Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatına daxildir:
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. == Dövlətin mənşəyi haqqında nəzəriyyələr == Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.
Dövlət içində dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). == "Dövlət içində dövlət" hesab edilənlərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Bufer dövlət
Bufer dövlət — müharibə edən (hərbi və ya geosiyasi mənada) dövlətlər arasında yerləşən, onları bir-birindən ayıran və bir-birinə düşmən olan orduların təmasının olmamasını təmin edən ölkələr. Tez-tez "kordon sanitarları" yaratmaq üçün müxalif qüvvələr tərəfindən istifadə olunur. Tez-tez "sanitariya kordonlarını"yaratmaq üçün qarşıdurma qüvvələri tərəfindən istifadə olunur. Zbiqnev Bjezinski özünün “Böyük şahmat taxtası” kitabında əməkdaşlıq etməyə çalışan, bununla da hər iki qonşusunu zəiflədən dördüncü tərəfin xeyrinə dövləti təsvir etmək üçün "bufer dövlət" terminindən istifadə etmişdir. Bəzi ekspertlərin fikrincə, hazırda "GUAM" təşkilatına üzv olan keçmiş SSRİ dövlətləri Rusiya Federasiyasını, Avropa və Asiyanın qonşu "köhnə" dövlətlərini ayıran bufer ölkələrdir. Güclü dövlətlər baxımından bufer dövlətlərin iki funksiyası var: İki güclü ölkənin birbaşa qonşu olmasının qarşısını alaraq, kiçik sürtünmələrin və ya sərhəd münaqişələrinin tez bir zamanda hərtərəfli müharibəyə çevrilməsinin qarşısını almaq. İki ölkədən biri digərinə müharibə elan etdikdə, hücuma məruz qalan tərəfin qarşı tərəfin hücumunu öz ərazisinə çatmamış, bufer dövlətin ərazisində qarşılamaq. Birinci Dünya Müharibəsindən əvvəl bir-biri ilə rəqabətdə olan Almaniya və Fransa arasında Belçika, Lüksemburq, Hollandiya və İsveçrə bufer dövlətlər siyahısına salınmış, hər iki tərəfin bu ölkələr üzərindən bir müharibəyə başlayacağı təqdirdə bu ölkələrin müstəqilliyini və neytrallığını qorumaq üçün xüsusi səylər göstərilmişdir. bu ölkələr vasitəsilə hücum.
Diyen (dövlət)
Diyen, Dyan (çin. Hant; vyet. Điền quốc, Den, Ten və ya Tien) - e.ə. IV—e.ə. II əsrlərdə indiki Quyçjou, Sıçuan və Yunnan əyalətlərinin Tunsin, Kunmin, Siçan, Dali qəzalarında, Çin Xalq Respublikası hüdudlarında mövcud olmuş dövləti qurum. Dövlət Diyen və ya Kunmin gölünün yerləşdiyi yaylada mövcud olmuş. Diyenlilər öz ölülərini qəbrlərdə basdırmışdılar. Diyen dili ehtimal olunur ki, tibet-birma dillərindən biri olmuş. == Ümumi məlumat == Çin mənbələrində sinan-i və mimo kimi məlum olan, bir sıra tədqiqatçı tərəfindən müasir itszuların əcdadı hesab edilən eyniadlı qrup, yaxud tayfa ittifaqı tərəfindən yaradılmışdır. Çin tarixi əsərlərində Diyeni Çu çarlığının hökmdarı Vey-vanın [e.ə.
Dövlət (Platon)
"Dövlət" (yun. Πολιτεία) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. E.ə. 360-cı ildə yazılmışdır. Platonun fikrincə dövlət ədalət ideyasının ifadə şəklidir. Dialoqda ilk dəfə filosoflar əbədi olaraq mövcud olan ideyaya çata bilən şəxslər kimi təqdim edilir. == Platonun təklif etdiyi quruluş == Platonun dövləti üç zümrədən ibarətdir: Ali zümrə: yalnız müdrik insanlar vətəndaşların düzgün həyat tərzi sürmələrinə cavabdeh ola bilərlər. platonun fikrincə dövlətin başında filosoflar dayanmalıdırlar (tərbiyəçilər zümrəsi) Mühafizəçilər zümrəsi: bu zümrə dövlətin daxili və xarici təhlükəsizliyinə cavabdehdir(döyüşçülər zümrəsi). Digər vətəndaşların zümrəsi(sənətkarlar, tacirlər, kəndlilər) onların vəzifəsi dövləti zəruri ehtiyaclarının təmin edilməsidir (təchizatçılar zümrəsi). Platonun dövlətində mülkiyyətin ictimai növü mövcuddur və şəxsi mülkiyyət qadağandır.
Dövlət (dəqiqləşdirmə)
Dövlət (Platon) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. Dövlət (Əbyəlil) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd.
Dövlət (Əbyəlil)
Dövlət kəndi (başq. Дәүләт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 12 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 35 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Dövlət Xatun
Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan. == Həyatı == 1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır. 1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir. 1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı.
Dövlət ateizmi
Dövlət ateizmi — teizmi qəbul etməyib, ateizmi dəstəkləyən dövlət siyasəti. Tarixdə və hal-hazırda daha çox Marksist ideologiyanı qəbul edən bəzi dövlətlər tərəfindən tədbiq edilmişdir və hələ də tədbiq edilməkdədir. Amma yenə də Marksizm dinləri rədd edən tək ideologiya deyildir. Laisez-faire dövrü kapitalistlərindən Ayn Randın fikirləri Marksizmə demək olar ki, daban-dabana zidd olmasına baxmayaraq, o, dinləri modern dövrdən əvvəlki dövrün batil inancları olaraq ifadə edirdi.
Dövlət bayrağı
Dövlət bayrağı — milli dövlətin rəsmi tanınma nişanlarından biri; fərqli və dəyişməz simvola malik olmalıdır. Bir çox hallarda qeyri-rəsmi dildə "milli bayraq" termini də işlədilir. Dövlət bayrağı — müəyyən ölçülərə və rəng çalarlarına malik parçadır. İstifadə zamanı bayraq tutağacına bərkidilir.
Dövlət başçısı
Dövlət başçısı — bir dövləti birlik və legitimliyi ilə rəsmi şəkildə təcəssüm etdirən ictimai şəxs. Ölkənin idarəetmə formasından və səlahiyyətlərin bölünməsindən asılı olaraq, dövlət başçısı təntənəli idrakçı (məsələn, Böyük Britaniya monarxı) və ya eyni zamanda hökumət başçısı və daha çox ola bilər (məsələn, ABŞ Prezidenti, o da Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır). Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentə mənsubdur. Prezidentli respublikalarda dövlətin başçısı eyni zamanda hökumətin rəhbəri olur, öz istəyinə görə nazirləri təyin edir. Bu prezidentin təmsil etdiyi partiyanın üzərinə xüsusi məsuliyyət qoyur. Bununla belə bir çox ölkələrdə dövlət başçısı özünün səlahiyyəti dövründə partiyada üzvlüyünü dayandırır. Parlamentli respublikalardan İtaliya respublikasında dövlət başçısının səlahiyyət müddəti 7 il nəzərdə tutulsa da başlanan konstitusiya islahatlarında gələcəkdə səlahiyyət müddətinin 5 ilə endirilməsi, 2 dəfə seçilməsi və yaş həddinin aşağı endirilməsi nəzərdə tutulmuşdur. Bir sıra ölkələrdə dövlət başçısı silahlı qüvvələrin baş komandanıdır.
Dövlət borcu
Dövlət borcu — daxili və xarici dövlət borcundan ibarət olmaqla, ölkənin təxirəsalınmaz sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin mmaliyyələşdirilməsi üçün qəbul edilən, ölkə hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Dövlət borcu aşağıdakı formalarda ola bilər: hökumətin aldığı kreditlər, hökumətin adından buraxılan qiymətli kağızlar şəklində olan dövlət istiqrazları və hökumətin təminat verdiyi digər borc öohdəlikləri.
Dövlət büdcəsi
Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu vardır. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdır). Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir. Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır.
Dövlət dili
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. == Dövlət dili == Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər. == Dövlət dili ilə rəsmi dil arasında fərq == UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi: Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir. Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. == Azərbaycan Respublikasının Dövlət dili == Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Dövlət dini
Dövlət dini həmçinin rəsmi din — rəsmi statusu müvafiq dövlət tərəfindən təsdiq edilmiş din. Dövlət dini olmayan dövlətləri dünyəvi və ya sekulyar dövlətlər adlandırırlar. == Dövlət dininin atributları == == Müasir dövrdə vəziyyət == Harvard Universitetinin 2000-ci ilə olan məlumatlarına görə 188 dövlətdən 75-i bu və ya digər dini özlərinin rəsmi dini elan etmiş, 113 ölkənin isə rəsmi dini olmamışdır. == Rəsmi dini olan dövlətlər == === Xristianlıq === ==== Katoliklik ==== Argentina Vatikan (teokratiya) Dominikan Respublikası Kosta-Rika Lixtenşteyn Malta Monako Salvador San-Marino İsveçrə (bəzi kantonları) ==== Protestantlıq ==== ===== Kalvinizm ===== Şotlandiya. İngilis monarxı bu kilsənin başçısı yox, yalnız üzvüdür. İsveçrə (bəzi kantonları) ===== Lüteranlıq ===== Danimarka İslandiya Norveç Finlandiyada kilsə və dövlət arasında münasibətlər xüsusi razılaşmalar ilə tənzimlənir. Kilsənin fəaliyyətinə dair xüsusi qanunvericilik mövcuddur. Kilsə xüsusi kilsə vergisi yığmaq hüququna malikdir (dövlət strukturlarının köməkliyi ilə könüllülük prinsipi əsasında toplanır). Amma hüquqi baxımdan Finlandiya Kilsəsi dövlət kilsəsi deyil. İsveçdə İsveç Kilsəsinin rəhbərinin kral olmasına baxmayaraq 2000-ci ildən kilsə dövlətdən ayrı fəaliyyət göstərir.
Dövlət formaları
Dövlət formaları — ərazi quruluşu, prinsipləri, dövlət orqanlarının formalaşması və qarşılıqlı fəaliyyət üsulları, habelə hakimiyyətin həyata keçirilməsi metodları, müəyyən bir dövlət siyasətinin həyata keçirilməsini təmin edən bir quruluş, dövlətin daxili quruluşunun müəyyən bir modelidir. Xarici xüsusiyyətlərin bu dəsti bir vəziyyəti digərindən fərqləndirməyə imkan verir. Dövlətçiliyin müxtəlif formaları, siyasi, iqtisadi, tarixi daxil olmaqla müxtəlif amillərin vəziyyətinə təsirindən qaynaqlanır. Aralarında əsas olanlar bunlardır: milli dövlətlərin inkişafının tarixi ənənələri; milli dövlətçiliyin formalaşmasının tarixi xüsusiyyətləri; dövlətdəki sosial qüvvələrin real tarazlığı; dövlət əhalisinin milli tərkibi; Xarici təcrübə; yaşayış standartları; keçmiş metropolların əvvəllər onlardan asılı olan ərazilərdə dövlət forması seçiminə təsir dərəcəsi; dünya birliyinin rolu Dövlətin forması bu və ya digər şəkildə dövlətin qarşısında duran vəzifələrdən və yerinə yetirdiyi funksiyaların xüsusiyyətindən asılıdır. == Dövlət formalarının elementləri == Dövlətin formalarının elementləri: İdarəetmə forması — dövlət hakimiyyətinin ən yüksək orqanlarının təşkilat sistemi, onların formalaşma qaydası, səriştəsi, bir-biri ilə və əhali ilə əlaqəsi (ən qədim element: Qədim Yunanıstanda alimlər tərəfindən seçilməyə başlandı); Dövlət quruluşunun forması — dövlətin ərazi təşkili sistemidir (XVII–XVIII əsrlərdən bəri fəal şəkildə öyrənilmişdir); Dövlət (siyasi) rejim — dövlət hakimiyyətini həyata keçirmə metodları (elm yalnız XX əsrin əvvəllərində diqqət çəkməyə başladı). == Dövlət formalarının tipologiyası == === Dövlətin monokratik forması === Dövlət hakimiyyətinin təşkili avtokratiya prinsipinə əsaslanır. Dövlət hakimiyyəti ya bir nəfərin (Oman Sultanlığındakı teokratik monarxın), ya da bir dövlət orqanının (BƏƏ federasiyasının yeddi hissəsinin Əmirlər Ali Şurası) ya da müəyyən bir növ dövlət orqanlarının əlində cəmləşir (Almaniyadakı nasist rejimi və İtaliyanın faşist rejimi, 1979-cu ilə qədər Uqandadakı İdi Amin rejimi). Belə bir dövlət gücü qapalı bir totalitar sistem ilə xarakterizə olunur, hakimiyyət maraqlı qrupların ona təzyiq göstərməsi üçün bağlıdır, xüsusən də bu cür cəhdlər ağır repressiyalarla qarşılaşa bilər. Dövlətdə ideoloji monizm, təkpartiyalı sistem mövcuddur və ya bir lider partiyanın əvəzolunmazlığı prinsipi qəbul edilmişdir. == Həmçinin bax == Siyasi rejim == İstinadlar == == Ədəbiyyat == Чиркин, В. Е. Государствоведение: Учебник / В. Е. Чиркин.
Dövlət Baxçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. == Həyatı == Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.
Dövlət Bağçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. == Həyatı == Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.
Dövlət Departamenti
ABŞ Dövlət Departamenti (ing. United States Department of State) — ABŞ-də 1789-cu ildən xarici işlər nazirliyi funksiyasını həyata keçirən əsas xarici siyasət orqanı, dövlət katibi başçılıq edir. Prezidentin və Konqresin hazırladığı xarici siyasət xəttini həyata keçirir. Digər ölkələrdəki xarici işlər nazirlikləri kimi, 1789-cu ildə ölkənin ilk icra şöbəsi kimi yaradılıb. Ölkənin xaricdəki diplomatik missiyalarının idarə edilməsini, xarici təşkilatlarla müqavilələrin və sazişlərin müzakirəsini və Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyini ABŞ Dövlət Departamentini dövlətin xarici siyasətini həyata keçirir. Bundan əlavə, Dövlət Departamenti digər ölkələrdə sosial və siyasi proqramları təmsil edən qeyri-kommersiya təşkilatları və fondları ilə işləməkdən məsuldur. ABŞ dövlət katibi, Dövlət Departamentinin rəhbər vəzifəsi adlanır. 2018-ci ilin aprel ayında dövlət katibi Reks Tillerson istefa verdikdən sonra Mayk Pompeo vəzifəyə gəlmişdir. Departamentin idarə olunması ilə yanaşı, Dövlət katibi xaricdə baş diplomat və ölkə nümayəndəsi kimi fəaliyyət göstərir. Dövlət katibi, Birləşmiş Ştatların vitse-prezidenti, Nümayəndələr Palatasının spikeri və prezidentliyə namizədliyinə görə ilk rəsmi şəxs hesab edilir.
Dövlət sərhədi
Dövlət sərhədi — dövlət ərazisinin kənar xəttini (quruda) göstərən ensiz vertikal səth. Müstəqil dövlətin fəaliyyət məhdudiyyəti. == Maraqlı faktlar == 2006-cı ildə ABŞ prezidenti Corc Buş Meksikadan qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün sərhəddə sədd tikmək haqqında qanun imzalayır. Rusiyanın 26 ölkə ilə dövlət sərhəddi vardır. == Həmçinin bax == Dövlət sərhəd keçid məntəqəsi == Mənbə == Vikianbarda Dövlət sərhədi ilə əlaqəli mediafayllar var.
Dövlət teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və ya qısaca Azdrama — Bakıda yerləşən akademik dram teatrı. == Tarixi == Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M. F. Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbıyli qardaşları truppasının bütün tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919–1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi.
Dövlət terrorizmi
Dövlət terrorizmi Dövlət terrorizmi bir dövlət tərəfindən düşünülmüş və məqsədyönlü şəkildə digər dövlətin ərazisində həyata keçirilən zorakılıq metodudur. Əsas məqsəd reallıqda təsir göstərə bilmədiyi və ya geosiyasi, siyasi, iqtisadi, ideoloji maraqlar naminə həmin dövləti öz təsiri altına salmaq və ya ümumilikdə məhv etməkdir. Ümumiyyətlə, dövlət terrorizmi siyasi dövlətlər tərəfindən strategiya formasında işlənib hazırlanır və həyata keçirilir. Ermənistan Respublikası 1988-ci ildən başlayaraq Azərbaycana qarşı dövlət terrorizmi siyasəti həyata keçirir. Dövlət terrorizmi həmçinin dövlətin mülki şəxslərə qarşı zorakılığını ifadə etmək üçün istifadə edilən bir termindir. Dövlət terroru aktları dedikdə, adətən güc strukturlarının (polis və digər hüquq-mühafizə orqanları) əməkdaşları tərəfindən vətəndaşların qanunsuz saxlanılması, öldürülməsi, oğurlanması, işgəncə verilməsi, məhkəməsiz və istintaqsız edam edilməsi başa düşülür. Dövlətin xüsusi orqanlarının əməkdaşları tərəfindən törədilən terror aktlarına da dövlət terrorizmi deyilir. Dövlət tərəfindən dəstəklənən terrorizmdə — dövlətin özü terrorda iştirak etmədiyi halda, terror qruplarını maliyyələşdirir və dəstəkləyir. == Terrorla bağlı Cenevrə bəyannaməsi == 1987-ci il terrorizm məsələsi ilə bağlı Cenevrə Konfransı («The Geneva Declaration on Terrorism») bəyannamə qəbul etdi və bu bəyannamədə aşağıdakı hallar dövlət terrorizmi kimi müəyyən edilir. Polis dövlətinin vətəndaşlara qarşı yönəlmiş praktikası: müşahidə, toplantıları dağıtmaq, xəbərlərə (media) nəzarət etmək, döyülmələr, işgəncələr, saxta həbslər, kütləvi həbslər, saxta ittihamlar, saxta məhkəmələr, qətllər.
Dövlət xadimi
Dövlət xadimi — Dövlət hakimiyyətinin siyasi xadimi.
Dövlət çevrilişi
Hərbi çevriliş — ölkədə qanuni hakimiyyətin qeyri-qanuni yolla dəyişdirilməsi. Əsasən dövlət başçısı iqamətgahının zəbt edilməsi, dövlət başçısının, təcrid edilməsi, həbs edilməsi, yaxud öldürülməsi yolu ilə baş verir.
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanları
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — əqlinyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi. 1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu.
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Albaniya Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikllarda, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. == Format == 2011-ci ilin fevral ayının 16-dan bu günə qədər, İtaliya və Fransanın istifadə etdiyi avtomobil nömrə nişanı formatına bənzər bir dizayn istifadə edilir. Nişanlar solda ağ hərflərlə AL yazılmış və iki başlı qartal fiquru olan mavi bir lentlə başlayır. İki hərfli kod, təhlükəsizlik holoqramı, üç rəqəm və iki hərfli kod ilə davam edir, son olaraq sağ tərəfdə mavi xətt üzərində qeydiyyat ili ilə vilayət kodu yazılmışdır. Yazı tipi 2002-ci ildən etibarən dəyişdirilərək daha emfatik hala gətirilmişdir. Tənqidçilər cüt başlı qartalın və AL hərflərinin, rənglərindən ötəri Albaniyanı təmsil etmədiyini iddia edirlər. == Tarixi == === 1958-1993 === Kommunist rejimi dövründə yük maşınlarındakı avtomobil nömrə nişanları, vilayət adının ilk hərfləri, sonra is beş rəqəm olaraq (Məsələn: BR • 14825) istifadə edilmişdir. Bu avtomobil nömrə nişanı qaydası, 1991-ci ildə iki nömrə, iki hərfli vilayət kodu, üç nömrə (Məsələn: 22 • KO • 4283 ) olaraq dəyişdirilmişdir. Rəsmi avtomobillər isə kommunizmi təmsil edən qırmızı bir ulduzla birlikdə, ağ rəngli çərçivənin içərisində qara rənglə verilmiş bölgənin ilk hərflərini və nömrəsi var idi. 1993-ci ildə kommunist rejimin bitməsi ilə birlikdə format yenilənmişdir.
Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanı
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqlinyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi. 1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu.
CAS Qeydiyyat Nömrəsi
CAS qeydiyyat nömrələri kimyəvi birləşmələr, polimerlər, bioloji göstəricilər, qarışıqlar və ərintilər üçün istifadə edilən yeganə unikal nömrələrdirlər. Onlar həmçinin CAS nömrəsi və ya CAS nömrələri kimi də tanınırlar. Amerika Kimya Cəmiyyətinin (İngilis dilində: American Chemical Society; qısaca: ACS) bir bölməsi olan Kimyəvi Abstrakt Xidməti (İngilis dilində: Chemical Abstracts Service; qısaca: CAS) elmi ədəbiyyatda müəyyən edilmiş hər bir kimyəvi birləşmə üçün bu identifikasiya nömrələrini verməklə məşğuldur. Bu işdə əsas məqsəd verilənlər bazasında axtarışları asanlaşdırmaqdır, çünki kimyəvi birləşmələrin çox zaman birdən çox adı ola bilər. Demək olar ki, bütün müasir molekul verilənlər bazalarının hamısında CAS nömrəsi ilə axtarışların aparılması mümkündür. 2006-cı ilin may ayına olan məlumatlara əsasən, CAS reyestrində təxminən 28 milyonluq qeydiyyat mövcuddur. Tamamilə dəqiq olan rəqəmləri www.cas.org saytında görmək mümkündür. Hər həftə sayta təxminən 50.000 yeni qeydiyyat əlavə olunur. CAS həmçinin də bu kimyəvi maddələrin məlumat bazasını (CAS reyestri) müntəzəm olaraq yeniləyərək saxlayır və satır.
CAS-da qeydiyyat nömrəsi
CAS qeydiyyat nömrələri kimyəvi birləşmələr, polimerlər, bioloji göstəricilər, qarışıqlar və ərintilər üçün istifadə edilən yeganə unikal nömrələrdirlər. Onlar həmçinin CAS nömrəsi və ya CAS nömrələri kimi də tanınırlar. Amerika Kimya Cəmiyyətinin (İngilis dilində: American Chemical Society; qısaca: ACS) bir bölməsi olan Kimyəvi Abstrakt Xidməti (İngilis dilində: Chemical Abstracts Service; qısaca: CAS) elmi ədəbiyyatda müəyyən edilmiş hər bir kimyəvi birləşmə üçün bu identifikasiya nömrələrini verməklə məşğuldur. Bu işdə əsas məqsəd verilənlər bazasında axtarışları asanlaşdırmaqdır, çünki kimyəvi birləşmələrin çox zaman birdən çox adı ola bilər. Demək olar ki, bütün müasir molekul verilənlər bazalarının hamısında CAS nömrəsi ilə axtarışların aparılması mümkündür. 2006-cı ilin may ayına olan məlumatlara əsasən, CAS reyestrində təxminən 28 milyonluq qeydiyyat mövcuddur. Tamamilə dəqiq olan rəqəmləri www.cas.org saytında görmək mümkündür. Hər həftə sayta təxminən 50.000 yeni qeydiyyat əlavə olunur. CAS həmçinin də bu kimyəvi maddələrin məlumat bazasını (CAS reyestri) müntəzəm olaraq yeniləyərək saxlayır və satır.
Alabama nəqliyyat vasitəsi qeydiyyat nişanları
Alabama ştatında 1911-ci ildən ştat avtomagistrallarında istismar edilən motorlu nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsi qeydiyyat nişanları istifadəsinə başlanılmışdır. Bəzi Alabama bələdiyyələri həmin tarixə qədər atlı nəqliyyat vasitələri, eləcədə motorlu vasitələr üçün öz nömrə nişanlarından istifadə edirdilər ki, bunun da mövcüd olan ən qədim nümunəsi Bessemer şəhəri tərəfindən iki atlı arabaya verilən 1 nömrəli bürünc nişandır. Məlum olan ilk avtomobil nömrə nişanı isə Birminqem şəhəri tərəfindən 1906-ci ildə 1904-cü il istehsalı olan 6 slindirli Ford markalı avtomobilə verilmişdir. 1911-ci ildə çıxan qaydaya əsasən ştat tərəfindən verilən nişanın ölçüsü eni 4.5 dyüm, uzunluğu isə 12 dyümə qədər olmalı, sol hissədə şaquli olaraq "ALA" hərfləri qeyd edilməli, yarım dyüm ştrixə malik 3 dyüm ölçülü rəqəmdən istifadə olunmalı idi. 1 nömrəli nişan Montqomeridə fəaliyyət göstərən Lik Dəfn Mərasimi Evinə təsis edilmişdi. 1916-cı ildə çini lövhə əvəzinə metal lövhə istifadə edilməyə başladı. 1917-ci ildən başlayaraq nişanın verilmə ili qeyd edildi və 1919-cu ildə isə nişanın ölçüsü 6 x 15 dyümə qaldırıldı. 9122-ci ildə nişanlara çəki sinfi kodları əlavə edildi və 1928-ci ildə nişanların istehsalı Kilbi Cəzaçəkmə Müəssisəsinə verildi. 1942-ci ildə hər qraflıq üçün kodlardan istifadə edilməyə başlanıldı. 1,2 və 3 kodları ən çox əhalisi olan Cefferson, Mobil və Montqomeri qraflıqlarına, digər kodlar isə əlifba sırası ilə digərlərinə verildi.
Daktiloskopiya
Barmaq izi - hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir. Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur. Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var.
Hüseyn Abdullayev (sovet dövlət xadimi)
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.