Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Sinkləmə
Qalvaniz və ya Sinklənmə — 450-455 dərəcədə ərimiş sinkə batırılmış poladın örtülməsi prosesinə verilən addır. Sink dəmirlə güclü bağlar yaradaraq üç fazalı təbəqə əmələ gətirir. Xüsusilə korroziyaya qarşı həyata keçirilən bu proses hər cür hava şəraitində açıq havada işləyəcək metalların ömrünü uzatmaq üçün istifadə olunur. Sinklənmiş metalın səthi xromla örtülərsə, onun ömrü artacaqdır. Sinklənmə prosesindən sonra sinklənmənin mikron dəyərinə, materiala yapışması müvafiqliyinə, deşiklərdəki buruqlara, yaxud çapıqlara, uclardakı sinklənmiş çöküntülərə, bir-birinə yapışmış materiallara, çöküntü yapışmasına, örtülməmiş yerlərə və kül yapışmasına, həmçinin də ağ paslara diqqət yetirilməlidir. Dəmir materialı istehsal mərhələsində sinklənməyə müvafiq dizayn edilməlidir. İçi boş materiallarda sink giriş dəlikləri və təzyiqli çıxış delikləri xüsusilə vacibdir. Sinklənmə prosesi aşağıdakı kimidir. O, yağdan təmizləmə, durulama, aşındırma, yaxalama, flukslama, qurutma və örtülmə mərhələlərindən ibarətdir. Sinklənə bilən bəzi kiçik hissələr də mövcuddur.
Təkləmə
Təkləmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Təkləmə ilaxır çərşənbə və Novruz bayramı günlərində eləcə də digər günlərdə icra olunan uşaq oyunlarından biridir. Oyunun keçirilmə qaydası belədir: məhəllə uşaqları meydançaya, məhəllə həyətlərinə toplaşıb iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı oxuyur. İkinci dəstənin başçısı cavab verir: Birinci dəstənin başçısı. İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır. O, oxuyur: İndi birinci dəstədən üç uşaq ayrılıb ikinci dəstəyə qoşulur.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Dikdərə (Meşkinşəhr)
Dikdərə (fars. ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 50 nəfər yaşayır (12 ailə).
Düzləmə səthləri
Düzəlmə səthləri — adətən güclü parçalanmış, dağlıq ərazilərdə dik yamaclarla əhatələnən və qırışıq strukturları bucaq altında kəsən, zəif dalğalı dağüstü düzənliklərdən ibarət olub, relyefin inkişaf tarixində tektonik hərəkətlərin sabitlik və ya relyefin enmə mərhəlləlrində formalaşmışdır. Düzəlmə səthləri yaşı, yüksəkliyin, onların kəsdiyi süxurların litoloji tərkibin və qırışıqlıq dərəcəsi, yeni tektonik hərəkətlərin intensivliyi, torpaq-bitki örtüyü, iqlim şəraiti və b. amillərlə əlaqədar relyefin parçalanma dərəcəsçindən, ekzogen proseslərin intensivliyindən asılı olaraq müasir relyefdə müxtlif formada (vəziyyətdə) saxlanmışlar. Onlar Böyük və Kiçik Qafqazın, Talışın və Arazyanı silsilələrin xarakterik relyef formalarından biridir. Böyük Qafqazın Azərbaycan hissəsində düzəlmə səthləri kifayət qədər geniş yayılmışdır. Burada düzəlmə səthləri ayırmışlar. Ancaq bu düzəlmə səthlərinin morfologiyası, yaşı, mənşəyi haqqında daha ətraflı məlumat B. Ə. Budaqovun (1957, 1969, 1973) və Lilienberqin (1958) əsərlərində verilmişdir. B. Ə. Budaqov burada 8, D. A. Lilienberq 7 düzəlmə səthi ayrılmışlar: Şahdağ (3800–4000 m – 4200 m), Şahyurdu (3500–3600 m), Salavat (2800–3100 m), Qovdaq-Dibrar (2000–2400 m), Taxtayaylaq (1500–1600 m), Çuxuryurd (1200–1300 m), Şamaxı (600–800 m), Qobustan (300–500 m). B. Ə. Budaqovun ayırdığı Şahyurdu (3500–3600 m) düzəlmə səthi Şahdağ düzəlmə səthindən aşağıda yerləşir və sərbəst düzəlmə səthi kimi ayrılmışdır. Kür çökəkliyində Kür və Qabırrı çayları arası ərazinin qərb hissəsində antiklinal silsilə və platolarda 700–1000 m yüksəklikdə yerləşən hamar suayrıcıları Müseyibov M. A. (1975) düzəlmə səthlərinə aid edir və onların son pliosendə formalaşdığını qeyd edir.
Musiqi yükləmə
Musiqi yükləmə — internetə bağlı bir kompüterdən və ya bir veb saytdan bir istifadəçinin kompüterinə musiqi transferi. Bu anlayışa həm qanuni endirmələr, həm də təlifli məzmunun icazəsiz və ya ödəniş ödəmədən endirilməsi daxildir. Nielsen tərəfindən hazırlanan bir hesabata görə, 2012-ci ildə ABŞ-dakı musiqi satışının 55,9 %-i endirmələrdən meydana gəlməkdədir.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dikmə (Qars)
Dikmə — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 723 nəfərdir (2022).
Caban (Diklə dehistanı)
Caban (fars. جابان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Diktema
Diktema — (lat. dico, dixi, dictum – "deyirəm, bildirirəm") dil seqmentlərinin aşağı səviyyəsinin vahidləri kimi bir və ya bir neçə cümlədən formalaşan elementar situasiya-tematik mətn vahidi. == Yaradılış tarixi == Diktem konsepsiyası 20-ci əsrin ortalarında Cenevrə məktəbindən Ferdinand de Saussure tərəfindən təsvir edilən dilin kommunikativ vahidləri haqqında elmi müzakirə ilə əlaqədar olaraq Mark Blok, həmçinin professor Aleksandr Smirnitski tərəfindən irəli sürülmüşdür. Professor Blox öz növbəsində diqqətdən kənarda qalan dil vahidlərinin səviyyəsini, yəni fonem və morfemin səviyyələrini nəzərdən keçirdi və ona "sərhədləri bulanıq olan strukturların üçüncü inteqral səviyyəsini" - sintaksisi əlavə etdi. Beləliklə, Dionisiy Traks tərəfindən morfologiya və Apolloniy Diskol tərəfindən sintaksis yaradıldıqdan sonra dikteme izolyasiyası qrammatika tarixində daha bir əsas mərhələni təmsil edir. == Struktur == Düzgün genişlənmiş monoloq yazılı mətndə diktem adətən abzasla, dialoq nitqində isə diktem adətən replika ilə təmsil olunur. Diktemdə linqvistik ifadənin inteqrativ vahidi kimi dörd əsas funksional əhəmiyyətli cəhət fərqləndirilir: adlandırma, predikasiya, tematikləşdirmə və stilizasiya.
Xuan Roman Rikelme
Xuan Roman Rikelme (24 iyun 1978[…]) — keçmiş argentinalı peşəkar futbolçu və Buenos-Ayres təmsilçisi, Argentinanın köklü klublarından olan Boka Xuniorsun hazırkı 2-ci vitse-prezidentidir, o, burada gənclər akademiyası və qadın bölmələri də daxil olmaqla futbol şöbəsindən məsuldur.