponiyada "Yeni anatomiya kitabı" adı ilə nəşr olunmuş və Yaponiyada Qərb tibbinin öyrənilməsi üçün vacib rol oynamışdır. Cunan isveçli həkim və botanik Karl Peter Tunberqdən dərslər almış, hollandların Naqasakidə yerləşən ticarət postunun direktoru İsaak Titsinqlə dostluq etmişdir.

Значение слова в других словарях