Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hebe ayıcası
Hebe ayıcası (lat. Ammobita hebe) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qanadları açılmış halda 50-52 mm-dir. Ön qanadları qara rəngdə enli ağ, qonur qırmızı kənarları var. Arxa qanadlar açıq qırmızı rəngdə olub, kənarı isə qara haşiyələnmişdir. Ön xarici hissəsində kənarı açıq rıngdə iki böyük qara ləkə, ortasında isə həmin rəngdə haşiyə uzanır. Baş və döş qaradır. Qarıncıq arxa qanadın rəngində olub, yan tərəfləri və qurtaracağı qara rəngdədir. Tırtılları qara rıngdə olub, üzəri uzun qara, yanlardan isə qırmızı-qonur tüklərlə örtülmüşdür, başı qaradır. == Həyat tərzi == Dağətəyi kserofit biotoplarda, dağ-səhra və düzənliklərdə tırtılı payızda və apreldə xaşa, sirkən, südləyən, boymadərən və s.
Kaya ayıcası
Kaya ayıcası (lat. Arctia caja) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 65 – 68 mm-dir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, azacıq qırmızıya çalır. Üzərində sarımtıl-ağ rəngdə zolaqlar var. Qanadın zirvəsinə yaxın eninə yerləşən sarğı enli, ona birləşən və digər ucu qanadın daxiin kənarına doğru uzanan zolaq isə ensizdir. Buradan qanadın əsasına doğru uzanan zolaq qanadın əsasına birləşir və burada bir neçə yerə haçalanır. Arxa qanadlar açıq qırmızı rəngdədir, əsasına yaxın bir böyük qara ləkə, yanlarında isə iki kiçik qara ləkə vardır. Qanadın kənarında 1 kiçik, 2 böyük qara naxış yerləşir. Döşün üzəri ön qanadın rəngində tüklərlə örtülüdür.
Tarla ayıcası
Tarla ayıcası (lat. Arctia villica) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 50–54 mm-dir. Ön qanadlar tünd qara rəngdədir, üzərində 8 iri sarımtıl-ağ rəngli ləkələr vardır. Bunlardan zirvəyə yaxın ləkələr iri və yumru, əsasına birləşən ləklər isə pazşəkillidir. Arxa qanadları narıncı rəngdədir. Hər iki qanadın zirvəsi ön qanadların rəngi kimi tünd qaradır. Bunun altında iki yumru qara ləkə, əsasına yaxın bir kiçik qara ləkə yerləşir. Baş və döşün üzəri sıx qara rəngli tükcüklərlə örtülüdür. Qarıncığı qırmızımtıldır, hər buğum üzərində çox kiçik qara nöqtələr vardır.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Dağsiçanı
Səhər Delicani
Səhər Delicani (18 sentyabr 1983, Tehran) — İran yazıçısı. == Həyatı == Səhər Delicani 1983-cü ildə Tehrandakı Evin həbsxanasında doğulub. Həmin vaxt onun atası da, anası da siyasi motivlə həbsdə olub. Səhər 1996-cı ildə ailəsi ilə birlikdə ABŞ-yə köçüb və Kaliforniyadakı Berkli Universitetində filologiya ixtisası üzrə təhsil alıb. “Cakaranda ağacının uşaqları” müəllifin ilk romanıdır. Bu roman 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafata layiq görülüb.
Əfqan dağsiçanı
Əfqan dağsiçanı (lat. Calomyscus mystax) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. 1925-ci ildə məşhur sovet zooloqu və ekololoqu Daniel Nikolayeviç Kaşkarov (1878-1941) tərəfindən aşkar edilmişdir. == Yayılması == Əsasən Cənub-Şərqi Türkmənistan, Şimali İran və Azərbaycanın cənub ərazilərində yayılmışdır. == Mənbə == Tsytsulina, K. 2008.
Dadiani sarayı
Dadianov sarayı — Dadiani nəslindən olan meqrel hakimlərinin Gürcüstanın Zugdidi şəhərindəki rezidensiyası. == Tarixi == XVII-ci əsrdə Gürcüstanda olan italyan missioneri Arkandjelo Lamberti yazırdı ki Knyazın 50-dən çox sarayı var hansıların için Zugdidi sarayı ən gözəlidir: o ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda tasarlanıb.İndiki var olan saray 1873-1878-ci illərdə inşa edilib knyaqinya Yekaterina Dadiani üçün. Sarayın tasarlanması zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib. İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə inşa edilib, Leonid Vasilyevin layihəsi əsasinda. Nikolay Didiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə getdi və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evləndi. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napolionun olüm maskasını Meqrelə gətirdi. Günümüzdə maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanır. == Muzey == Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb. Günümüzdə muzeydə 41.000 eksponat var — gürcü mədəniyyətinin nadir inciləri.
Damiani Damiano
Damiano Damiani (23.7.1922, Pasiano – 7.3.2013, Roma) – italyan kinorejissoru. == Həyatı == Milan Zərif Sənətlər Akademiyasında boyakarlıq sinfi üzrə təhsil almışdır. 1946-cı il dən kinoda (quruluşçu rəssam, rejissor köməkçisi) işləmişdir. Sonrakı 10 il ərzində Ç. Dzavattininin rəhbərliyi altında ona şöhrət gətirən bir neçə qısa metrajlı sənədli film (“Afforinin bandası”, “İncəsənət və reallıq”, “Diskobol”, “Formula 2”, “Hərəkət edən rəsmin yaranması” və s.) çəkmişdir. “Zavallı sevgililər haqqında povest” filminin (1953, rejissor. K. Lidzani) ssenari müəlliflərindən biridir. == Fəaliyyəti == 1960-cı ildən bədii kino sahəsində çalışmışdır (“Dodaq boyası”). Damianinin rejissorluq fəaliyyətində kəskin süjetli, dinamik (“Muzdlu qatil”, 1961; “Kim bilir?”, 1966) kinematoqrafiya meyilli sosial-psixoloji problematikaya (“Arturo adası” və “Həmyerlilərin görüşü”, hər ikisi 1963; “Sıxıntı”, 1964; “Olduqca çətin qız”, 1969) maraqla birləşir. 1960-cı illərin sonu – 1970-ci illərdə Damiani korrupsiya və mafiya mövzularına xüsusi diqqət yetirmiş, siyasi kinematoqrafın liderlərindən biri olmuşdur: “Bayquş gündüz gəlir”(1967), “Ən gözəl arvad” (1970), “Polis komissarının respublika prokuroruna etirafı” (1971, Moskva Beynəlxalq kinofestivalının mükafatı), “İstintaq bitmişdir: unudun” (1972), “Hakimləri niyə öldürürlər” (1975), “Mən qorxuram” (1977), “Diz çökmüş insan” (1979), “Xəbərdarlıq” (1980).Neorealizm ənənələrini inkişaf etdirmiş Damiani ideal qəhrəmana inamı, romantik kolliziya və teatrallığa meyilliyi saxlamışdır. Digər filmləri: “Cirolimoni, Roma əjdahası” (1972), “Bir dahi, iki bacanaq və toyuq” (1976), “Qudbay və amin” (1978), “Pitseriya hazırlayan məkan va sitəsilə əlaqə” (1985), “Təhqiqat” (1987), “ Tutqun günəş”, “Qətl oyunu” (hər ikisi 1989), “Silahlı mələk” (1991); “Sözlər və qan” (1982), “Leninin qatarı” (1988) tele filmləri; “Sprut” (1984) teleserialı.
Damiano Damiani

Nikolay Dadiani
Niko Dadiani (gürc. ნიკოლოზ (ნიკო) დავითის ძე დადიანი; 4 yanvar 1847, Zuqdidi – 24 yanvar 1903, Sankt-Peterburq) — Sameqrelonun son suveren şahzadəsi (1853-1866). Taxtını itirdikdən sonra rus tərzində: Əlahəzrət Şahzadə Nikolay Davidoviç Minqrelski çağrılmağa başladı. == Mənşəyi == Meqreliya suveren şahzadəsi I David Dadiani (1812-1853) və Yekaterina Alexandrovnanın oğludur. Şahzadə Çavçavadzenin anası, general-leytenant və şair Aleksander Qarsevanoviç Çavçavadzenin qızıdır. == Həyatı == Atasının öldüyü zaman onun 7 yaşı var idi və yetkinlik yaşına qədər knyazlığı anası saray şurası ilə birlikdə (atasının kiçik qardaşları: Qriqori Levanoviç və Konstantin Levanoviç) idarə edirdi. Osmanlı imperiyası tərəfindən Ömər paşanın komandanlığı altında Sameqreloya qarşı (Krım müharibəsi dövründə) hərbi əməliyyatlara başlaması ilə anası şahzadə Ketrinlə birlikdə knyazlığın ordusunda idi. 1856-cı ildə anası ilə birlikdə imperator II Aleksandrın tac tacına keçmiş, fliqel-adyudant olmuş və Əlahəzrətin Qafqaz Mühafizəçilər eskadronun leyb-qvardiyasına yazılmışdır. 1857-ci ildə anası Meqreliaya getdikdən sonra Sankt-Peterburqda qalır. Təhsilini başa vurmaq üçün Parisə göndərilir.
Şalva Dadiani
Şalva Nikolayeviç Dadiani (1874 - 1959) — gürcü aktyor, yazıçı və dramaturq, ictimai xadim, tərcüməçisi. Gürcüstan Xalq artisti (1923). == Həyatı == 9 may (21), 1874-cü ildə Zestafoni şəhərində anadan olub. Məşhur gürcü knyaz nəsli Dadiani sülaləsinin üzvü Georgi Lipartianinin oğlu Manuçarın nəslindəndir. Atası - məşhur gürcü şairi, nasir və tərcüməçi Knyaz N.T.Dadiani (1844-1896), anası - knyaginya Lidia Antonovna Sulukidzedir.Şalva Dadiani ədəbi və ictimai fəaliyyətə 1890-cı illərdə başlamışdır. Teatr fəaliyyətinin başlanğıcı da eyni vaxta təsadüf edir. Ş.Dadiani 1893-1923-cü illərdə aktyor və Gürcüstan teatrlarının rejissoru idi. Bu müddət ərzində o, teatrda aktyor kimi 200-dən çox rol ifa etmişdir. 1905-ci il inqilabının təsiri altında Sovet dövründə Gürcüstanın akademik teatrlarında səhnələşdirilən bir sıra inqilabi pyeslər yazmışdır. Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra (1921) Sovet Gürcü teatrının inşasında fəal iştirak etmişdir.