Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Decay
Half-Life: Decay (azərb. Parçalanma‎) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir. Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır. Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı.
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Dalay-lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır. Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir. Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar.
Dalay Lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır. Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir. Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar.
Detay (albom)
Detay – Mustafa Sandal-ın 1998-ci ildə çıxardığı 3-cü albomudur. "Detay" albomu Türkiyəyə məxsus "Prestij Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aya Benzer", "Çekilin", "Mevcut" mahnılarına, həmçinin, "Detay" mahnısının remiksinə klip çəkilmişdir.
Frame Relay
Frame Relay — (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir. Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur. Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS sahəsi gəlir. Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).
Memfis Depay
Memfis Depay (13 fevral 1994) — niderlandlı futbolçu. Hazırda Atletiko Madriddə çıxış edir. Futbolçu Sparta Rotterdam, PSV Eyndhoven, Mançester Yunayted və Olimpik Lion futbol klublarında çıxış etmişdir. Oynadığı 393 oyunda, 152 qol vurmuş və 96 assist etmişdir.
Anila Denay
Anila Denay (alb. Anila Denaj; 18 sentyabr 1973, Tirana) — Alban siyasətçisi və dövlət xadimi. Albaniya Sosialist Partiyası Rəyasət Heyətinin, 2021-ci ildən Albaniya Milli Assambleyasının üzvü. Albaniyanın keçmiş maliyyə və iqtisadiyyat naziri (2019–2021). 18 sentyabr 1973-cü ildə Tiranada anadan olub. 1995-ci ildə Tirana Universitetini bitirib, burada maliyyə və bank menecmenti üzrə təhsil alıb. O, 12 il "ProCredit Holding" və "Internationale Projekt Consult" şirkətlərində çalışıb, əvvəlcə FEFAD Bankda, sonra adı dəyişdirilərək ProCredit Bankda olub və burada bankın baş direktorunun müavini vəzifəsində çalışıb. Salvador, Boliviya, Ekvador, Rumıniya və Mozambikdə ProCredit Group banklarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2013-cü ilin oktyabr ayından 2015-ci ilin yanvar ayına kimi Maliyyə Nazirliyində Baş direktor vəzifəsində çalışıb, əsas fəaliyyəti Maliyyə, Qanunvericilik və Dövlət Əmlakının İdarə Edilməsi Departamenti, İnformasiya Texnologiyaları Departamenti, İnzibati və İnsan Resursları Departamentində əməliyyatlara nəzarət edib. Üç il Elektron və Poçt Rabitə Təşkilatının (AKEP) idarə heyətinin üzvü olub.
Dilay Özdemir
Dilay Özdemir (15 avqust 2005) — Türkiyə Qadınlararası Voleybol Çempionatı olan Sultanlar Liqasının komandalarından olan Karayolları klubunda icarə əsasında oynayır. O , Türkiyənin qadınlardan ibarət milli komandasında da oynayır. İdman karyerasına gimnastika və atletika ilə başlayan Dilay Özdemir 2014-cü ildə Eczacıbaşı kulubunda ehtiyat oyunçu kimi voleybola başlayıb.16 yaşında U-19 Türkiyə Gənclər Çempionatında 'Ən Yaxşı Oyunçu Mükafatını' qazandı və eyni mövsümdə klubu Eczacıbaşı'nın A Komandasına yüksəldi. O,2021–22 mövsümünü Eczacıbaşı A Komandasında oynayıb, həmçinin ikili lisenziya ilə Beşiktaş klubunda çıxış edib. Onun klubu Eczacıbaşı eyni mövsümün sonunda CEV Kubokunu qazandı. O,2022–23 mövsümündə Eczacıbaşı A Komandasının heyətində yer alıb, həmçinin Beşiktaş ilə matçlarda da çıxış edib. O,2023–24 mövsümündən əvvəl icarə əsasında Karayolları klubuna transfer olunub. Dilay Özdemir-in 2022-ci ilin avqustunda 17 yaşı tamam olsa da, əvvəllər U-17 və U-18 Milli Komandalarında çıxış etdikdən sonra hazırda U-19 Milli Komandasında oyunçu kimi xidmət edir. O,2020-ci ildə U-17 Milli Komandası ilə FIVB Avropa Çempionatında gümüş medal qazanıb,2022-ci ildə U-19 Milli Komandası ilə Avropa Çempionatında komandası ilə 5-ci olub. Gənc yaş kateqoriyalarında dəfələrlə tribunalara çıxan Özdemir 2022-ci ildə Avropa Gənclər Olimpiya Oyunları Festivalını (EYOF) və Balkan Çempionatını U-19 səviyyəsində gümüş medalla başa vurub.
Elay Rot
Eli Raphael Roth (18 aprel 1972, Nyuton[d], Massaçusets), yəhudi mənşəli ABŞ aktyoru və rejissorudur.
Half-Life: Decay
Half-Life: Decay (azərb. Parçalanma‎) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir. Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır. Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı.
Internet Relay Chat
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat‎) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır. Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər.
XIV Dalay Lama
XIV Dalay Lama (Nqaqvanq Lovzanq Tençzin Qyamçxo, tib. བསྟན་འཛིན་རྒྱ་མཚོ་; 6 iyul 1935[…]) — Tibet, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya və digər regionlarda yaşayan buddistlərin dini lideri. Sülh üzrə Nobel mükafatı laureatı (1989). 2006-cı ildə ABŞ-nin ali mükafatı sayılan - Konqressin Qızıl medalı ilə təltif olunmuşdur. 2011-ci il 27 aprelə qədər o sürgündə olan Tibet hökumətinə başçılıq etmişdir (onu Lobsanq Sanqay əvəz etmişdi). XIV Dalay Lama, Tençzin Qyamçxo tibet xalqının dini lideri hesab olunur. Tibet buddistləri Dalay Lamanın Avalokiteşvara (Çenrezi), Bodxisatva iztirabın Yerdəki təcəssümü hesab edirlər. Onlara görə, Dalay Lama insanlara xidmət etmək üçün dünyaya gəlmişdir. XIV Dalay Lama 6 iyul 1935-ci il tarixində Tibetin şimal-şərqində yerləşən Amdo vilayətinin geniş vadisində təpədə yerləşən balaca və kasıb Takçer adlı kənddə kasıb bir ailədə anadan olmuşdur. İndi bu ərazilər Çinin əyaləti olan Çinxayın tərkibinə daxildir.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Dalaq
Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır. Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan cisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər. Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır.
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi". Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi.
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir.
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Delain
Delain — 2002-ci ildə Within Temptation qrupunun keçmiş sintezatorçusu Martijn Westerholt tərəfindən qurulmuşdur. Həmin ildə qrup vokalist Anne Invernizzi ilə "Amenity (2002) (demo)" albom çıxartdılar. Anne-nin ayrılışı ilə qrupa Charlotte Wessels gəldikdən sonra qrup artıq məşhurlaşmağa başladı. "Roadrunner" albom şikəti ilə April Rain (2009) albomlarını çıxartdıqdan sonra qrup daha da məşhurlaşaraq fanatlarını sayını artırdılar. Albomdakı "Frozen", "See Me In Shadow", "The Gathering" mahnılarını Within Temptation qrupunun vokalisti Sharon den Adel və digər məşhurlar ilə duet oxumuşdular.
Delfi
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Delft
Delft— (nid. Delft) Hollandiyada yerləşən bir şəhər və bələdiyədir. Əhalisi (may 2013-cü il əhalisinin təxmininə görə) 98727 nəfərdir.Şimal dənizi sahilindən 10 km məsafədə, Sxi çayı sahilində, Haaqa və Rotterdam şəhərləri arasında yerləşir. Rotterdam–Haaqa–Amsterdam avtomobil və Rotterdam–Leyden–Amsterdam dəmiryol magistralları Delftdən keçir. Əsası 11 əsrdə qoyulmuşdur. 1246 ildə şəhər statusunu almışdır. 13–14 əsrlərdə mahud və pivə istehsalına görə şəhərin iqtisadiyyatı yüksəlmişdi. 1389-cu ildə Delft məhsullarının ixracı üçün Maas çayının mənsəbindəki Delftxaven portu ilə kanallar vasitəsilə birləşdirilmişdi. 1428-ci ildən (faktiki olaraq 1433-cü ildən) 1477-ci ilədək Burqundiya hersoqlarına (bax Burqundiya hersoqluğu), 1477-ci ildən (qəti olaraq 1482 ildən) Habsburqlara məxsus olmuşdur; Hollandiya əyalətinin iri və iqtisadi cəhətdən inkişaf etmiş şəhərlərindən biri idi. 1512-ci ildən Müqəddəs Roma imperiyasının tərkibində olmuşdur.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Delos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır. Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.
Bəlbay
Bəlbay — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Balbau Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. BəŞərü çayının sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Balbou, Balbo kimi tələffüz edilir və Talış dilində "kicik qardaş" mənasında olması ehtimal edilir. 1917-ci ildə Balabur variantında qeydə alınmışdır. Dialektlərimizdə balbır suya batmamaq üçün tora bağlanan taxtalara deyilir. Güman etmək olar ki, kəndin adı balıqçılıqla bağlı yaranmışdır. Kəndin adı Balabəy şəxs adınının təhrifidir.
Dəliçay
Dəliçay — Zəngəzurun Sisian mahalının Ərəfsə (keçmiş Qarakilsə rayonunda) kəndində (eyniadlı kənd Naxçıvan MR-in Culfa rayonunda da olduğuna görə və bunların qarışdırılmaması üçün Sisian rayonundakı Ərəfsə kəndinin adı yazıldıqdan sonra mötərizədə rayonun əvvəlki adı — "Qarakilsə" sözü yazılır) çay. Çayın kəndin təsərrüfat həyatında rolu o qədər də böyük deyildir. Dağlardan sürətlə axan bu çay tez-tez daşar, nadir hallarda isə son dərəcə güclü sel gələrdi. Sel az qala ev boyda qayaları, kökündən çıxarıdığı çoxillik ağacları qabağına qatıb gətirər, böyük hay-küyə səbəb olardı. Bu səbəbdən də ona babalarımız tərəfindən Dəliçay adı verilmişdir. Görkəmli şairimiz Məmməd Araz bu çayın şəninə şeir yazmışdır. Həmin şeirə yazılmış mahnını isə sevimli müğənnimiz Arif Babayev oxuyur (Salvartıya, Dəliçaya haray salıb, O qəhrəman, o qəhrəman). Başlanğıcını Qırxlar dağlarından götürür və Ərəfsə kəndinin aşağı məhəlləsinin ortalığında Salvartıçay və Taxtakörpüçay (Abuzər) çayları ilə qovuşur. Aşağı axarlarda Bazarçay, daha sonra isə Bərgüşad çayı ilə qovuşub, Araza tökülür. Dəliçay Ermənistanın rəsmi xəritəsində göstərilmir.
Cəlal
Cəlal — ad. Cəlal Əliyev (siyasətçi) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor Cəlal Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəlal Vəzirov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlal Tələbani — İraq prezidenti (2005–2014). Cəlal Ağayev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cəlal Mahmudov — texnika elmləri doktoru, professor. Cəlal İslamov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.