Dövlət Xatun

Dövlət Xatun (1361 və ya 1365, Kütahya23 yanvar 1414[1] və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan.[2]

Dövlət Xatun
Dəfn edildiyi Dövlət Xatun türbəsi, Bursa
Dəfn edildiyi Dövlət Xatun türbəsi, Bursa
ƏvvəlkiGülçiçək Xatun
SonrakıƏminə Xatun
Şəxsi məlumatlar
Doğum tarixi 1361 və ya 1365
Doğum yeri
Vəfat tarixi 23 yanvar 1414[1] və ya 1411
Vəfat yeri
Dəfn yeri Dövlət Xatun türbəsi, Bursa
Fəaliyyəti əsilzadə
Həyat yoldaşı İldırım Bəyazid
Uşaqları I Mehmed, Mustafa Çələbi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır.

1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir.

1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı. Ancaq çox keçmədən 23 yanvar 1414-cü ildə Ədirnədə vəfat etdi. Cənazəsi oğlu tərəfindən Bursada inşa olunan Dövlət Xatun türbəsinə dəfn edildi.

  • Sakaoğlu, Necdet, Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler, Oğlak Yayıncılık. (2008) ISBN 978-9-753-29623-6
  • Bahadıroğlu, Yavuz, Resimli Osmanlı Tarihi, Nesil Yayınları, 15. Baskı, 2009, ISBN 978-975-269-299-2
  1. 1 2 Sakaoğlu, Necdet. Bu mülkün kadın sultanları. — İstanbul: Oğlak Yayıncılık, 2015. — 574 p. // (unspecified title).
  2. Peirce, Leslie P., The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire, Oxford University Press, 1993, ISBN 0-19-508677-5