Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ballada
Ballada — italyan dilində "ballare" sözündən olub, "rəqs etmək" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə hekayəti-mənzumə (حکایهی-منزومه) adlandırılmışdır. Ballada bir janr kimi çox uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Əvvəllər ballada rəqsvari mahnılara deyilirdi. Orta əsrlərdə bir sıra Qərbi Avropa xalqlarında ballada hekayət xasiyyətli mahnılara çevrilir. Bu mahnılar, adətən, hər hansı bir musiqi alətinin müşayiəti ilə ifa edilərək lirik, dramatik məzmunda olurdu. Balladalar xalq şair-müğənniləri olan trubadur və truvyorlar tərəfindən yaradılır, jonqlyor, menestrel və bardlar tərəfindən ifa edilirdi. XVIII əsrin ortalarında Şotland xalq balladalarından ibarət şer məcmuələri meydana çıxır. XIX əsrdə ballada ədəbi-poetik janr kimi genişlənir. Müxtəlif ölkələrin romantik — şairləri — N. V. Höte, V. Hüqo, H. Heyne, A. Mitskeviç; eləcə də rus şairləri — V. Jukovski, A. S. Puşkin, M. Lermontov və b.
Ballata
Ballata (it. ballata, ballere sözündən əmələ gəlir, tərcümədə "rəqs etmək" deməkdi) — XIII–XV əsrlərdə yaranan İtaliyada poeziya və musiqi forması,Ars Nova dövrünə aid olan lirik məzmunlu səciyyəvi janrlarından biri. XIII əsrdə və XIV əsrin birinci yarısında təksəsli, amma XIV əsrin ikinci yarısında isə (italyan Ars Nova dövründə) çoxsəsli rəqsli mahnıya çönür. Ən mühüm ballata musiqi nümunələrini italiyalı bəstəkar Françesko Landini yaradıb. Digər müəlliflər isə Landininin davamçıları sayılır:Nikkolo Perudjiyskiy, Bartolino Paduanskiy, Andrea Florentinskiy. Poeziya forması:ripresa (nəqərat)+stanza (oxumağın başlığı)+ripresanın təkrarı. Stanza isə öz növbəsində iki piedaya (duru) və volta (dönüş) bölünür. Ripresanın və voltun qurum uzunluğu eynidi, piedin qurumu isə ayrıdı. Ripresada və voltda şeir sayı birdən dördə qədər ola bilər (çox vaxt 3 dənə olur), piedalarda yalnız 2 dənə ola bilər. Bir sətirli ripresiya müasir mənbələrdə ballata minima adlanır, iki sətirli-ballata minore, üç sətirli-ballata mezzana, dörd sətirli isə ballata grande.
Bazlama
Bazlama — türk mətbəxindən bir çörək növü. Çörək olaraq sadəsi əsrlərdir Türklər tərəfindən bişirilir və yeyilir. Fərqli vasitələr istifadə edərək bir çox fərqli növü hazırlana bilər: qıymalı və pendirli kimi. Sadə növünə Samsun bölgəsində pıtpıt da deyilməkdədir.
Bağlama
Dalamaz
Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Daşlaşma
Daşlaşma — kövrək çöküntülərin bərk süxurlara çevrilmə prosesi. Daşlaşma çöküntünün müxtəlif dəyişilmə mərhələlərində baş verə bilər. Duzlardan, karbonatlardan, silisium oksidindən və başqa təşkil olunmuş çöküntülərdə daşlaşma prosesi sedimentasion mərhələdə də başlaya bilər. Qırıntılı və gilli çöküntülərdə daşlaşma adətən daha gec, diagenezin son mərhələlərində və katagenezdə artan təzyiq və temperaturun təsiri altında başlanır. Daha nadir hallarda bəzi qırıntılı süxurlarda (qumlar, qravelitlər) hipergen daşlaşma mərhələsi qırıntılı hissəcikləri sementləşdirən birləşmələrlə zən­gin olan qrunt sularının təsiri altında gedir. Daşlaşma artıq suların kənar edilməsi, kolloidlərin və kimyəvi, həm də biokimyəvi yolla çökmüş maddələrin krislallaşması və formalaşan süxur sementinin və çöküntülərin komponentlərinin mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur. Kövrək çöküntülərin süxura keçməsi həmişə onların sıxlaşması ilə bağlı olur. Daşlaşma heyvan və bitkilərin gö­mülmüş qalıqlarında üzvi maddələrin mineral maddələrlə əvəz olunma prosesi nəticədə həmin qalıqlar vaxt keçdikcə daşlaşmış qalıqlara çevrilirlər. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Nazlama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Qatlama
Qatlama (qaz. қаттама; qırğ. каттама; türk. katmer; monq. гамбир) və ya fəsəli - türk xalqlarının və həmçinin monqol və bolqar mətbəxlərinə aid, xəmir və kərə yağı və ya digər qatı yağdan ibarət laminat bir xəmirdən hazırlanmış ləkəli yüngül xəmirdir. Kərə yağı xəmirin içinə qoyulur, bişmədən əvvəl dəfələrlə qatlanan və yuvarlanan bir paton düzəldir. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Xallava
Xallava, Xəliloba — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bəzi tədqiqatçılara görə xəliloba toponimi təhrifə uğramışdır. Əslində yaşayış məntəqəsinin adı 1979-cu ilədək rəsmi sənədlərdə qeydə alındığı kimi Xallava, ya da Xanlava olmalıdır. Onların fikrincə, Xallava kürd dilindəki xal (yer, torpaq) və lava/lau/ləm (sahil) sözlərinin, xanlava isə xan (ev, məskən) və lava komponentlərinin birləşməsindən ibarət olub, birinci formada "sahil yeri", ikinci formada isə "sahildə ev, məskən" mənasındadır. Xallava kəndi dağətəyi ərazidədir. Oykonim "hündür yer" kimi izah olunur. Oğuz r-nunda bu oykonimin Hallavar variantı qeydə alınmışdır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 14 evdə 63 şiə kürd yaşayırdı.
Dalliya
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Aldama
Aldama (lat. Aldama) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Agiabampoa Rose ex O.Hoffm. Alvordia Brandegee Dichotoma Sch.Bip. ex Benth. & Hook.f.
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Dallia
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. 'Yalama Stansiyası-' Stansiya 1900-cü il noyabrın 1-də özəl Vladiqafqaz dəmir yolunun Dərbənd- Biləcəri xəttində kommersiya istifadəsinə verilmiş və sərnişinlərin və yüklərin daşınması üçün açılmışdır. 20-ci əsrin əvvəllərində Dərbənd-Biləcəri xəttinin istismar uzunluğu 217 mil idi.Marşruta Vladiqafqaz yolunda Biləcəri stansiyasının lokomotiv və vaqon anbarlarından qatar və dartma briqadaları xidmət göstərib. Bütün sərnişin, kuryer, poçt və baqaj qatarları stansiyada dayanıb. 1919-cu ildə Azərbaycanla Könüllü Ordunun nəzarətində olan ərazilər arasındakı sərhəd stansiyanın xətti ilə keçirdi. “Əli və Nino” romanında Yalama stansiyasında həmin vaxtlardan bəhs edilir. Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Adam Lallana
Adam Devid Lallana (ing. Adam David Lallana; 10 may 1988, Sant Albans, Hartfordşir) — hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayan İngiltərə futbolçusu. Hazırda İngiltərə Premyer Liqasında çıxış edən "Brayton" klubunun ve İngiltərə milli komandasının oyunçususur. Lallana həvəskar karyerasına "Bornmut" klubunda başlamışdır, 2000-ci ildə isə "Sauthempton" klubuna transfer olundu və oranın akademiyasını bitirərək 2006-cı ildə peşəkar karyerasına başladı. "Bormut"da qısamüddətlik icarə müqaviləsi bitəndən sonra "Sauthempton"a geri döndü və klubla iki uğurlu il ardınca Birinci Liqadan Premyer Liqaya yüksəldi və 2012-ci ildə kapitan sarğısını daşımağa başladı. 2 mövsüm ərzində yüksək liqada göstərdiyi oyuna görə o, milli komandadan da dəvət aldı. 2014-cü ilin iyul ayında onun "Liverpul" klubuna 25 milyon funt dəyərində transfer baş tutdu. O, 2018 UEFA Çempionlar Liqası finalında oyuna çıxmış və növbəti mövsüm kuboku başı üzərinə qaldıran heyətin bir hissəsi olmuşdur. O, klubla həmçinin 2019-20 İngiltərə Premyer Liqasının çempionluğu qazanmışdır. Milli karyerası 2013-cü ildə başlayan Lallana İngiltərə yığmasında 34 oyuna 3 qol vura bilmişdir və ölkəsinin 2014 FİFA Dünya Kuboku və UEFA Avro 2016 yarışlarında təmsil etmişdir.
Ağ dalamaz
Ağ dalamaz (lat. Lamium album) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Dalamaz gicitkan
Ağ dalamaz (lat. Lamium album) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Damdama (Çaypara)
Damdama (fars. دامداما‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 396 nəfər yaşayır (68 ailə).
Pallada (asteroid)
Pallas (simvolı: ), kiçik planet 2 Pallas, (Ceres'den sonra) aşkar edilmiş ikinci asteroid olub Günəş Sistemindəki ən böyük asteroiddən biridir. Asteroid kəmər kütləsinin təxminən 7%-i ilə Vestadan 10–30% daha az bərk olan üçüncü böyük asteroiddir. Vestadan bir az daha kiçik, diametri 512 kilometrdir (318 mil). Ehtimalla qalıq bir prototlanettir. Pallasa alman astronom Heynrix Vilhelm Matthaus Olbers tərəfindən 28 mart 1802-ci ildə kəşf edildiyində, 19. əsrin əvvəllərindəki digər planet kimi olaraq sayıldı. 1845-ci ildən sonra daha çox asteroid kimi kəşf edildi. Pallasın səthi böyük ehtimalla bir silikat maddəsindən ibarətdir; Spektri və təxmini sıxlığı karbonlu kondrite meteorit bənzəməkdədir. 34,8 ° 'lik bir orbit mailliyi ilə Pallas'ın orbiti asteroid qurşağının müstəvisinə fövqəladə dərəcədə meyl və orbit eksantrisitesi Plutonunki ilə hardasa eynidir və Pallası nisbi olaraq kosmos vasitəsinə çata bilməz hala gətirər.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.
Corc Dallas
Corc Mifflin Dallas (ing. George Mifflin Dallas) — Pensilvaniyanın ABŞ senatoru (1831–1833) və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845–1849). Dallas, eyni zamanda, 1828–1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır.