1. qayıd. Öz-özünə danışaraq bir şeydən şikayətlənmək; deyinmək, donquldanmaq.
Pərdə açıldıqda Qulu otağı süpürərkən öz-özünə söylənir.
Hər kəs qonşuluğundakı tiryəki kişinin arxasınca deyib söylənirdi.
Üç-dörd qadın oturub əllərini ölçə-ölçə nə isə söylənirdi.
2. məch. Deyilmək, danışılmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi.
İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi.
Söylənir haqqında uzun dastanlar; Deyirlər bitməzmiş onda bostanlar.
Çingiz rəsmən Həsənin yanında söhbətlərə qarışmırdısa da, bunun əleyhinə söylənənlərin hamısına şərik idi.
söylənə-söylənə zərf Deyinə-deyinə, donquldana-donquldana, öz-özünə danışadanışa. Söylənə-söylənə çıxıb getdi. Söylənəsöylənə iş görmək. – Pası söylənə-söylənə hövl ilə dönüb, o biri otağa keçdi.
Səhərlər xalam söylənə-söylənə məni oyadır, durub könülsüz halda dərsə gedirdim.