Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deliriya
Deliriya (lat. delirium — ağılsızlıq; lat. deliro — sayıqlama) — Tibbdə huşun müvəqqəti olaraq zəifləməsi, düşüncə qabiliyyəti, problem həll etmə, diqqətin yönəldilməsi, beyininin koordinasiya bacarıqlarının zəifləməsi ilə xarakterizə olunan psixi pozğunluq halı. Əsasən hallüsinasiya və illüziyalarla (qarabasmalarla) müşayiət olunur. Deliriya tibbdə bir xəstəlik hesab olunmur, sadəcə kliniki sindrom olaraq qəbul edilir. == Əsas xüsusiyyətləri == Deliriyanın əsas xüsusiyyətləri aşağıdakılardır: Şüurun pozulması Düşüncələrin dəyişməsi Hiperaktiv və ya az aktiv davranışlar Narahat yuxu Bioloji beyin saatının pozulması (gündüz və ya gecənin olduğunu dərk edə bilməmək) === Yuxu pozğunluqları və psixoloji pozğunluqlar === Beyində yuxu və oyanıqlığı sabitləyən bölümlərin zədə alması nəticəsində, deliriyadan əziyyət çəkən insanların əksəriyyətində yuxu problemləri yaşanır. Bəzən deliriyadan əziyyət çəkən insanları normal yuxu problemi yaşayan insanlardan fərqləndirmək çətin olur. Ancaq deliriyadan əziyyət çəkən insanlarda yuxu döngüsünün tamamilə alt üst olması (yuxu ritminin pozulması ilə anlaşılmayan saatlarda oyanma, narahatlıq) müşahidə edilir. Deliriya zamanı halüsinasiyalar, anlamsız şübhələnmə, narahatlıq, qorxu kimi hissi simptomlar müşahidə olunur. Psixoloji problemlər, deliriyadan əziyyət çəkən insanların 50%-dən artığında görülür.
Demensiya
Demensiya (lat. dementia — ağılsızlıq) — əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir. O beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Termin latınca demens sözündən gəlir və 'intellektin azalması' kimi tərcümə oluna bilər. Demensiyanın simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir; bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir (anadangəlmə əqli geriliyin əksinə). Bugün bir sıra demensiyaların səbəbləri aydındır, bir çox formalarda isə yaranması haqqında hələ dəqiq, mübahisəsiz məlumatlar yoxdur. Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın ən tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir.
Felusiya
Felusiya (ing. Felucia) və ya Qaroş (ing. Garosh) — "Ulduz müharibələri" kainatında uydurma planet. Felusiya sıx, rəngli və rütubətli cəngəlliklərlə örtülmüş ucqar bir planetdir. Cəngəllikdə planetin yerli felusiyalılarının məskunlaşdığı kiçik əkinçilik kəndləri, eləcə də paytaxt Kvay Teou kimi şəhərlər yerləşir. Planet canlılar üçün əlverişlidir və bir neçə sayıqlı olmayan növlər də burada məskunlaşmışdır. Əhəmiyyətsiz görünməsinə baxmayaraq, onun mühüm mövqeyi və resursları həm orbitində, həm də səthində bir neçə münaqişəyə səbəb olmuşdur. Felusiya ilk dəfə "Sithin qisası" (2005) filmində, sonradan isə "Klon müharibələri" teleserialında nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Felucia — Vukipediya saytında.
Seleksiya
Seleksiya sözü latınca Selectio – seçmə deməkdir. Seleksiya seçmҽdҽn bəhs edən bir elmdir. İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhliləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır. Seleksiya dedikdə praktiki olaraq mövcud olan ev heyvan cinsləri və mədəni bitki sortlarının yaxşılaşdırılması, həmçinin, yenilərinin yaradılması haqqında elm başa düşülür. Bunlarla birlikdə seleksiya adı altında insanlar tərəfindən öz tələbatları naminə heyvan, mədəni bitki və müxtəlif mikroorqanizmlərin dəyişdirilməsi prosesi başa düşülür. Beləliklə, seleksiya insanların təcrübi fəaliyyətinin bir üsuludur. == Ədəbiyyat == Регель Р. Э. Научные основы селекции в связи с предусматриванием константности форм по морфологическим признакам // Тр. 1-го съезда деятелей по селекции сельскохозяйственных растений. Харьков, 1911. Вып.
Venesiya
Venesiya (it. Venezia) və ya Venedik — İtaliyanın şimal-şərqində şəhər. Adriatik dənizinin Venesiya körfəzi sahilindədir. Venesiya "Dənizlər kraliçası" adlanır. Veneto vilayəti və Venesiya əyalətinin inzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (14 əsr–16 əsrin əvvəlləri) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3–4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829–832; 1073–95 illərdə yenidən tikilmişdir) Venesiyanın ən gözəl memarlıq abidəsidir.
Telekiya
Telekiya (lat. Telekia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Telekia speciosa (Schreb.) Baumg.
Deysiya
Deysiya (lat. Deutzia) — zoğalçiçəklilər sırasının hortenziyakimilər fəsiləsinə aid bitki cinsi.
Elegiya
Elegiya (şeir növü) — Elegiya (şeir) — Elegiya (film, 2001) — Elegiya (film, 1997) — Elegiya — akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş film.
Eleziya
Eleziya və ya Eliziya — bir neçə sözün qovuşması, eləcə də sözə şəkilçilərin bitişdirilməsi nəticəsində əmələ gələn çoxhecalılığı azaltmaq üçün bəzən də saitlə qovuşmuş olan samit səs də ixtisar olunur ki, buna səsdüşümü hadisəsi deyilir. == Təsnifatı == Müasir Azərbaycan ədəbi dilində saitdüşümü hadisəsi iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən saitdüşümü həm sözlərdə, həm də şəkilçilərdə ola bilir. Məsələn, oğul-onun oğ-lu, alın-onun al-nında və s. 2)İkihecalı alınma sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə ikinci hecadakı sait düşür: şəkil–şək-lim, fikir–fik-rin və s. 3)Ora, bura, hara sözlərinə yerlik və çıxışlıq hal şəkilçiləri bitişdirildikdə sondakı a saiti ixtisar olunur: ora–or-dan, bur–bur-da, hara–har-dan və s. 4)Saitlə bitən sözlə saitlə başlanan söz birləşməsindən düzələn mürəkkəb sözlərdə birinci tərəfin sonundakı sait ixtisara düşür: Əli-Əkbər–Ələkbər, Əli–Abbas-Əlabbas və s. 5)İnkar şəkilçisi qəbul etmiş sözlərə indiki və müzare zaman şəkikçiləri bitişdirildikdə inkar şəkilçisinin saiti ixtisara düşür: yaz–yaz-ır, gör–gör-ər-əm və s. 6)Sıra sayı düzəldən şəkilçiləri saitlə bitən miqdar sayı kökünə bitişdirildikdə şəkilçinin başındakı sait ixtisara düşür: bir-inci, iki-inci və s. 7)Xəbər şəkilçisinin sonundakı r, ümumən, danışıqda bəzən də yazıda ixtisar olunur: getməlidi(r), gedibdi(r) və s.
Azərbaycanda seleksiya
Azərbaycanda təbii seçmənin kənd təsərrüfatına tətbiq edilməsinin tarixi 19-cu əsrlərdən başlamış, Sovet İttifaqı dövründə intensivləşmişdir. == Tarixi == Azərbaycanda kənd təsərrüfatıbitkilərinin becərilməsi hələ qədim zamanlardan başlamışdır. Qədim Yunanıstanın görkəmli alimlərinin əsərlərində Azərbaycan torpağının məhsuldarlığı qeyd olunur. Məsələn, Herodot, Strabon və s. özlərinin arxeoloji və paleontoloji qazıntılarının əsasında müəyyən etmişlər ki, Azərbaycanda dənli bitkilər hələ 4-5 min il bundan əvvəl becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsirlərdə Azərbaycanda dənli bitkilər, pambıq, meyvə və subtropik bitkilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çoxəsrli fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii seçmə çoxlu dənli bitkilərin, meyvə və tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar, hətta bu günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməyib, tarlalarında müvəffəqiyyətlə becərilməkdədir. İnqilabdan qabaq Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üzrə tədqiqat işlərinin inkişafının tarixinə dair cüzi məlumatlar var. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində ilkin işlərdən aşağıdakıları qeyd etmək olar: Lənkəran qəzasında 19-cu əsrin 40-cı illərdə A.A.Dudinski tərəfindən aparılan işlərin, o cümlədən bəzi meyvə və zeytun ağaclarının öyrənilməsi, həmçinin həmin əsrin 70-ci illərində Kaziskiy tərəfindən bir çox sitrus bitkilərin iqlimə alışma məsələlərinin öyrənilməsini qeyd etmək olar.
Felisiya Hardi
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur.
Gözəl telekiya
Gözəl telekiya (lat. Telekia speciosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd; B2b(ii, iii) c (ii, iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 90-200 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar iri, yuxarıdan tünd-yaşıl, demək olar çılpaq, altdan dahasolğun, nazik, zəif tüklənmişdir. Aşağı yarpaqlar qısa saplaqlarda yerləşir, enli-yumurtavari-ürəkvari, ikidişli, sivri şəkildə; yuxarı yarpaqlar isə oturaq, uzunsov-yumurtavari, sivri, sadə ya damişarvari şəkildədir. Çiçək səbətləri iridir. Örtücük 2-2,5(3) sm enində, yarpaqlar iri, tünd-yaşıl, çılpaq uzunsov və ya uzunsov-yumurtavari, küt, başlıqda aralanmışdır. Toxumcaları 4-6 mm uzunluğunda, ensiz-silindrik, çılpaq, şırımlı şəkildə olur.
Venesiya Respublikası
Venesiya Respublikası (venes. Serenìsima Republica de Venesia; it. Serenissima Repubblica di Venezia) — 697-ci ildən 1797-ci ilədək İtaliyanın şimal-şərqində yerləşən, paytaxtı Venesiya şəhəri olan dövlət. == Respublikanın yaranması == Qədim dövrdə Adriatik dənizinin şimal-qərb sahillərində indiki İtaliyanın şimalında romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi "Doj" adı daşımağa başladı. Hökumət əvvəlcə Herakleyada, daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürüldü. 810-cu ildə paytaxt Rialtoya köçdü və həmin yerdə Venesiya şəhəri yarandı. 806-cı ildə Venesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil edildi. Amma artıq 812-ci ildə Venesiya Dalmasiya da daxil olmaqla Bizans İmperiyasına qaytarıldı.
Venesiya karnavalı
Venesiya Karnavalı – Venesiya, İtaliyada hər il keçirilən bir karnavaldır. Maskalı karnaval olaraq da bilinən Venesiya Karnavalı 40 gündür davam edir. 1268-ci ildən bəri qeyd olunan Venesiya Karnavalının təməli əslində Pagan mədəniyyətinin baharına təsadüf edir. Zamanla qadağan olunan karnaval 1979-cu ildən bəri hər il qeyd olunur. İlk dəfə görünməyə başladığı zaman sosial sinif ayrıseçkiliyini aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya Karnavalının bir hissəsidir. Karnavalın Venesiyadakı dövrü ən ağır günlərini keçirir. Karnaval dövrü turistlərlə dolu olan Venesiyada ən sıxlıq dövrlərdən biridir, hətta ən sıxlıq olanıdır.
Venesiya mətbəxi
Venesiya bazarlarında olan məhsulların müxtəlifliyinə diqqət yetirdikdə həmişə şərq ölkələrinin bazarları xatırlanır. Burada axtardığın hər şeyi tapmaq mümkündür. Bazarda quş ətləri, kürü, cürbəcür balıqlar, həmçinin müxtəlif dəniz məhsulları satılır. Venesiya mətbəxi bütün mümkün olan yeməklərdən istifadə edir, çünki satıcıların çoxsaylı olması buna imkan verir. Həmin satıcılar dünyanın müxtəlif ölkələrindən gəldiyi üçün əlverişli tamların əldə edilməsi də əlbəttə ki, asandır. Lakin yerli yeməklərin çox hissəsini düyü, toyuq, balıq və həmişəki qaydaya uyğun olaraq İtaliya tərəvəzlərinin köməyi ilə hazırlanır. Venesiya mətbəxində yeməklərin çox hissəsi rizotta ilə süfrəyə verilir. Bu yemək bişirilərkən içərisinə tərəvəz, paxla, balıqla birlikdə verilir, həmçinin toyuq və dana əti də qatılır. Hətta sosis də qatmaq olar. Venesiyalıların ən çox sevdikləri yeməklərdən biri də qarğıdalının odun üzərində hazırlanmasıdır.
Venesiya sistemi
Venesiya şirkəti
Venesiya şirkəti (ing. Venice Company) — 1583-cü ildə Aralıq dənizindəki Venesiya koloniyaları və ətrafındakı ticarəti inhisara almaq üçün qurulan bir İngilis ticarət şirkəti. 1592-ci ildə Kraliça I Yelizavetanın təsdiqi ilə Türk Şirkəti (1581) ilə Levantin Şirkətini qurdu. == Yaranması == Venesiya şirkəti, 1583-cü ildə Tomas Kordell, Vilyam Harvey və Edvard Holmden tərəfindən 7 il müddətinə ticarət şirkəti olaraq qeydiyyata alındı. Vəziyyəti İngilis istehsalı olan malların, ümumiyyətlə yun parçaların şərq mallarına, xüsusən ədviyyatlara və ipək parçalara dəyişdirilməsi idi. == Birləşdirilməsi == 1592-ci ildə, Türk və Venesiya şirkətlərinin hər iki nizamnaməsinin bitməsindən sonra Kraliça I Yelizaveta, Osmanlı İmparatorluğu ilə ticarət və siyasi ittifaqları davam etdirməyə çalışdığı üçün hər iki şirkətin Levantin şirkətinə birləşdirilməsinə dair bir nizamnamə təsdiqlədi. Kordell və Paul Baining, Levantin şirkətinin quruluşundan sonra qatıldı. == İstinadlar == == Ədəbiyyat == Andrews K. Elizabethan Privateering, 1583—1603. Cambridge University Press, 1964. Andrews K. Trade, Plunder and Settlement: Maritime Enterprise and the Genesis of the British Empire, 1480—1630.
Elegiya (1997)
Elegiya (şeir)
"Elegiya" — Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir İlk dəfə bu şeir 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bir qədər sonra isə bu şeirə Kəmaləddin Heydərov mahnı bəstələmiş, Ağadadaş Ağayevin ifasında Fuad Əlişovun rejissorluğu ilə klip çəkilmişdir. 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün "Ədəbiyyat" dərsliyinə salınmışdır Şeir sinifdənxaric oxu üçün nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Şahnaz Bəylərqızı. Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?
Hamar deysiya
Hamar deysiya (lat. Deutzia glabrata) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərq, Çin, Koreyada yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir.
Nahamar deysiya
Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və ya Çində yabanı halda bitir. Nahamar, xırda, ulduzlu tükcüklərlə örtülmüş yarpaqlarına görə belə adlandırılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2,5 m olan koldur. Zoğlarının qabığı qırmızı və ya boz-qonur rəngli, sonradan tökülür. Yarpaqları sadə, yumurtavari, neştər formasında və ya uzunsov-yumurtavari, kənarları xırda dişli, tüklü, nadir hallarda çılpaq olub, qarşılıqlı düzülmüşdür. Natamam lələkvari damarlıdır. Yarpaqaltıqları yoxdur. Saplaqları 1 sm uzunluqdadır.
Qəşəng deysiya
Qəşəng deysiya (lat. Deutzia gracilis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Yaponiyada dağlıq ərazidə bitir. == Botaniki təsviri == Hündürlüyü 40-80 sm-ə çatan koldur. Qarşı-qarşıya yarpaqları uzunsov-neştərvari, kənarları dişli, bir az sallaq, uzunluğu 6 sm-dir. Çiçəkləri ağdır. Uzunluğu 9 sm-ə qədər olan salxımşəkilli çiçək qrupuna 50-yə qədər çiçək yığılmışdır. Kasayarpaqları 5 ədəd, üçbucaqlı və ya xətvari, meyvə ilə qalan və ya töküləndir. Xaricdən çox vaxt ulduz formalı, tüklüdür. Ləçəkləri 5 ədəd, ağ, nadir hallarda narıncı və ya qırmızımtıl-qonur rəngdədir.
Yumşaq deysiya
Yumşaq deysiya (lat. Deutzia mollis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan koldur. Cavan zoğları ulduz formalı olub, tüklü, qırmızımtıl-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya uzunsov – yumurtavari, uzunluğu 4-8 sm-dir. Uc hissəsi sivri, qaidəsi enli, pazvari və ya zəif ürəkvaridir. Kənarları xırda mişardişli, üstdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl olub, yumşaq tüklüdür. Saplaqları 3-6 mm uzunluqdadır. Çiçək qrupu 6-8 sm diametrində, sıx, qalxanvaridir.
Gələasiya
Gələasiya (özb. Galaosiyo) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Gələasiyada 16.844 nəfər yaşamaqda imiş. === Milli tərkibi === Gələasiyada yerli özbəklər sayca çoxluqdadır.
Akrotiri və Dekeliya
Akrotiri və Dekeliya, rəsmi adı ilə Akrotiri və Dekeliya Suveren Baza Əraziləri — Kipr adasında yerləşən Böyük Britaniyanın dəniz ərazisi. İngilis hərbi bazaları və qurğuları, habelə digər torpaqlar daxil olan ərazilər Birləşmiş Krallıq, Yunanıstan, Türkiyə və Kipr rum və türk icmalarının nümayəndələri tərəfindən imzalanmış 1960-cı il müstəqillik müqaviləsinə əsasən ingilislər tərəfindən saxlanılıb. Ərazi elektron kəşfiyyat üçün stansiya kimi mühüm rol oynayır və Aralıq dənizi və Yaxın Şərqdə Birləşmiş Krallığın müşahidə toplama şəbəkəsinin mühüm strateji hissəsini təmin edir. == Tarixi == Suveren Baza Əraziləri Kipr Britaniya imperiyasından müstəqillik əldə etdikdən sonra 1960-cı ildə BMT-də 5476 saylı müqavilə kimi qeydə alınan London və Zürix razılaşmaları ilə yaradılmışdır. Birləşmiş Krallıq bu ərazilər üzərində suverenliyini saxlamaq istəyirdi, çünki bu, Birləşmiş Krallığın Kiprdəki hərbi bazalarından, o cümlədən RAF Akrotiridən və Britaniya Ordusunun qarnizonundan istifadəyə zəmanət verirdi. Bazaların ingilislər üçün əhəmiyyəti adanın Aralıq dənizinin şərq kənarında, Süveyş kanalına və Yaxın Şərqə yaxın strateji yerləşməsinə əsaslanır.1961-ci ilin iyul və avqust aylarında Dekeliya Suveren Baza Ərazisinə şirin su daşıyan boru kəmərinə qarşı bir sıra bombalı hücumlar oldu. Boru kəməri on iki dəfə partlayışla pozulmuşdu. 1970-ci illərin əvvəllərində ABŞ Rusiyanın cənubunda təyyarə əməliyyatlarını və raket sınaqlarını müşahidə edə bilən "Cobra Shoe" adlı üfüqdən kənar radar qurdu. Bu, USAF adından RAF tərəfindən idarə edildi. Bu, 1960-cı illərin əvvəllərində Sandra layihəsi adlı daha əvvəl qurulmuş ingilis sistemini genişləndirdi.
Firulli-Venesiya-Culiya
Friuli-Venesiya-Culiya — İtaliyanın muxtar vilayətlərindən biri. Vilayətin mərkəzi Triest şəhəridir. == Əhalisi == 1.234.679 milyon nəfərdir. == Sahəsi == 7.845 km²-dir.
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.