Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaya-dalı
Qayadalı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir. == Adının mənası == Kənd böyük bir qaya - sıldırımın arxasında yerləşdiyi üçün, buraya Qayadalı deyirlər. == Toponimikası == Qayadalı oyk., mür. Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Yan silsiləsi ərazisində yerləşir. Kənd buradakı qayanın dalında (arxasında) bina edildiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 768 nəfər əhali yaşayır.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Abdal dağı
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Acıdərə dağı
Acıdərə — Şamaxı rayonu ərazisində dağ. == Ümumi məlumat == Acıdərə Şamaxı rayonu ərazisində dağ. Hündürlüyü 931 m.1. Şamaxı rayonunda eyniadlı çayın dərəsi. Şamaxı şəhəri kənarından başlayıb,Acıdərə kəndi yaxınlığında qurtarır.2. Qazax rayonunun şm.-q.-ində yarğan. Yaylacıq dağlarından cənub istiqamətdə ayrılan Dəmirdağ, İlanlıcadağ və Sacdağ yüksəklikləri ilə birləşir. Həmin yüksəkliklərin arasındakı dərə keçmişdə Böyük Acı adlanırdı. Oronim buradakı şor sulu bulaqlarla əlaqədardır. 3.
Acıçeşmə dağı
Acıçeşmə dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2094,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Gilançayın sağ sahilində zirvə. Ələhi kəndindən 2,2 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Adı cənub yamacındakı acıtəhər dadı olan mineral bulaqla əlaqədardır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələngəzdağ sinklinalının nüvə hissəsində yerləşir. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri müşahidə edilir.
Alacıdərə dağı
Alacıdərə dağı — Culfa rayonu ərazisində dağ (hünd. 799,5 m). Arazın sol sahilində, Gülüstan (keçmiş Cuğa) kəndindən 1,2 km cənub-şərqdədir. Zirvəsi və cənub-şərq yamacı Orta Eosen yaşlı Dərəlik lay dəstəsinin, şimal-qərb yamacı isə Alt Eosen yaşlı Arısu lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli, submeridional istiqamətli Cuğa antiklinalının maili cənub-şərq qanadında yerləşir.
Alagöz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. == Toponim == Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Aleutəpə dağı
Aleutəpə dağı — Qarabağ ərazisində dağ. == Oronimi == Oronim aleu (alovlu) və təpə (müsbət relyef formasını ifadə edən termin) sözlərindən düzəlib, "alovlu təpə" deməkdir. Yaloylu təpə, Yanardağ kimi oronimlərin sinonimidir. Kamçatka vilayətində Aleut adlı dağ, ada və yaşayış məntəqəsi vardır.
Alçalan dağı
Alçalan dağı - Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisu-Kolanısu suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərq və cənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.
Amuduq dağı
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Amundsen dağı
Amundsen dağı — Şərqi Antarktidada, Uilks Topağı ərazisində, Deman buzlağının şərqində, 67° 13' cənub enliyi və 100° 44' şərq uzunluqları arasında yerləşir. Dağ ilk dəfə 1912-ci ilin dekabrında Avstraliya Antarktika ekspedisiyası zamanı kəşf edilmişdir. Duqlas Mouson norveçli səyyah Raul Amundsenin şərəfinə adlandırmışdır.
Anabadgədik dağı
Anabadgədik dağı — Kəngərli və Babək rayonları sərhədində zirvə (hünd. 2081,1 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında yerləşir. Lizbirtçayın (Cəhriçayın sağ qolu) sağ sahilində, Çalxanqala kəndindən 3 km şimal-şərqdədir. Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəng daşlarından təşkil olunmuş qayalıqdan ibarətdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının tağ hissəsində yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması boyu Üst Triasın dolomitləri Alt Yuranın vulkanogenləri (Nehrəm lay dəstəsi) və Üst Tabaşirin terrigen-karbonat süxurları (Kotam lay dəstəsi) ilə tektonik təmasdadır. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri izlənilir.
Ara dağı
Qarnıyarıq dağı və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur. == Flora == Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir.
Arbel dağı
Arbel (ivr. ‏הר ארבל‏‎) — İsrail ərazisində yerləşən dağ və milli park . Dağ ölkənin Aşağı Qaliley bölgəsinə aiddir. Arbel dağı Tiberiya şəhərindən şimal-qərbdə, Arbel vadisindən isə şimalda yerləşir. Arbel dağının dəniz səviyyəsində hündürlüyü 181 metrdir. Ölü dənizin səviyyəsindən olan hündürlük isə 390 metrdir. Dağı əhatə edən ərazinin böyük hissəsi dəniz səviyyəsindən aşağıdadır. Zirvədə yerləşən müşahidə meydançasından bütün Qalileya, Qolan təpələri, eləcə də Safed, Tiberiya və Ölü dənizin böyük bir qismi görsənir. Arbel dağında dört kənd yerləşir: Kfar-Zaytim, Arbel, Kfar-Hittim və Mispa. == Tarixi == Arbel dağı yaxınlığında qədim yəhudi sinaqoqu yerləşir ki, tarixi e.ə.
Ardıc dağı
Ardıc dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyniadlı şaxəsində, Bağırsaqdərəsi çayının yuxarılarının sol sahilində, Günnüt kəndindən 4 km cənub-şərqdə dağ (hünd. 2034,4 m). Üst Permə aid Dəvəölən, Bəysal və Axura lay dəstələrinin əhəngdaşıları və qısmən şistləşmiş gillərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinal qırışığın nüvə hissəsində yerləşir. Zirvə və yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli çoxsaylı fay və fay-yerdəyişmə qırılmaları izlənilir.
Arvan dağı
Arvan dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1280,0 m). Müasir relyefda iki konusvari yüksəklik əmələ gətirir.
Arxac dağı
Arxac dağı – Babək rayonu ərazisində dağ (hünd. 1094,4 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənar hissəsində, Nehrəm kəndindən 4,3 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinin alt hissəsinə aid Alt Dərəlik yarımlay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş, sıldırımlı cənub-qərb yamaclarında Üst Tabaşirin Turon mərtəbəsinin alt hissəsinə aid eyniadlı lay dəstəsinin vulkanogen törəmələri açılan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Avey dağı
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. == Avey sözünün mənası == Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub.
Axçalı dağı
Ağçala dağı Gürcüstan Respublikasının Borçalı bölgəsində yaşayan azərbaycanlılara məxsus Qaraxaç yaylaqlarında yerləşən və regionda ən uca dağ. Gürcüstanın Ermənistanla sərhəd xəttinin üzərində, Ağçala çayının yuxarı axarında və Dibsiz gölünün üzərində kəskin parçalanmış dağ-nival hündürlük qurşağına yerləşir. Hündürlüyü 3196 metr təşkil edir. 80-ci illərdən erməni mənbələrində adı erməniləşdirilərək Açkasar kimi təqdim edilir.
Ayıdərəsi dağı
Ayıdərəsi dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3115,0 m). Zəngəzur silsiləsindəki Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayırıcısında zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan eyniyaşlı, şimal-şərqə istiqamətlənmiş, uzunsov Qaranquş andezit-dasit intruziyası hüdudlarında sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-qərb kənarında izlənilən şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.
Ağbulaq dağı
Ağbulaq dağı — Baş Qafqaz silsiləsinin su ayrıcında dağ. Azərbaycanın Qax rayonu ilə Dağıstanın sərhədindədir. Hündürlüyü 3072 m. Ağbulaq aşırımı buradadır. Adını eyniadlı bulaqdan almışdır.
Ağburun dağı
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağdaban dağı
Ağdaban dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 3093,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın sol qollarının mənbəyindədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-şərq istiqamətli Zırnel və şimal-qərb istiqamətdə uzanan Biçənək fay-yerdəyişmə qırılmalarının kəsişmə düyünündə yerləşir. Cənub-qərb yamaclarında andezit, andezit-dasit tərkibli üç iri ştokvari kütlənin çıxışları, həmçinin şimal-qərbə uzanan bir neçə fay müşahidə edilir. Şahbuz rayonu ərazisində Ağdaban dağının əhali arasında işlədilən başqa adı Sisqatar dağıdır.
Ağçala dağı
Ağçala dağı Gürcüstan Respublikasının Borçalı bölgəsində yaşayan azərbaycanlılara məxsus Qaraxaç yaylaqlarında yerləşən və regionda ən uca dağ. Gürcüstanın Ermənistanla sərhəd xəttinin üzərində, Ağçala çayının yuxarı axarında və Dibsiz gölünün üzərində kəskin parçalanmış dağ-nival hündürlük qurşağına yerləşir. Hündürlüyü 3196 metr təşkil edir. 80-ci illərdən erməni mənbələrində adı erməniləşdirilərək Açkasar kimi təqdim edilir.
Bandeyra dağı
Bandeyra (port. Bandeira) — Braziliya ərazisində yerləşən dağ zirvəsi. Bandeyra hündürlüyünə görə Braziliyada üçüncü ən hündür zirvə. Braziliyanın şərqində, Kaparau Milli Parkı ərazisində qərarlaşır. Hündürlüyü 2891,98 metrdir. Pik Braziliyanın ən soyuq nöqtələrindən biridir. Qışda temperatur −10 °C qədər enə bilir. == Əlavə məlumat == Bandeyra Kaparau Milli Parkında, İbitirama və Altu-Kaparao inzibati bölgələri arasında, sərhətdə yerləşir. Dağın adı portuqalcadan tərcümədə «Bayraq» mənasını verir. 1859-ci ildə Braziliya imperatoru II Pedro o zamanlar ölkənin ən hündür zirvəsi hesab edilən zirvəyə bayraq sancılmasını əmr etmişdir.
Bazardüzü dağı
Bazardüzü zirvəsi — Baş Qafqaz silsiləsində, Azərbaycan Respublikası ilə Dağıstan sərhədində dağ. Ən yüksək zirvəsi 4466 metrdir. Azərbaycanın ən yüksək zirvəsidir və Qəbələ rayonu ərazisində yerləşir. == Haqqında == Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsidir. Üç zirvədən ibarətdir. Türyan və Qusar çayları buradan başlanır. Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabadçay dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır. Etnotoponim hesab olunur. == Zirvə yürüşləri üçün marşrutlar == === Kuruş aşırımının şimal-qərb silsiləsi ilə yürüş. ===
Mali i Lopes dağı
Mali i Lopes (İnək dağı), Mali i Lopës (alb) — Albaniyanın mərəkəzi, qismən də şərq hissəsində yerləşən dağ massivi. Mali i Lopes dağı Diber və Mat bələdiyyələrinin sərhəddində yerləşir. Ən yüksək zirvəsi Maja e Dhoksit olub, hündürlüyü dəniz səviyyəsindən 2021 metrdir. Mali i Lopes dağı şimaldan Zalli və Bulkizes, şərqdən Zalli və Okştunit, cənubdan Kaptina və Martaneşit, qərbdən isə Mat vadiləri ilə həmsərhəddir. == Ümumi məlumat == Dağ silsiləsi qərbdən şərqə doğru təxminən 7,5 km məsafədə uzanır. Şimal-qərb hisəsində hündürlük 1200 metr, cənubda isə hündürlük 700 metrə qədər enir. Şimal ərazisində bir neçə kar relyef forması mövcuddur. Dağlar qərbdən şərqə doğru tədricən enir, kəskin meyillik çox azdır. Dağlıq ərazinin cənubunda Martaneş dağlıq rayonu yerləşir və ərazinin ən yüksək nöqtəsi olan Maja e Dhoksit zirvəsi bu bölgədədir. Geoloji baxımdan ərazi əsasən ultraəsas maqmatik süxurlardan təşkil olunub.
Baba dağı (Makedoniya)
Baba dağı (mak. Баба Планина/Baba Planina) — Pelister və ya Peristeri ən yüksək zirvəsinin adı ilə daha çox tanınan Makedoniya Respublikasının Pelaqoniya Statistik Regionunda yerləşən dağ. Pelister zirvəsi Bitola şəhərindən müşahidə olunur. Pelisterdən başqa digər zirvələr Dva Qroba (2514 metr), Veternika (2420 metr), Muza (2350 metr), Rzana (2334 metr), Şiroka (2218 metr), Kozji Kamen (2199 metr), Qrima (2198 metr), Qolema Çuka (2188 metr), Belavoda (2.179 metr), Kirkodur (2.155 metr). Baba massivi regionda yerləşən çayları parçalayır, buna görə də çaylar ya Adriatik, ya da Egey dənizinə doğru axır. Pelister Milli Parkının florasına beş iynəyarpaqlı şam ağacı daxildir. Üçüncü dövrün unikal növlərinə hal-hazırda Balkan yarımadasının yalnız bir neçə dağında rast gəlinir. Bu ərazinin faunasına aşağıdakılar daxildir: ayı, Avropa cüyürü, boz canavar, qarapaça, maral, çöldonuzu, dovşan, qartalın bir neçə növü, kəklik, dolaşa və Makedoniya Palaqoniyasının endemik canlısı olan qızılxallı balıq. Pelister Mavrovodan sonra Makedoniya Respublikasında ikinci ən böyük və ən qədim milli parkdır. Bura ölkədə məşhur xizək kurortuna görə Ohrid, Prespa, Dojran, Popova Şapka və Kruşevo ilə yanaşı aparıcı turizm zonalarının biridir.
Baba dağı (Türkiyə)
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Dağ yalı
Dağ yalı – sıra dağların və ya dağ massivinin ən hündür üst tirəsidir. Dağ yalı zirvə və gədik zolağından ibarət olub, adətən suayrıcı xəttini təşkil edir..
Baba dağı (Şimali Makedoniya)
Baba dağı (mak. Баба Планина/Baba Planina) — Pelister və ya Peristeri ən yüksək zirvəsinin adı ilə daha çox tanınan Makedoniya Respublikasının Pelaqoniya Statistik Regionunda yerləşən dağ. Pelister zirvəsi Bitola şəhərindən müşahidə olunur. Pelisterdən başqa digər zirvələr Dva Qroba (2514 metr), Veternika (2420 metr), Muza (2350 metr), Rzana (2334 metr), Şiroka (2218 metr), Kozji Kamen (2199 metr), Qrima (2198 metr), Qolema Çuka (2188 metr), Belavoda (2.179 metr), Kirkodur (2.155 metr). Baba massivi regionda yerləşən çayları parçalayır, buna görə də çaylar ya Adriatik, ya da Egey dənizinə doğru axır. Pelister Milli Parkının florasına beş iynəyarpaqlı şam ağacı daxildir. Üçüncü dövrün unikal növlərinə hal-hazırda Balkan yarımadasının yalnız bir neçə dağında rast gəlinir. Bu ərazinin faunasına aşağıdakılar daxildir: ayı, Avropa cüyürü, boz canavar, qarapaça, maral, çöldonuzu, dovşan, qartalın bir neçə növü, kəklik, dolaşa və Makedoniya Palaqoniyasının endemik canlısı olan qızılxallı balıq. Pelister Mavrovodan sonra Makedoniya Respublikasında ikinci ən böyük və ən qədim milli parkdır. Bura ölkədə məşhur xizək kurortuna görə Ohrid, Prespa, Dojran, Popova Şapka və Kruşevo ilə yanaşı aparıcı turizm zonalarının biridir.