KİŞNƏRTİ

is.
1. Atın çıxardığı səs; kişnəmə.
Atın kişnərtisinə bir gəlin çölə çıxdı. Ə.Vəliyev.
[Sərvinaz] …çöldəki hənirtini alan çal atın kişnərtisini eşidirdi. B.Bayramov.

2. məc. Uğultu, şiddətli səs.
□ Kişnərti salmaq – uğuldamaq.
Güclü külək kişnərti salır, uğultu uğultuya qarışır, min bir səs bir-birinə qovuşurdu. S.Rəhimov.

KİŞNƏMƏK
KİŞNƏŞMƏ

Значение слова в других словарях