Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Düşün məni (mahnı)
Düşün və Varlan
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Gözünə gün düşür (hekayə)
Gözünə gün düşür — E.Hüseynbəyli tərəfindən 2010-cu ildə yazılmış hekayə. İlk dəfə fevralın 27-də «525-ci qəzet» də çap edilib. Hekayə çıxan kimi onun barəsində ir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Nusret Hesretlininın məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə geniş məqalə həsr edib. Hekayə rus dilinə çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan «Drujba narodov» jurnalında çap olunub və jurnalın saytında yerləşdirilib. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ilin iyunun 7-də «Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub. «Literaturnı Azərbayjan» jurnalı hekayəni 2010-cu il avqust sayında yerləşdirib. 2011-ci ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın «Oberhauzen» festivalına göndərilib və proqramdankənar nümayiş olunub.
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cü ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
Dügah
Dügah – Rast ailəsinə daxil olan muğamlardan biridir. Bu muğam hazırda xanəndə və sazəndələrimiz tərəfindən az ifa olunur. Dügah muğamının Mayə şöbəsinin musiqi materialı Şur dəstgahında "Şur şahnaz"dan sonra ifa olunur. O burada Bayatı–Türk və ya Bayatı–Qacar adlanır. Bir şöbə kimi Dügah hazırda Bayatı–Qacar muğamında "Zəminxarə" ilə "Mavəraənnəhr" arasında yerləşir.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Düzül
Hərbi komanda olub Farağat komandasından əvvəl verilir. Komanda verilən zaman hərbi qulluqçular başlarını bir qayda olaraq sağ tərəfə çevirirlər.Hərbi qulluqçular sağ tərəfdəki yoldaşlarına baxaraq cərgəni bu üsulla düzəldirlər,beləki o,baxıdığı tərəfdəki dördüncü yoldaşının sinəsini görməlidir. Komandanın icrası yalnız baş sağa elə çevrilirki,sağ qulaq sol qulaqdan bir azca üstün olsun.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Şüşün
Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Şüşün oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Daşüz bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Düyün
Aşağı Düyün - İrəvan xanlığında kənd adı. Aşağı Düyün - İrəvan xanlığında kənd adı. Düyün kəndindən bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1935-ci ildə kənd Dvin adlandırılmış və onun əsasında Dvin inzibati rayonu yaradılmışdır.
Düləh (Sərdəşt)
Düləh (fars. دوله‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (17 ailə).
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Düşdür (Həştrud)
Düşdür (fars. دوشدور‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 176 nəfər yaşayır (28 ailə).
Düşmüş mələklər
Düşmüş mələklər — Yəhudilikdə bəzi pis mələklərin Şeytanın hökmranlığı altında olduğuna və Cinlərin “düşmüş mələklər” olduğu inancı mövcuddur. Yəhudi inancında düşmüş mələklərin özünə məxsus yeri vardır. Bu mələklər haqqında ən geniş məlumat Hanokun kitabında yer alıb. Hanok kitabında Tanrı oğulları olaraq bildirilən bu mələklər insan qızlarından xoşladıqları üçün yerə enirlər. Mənbələrdə yerə enən mələklərin sayı 200-ə qədər olduğu qeyd olunur. Bu mələklər özlərinə həyat yoldaşları seçib onlarla evlənirlər, bu evlilikdən böyük divlər dünyaya gəlir. Divlər hər şeyi yeməsinə baxmayaraq doymaq bilmirlər və insanlara hücum edirlər. Hətta doymaq bilmədikləri üçün bir-birlərinə hücum edərək qanlarını içirlər. Hanokun kitabının IX bölümündə isə yerdəki ölən şəxslərin ruhlarının hararyının Cənnətin qapılarına qədər yüksəldiyi bildirilir. Bunu görən baş mələklər (Gabriel, Uriel, Rafael, və d.) Tanrının bunun qarşısını almasını istəyirlər.
Hüşün bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Jül Düpüi
Jül Düpüi (fr. Arsène Jules-Émile Juvenal Dupuit; 18 may 1804, Fossano[d], Pyemont – 5 sentyabr 1866, XVI arondisman (Paris)[d], Paris və ya Paris) — fransız mühəndis, mexanik və iqtisadçı, marjinalizmin qabaqcıllarından biri. Jül 18 may 1804-cü ildə İtaliyada anadan olub (o dövr Napoleon qoşunları tərəfindən işğal edilmişdi). Jül 10 yaşında olanda ailəsi Fransaya köçdü. 1822-ci ildə Parisdə yerləşən Politexnik məktəbini bitirmişdir. Mühəndis olaraq işləyərək yol obyektlərini dizayn etmiş və 1843-cü ildə bu fəaliyyətinə görə Fəxri Legion Ordenini almışdır. 1830-cu illərdə Jül Düpüi, üfüqi müstəviyə yuvarlandıqda radiusu R {\displaystyle R} olan silindrik bir silindirin yaşadığı müqaviməti təyin etmək üçün bir sıra təcrübələr aparmışdır. Bu məlumatları emal edərək 1837-ci ildə yuvarlanan sürtünmə qüvvəsi üçün R {\displaystyle {\sqrt {R}}} ilə tərs mütənasib bir düstur təklif etdi. Bunun ardından Dupuis ilə başqa bir Fransız mexanik - A. Morin arasında canlı və olduqca sərt bir müzakirə (1839-1841) davam etdi, təcrübə məlumatları Kulon düsturunun etibarlılığını inandırıcı şəkildə təsdiqlədi (ona görə yuvarlanan sürtünmə qüvvəsi R {\displaystyle R} ilə tərs mütənasibdir), sonra niyə Düpüinin yuvarlanan sürtünmə üzərində işi uzun müddət unuduldu. Lakin, XX əsrin ortalarında.
Marsel Düşan
Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 1887 – 2 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub. Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər. Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Syuzan Düşan (1889-1963) - rəssam Böyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub.
Primitiv düyün
Primitiv düyün (və ya primitiv buğum) — Onurğalıların rüşeyminin qastrula mərhələsinə meydana gələn qalınlaşma.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Daşüz körpüsü
Hacı Rəşid körpüsü yaxud Daşüz körpüsü — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində, Daşüz yaşayış ərazisində XIX əsrə aid tarixi abidə. Hacı Rəşid körpüsü (Daşüz körpüsü) Oğuz rayonunun Xaçmaz kəndinin ərazisində Daşüz yaşayış ərazisində yerləşir. Mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilmişdir. Körpü çatma tağlıdır. Yəni iri dairə qövsünün kəsişməsindən yaranır. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formal tuf daşı və kirəc məhsulundan istifadə olunmuşdur. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilmişdir. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metrdir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7 metrdir.
Əzazil: Düyün
Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır.
Eşqə düşmə
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Dunhu
Dunhu (çin. ənən. 東胡, sadə. 东胡, pinyin: Dōnghú, hərfən "şərq barbarları") —Çjou sülaləsi dövründə e.ə. 1100-cü ildə tayfa ittifaqı idi. Onlar Han sülaləsi dövründə də yaşam sürmüşdülər. Dunhu tayfa ittifaqı Daxili Monqolustanda və qərbi Heilonqcianda yaşayırdılar. Qədim dunhular da eyni şəkildə "öz igidlikləri ilə məşhurlaşan mərhum ağsaqqallarına" sitayiş edirdilər. Qarluqların qərbi türkyutlarla əlaqəsi "Tanşu"dakı müstəqim məlumatla müəyyənləşdirilir. Çin salnaməsində "qolelular", yəni qarluqlar türkyut nəsli adlandırılır.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Dursun
Dursun — Kişi adı. Dursun Hüseynov — tibb elmləri doktoru, professor. Dursun Əhmədov — Belorusiya SSR Volkovısk Şəhər Xald Deputatları Sovetinin deputatı.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Düstur
Düstur və ya beynəlxalq aləmdə Formul (lat.
Dəsuq
Dəsuq (ərəb. دسوق‎) — Misirin Kəfr əş-Şeyx mühafəzəsinin mərkəzidir. Əhalisi 129,604 nəfərdir (2009). Dəsuqilik Dəsuq Arxivləşdirilib 2012-04-24 at the Wayback Machine.
Nüsüs
Nüsüs — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Nüsüs kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 23 oktyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bəzi tədqiqatçılann ehtimalına görə, oykonim əslində Nousus olmalıdır və kəndin adı fars dilindəki nou (yeni, təzə) və Sus (kənd adı) komponentlərindən düzəlib, "yeni Sus kəndi" mənasındadır. Bu fikrə görə, yaşayış məntəqəsini Laçın rayonundakı Sus və ya Xocavənd rayonundakı Sos kəndlərindən çıxmış ailələr salmışlar. Kənd dağətəyi ərazidə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Rüsum
Rüsum (ərəb. "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin. Bəzən rüsumat da adlandırılmışdır.
Susuz
Susuz ilçəsi — Qars ilinin ilçəsi. Susuz (Talın) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
Ruşuk
Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
Dürud (Üşnəviyyə)
Dürud (fars. دورود‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (66 ailə).
Dürud şəhristanı
Dürud şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dürud şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 159,026 nəfər və 36,687 ailədən ibarət idi.
Düsen Kaseinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düsen Kaseyinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.