Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dirçək
Dirçək (lat. Ajuga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Piramidavari dirçək
Piramidavari dirçək (lat. Ajuga pyramidalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Sürünən dirçək
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. Ajuga abnormis (Rouy) Prain Ajuga alpina Fr. [Illegitimate] Ajuga barrelieri Ten. Ajuga breviproles Borbás Ajuga candolleana (Rouy) Prain Ajuga densiflora Ten. [Illegitimate] Ajuga pyramidalis Huds. [Illegitimate] Ajuga repens Gueldenst. ex Ledeb. Ajuga reptans var. albiflora Tinant Ajuga reptans var.
Yalançıxios dirçək
Dibək (Maku)
Dibək (fars. ‎ديبك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (26 ailə). Kənd əhalisi etnik Azərbaycan türklərindən ibarətdir və şiə müsəlmandırlar.
Dibək (Xoy)
Dibək (fars. ديبك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (24 ailə).
Aleksandr Dubçek
Aleksandr Dubçek (slovak. Alexander Dubček; 27 noyabr 1921[…] – 7 noyabr 1992[…], Praqa, Çexoslovakiya[…]) — slovak dövlət xadimi. Çexoslovakiya KP MK-nın birinci katibi (1968–1969). Praqa baharının rəhbəri kimi tanınır. == Siyasi fəaliyyəti == 1968-ci ildə Çexoslovakiya KP MK-nın birinci katibi Aleksandr Dubçekin hazırladığı "Fəaliyyət proqramı"nda yeni, demokratik Çexoslovakiyanın şəraitində sosialist cəmiyyəti modelinə keçmək niyyəti ifadə olunur, partiyanın rəhbər rolu haqqında müddəadan imtina olunurdu. 1968-ci il 21 avqustda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrdən SSRİ, Polşa, ADR, Macarıstan və Bolqarıstan Çexoslovakiya ərazisinə təcavüz etdilər. Dubçek və silahdaşları həbs edilərək Moskvaya gətirildi. Beynəlxalq ictimaiyyətin ittihamından çəkinən Sovet hökuməti Dubçeklə danışıqlar aparmağa məcbur oldu. Danışıqlar ölkədə vəziyyətin normal hala salınması və sovet qoşunlarının Çexoslovakiya ərazisində müvəqqəti qalmasının şərtləri haqqında saziş bağlanması ilə başa çatdı. Sovet qoşunlarının ölkədə olmasına arxalanan islahat əleyhdarları hücuma keçdilər.
Çılpаq dircək
Çılpaq dircək (lat. Ajuga glabra) — Çoxillik, hündürlüyü 25–30 sm, gövdəsi düz, tüklü bitkidir. Yarpaqları üç dar xəttvari hissəyə bolünmüşdür. Aşağı yarpaqlar daha çox bütöv, çəlovvarixəttvari, yuxarısı üçdilimli, daralaraq uzun saplağa çevrilir. Çiçəkləri oturaq, tək-təkdir, yarpaqların qoltuğunda yalançı sünbülvari çiçəkqrupunda yığılmışdır. Kasacıq 4–6 mm uzunluqda, zınqırovvari, yuxarı hissədə nisbətən uzuntüklü, altdan çılpaqdır. Tacı 16–20 mm uzunluqda, limonu və ya açıq sarı rəngdə, aşağı dodaqcığı al qırmızı zolaqlı və ya ləkəlidir. Fındıqçalar 3 mm, uzunsov, büzüşmüş formada, tünd rəngdədir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq bitkisidir, çöllərdə, əkinlərdə, bağlarda, kollüqlarda, çay vadilərində, quru gilli, daşlı yamaclarda bitir.
Dibaçə
Dibaçə (ərəb-fars sözü olub, “zərif çiçəkli ipək, qumaş parça” sözündən) — 1) kitabın zər-naxışla bəzənmiş ilk səhifələri; 2) Klassik Yaxın və Orta Şərq ədəbiyyatında müəllifin öz əsərinə, yaxud külliyyatına nəsr və ya nəzmlə yazdığı müqəddimə. Dibaçədə bir qayda olaraq, əvvəlcə Allah və Məhəmməd peyğəmbər tərif edilir, sonra dövrün hökmdarı mədh olunur, sonda isə müəllifin əsəri yazmaqda məqsədi və kitabın hansı fəsillərdən ibarət olduğu göstərilirdi. Dibaçələr çox zaman qafiyəli nəsrlə yazılırdı. Məhəmməd Füzulinin Azərbaycan və fars dillərində divanlarına, “Leyli və Məcnun” və sair əsərlərinə yazdığı müqəddimələr dibaçənin kamil nümunələridir. Azərbaycanca divanına nəsrlə yazdığı dibaçədə Füzuli özünün şairliyə başlamasından, türkcə (Azərbaycan dilində) lirik şeirlər qəzəllər) yazmasının səbəblərindən, həmçinin bədii söz sənətinin bir sıra mühüm məsələlərindən bəhs edir. Bəzən müəlliflər dibaçədən sonra kitabdakı əsərlərin məzmunu, bədii xüsusiyyətləri və s. haqqında ayrıca “müqəddimə” də verirlər. Belə hallarda dibaçədə ancaq müəllifdən, əsərin yazılma tarixindən və bölmələrindən danışılır; 2) Seyid Əzim Şirvaninin “Əsərləri”nin 3-cü cildində (1974) həm dibaçə, həm də müqəddimə var. == Mənbə == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Milçək
Milçək (bürc)
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Dizək
Dizək — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, nda, kənd. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Orta fars dilində dizək-"qala" sözündəndir. Dağlıq Qarabağın orta əsrlərdə Dizak mahalının (indiki Cəbrayıl rayonunun ərazisi) adı ilə mənaca eynidir.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Dirsək (memarlıq)
Mötərizə və ya dirsək bir memarlıq elementidir: struktur və ya dekorativ bir ünsür sayılır. Taxta, daş, gips, metal və ya digər materiallardan hazırlana bilər. Ümumiyyətlə ağırlıq daşımaq üçün və bəzən "… bir bucağı gücləndirmək" üçün divardan proyeksiya edilir. Bir corbel və ya konsol dirsək növləridir. Mexanika mühəndisliyində bir dirsək bir hissəni digərinə, əsasən daha böyük hissəyə bərkidmək üçün hər hansı bir ara komponentdir. Dirsəyi dirsək edən şey, ikisi arasında ara olması və birini digərinə bərkidməsidir. Dirsəklər forma baxımından çox fərqlidir, lakin prototipik bir dirsək bir rəfi (daha kiçik komponent) bir divara (daha böyük komponentə) bağlayan L şəkilli metal parçadır: şaquli qolu bir elementə (ümumiyyətlə böyük) sabitlənir və üfüqi qol kənara doğru uzanır və başqa bir elementi (ümumiyyətlə kiçik) saxlayır. Bu rəf dirsəyi, memarlıq dirsəyi ilə effektiv şəkildə eynidir: divara quraşdırılmış şaquli bir qol və üstünə və ya altına başqa bir elementin bağlanması üçün kənara doğru uzanan üfüqi bir qol. Uzanmış qolun daha böyük bir ağırlığı dəstəkləməsini təmin etmək üçün, bir dirsəkdə ümumiyyətlə üfüqi və şaquli qollar arasında çarpaz bir üçüncü qol olmalı və ya dirsək möhkəm bir üçbucaq formasında olmalıdır. Genişləndirmə yolu ilə bir hissəni digərinə (ümumiyyətlə daha böyük) birləşdirmə funksiyasını yerinə yetirən demək olar ki, hər hansı bir obyekt, açıq şəkildə L şəklində olmasa da, dirsək adlandırılır.
Dirsək arteriyası
== İstinadlar ==
Dirsək siniri
== İstinadlar ==
Milçək (bürc)
Milçək (lat. Musca) — göyün cənub yarımkürəsində bürc.
Səmra Dinçər
Səmra Dinçər (1966, Ankara) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Səmra Dinçər 1966-cı ildə Ankara şəhərində anadan olub. Qazi Universiteti İqtisadi bölməsindən məzun olub. İnşaat və turizm sahəsində fəaliyyət göstərən müəssisələrdə maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. noyabr 2023-cü ildə CHP İdarə Heyətinin təbiət haqlarından məsul sədr müavini seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.
Sünbül (çiçək)
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir. "Quran"da sünbül haqqında belə bir ifadə var: "Allah yolunda mallarını xərcləyənlərin nümunəsi sünbül kimidir ki, hər sünbüldə yüz dənə vardır. Allah dilədiyinə qat-qat çoxunu verər.
Çingiz Çiçək
Çingiz Çiçək (1978, Tuncəli) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çingiz Çiçək 1978-ci ildə Tunceli ilində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. HDP İstanbul il şöbəsinin həmsədri, HDP İdarə Heyətinin üzvü və HDP həmsədrinin müavini olub. 2009-cu ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın hüquqlarını müdafiə edib. 2011-ci ildə Abdullah Öcalanı təmsil edən 45 digər hüquq müdafiəçisi ilə birgə həbs edilib. 2014-cü ilin martında Kürdüstan İcmalar İttifaqı (KCK) ilə əlaqəli fəaliyyətlərdə ittiham olunaraq istintaqa cəlb edilən digər doqquz hüquq müdafiəçisi ilə birgə sərbəst buraxılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çiçək Abbas
Çiçək Abbas (türk. Çiçek Abbas) — Sinan Çətinin rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1982-ci ildə çəkilən Türkiyə filmi. Çiçək Abbas (İlyas Salman), Şakir adında (Şənər Şən) bir minibus sürücüsünün yanında müavindir. Şakir şorgözün biridir. Abbas isə tam tərsinə saf-sadə biridir. Tək xəyalı minibusçu olmaq və aşiq olduğu və patronunun da evlənmək istədiyi qızla (Pəmbə Mutlu) evlənməkdir. Abbas sınıq-salxaq bir minibusu sələmçidən borclanaraq alır və çalışaraq borcunu ödəməyə başlayır. Bu sırada patronun ayrıldığı nişanlısı ilə bir-birlərinə aşiq olurlar. Şakir bunu həzm edə bilmir və Abbasın minibusunun təkərlərini və motorunu oğurlayır. Zor duruma düşən Abbas borcunu ödəyə bilmir və sələmçi minibusu geri istəyir.
Çiçək Otlu
Çiçək Otlu (1973, Ulduzəli, Sivas ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çiçək Otlu 1973-cü ildə Sivas ilinin Yıldızeli ilçəsində anadan olub. Orta təhsillidir. 90-cı illərdə Kommunist Partiyasının nəşri olan Atılım qəzetində çalışıb. 2005-2009-cu illərdə Fəhlə Qadınlar Assosiasiyasının prezidenti olub. 2009-2016-cı illərdə Məzlumların Sosialist Partiyası sədrinin müavini, 2016-2019-cu illərdə sədri vəzifəsində təmsil olunub. 2021-2023-cü illərdə Sosialist Qadınlar Assambleyalarının sözçüsü, Sosialist Qadınlar Jurnalının isə rəhbəri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çiçək diaqramı
Çiçək diaqramı çiçək strukturunun qrafik təsviridir. Çiçək orqanlarının sayını, düzülməsini və birləşməsini göstərir. Çiçəyin müxtəlif hissələri öz simvolları ilə nümayiş olunur. Çiçək diaqramları çiçəkləri tanımaq üçün faydalı olub, çiçəkli bitkilərin təkamülünü başa düşməyə kömək edir. Bu üsuldan XIX əsrin axırlarından etibarən istifadəyə etməyə başlamışdırlar və əsasən August W. Eichlerə ithaf edilirlər.
Didcey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).
Dicey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Vilçek Torpağı
Vilçek Torpağı — Şimal Buzlu okeanında yerləşən, Frans-İosif Torpağına daxil olan ikinci ən böyük ada. Ada Avstriyalı Karl Veyprext və Yulius Payerin rəhbərlik etdiyi ekspedisiyanı maliyyələşdirən Hans Vilçekin şərəfinə adlandırılmışdır. Ada 1873-cü ildə kəşf edilmişdir. Frans-İosif Torpağı yasaqlığı ərazisinə daxildir. Arxipelaqın şərqində yerləşir. Qərb qrupunda yerləşən adalardan Avstriya boğazı ilə ayrılır. Qrehem-Bell adası ilə arasında Morqan boğazı yerləşir. Üzəri əsasən buzlaqlarla örtülü olur. Hündürlük 400-600 metr arasında dəyişir. Sahəsi 2055 km², ən hündür nöqtəsi isə 606 metrdir.
Vilçek adası
Vilçek adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada İohan Vilçekin şərəfinə adlandırılmışdır. Ən hündür buzlağı 187 m-dir. Zirvə adanın şimal-qərbində yerləşir. İkinci buzlağın hündürlüyü isə 122 metrdir. Bu zirvə adanın cənub-şərqində yerləşir. Adanın buzdan azad maksimal hüdürlüyü isə 42 metrdir. Bu zirvə Şillinq burnunda yerləşir. Adanın ucqar nöqtələri: şimal — Zolotov burnu, qərb — Çillinq burnu, cənub — Orqel burnu, ucqar şərq nöqtəsində burun yoxdur.