Ayıdərəsi dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3115,0 m). Zəngəzur silsiləsindəki Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayırıcısında zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan eyniyaşlı, şimal-şərqə istiqamətlənmiş, uzunsov Qaranquş andezit-dasit intruziyası hüdudlarında sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-qərb kənarında izlənilən şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir. [1]
Ayıdərəsi dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3115,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |