Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artemisia deserti
Artemisia deserti (lat. Artemisia deserti) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Siyavuş Dirəxti
Siyavuş Dirəxti (ing. Siavosh Derakhti, azərb. Siyavuş Dirəxti‎ ) (d.3 iyul, 1991-ci il) — İsveç sosial fəalı, Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər Dərnəyinin qurucusu. 2016-cı ildə Dirəxtinin adı Forbes jurnalında 30 yaşınadək şəxslər arasında 30 nüfuzlu liderlərin siyahısına daxil edilib. Onun xarici düşmənçiliyi və ksenofobiyanı aradan qaldırmaq üçün göstərdiyi fəallığı nəzərə alaraq İsveç hökuməti 2013-cü ildə ona İkinci Dünya Müharibəsi zamanı almanların ölüm düşərgələrindən minlərlə yəhudini qurtaran isveç diplomatın şərəfinə adlandırılan Raul Vollenberq mükafatını təqdim etdi. Seçki komitəsi Dirəxtinin öz məmləkəti Malmödə və bütün İsveç ərazisində “müsbət nümunə” olduğunu qeyd etdi. Mükafatı təqdim edən Vollenberq mükafatının komitə heyəti bildirdi ki, “O, öz hərəkətləri və fəaliyyətləri ilə bir şəxsin cəmiyyət daxilində yarada biləcəyi dəyişiklikləri nümayiş etdirdi və bu səbəbdən də əksər gənclər üçün əls nümunəyə çevrildi”. 2012-ci il noyabr ayının 8-də Antisemitizm əleyhinə İsveç Komitəsi Dirəxtiyə ilk dəfə komitə üzvü Henrik Frenkelin valideynlərinin xatirəsinə gənclərin İsveçdə anti-semitizminə qarşı mübarizəyə ictimai medianı daxil etməsinə təşviq etməsi üçün təsis edilmiş Elza mükafatını bağışladı. == Erkən həyatı və təhsili == İsveçdə güney azərbaycanlı immiqrant valideynlərin ailəsində doğulub. Dirəxtinin azərbaycanlı ailəsi daha asan və təhlükəsiz bir ərazidə yaşamaq üçün İraqla müharibə zamanı İrandan Skandinaviyaya qaçıb.
Süd dişləri
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir.Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. == Südəmər dişlərdə kariyes == Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir. Dişlərin üzərində bakteriyalar karbohidratlı (şəkərli) qidaları parçalayır və asiti əmələ gətirir.
İnsan dişləri
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan.İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər – hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. == Anatomiya == Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir. Dişlərin anatomiyası stomatologiyada müxtəlif istiqamətlərdən olan mütəxəssislərin müalicə strategiyasının seçiminə xidmət edir. Dişlər ağız boşluğunda çənələrin alveolyar çıxıntılarında yerləşir və möhkəm struktura malikdirlər, qidanın ilkin mexaniki emalında və həmçinin danışığın formalaşmasında iştirak edirlər.
İnsanın dişləri
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan.İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər – hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. == Anatomiya == Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir. Dişlərin anatomiyası stomatologiyada müxtəlif istiqamətlərdən olan mütəxəssislərin müalicə strategiyasının seçiminə xidmət edir. Dişlər ağız boşluğunda çənələrin alveolyar çıxıntılarında yerləşir və möhkəm struktura malikdirlər, qidanın ilkin mexaniki emalında və həmçinin danışığın formalaşmasında iştirak edirlər.
Ağıl dişləri
Ağıl dişi — insanlarda adətən 17–25 yaşlarında çıxan azı dişidir. İlk insanlar bir çox bitki növüylə qidalanırdılar və gün ərzində ehtiyac duyduqları bütün qidaları almaq üçün kafi miqdarda bitkini, kifayət qədər sürətli şəkildə yeməyə məcbur idilər. Bu səbəblə, daha geniş bir ağzı daha məhsuldar etmək üçün əlavə bir sıra azı dişimiz mövcud idi. Sellülozanın bədən tərəfindən kafi şəkildə həzm qabiliyyətindən məhrum olunduğu üçün bu xüsusilə lazımlı idi. Təkamül ərzində seçimlər etdikcə qidalar dəyişdi, çənə yeni vəziyyətə uyğunlaşaraq kiçildi və üçüncü azı dişlər lazımsız hala gəldi. İndiki vaxtda bəzi insanlarda ağıl dişlərinin çıxması tamamilə dayanmışkən, bir sıra insanlarda isə 100% nisbətində bu dişlər çıxmaqdadır.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) == Kəlimeyi şəhadət == Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) == Namaz == Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Desert
Desert (fr. dessert-dən) — nahar və şam yeməyindən sonra verilən və xoş dad əhvalı yaratmaq üçün verilən yemək. Bir qayda olaraq şirin delikateslər verilir.
Duşeti
Duşeti (gürc. დუშეთი) — Gürcüstanın Msxeta-Mtianeti diyarında, Duşeti bələdiyyəsində yerləşən kiçik şəhər. Paytaxt Tiflisdən 54 km şimal-şərqdə yerləşir. == Tarixi == Duşeti şəhəri dəniz səviyyəsindən 870 m yüksəklikdə, Böyük Qafqaz dağlarında, kiçik dağ çayı olan Duşetis-Xevi çayının hər iki sahilində yerləşir. Şəhər tarixi Gürcüstanın Pxovi (Pşavi və Xevsureti) tarixi regionundadır. 2014-ci ilin siyahıalmasına görə şəhər əhalisi 6167 nəfərdir. Bu yaşayış məntəqəsi haqqında ilk məlumat 1215-ci ildə gürcü mənbələrində verilib. Araqvi hersoqları bu Duşetidən iqamətgah kimi istifadə etmişlər. 1740-cı illərdə Araqvinin ləğvindən sonra Duşeti Gürcü krallarının əlinə keçmiş, amma əhəmiyyətini itirmişdir. 1801-ci ildə ruslar buranı ələ keçirərək Duşetiyə şəhər statusu vermişlər.
Sısert
Sısert (rus. Сысерть) — Rusiyada yerləşən şəhər (1946-cı ilə qədər şəhər tipinin qəsəbəsi), Sverdlovsk vilayətinin Sırset şəhər dairəsinin mərkəzi. 1932-ci ilə qədər Sısertski zavod (rus. Сысертский завод) kimi adlanırdı. Sısert komi-zıryan dilindən hidronimdir, "si" - "tüç", "syort" - "sıx küknar meşəsiylə çay vadisi", yəni "dar meşə vadisiylə çay". Bundan başqa birdənədə izah etmə var, Sısert başqırd dilindən "dumanlı yer" kimi tərcümə edilir. Çay vadisində dumanlar həqiqətən nadir şey deyil. 1879-cu ildə Sısertdə rus yazıçısı Pavel Bajov doğulub. == Tarixi == 1680-ci ildə məşhur filiz tanıyanlar qardaşlar Babinlər - Aramil qəsəbəsindən gələnlər - burada dəmir filizini tapdılar. Aramillilər kiçik sobalarda onu əridirdilər.
Disər
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Liberti adası
Liberti adası (ing. Liberty Island)— ABŞ-nin Nyu-York əyalətində, Yuxarı Nyu-York körfəzi üzərində yerləşən ada. Ada Manhetten şəhərinin ekslavıdır və Cersi-Siti şəhəri ilə əhatələnmişdir. Adanın mülki sahibi ABŞ hökumətidir. Bura Azadlıq heykəlinin yerləşdiyi ada olaraq tanınır. Liberti adası 1937-ci ildə Azadlıq heykəli Milli abidəsinə, 15 oktyabr 1966-cı ildə isə Milli Tarixi Yerlər siyahısına daxil edilmişdir.
Salvia deserta
Salvia deserta (lat. Salvia deserta) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Lorenso Giberti
Lorenso Giberti (1378[…], Florensiya – 1 dekabr 1455, Florensiya) – italyan heykəltaraş və zərgər. Zərgərliyi atalığı Bartolo di Mikeledən öyrənib. Yaradıcılığı Florensiyadan başqa Venesiya, Siena və Roma ilə də bağlı olub. Antik incəsənətin təsirilə, mənsub olduğu beynəlmiləl qotika ənənəsini dəf edərək, intibah mədəniyyətinin banilərindən birinə çevrilib. Antik heykəltaraşlıq nümunələrinə əsaslanmış, monumental heykəltaraşlığın bürüncdən tökmə texnikasını dirçəltmiş və təkmilləşdirmişdir. Donatello ilə paralel olaraq yastılanmış relyef üsulunu işləyib hazırlamışdır. 1401–1402-ci illərdə Florensiya kilsəsinin baptisterisinin ikinci (şimal) qapılarının tərtibatı üzrə keçirilən müsabiqə üçün "İbrahimin qurban kəsməsi" bürünc relyefini hazırlamış, Filippo Brunelleski ilə bərabər qalib olmuşdur. Ömrünün sonlarında incəsənət tarixinin antik dövrdən öz dövrünə qədər ilk şərhini, öz avtobioqrafiyasını, perspektiv, optika, anatomiya və s. haqqında elmi sübutları əhatə edən "Şərhlər" traktatını yaratmışdır.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-ci ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. Desert Eagle bir çox video, oyun, filmlər və televiziya tamaşalarında yer alıb. == Mənbə == ↑U.S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Laminqton (desert)
Laminqton (ing. lamington) — Avstraliya deserti, şokolad qlazuru və kokos yonqarı ilə örtülmüş biskvitli düzbucaq formasında təqdim olunur. Bəzən iki birləşmiş laminqton bir krem və ya çiyələkli cemin köməyi ilə bir pirojna olur. == Mənşəyi == Laminqton deserti Laminqtonun ikinci baronu, 1896-1901-ci illərdə Kvinslend ştatının qubernatoru Çarlz Uollis Aleksandra Napira Kokreyn-Beyllinin (Charles Wallace Alexander Napier Cochrane-Baillie) şərəfinə adlandırılıb. Bu desertin yaranmasına dair bir neçə versiya mövcuddur. Bir əfsanəyə görə, qubernatora gözlənilmədən qonaq gəlir, evdə bayat biskvitdən başqa heç nə olmur. Aşpaz şokolad biskvitini 4-5 sm-lik kubik şəklində doğrayır və doğranmış kokosla dilimləri örtür. Digər versiyada isə deyilir ki, biskvitin keçə forması Laminqton baronu Xomburqun sevimli forması olub. Qəribə təsadüfə görə, desert Laminqtonda bəyənilmir, o «acı, kobud, boş biskvit» adlandırılır. == Bu günkü gündə == Laminqton snek (yüngül qəlyanaltı) kimi Avstraliya və Yeni Zelandiyada populyar olaraq qalır.
Sandey (desert)
Sandey (ing. sundae) — dondurmadan desert. Adətən meyvə şərbəti və ya jele, doğranmış qoz-fındıq, şokolad, çalınmış krem və giləmeyvə ilə bəzədilmiş dondurma toplarından hazırlanır. == Həmçinin bax == Dondurma Affoqato == Xarici keçidlər == The Ice Cream Sundae’s Birthplace? That’s the 64,000-Calorie Question New York Times. 6 August 2006.
Cənnət qapısı (Giberti)
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır. Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır. == Tarixi == Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.
Yanase (avtomobil dileri)
Yanase & Co., Ltd. (Yaponca株式会社ヤナセ) — yeni və işlənmiş Avropa və Şimali Amerika avtonəqliyyat vasitələrinin Yaponiyada pərakəndə satış dileridir. 2002-ci ilə qədər Yanase Mercedes-Benz, Volkswagen, Audi, BMW, Volvo, Saab, Cadillac, Chevrolet, Chrysler, Jeep, Dodge və Smart avtonəqliyyat vasitələrinin Yaponiyada xüsusi satış hüquqlarına malik idi. İtochu group şirkətinin bir hissəsidir. Yanasenin hal-hazırda 174 yeni və 31 işlənmiş avtomobillərin satış anbarları vardır. == Tarix == Yanase şirkətinin əsası 1915-ci ildə Tokionun Hibiya rayonunda qoyulmuşdur. Şirkətin yaradıcısı yük avtomobilləri və avtobus istehsalçısı Chorato Yanase tərəfindən Mitsui Group şirkətinin tərkibində yaradılmışdır. 1920-ci illərdə şirkət ilkin olaraq General Motorsun Buick və Cadillac avtomobillərinin Yaponiyaya idxal edirdi. Chotaro Yanase Toyoka kəndində (indiki Takasaki) 5 dekabr 1879-cu ildə anadan olmuş və 11 iyul 1956-cı ildə vəfat etmişdir. Tokio Komersiya məktəbini bitirdikdən sonra Mitsui OSK Shiping şirkətində əmək fəaliyyətinə başlamışdır.
Fəhd bin Əli əd-Dosəri
Fəhd bin Əli əd-Dosəri — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ilə qədər)
Teodor van Qoq (incəsənət dileri)
Teodor van Qoq (1 may 1857[…], Zyundert[d], Şimali Brabant – 25 yanvar 1891, Utrext, Utrext) — holland incəsənət dileri. O, həm də məşhur holland rəssamı Vinsent van Qoqun kiçik qardaşıdır. Teonun ömrünün sonuna qədər qardaşından maddi və mənəvi cəhətdən dəstəyini əsirgəməməsi Vinsentə özünü rəssamlığa həsr etməyə imkan yaratmışdır. Vinsentin 37 yaşında vəfat etməsindən altı ay sonra Teo da 33 yaşında dünyasını dəyişir. Ən çox qardaşı ilə münasibətinə görə tanınması çox vaxt Teonun həm də incəsənət dünyasına töhfələr vermiş bacarıqlı incəsənət dileri olduğu faktını kölgədə qoyur. O, fransız və holland müasir incəsənətinin ictimaiyyətə təqdim olunmasında mühüm rol oynamışdır. == Bioqrafiyası == Anna Kornelia Karbet və Teodor van Qoqun övladı olan Teodor (Teo) van Qoq 1857-ci il 1 mayda Hollandiyanın Şimali Brabant əyalətinin Qrut-Zyundert məntəqəsində anadan olmuşdur. === Biznesi === Teo bir neçə il parisli incəsənət dilerlərinin "Qupil" firmasının Haaqadakı holland ofisində işləyir. 1873-cü il 1 yanvarda firmanın Brüssel ofisinə qoşulan Teo onların ən gənc işçisi olur. London ofisinə transfer olur, bir müddət sonra Haaqa ofisinə köçür və öz uğurlu biznesini məhz burada qurur.